Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Ət konservlərinin erqonomik və funksional xassələri



Yüklə 0,87 Mb.
səhifə127/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   164
-funksional-

11.8. Ət konservlərinin erqonomik və funksional xassələri
Ət konservlərində orta hesabla 50-70% su, 10-30% zülal, 8-30% yağ, 3,5%-ə qədər mineral maddələr vardır.
Mal əti konservisinin tərkibində 16,8% zülal, 17% yağ vardır. 100 qram məhsul 220 kkal enerji verir. Mal əti konservisi mineral maddələr, əvəzolunmaz aminturşuları və vitaminlərlə zəngindir.
Vitaminlərdən 100 qram mal əti konservisində 0,17 mq B6 (pridoksin), 4,00 mq PP (niasin), 0,15 mq B2 (riboflavin), 0,02 mq B1

(tiamin) vardır.


Mineral maddələrin miqdarı 1,9%-dir, o cümlədən 1,0% xörək duzu vardır. Mineral maddələrin tərkibində hər 100 qram məhsul hesabı ilə 444 mq natrium, 284 mq kalium, 14 mq kalsium, 19 mq maqnezium, 178 mq fosfor və 2,4 mq dəmir vardır. Bu elementlərin insan orqanizmi-
nin normal fəaliyyəti və maddələr mübadiləsi üçün fizioloji əhəmiyyəti vardır.
Mal əti konservisinin tərkibində əvəzolunmaz aminturşularının

ümumi miqdarı 100 qram məhsulda 6125 mq-dır, o cümlədən valin-1110


mq; izoleysin-598 mq; leysin-1137 mq; lizin-1363 mq; metionin-393

mq; triptofan-612 mq; treonin-279 mq; fenilalanin-603 mq-dır.

Bu aminturşularının insan orqanizmi üçün fizioloji əhəmiyyəti
vardır və gündəlik qidanın tərkibində mütləq olmalıdır. Əvəzolunan aminturşularının ümumi miqdarı 9351 mq-dır, o cümlədən alanin-930 mq; arginin-918 mq; asparagin turşusu-1234 mq; gistidin-650 mq; qlisin-


  1. mq; qlütamin turşusu-2317 mq; oksiprolin-259 mq; prolin-858 mq; serin-613 mq; tirozin-449 mq; sistin-221mq-dır. Mal əti konservisindəki ümumi zülalın 15476 mq-ı, başqa sözlə, 15,5%-i müxtəlif aminturşu-larından ibarətdir.

Ət konservləri bişirilmiş, qızardılmış, həll bişirilmiş və preslənmiş yarımqruplara ayrılır.


Bişirilmiş ət konservləri mal, donuz, maral və at ətindən 338, 350, 475, 500 q və daha çox kütlədə hazırlanır. İstehsal olunan ət kon-servlərinin 30%-dən çoxu bu yarımqrupa aiddir. Əla və 1-ci sortla bu-raxılır. Ət və yağ konservi kütləsinin orta hesabla 56-58%-ni təşkil etməlidir, duzu 1,5%-dir.
Qızardılmış ət konservləri hazırladıqda ət əvvəlcə 50-60 q kütlədə doğranır, yağda qızardılır, bankalara yığılıb (87-89%) üzərinə soğanlı sous qarışığı (11-13%) tökülür. Duzu 1-1,5%-dir. Əmtəə sortlarına ayrılmır.
Həll bişirilmiş ət konservləri su əlavə edilməklə əvvəlcədən pört-lədilmiş ətdən hazırlanır. Soyuduqda bulyonu jeleyəbənzər kütlə əmələ

143
gətirir. Ət və yağ xalis kütlənin 84%-ni, o cümlədən yağ 12%-ni, bulyon 14%-ni təşkil edir. Xörək duzu 1,4-1,6%-dir.


“Qafqaz Konserv Zavodu”nda üç çeşiddə – «Blendo», «Super Sun» «Final» markalı mal əti konservsisi hazırlanır. Azərbaycan

Respublikası

Müdafiə Nazirliyinin xüsusi sifarişi ilə də zavodda pörtlə-

dilmiş mal əti konservisi istehsal

edilir

və orduda xidmət edən əsgərlərin

qidalanmsında

yüksəkkeyfiyyətli



qidalı

ət məhsulu kimi istifadə

olunur.















Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin