Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


FƏSİL. QEYRİ-ƏRZAQ MALLARININ İSTEHLAK XASSƏLƏRİ



Yüklə 0,87 Mb.
səhifə38/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   164
-funksional-

FƏSİL. QEYRİ-ƏRZAQ MALLARININ İSTEHLAK XASSƏLƏRİ


3.1. Əmtəələrin istehlak xassələri
Qeyd edildiyi kimi, əmtəələrin obyektiv xüsusiyyətlərinə, onların yararlılığından asılı olaraq istismar prosesində (istehlaketmə) aşkara çıxan və insan tələbini ödəmək qabiliyyətinə istehlak xassələri deyilir.
Hər bir mal qrupunun istehlak xassələrinin təsnifatı əmtəəşünaslığın xüsusi kurslarında öyrənilir. Burada isə istehlak xassələrinin ümumi qrup-laşmasına baxılacaqdır.
Malların xassələri təbiətindən asılı olaraq kimyəvi, fiziki və bioloji xassələrə bölünür. Bu xassələr sadə və mürəkkəb ola bilər. Sadə xassəyə misal olaraq şüşə məmulatının işıq keçirməsini, bir neçə sadə xassədən ibarət olan mürəkkəb xassəyə isə ayaqqabının geyilməyə davamlılığını, televizorların, soyuducuların etibarlılığını göstərmək olar.
İstismar prosesində (istehlaketmə) əmtəələrin bir sıra xassələri tələbləri ödəmək qabiliyyətinə malik ola bilir, bəzi xassələr isə tələbin ödə-nilməsində bir o qədər əhəmiyyət kəsb etmir. Buna görə də onları müsbət
və mənfi xassələrə bölmək olar. Mənfi xassələrə misal olaraq elektrik məi-şət maşınlarının səs etməsini, parçaların, paltarların elektrikləşməsini göstərmək olar.
Əmtəələrin istehlak dəyərinin və keyfiyyətinin qiymətləndirilmə-sində ən çox marağa səbəb istehlak xassələrinin qruplaşdırılmasıdır. Bu nöqteyi-nəzərdən istehlak mallarının əksəriyyətində üstünlük təşkil edən istehlak xassələrini aşağıdakı qruplara bölmək olar: funksional, etibarlılıq, erqonomik, təhlükəsizlik, estetik və s.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin