Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Pay halında hazırlanan ətyarımfabrikatları



Yüklə 0,87 Mb.
səhifə126/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   164
-funksional-

Pay halında hazırlanan ətyarımfabrikatları – cəmdəyin ən dəyərli hissələrindən alınır. Mal ətindən antrekot, bifşteks, duxovka əti, can əti adlarında yarımyabrikatlar istehsal edilir.
Antrekot əti – kürək və bel nahiyələrindən alınan dartılmış oval formalı yumşaq ət tikələrindən ibarətdir. Qalınlığı 1,5-2 sm, kütləsi 125 q

olur.
Bifşteks əti – qalınlığı 2-3 sm, kütləsi 125 q olan oval formalı yumşaq tikələrdən ibarətdir.


Eskalop – qoyun cəmdəyinin arxa və bel nahiyələrindən alınan 1-1,5 sm qalınlıqda, ovalvarı, 2 bərabərölçülü və kütləli ət tikələrindən ibarətdir. Kütləsi 125 q olur.
Langet – yağsız, qalınlığı 1-1,2 sm, kütləsi 125 q olan dairəvi formalı, 2 bərabərölçülü və bərabərkütləli can əti tikələridir.
Romşteks – mal cəmdəyinin arxa və bel nahiyələrindən kəsilir. Yumşalması üçün hər iki tərəfdən azacıq döyəclənir və yumurta çalıntı-sına salınıb urvalanır. Yumurta kütləsi 10 q suya 1 ədəd yumurta və 1 q duz qatılmaqla hazırlanır.
Bifşteks – hazırlamaq üçün malın can əti və ya kotletlik əti 3x3

mm ölçüdə narınlaşdırılır, duz və istiot

qatılıb qarışdırılır, 75, 100 və 250

q kütlədə paylara bölünür. Soyudulmuş

və dondurulmuş halda buraxılır.

Küftə – hazırlamaq üçün ət və soğan ətçəkən maşında narınlaş-

dırılır, kütləyə

5% düyü, 1% yumurta əlavə edilib, hər paya 2 ədəd

olmaqla yumru

küftələr

düzəldilir. Bir ədədinin kütləsi 30 qramdır.

Moskva

kotleti

– hazırlamaq

üçün 50% mal cəmdəyindən alınan

kotletlik ət, 14% çörək, 9% mal piyi, 1% soğan, 25% su və 1% duz götürülür. Narınlaşdırılır, duz, istiot vurulub qarışdırılır, 50 və 100 q kütlədə pay şəklində urvalanaraq formalanır.


Toyuq şorba yığımı üçün 60% təmizlənmiş toyuq başı və 40% toyuq ayağı götürülür. Həlməşik üçün yığımda 40% toyuq başı, 20% toyuq ayağı, 20% ürək və mədə, 20% boğaz və qanad olur. Raqu üçün yığımın tərkibində 50% ürək və mədə, 50% boğaz və qanad olur.

142


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin