Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə44/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   164
-funksional-

3.5. Təhlükəsizlik xassələri
Bioloji, elektrik, mexaniki, yanğın təhlükəsizliyi, nəqliyyat vasitələ-rinin təhlükəsizliyi biri-birindən fərqləndirilir.
Bioloji təhlükəsizlik əmtəələrin insan sağlamlığı üçün təhlükəsiz ol-masından ibarətdir, daha doğrusu, sağlamlıq üçün zərərli maddələrin olma-
45
ması, məsələn, yeməkxana qablarında, yaxud başqa məmulatlarda, onların emalı ilə əlaqədar olan və ərzaq məhsulları və təmasda olan məmulatlarda (soyuducu, ət maşını və s.) ağır metalların (sink, qurğuşun, sürmə və s.),
fenolformaldehid qətranından hazırlanan inşaat materiallarında fenolun və

s. olmamasıdır.



Bioloji təhlükəsizliyin, həmçinin körpə yaşlı uşaqların oyuncaqları,
ətriyyat-bəzək malları, kimyəvi materiallardan olan məmulatlarda və başqa belə əmtəələrdə də əhəmiyyəti böyükdür.
Elektrik təhlükəsizliyi məişətdə çoxlu miqdarda cihaz və maşınların istismarı ilə əlaqədardır ki, bunlar elektrik enerjisi ilə işləyirlər. Belə məmulatların elektrik təhlükəsizliyi onların cərəyan keçirən hissələrinə toxunduqda cərəyan keçirməsi, elektrik müqaviməti və izolyasiyanın elektrik möhkəmliyi, cərəyan itkisi ilə təyin edilir.
Mexaniki təhlükəsizlik məişət maşın və cihazlarının sürətlə fırlanan hissələrindən, məmulatın iti qabarıq çıxan hissələrindən və s-dən zədə almalarının mümkün olmamasıdır.
Nəqliyyat vasitəsinin təhlükəsizliyi (avtomobil, motosikl, velo-siped) maksimal məsafə ilə ifadə olunur ki, bu da gələcəkdə onların qəfil dayanmasını aradan qaldırır.
Tez alışan məhsulların istehlakı həmçinin bütün növ qızdırıcıların istifadəsi zamanı yanğın təhlükəsizliyinə riayət olunmalıdır.
Yanğın təhlükəsizliyinin göstəriciləri alovlanma hərarəti və qız-dırıcı cihazların dayaq səthinin qızma hərarətidir.
Təhlükəsizlik tələbləri pozulduqda məmulat istehsaldan çıxarılır, yaxud onun buraxılışı müvəqqəti dayandırılır.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin