XIII FƏSİL. TİKİLİ MALLARIN ERQONOMİK
VƏ FUNKSİONAL XASSƏLƏRİ
Tikili malların istehsalı üçün parça, toxunmamış materiallar, xəz, trikotaj, süni və sintetik mallar işlədilir.
Tikili malların növləri olduqca müxtəlifdir.
Təyinatına görə bunlar məişət, idman və peşəkar paltarlarına bölünürlər. Məişət paltarları ən geniş çeşid təşkil edir. Standarta əsasən tikili mallar siniflərə, yarımsiniflərə, tiplərə və növlərə bölünür.
Ümumiyyətlə, tikili mallar geyim əşyalarına və geyimə aid olmayan əşyalara bölünür. Geyimə aid olmayan əşyalara yatacaq ağları, yeməkxana dəyişəkləri, yatacaq torbaları, müxtəlif dəsmallar, yaylıqlar və
s. daxildir.
Paltarların bəziləri mövsümdən asılı olmayaraq işlədilir. Əksə-
riyyəti isə yaz (yaz-payız) və qış üçün olur. Bir sıra mallar yalnız qış üçün və mövsümi (yarım- palto, buşlat və s.) təyinatlı olur. Paltar cinsə, xam materialına, xarici görünüşünə, biçiminə görə də çox müxtəlif olur.
Paltar insanı birinci növbədə onu əhatə edən xarici təsirlərdən mühafizə edir. Məlum olduğu kimi insan orqanizmi müəyyən istilik mənbəyidir. Bu istilik kimyəvi-fizioloji proseslər nəticəsində əmələ gəlir. Bu proses insanın qidalanması və nəfəs alması ilə əlaqədar olaraq daima
dəyişərək insanın həyat fəaliyyətini təmin edir. Orqanizmin fəaliyyətindən və onu əhatə edən muhitdən asılı olaraq istilik müxtəlif sürətlə dəyişilir.
Lakin hər halda sağlam bədəndə istilik dərəcəsi bir səviyyədə (36-37°C) qalmalıdır. Odur ki, müxtəlif şəraitdə yaşayan və əmək fəaliyyəti ilə məşğul olan insanlar özlərini isti və soyuqdan mühafizə etmək və hərarətinin sabitliyini saxlamaq üçün bədənlərini örtməyə başlayırlar. Paltarın ən birinci əhəmiyyəti insanın bədənini soyuqdan mühafizə etməsidir. Paltardan istifadə etməklə insan bədənində istiliyin sərf edilməsi nizama salınır. Çünki paltar bədəndən ayrılan istilik şüalarının ətrafa yayılmasına maneçilik edərək istiliyi bədənin yaxınlığında saxlayır. Qeyd etmək lazımdır ki, istiliyin bədənin ətrafında saxlanmasını paltarla bədən arasında, yaxud paltar üçün işlədilən parçanın məsamələrində yerləşən hava təmin edir. Deməli, paltarın əsas vəzifələrindən biri bədənə daxil olan havanın hərəkətini nizamlamaqdan ibarətdir. Hava paltarın məsamələrinə daxil olaraq 24-30°C-yə qədər qızır və paltarla bədən arasında az hərəkət edən, istini pis keçirən mikroiqlim yaradır. Paltar insan bədənində şüalanan istiliyin 50%-ni bədən ətrafında saxlayır.
Ümumiyyətlə götürsək, geyim əşyalarının keyfiyyətinin qiymətlən-dirilməsi məsələsində iki rəy mövcuddur:
154
Geyim əşyalarını yaradan texnoloqların rəyi- burada hər şeydən əvvəl, istehsalın imkanı nəzərə alınır və geyim əşyalarının emalının yararlılığı əsas götürülür. Bu məsələlərin həlli ilə əsas etibarilə mate-rialşünaslar və texnoloqlar məşğul olur.
Keyfiyyətə əmtəəşünaslıq nöqteyi-nəzərincə yanaşmaq- burada geyim əşyalarının keyfiyyətini qiymətləndirən zaman 1-ci növbədə əşyanın təyinatına uyğun olması, istismar şəraiti, ilkin keyfiyyətini sabit saxlaması, insan orqanizminin normal həyat fəaliyyətini təmin etməsi və digər şərtlər nəzərə alınır. Bu şərtlər əmtəəşünaslıq metodları ilə təyin edilir.
Əmtəəşünaslıq nöqteyi-nəzərincə geyim məmulatlarına verilən tələbləri 3 qrupa bölmək olar.
Geyim məmulatlarına verilən estetik tələblər.
Geyim məmulatlarına verilən gigiyenik tələblər.
Geyim məmulatlarına verilən istismar tələbləri (xidmət müddətini təyin edən tələblər).
Geyim məmulatlarına verilən tələblərə daha konkret yanaşsaq aydın olur ki, ayrı-ayrı geyim əşyalarına verilən tələblər onların təyinatından və spesifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilər. Odur ki, geyim əşyalarına verilən tələblər onların təyinat və istismar şəraitindən asılı olaraq dəyişilir. Belə ki, bir növ tikili mallar üçün davamlılıq və gigi-yeniklik zəruri olduğu halda digəri üçün xarici görünüşünün gözəl olması vacibdir. Məsələn, metaləridən sexlərdə istifadə edilən geyimlər (xüsusi geyimlər) rahat, davamlı və gigiyenik olmalıdır.
Dostları ilə paylaş: |