Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə33/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   164
-funksional-

C vitamini askorbin turşusu sinqa əleyhinə (antiskorbut) istifadə olunur. İnsan orqanizmi üçün ən vacib vitamindir. Çatışmadıqda orqanizm soyuğa qarşı davamsız olur, tez yorulur, diş ətindən qanaxma, dişlərin tö-külməsi müşahidə edilir, infeksion xəstəliklərə qarşı orqanizmin mü-qaviməti zəifləyir.
Hal-hazırda C vitamini sənaye üsulu ilə qlükozadan sintez olun-duğundan, sinqa xəstəliyinə təsadüf edilmir. Bir çox məhsullar sənaye üsulu ilə emal edildikdə C vitamini ilə zənginləşdirilir.
Askorbin turşusu zülal və karbohidrat mübadiləsində iştirak edir. Çatışmadıqda orqanizm zülalı mənimsəyə bilmir, tirozin və fenilalanin aminturşularının oksidləşməsi və ribonuklein turşusundan dezoksiribo-nuklein turşusunun əmələ gəlməsi ləngiyir. Bunun orqanizm üçün böyük əhəmiyyəti vardır.
Meyvə-tərəvəzdə askorbin turşusunun mq%-lə miqdarı aşağıdakı kimidir: badımcan – 5; göy noxud – 25; ağbaş kələm – 50, gül kələm – 70; kartof – 20; baş soğan – 10; yerkökü – 5; xiyar – 10; şirin qırmızı istiot –
34
250; cəfəri – 35; ispanaq – 55; çuğundur – 10; pomidor – 25; ərik – 10; ba-nan – 10; albalı – 15; bağ gavalısı – 10; alma – 13; portağal – 60; limon – 70; naringi – 38; üzüm – 6; bağ çiyələyi – 60; çaytikanı – 200; qara qa-
rağat – 200; itburnu – 470.
C vitamininə gündəlik tələbat 70 mq-dır. Bu norma ucqar şimal ra-yonlarında, ağır əməklə məşğul olanlar, hamilə və südverən analar üçün bir qədər çoxdur.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin