Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə139/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   164
-funksional-

Hisə verilmiş balıq məhsulları əlavə isti emal tələb etməyən yüksək qidalı və dadlı hazır məhsuldur.
Ağac tüstüsündəki maddələrin tətbiqi üsullarından asılı olaraq hisəvermə 4 üsulla aparılır: tüstü ilə, yaxud adi hisləmə; tüstü məhlulu ilə, yaxud yaş hisləmə; qarışıq hisləmə (yaş və tüstü ilə hisləmə birlikdə); elektrostatik hisləmə (40-60 kvt elektrik cərəyanı şəraitində tüstü ilə hisləmə).
Soyuq hisləmə üçün tərkibində 7-14% xörək duzu olan duzlanmış yağlı və orta yağlı balıqlardan (çapaq, külmə, poru, ziyad, şahmahi, xəşəm, siyənək, qızılbalıq, naqqa, qarasol, qılıncbalıq, şirbit və b.) istifadə edilir.

Keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortuna ayrılır.


1-ci sorta müxtəlif ölçülü və köklükdə olan, səthi təmiz balıqlar aid edilir. Dad və iyi hislənmə ətirli, kənar iysiz, konsistensiyası sıx və şirəli olmalıdır. Duzun (5-12%) və nəmliyin (42-58%) miqdarı balığın növündən və sortundan asılı olaraq normalaşdırılır. Balık məhsulları da, soyuq hisləmə üsulu ilə hazırlanır.
İsti hislənmiş nərə balıqları keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortuna ayrılır. 1-ci sorta müxtəlif köklük dərəcəsinə aid, səthi təmiz, konsistensiyası sıx və şirəli, dad və ətri isti hislənmiş balığa məxsus və kənarlaşma olmayan balıqlar aid edilir. Duzun miqdarı 2-3%-dir. İsti hislənmiş başqa balıqlar sorta ayrılmırlar.
Hisə verilmiş məhsulları tutumu 20-30 kq olan taxta, karton yeşiklərə, tutumu 1 kq olan karton qutulara qablaşdırırlar.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin