Qaramal cinsləri ətlik, südlük və qarışıq (ətlik-südlük və südlük-ətlik) istiqamətli olur.
Ətlik istiqamətli qaramal tez böyüyür, yaxşı əzələ toxuması əmələgətirir, çoxlu əzələarası, dərialtı və nisbətən az daxili orqanların ətrafında yağ toplayır, yüksək diri kütləyə malik olub, ət çıxarı artıq olur. Əzələləri zərif liflidir, əzələarası yağ qatı əzələ liflərinin arasında toplanır. Bu heyvanların doğranmış əti «mərmərəbənzər» şəkildədir. Gövdəsi düz-bucaqlı, ayaqları nazik və gödək, başları balaca və enli, boyunları gödək olur.
Südlük istiqamətli qaramalıngövdəsi bucaq şəkilli, əzələləri və
birləşdirici toxumaları zəif inkişaf etmiş, sümüyü və dərisi nazik, başı