Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə36/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   164
-funksional-

D vitamini kalsiferol, antiraxit vitamini. Bu vitamin qidada kal-
siumun assimilyasiyasını artırır, böyrəklərdə fosforun reabsorbsiyasını gücləndirir, sümüklərin inkişafı və möhkəmlənməsi üçün lazımdır. D vita-mini çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur, raxit xəstəliyi baş verir.


  1. vitamini cürbəcür – D2, D3, D4, D5, D6. D7 olsa da quruluşları bir-birinə yaxın, bioloji fəallığı isə müxtəlifdir. Ən geniş yayılmış sterol-ların törəməsi olan D2 və D3 vitaminləridir. Sterolların əsas nümayəndəsi olan erqosterola ultrabənövşəyi şüalarla təsir etdikdə D2 vitamininə (erqokalsiferol), 7-dehidroxolesterinə təsir etdikdə isə D3 vitamininə (xo-lekalsiferol) çevrilir. Ona görə də sterollara provitamin D deyilir. D3 vita-mini D2 vitamininə nisbətən insan orqanizminə fəal təsir göstərir. Ərzaq məhsullarından D vitamini ilə zəngin olanların, əsasən heyvanat mənşəli məhsullardır.

100 q məhsulda D vitamininin miqdarı mkq hesabı ilə aşağıdakı kimidir: treska balığının qaraciyərində – 125-150; malın qaraciyərində – 0,2-1,2; yumurta sarısında: qışda – 3,5; yayda – 12,5; kərəyağında: qışda – 0,3-0,5; yayda – 1,2; ultrabənövşəyi şüalarla emal edilmiş bitki yağında – 25-50; quru pivə mayasında – 2500-12500.




  1. vitamininin miqdarını ifadə etmək üçün beynəlxalq vahid olaraq, erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və yaxud 10 mkq-a bərabərdir. Uşaqların D vitamininə gündəlik tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.





  1. Yüklə 0,87 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin