vitamini və ya nikotinamid, nikotin turşusu qidada çatışma-dıqda insanlarda pellaqra (italyanca «Pella agra» - kələ-kötür dəri) xəs-təliyi baş verir. Bu xəstəliyə Amerika və Afrikanın cənub rayonlarında, İtaliya və İspaniyada qarğıdalı ilə qidalanan əhali daha çox tutulur. Bu, qarğıdalının tərkibində nikotin turşusunun sintezinə sərf edilən triptofan aminturşusunun olmaması ilə əlaqədardır.
Nikotin turşusu ağ rəngli kristallik maddədir, yüksək temperaturun
və qələvinin təsirindən fəallığını itirmir, məhsulların dondurulması və
uzun müddət saxlanılması zamanı parçalanır.
Nikotin turşusu bitki və heyvanat mənşəli məhsullarda vardır. İn-
sanlar üçün PP vitamininin mənbəyi çörək, qaraciyər, böyrək və kartofdur. Qidanın tərkibində triptofan aminturşusu çox olduqda orqanizmdə PP vitamini sintez olunur.
Ərzaq məhsullarında PP vitamininin mq%-lə miqdarı aşağıdakı
kimidir:
2-ci sort undan buğda çörəyi – 1,92; 1-ci sort undan buğda çörəyi – 1,54; qarabaşaq yarması – 1,19; vələmir – 1,1; mal əti – 2,8; malın qaraciyəri – 1,1; yumurta – 0,19; süd – 0,1; Hollandiya pendiri – 2,8; kartof – 0,9; pomidor – 0,3; yerkökü – 1,0; alma – 0,3; üzüm – 0,3.
PP vitamininə gündəlik tələbat – 15-20 mq-dır.
Dostları ilə paylaş: |