Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə118/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   164
-funksional-

Qoyunlar aşağıdakı qruplara bölünür: ətlik, ətlik-yunluq, ətlik-

piylik, xəzlik, südlük, kürklük,

yunluq, ətlik-yunluq-südlük.




Ətlik qoyun cinsləri

tez böyüyür,

yüksək

diri

kütləyə və ət

çıxarına malik olur,

yüksək keyfiyyətli, şirəli, yumşaq, zərif və dadlı əti

ilə fərqlənir. Bu

qrupa Hempşir, Linkoln, Romni-marş, Şiropşir,

Kuybışev və digər cinslər aiddir. Ət çıxarı 55-65% təşkil edir.

Ətlik-piylik

qoyun cinsləri yüksəkkeyfiyyətli

ət və piy alınması

üçün bəslənilir. Bu qrupa Hisar, Edilbəy, Saraca, Həştərxan, Özbək və başqa cinslər aiddir. Bu qoyunların yağı quyruqda (bəzi cinslərdə 15-20 kq quyruq olur), dərialtı və daxili orqanların ətrafında toplanır. Ət çıxarı 50%-ə qədərdir.




Ətlik-yunluq-südlük qoyun cinslərinə Qafqazda uzun illərdən bəri xalq tərəfindən yetişdirilən 20-dən çox qoyun cinsləri aiddir. Bu cinslər hər üç istiqamətdə eyni dərəcədə faydalıdır. Respublikada Balbas,

134
Qarabağ, Bozax, Şirvan, Ləzgi, Mazex, Herik, Cəro, Gödək, Qaradolaq və digər cinslər yetişdirilir.


Balbas qoyunlarının diri kütləsi 55-60 kq-dan (ana qoyunlar) və 85-90 kq-a (qoçlarda) qədər olub, ət çıxarı 52-54%-dir. Qarabağ qoyunlarında diri kütlə müvafiq olaraq 45-55 kq və 60-75 kq olur, ət çıxarı 50-52%-dir.
Donuzlar ətlik (bekonluq), piylik və ətlik-piylik qruplarına ayrılır. Ətlik istiqamətli donuz cinslərinin bədəni uzun, əzələləri nisbətən yaxşı inkişaf etmiş, piy təbəqəsi ilə əzələ təbəqəsi növbələşdikdə yük-
səkkeyfiyyətli hisə verilmiş ət məhsulları, o cümlədən bekon istehsalı üçün istifadə edilir. Ana donuzların diri kütləsi 160-220 kq, erkəklərinki 230-280 kq olur. Ət çıxarı 70-80%-dir. Bu qrupa Eston cinsi, ağ Latviya və ağ Litva cinsləri aiddir.
Piylik istiqamətli donuzların gövdəsi yumru, uzunsov, boynu qısa, beli enli, başı xırda, ayaqları gödək və ağır, budları yaxşı inkişaf etmiş olur. Piy qatı 10-12 sm-ə çatır. Ət çıxarı 78-88%-dir. Bu qrupa İri ağ, Ukrayna səhra, Mirqorod, Breytov, Liven və digər cinslər aiddir.
Ətlik-piylik istiqamətli donuz cinslərinin bədənləri orta uzunluqda və endə olur. 9-10 aylığından sonra dərialtı piy əmələ gəlməyə başlayır. Ət çıxarı 80-85%-dir. Bu qrupa Meşədağ, Urtum, Şimal, Sibir donuz cinsləri aiddir.
Azərbaycanda camış ətindən də istifadə edilir. Əsasən südlük istiqamətli camış cinsləri vardır. Camışların diri kütləsi 450-550 kq, yaxşı yemləndikdə isə 800-1000 kq-a çatır. Ət çıxarı 45-50% və daha çox olur.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin