Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Ət yarımfabrikatlarının erqonomik



Yüklə 0,87 Mb.
səhifə125/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   164
-funksional-

11.7. Ət yarımfabrikatlarının erqonomik

və funksional xassələri
Çəkilib-bükülmüş ət – müxtəlif ət cəmdəklərinin bu və ya digər anatomik nahiyələrinin müxtəlif kütlədə doğranıb çəkilib-bükülmüş hissələrindən ibarət, pərakəndə ticarətdə ədədi mal kimi satılan məhsul-dur. Sümük, çəkilib-bükülmüş ət kütləsinin 20-25%-dən artıq olmama-lıdır. Ət tikələri 150, 500 və 1000 qram kütlədə çəkilib-bükülür. Çəkilib-bükülmüş ət bağlamaları 20 kq-dan artıq olmamaq şərtilə polimer, taxta, metal və karton yeşiklərə qablaşdırılır.
Ətyarımfabrikatları. İstifadə olunduğu ətin növünə görə mal əti, qoyun əti, camış əti, donuz əti və quş əti yarımfabrikatları; emal üsuluna görə təbii, urvalanmış, narınlaşdırılmış, düşbərə və ət qiyməsi yarımfab-rikatları; termiki vəziyyətinə görə soyudulmuş və dondurulmuş; təyi-natına görə duru və quru xörəklər üçün yarımfabrikatlar istehsal edilir.
Xırdatikə ət yarımfabrikatlarına azu, befstroqanov, qulyaş, kabablıq ət, bozartma, xarço üçün döş əti, şorba yığımı, aşxana yığımı, plov üçün ət, qoyun ətindən raqu, sümüksüz qoyun əti və s. aiddir.
Azu – arxa və budun xarici tərəfindən 3-4 sm ölçüdə əzələ toxumalarına perpendikulyar olmaqla 10-15 q kütlədə kəsilmiş xırda ət tikələridir, 250 və 500 q kütlədə satışa verilir.
Qulyaş – qabırğaüstü və kürək nahiyələrindən 20-30 q kütlədə (yağlılığı 10%-dən çox olmamalıdır) kub şəklində doğranılmış ət tikələridir. 125, 250 və 500 q kütlədə satışa verilir.

141
Kabablıq ət – malın can ətindən və qoyunun kürək, bel və bud nahiyəsindən 20-40 q kütlədə kəsilmiş ət tikələridir. 250 və 500 q kütlədə satışa verilir.


Şorba yığımı – cəmdəyin boyun, bel, quyruq və döş nahiyələrindən 100-200 q kəsilib götürülən ətli-sümüklü tikələrdir. Hər bir tikədə ət və sümük təxminən bərabər miqdarda olur. 500 və 1000 q kütlədə bükülmüş halda satışa buraxılır.
Raqu – əsasən qoyunun döş ətindən, tikələri 30-40 q olmaqla ha-zırlanır. Ət və yağ 50%, sümük 50% təşkil etməlidir. 500 və 1000 q kütlədə çəkilib-bükülür.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin