Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Geyimlərə verilən estetik tələblər



Yüklə 0,87 Mb.
səhifə145/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   164
-funksional-

13.1. Geyimlərə verilən estetik tələblər
Geyim insanların xarici görünüşündə müəyyən gözəllik yaradan elementlərdən biridir. Məhz buna görə də geyim məmulatlarının bədən tərtibatının böyük əhəmiyyəti vardır. Geyim yalnız özlülüyündə gözəl olmamalıdır, o adamı bəzəməlidir. Geyim o zaman estetik xassələrə malik olur ki, o müasir modaya və tələbə cavab verir.
Geyimin gözəlliyi, cəmiyyətin, mədəniyyəti və istehsalın inkişaf səviyyəsi ilə əlaqədar olaraq dəyişir. Məlum olduğu kimi hər bir cəmiyyətin gözəllik anlayışı barədə öz estetik idealı vardır. Hazırkı vaxtda geyimin estetik ideallığı onun istifadəsinin rahatlığından, əmək şəraitinə uyğunluğundan, gözəl zövqə uyğun tərtibatından və indiki şəraitdə adama verdiyi gözəllikdən ibarətdir.
Bizim geyimlərin forması sabit deyildir, lakin estetik ideallıq üçün müddət dəyişilmir. Ancaq onun xarici görünüşünün ayrı-ayrı variantları tez-tez dəyişə bilər.
Geyimlərin estetik tələblərinə müasir moda və üslub böyük təsir göstərir. Bədii üslub insan cəmiyyətinin uzun bir dövrünü əhatə edir və
155
həmin dövrün zövqünü özündə əks etdirir. Ona görə də o məişət əşyalarının və geyimin xarici formasının köklü dəyişilməsini təyin edir.
Üslub cəmiyyətin maddi-iqtisadi həyat şəraitinin xüsusiyyətlərini özündə cəmləşdirir. Üslub eyni zamanda cəmiyyətin bədii mədəniyyətinin vəziyyətini, adət və ənənələrinin xüsusiyyətini və inkişaf dərəcəsini də müəyyən edir. Aparılan tədqiqat işləri göstərir ki, feodalizm dövründə hündür saç qoymalar, uzun qol kəsimləri və s. daha xarakterik olmuşdur. XVII-XVIII əsrlərdə barokko və rokokko üslublu geyimlərdə qırçınlar, bant və s. xarakterik olmuşdur.
Geyimdə modanın dəyişməsinə müxtəlif amillər təsir göstərə bilər. Bu zaman geyimə olan perspektiv tələbat da nəzərə alınmalıdır. Geniş yayılmış modaya məmulatın hazırlandığı materialların qiyməti və yararlılığı da təsir göstərir.
Geyimin yayılmış bu və ya digər formasına ideoloji amillər də təsir edir. Müxtəlif ölkələrin özlərinə məxsus modaları vardır. Bu və ya digər səbəbdən moda bir ölkədən digər ölkəyə keçir. Moda düzgün istiqa-mətləndirildikdə kütlə tərəfindən geniş yayılır. Bir sıra hallarda modanın dəyişilməsini psixoloji amillərlə də izah etmək olar. Qeyd etmək lazımdır ki, moda özü də müəyyən istiqamətdə məqsədə- uyğun inkişaf etdiril-məlidir. Belə ki, paltarların forma və ayrı-ayrı hissələrinin ölçülərinin dəyişilməsi də müəyyən hədd daxilində olmalıdır. Belə olduqda moda hamı tərəfindən qəbul edilir və istehlakçını bəzəyir. Paltarlar üçün qəbul edilmiş moda insanların səhhəti, əmək fəaliyyəti, istirahəti, rahatlığı və digər cəhətlər üçün yararlı-əlverişli olmalıdır. Məlum olduğu kimi müəyyən dövrlərdə geyimlərin uzunluğunda əhəmiyyətli və hiss ediləcək dərəcədə fərqlər olmuşdur. Bəzən həddən artıq uzun və həddən artıq qısa geyimlər müşahidə olunur. Şübhəsiz, bunlar da müəyyən ölçü daxilində olmalıdır. Bunlar istehlakçının iş şəraitinə, yaşadığı mühitin mədəni səviyyəsinə, yaş və cins xüsusiyyətinə, quruluşuna və digər amillərə uyğun olmalıdır. Bunların hamısını müasir istehsalat nəzərə almalıdır.
Geyimlərə verilən estetik tələblər və onların xassələri hər şeydən əvvəl, geyimin təyinatına və istismar şəraitinə tamamilə uyğun olmalıdır. Daha doğrusu, geyimin estetik tərtibi və xassəsi onun təyinat və istismar şəraitinə təsir edən əsas amillərdəndir. Məsələn, şübhəsiz ki, rəqs, ev işi və digər təyinatlı geyimlərin formaları tamamilə müxtəlif olacaqdır. Gös-tərmək lazımdır ki, belə məsələlərin həllində paltarlar üçün tətbiq edilən parça və digər materialların rənginin, codluğunun, yumşaqlığının, forma


saxlamasının,

draplaşmasının,

istismar

zamanı

qısalmasının

(ölçü

xətlərinin

dəyişilməsi),

əzilmə və

çirklənmə dərəcəsinin, naxışının və üz

səthinin

quruluşunun,

habelə digər xüsusiyyətlərin də böyük rolu vardır.

Yaddan çıxarmaq olmaz ki, geyimin forması həm də istehlakçının

səhhətinə



uyğun

olmalıdır.

Məsələn,

müəllimlərin (mühazirəçilərin)













156









geyiminin forması və rəngi dinləyiciləri məqsəddən uzaqlaşdırmamalı, diqqətini başqa cəhətlərə cəlb etməməli və onların gözlərini yormamalıdır. Eyni zamanda musiqi ifaçılarının geyimləri (don və yaxud kostyumları) cəlbedici olmalıdır.


Paltarın estetik xassələri yalnız modadan deyil, onların hazırlandığı materialın xassəsindən, konstruksiyasından, həmin məmulatın texnoloji emalından və digər amillərdən də asılıdır. Yuxarıda göstərilən amilləri nəzərə almadan müasir tələbə uyğun gözəl, yaraşıqlı, yararlı, zövqü-tələbi oxşayan, istehlakçını bəzəyən geyim yaratmaq olmaz. Qeyd etdiyimiz kimi burada söhbət estetik tələbatdan gedir, ona görə də moda kompozisiyası barədə geniş danışmağa ehtiyac yoxdur (bu barədə ayrıca söhbət ge-dəcəkdir).

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin