5.7. Meyvə-tərəvəzlərin yığım dövrünün
funksional göstəricilərə təsiri
Müasir kənd təsərrüfatı istehsalında meyvə və tərəvəz məhsullarını, əsasən maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi
təkmilləşdirilir.
|
Lakin
|
hələlik
|
meyvə-tərəvəzin
|
əl ilə
|
yığılıb
|
çeşidlənməsi
|
geniş tətbiq edilir.
|
|
|
|
|
|
|
|
|
|
|
Yığım
|
və
|
emal maşınlarının quruluşu
|
yığılacaq
|
məhsulun
|
bioloji
|
xassələrinə görə müəyyən edilir. Bu zaman
|
meyvə-tərəvəzin mexaniki qu-
|
ruluş
|
xassələri,
|
toxumaların
|
sıxlığı, meyvə-tərəvəzin sıxılmaya müqa-
|
viməti,
|
sürtünmə
|
və s. nəzərə
|
alınır.
|
|
|
|
|
|
|
|
Qeyd
|
etmək
|
lazımdır ki, maşınla
|
yığımda
|
mexaniki
|
zədələnmə
|
halları
|
çoxalır.
|
Ona
|
görə də mövcud maşınların yeniləşdirilməsinin, ma-
|
şınla
|
yığmaq
|
üçün
|
yeni
|
perspektiv meyvə-tərəvəz
|
sortlarının
|
seçilib
|
|
|
|
|
|
71
|
|
|
|
|
|
|
becərilməsinin və eləcə də yeni konstruksiyalı maşınlar yaradılmasının
böyük əhəmiyyəti vardır.
Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas
amillər tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə müddəti və eləcə də yığımın dövrü və müddətidir.
Meyvə və tərəvəz məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir. Bu işin vaxtlı-vaxtında və düzgün texnoloji qaydada aparılması mühüm əhəmiyyətə malikdir. Məsələn, kartofu yığdıqdan sonra çeşid-lədikdə, əgər temperatur 10-150C olarsa, başqa şərtlər eyni olduqda 00C-də çeşidləməyə nisbətən yumruların zədələnməsi 2-3 dəfə artır.
Yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım
dövrü müəyyənləşdirilərkən dərildikdən sonra məhsulun yetişə bilmə
qabiliyyəti nəzərə alınmalıdır.
Meyvə-tərəvəzçilikdə 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bit-
kilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri
də adlanır. Yığım (yetişmə) dövrləri aşağıdakılardır.
İstehlak üçün yığım dövrü. Bu dövrdə yığılan meyvə və tərəvəz xarici görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu dövrdə dərildikdən sonra yetişə bilməyən meyvələri və yeyilməyə yararlı tərəvəzi yığırlar.
Adi yığım dövrü. Bu dövrdə yığılan meyvə-tərəvəzin tərkibində qidalı və dadlı maddələrin əksəriyyəti toplanır. Barın forma və ölçüsü müvafiq sorta uyğun olur. Lakin meyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı, konsistensiyası və s.) tamamilə formalaşmır. Bu dövrdə alma və armudun payız və qış sortları, sitrus meyvələri, po-midor, qovun və s. meyvə-tərəvəz məhsulları yığılır. Saxlanılma zamanı bu meyvələrdə yetişmə davam edir və istehlak dəyərinə malik olurlar. Bununla yanaşı, qeyd etməliyik ki, istər toxumlu meyvələr və istərsə də sitrus meyvələri ağacda nə qədər çox yetişib dərilərsə, bir o qədər keyfiyyətli sayılır.
Texniki yığım dövründə emal üçün istifadə olunacaq meyvə-tərəvəzlər yığılır. Kompot hazırlamaq üçün istifadə olunacaq ərik dərilən zaman öz formasını və rəngini tam almaqla, həm də sıx ətlikli olmalıdır. Duza qoymaq üçün pomidorun ağımtıl, boz və çəhrayı rəngliləri, tomat şirəsi hazırlamaq üçün isə tam yetişmiş (qırmızı) pomidorlar yararlıdır.
Dostları ilə paylaş: |