Pomadkalı içliklə «Meyvəli-pomadalı» vafli, «Qlükozalı» və s.
vaflilər hazırlanır.
Orqanoleptiki göstəricilərinə görə vafli aşağıdakı tələblərə uyğun olmalıdır.
Dad və iyi vaflinin çeşidinə uyğun olub, kənar dad və iy verməməlidir.
Rəngi – içlikli vaflidə açıq sarıdan sarı rəngə qədər olmalıdır. İçliksiz vaflidə isə sarıdan açıq qəhvəyi rəngə qədər olur. Əgər vafli istehsalında bu və ya digər boya maddəsi işlənmişsə həmin rəngə uyğun olmalıdır.
Kəsik hissədə quruluşu. Vafli təbəqələri eyni bərabərlikdə bişməli, məsaməli və xırçıldayıcı xassəyə malik olmalıdır. İçlik eyni bərabərlikdə yayılmalıdır.
Fiziki-kimyəvi göstəricilərindən əsasən ümumi şəkərin miqdarı, yağ, nəmlik, qələvilik (içliksiz vaflidə) və 10%-li xlorid turşusunda həll olmayan külün miqdarı standart üzrə normalaşdırılır.
88
İçliksiz vaflilərdə qələviliyin miqdarı 10-dən çox, bütün vaflilərdə 10%-li xlorid turşusunda həll olmayan külün miqdarı 0,1%-dən çox olmamalıdır.
Nəmliyin miqdarı içliyin növündən asılı olaraq aşağıdakı kimidir:
Yağlı içlikli vaflilərdə
|
0,50-7,8%
|
Meyvə içlikli vaflilərdə
|
9,0-15,3%
|
Pomadka içlikli vaflilərdə
|
4,4-8,4%
|
Praline
|
içlikli vaflilərdə
|
0,6-2,2%
|
İçliksiz
|
vaflilərdə
|
2,1-3,9%
|
Pendirli
|
vaflilərdə
|
1,8-3,2%
|
Ümumi şəkərin miqdarı hər növ vaflidə reseptdə hesablanmış normaya uyğun olmaqla 2,5% kənarlaşmaya icazə verilir.
Yağın miqdarı hər növ vaflidə reseptdə hesablanmış normaya uyğun olmaqla 2,0% kənarlaşmaya yol verilir.
Tort və pirojnaların çeşidi əsasən bişirilmiş yarımfabrikatın müx-təlifliyindən asılıdır. Bunun üçün biskvit, təbəqəli, şəkərli, dəmlənmiş (bişirilmiş), yumurta ağı ilə çalınmış, badam-qoz, qırıntı və vafli yarımfab-rikatlarından istifadə edilir.
Biskvitin nəmliyi 22%-dən çox olmamalıdır. 4-6 saat soyudulduqdan sonra bəzək materialı vurulub müxtəlif tort – Nağıl, Payız, Trüfel, Otello, Qəhvə tortu, Meyvəli biskvit, Kremli biskvit, Qozlu və s., pirojnalardan biskvit pirojnası, jeleli pirojna, Buşe, Riqoletto, Pomadka ilə şirələnmiş pirojna və s. hazırlanır.
Təbəqəli xəmirdən yarımfabrikatın nəmliyi 7,5%-dir. Bəzək materialı vurulub müxtəlif tort – Təbəqəli kremli, Sportivnıy və pirojna – Kremli təbəqəli, Napoleon, Truboçki, Salfetki, Bantik, Meyvəli-təbəqəli pirojnalar hazırlanır.
Şəkərli yarımfabrikatdan müxtəlif tort – Şəkərli-meyvəli, Şəkərli-kremli, Abrikotin, Petroqrad, Moskva və pirojnalar – dairəvi-jeleli, göbə-lək, dairəvi-şəkərli, səbət, krakov, pomadka ilə şirələnmiş pirojna ha-zırlanır.
Dəmlənmiş xəmirin nəmliyi 23%-dir. Dəmlənmiş xəmirdən piroj-naların çeşidindən Ekler, Şu, dəmlənmiş dairəvi və truboçka hazırlanır. Ekler pirojnasının üzərini pomadka ilə, Şu pirojnasının üzərini isə şəkər kirşanı ilə bəzəyirlər.
Nəmliyi 8% olan badam-qoz yarımfabrikatından üxtəlif tort – Ideal, Kiyev, Abşeron, Böyük teatr və pirojnalar – Badamlı, Varşava, Qozlu və s. hazırlanır.
89
Qırıntı yarımfabrikatından Pinqvin və Poleno tortu, Kartoşka (şirə-lənmiş və kakao tozu səpilmiş) və Həvəskar pirojnaları hazırlanır.
Vafli tortlarına «Priçuda» və «Şokoladlı lüks» vafli tortları aiddir.
«Şokoladlı lüks» tortunun tərkibində 11,9% zülal, 31,3% yağ və
49,7% karbohidrat vardır. 100 q tort 522 kkal enerji verir.
«Priçuda» tortunun tərkibində 6,8% zülal, 31,4% yağ və 56,7% karbohidrat vardır. 100 q tort 530 kkal enerji verir. Səthinə hamar şokolad şirəsi çəkilmişdir.
Tortlar dairəvi və düzbucaqlı formada olur. Bəzən fiqurlu tortlar da buraxılır. Sifarişlə hazırlanan tortlar 3-10 kq-lıq, başqaları 250, 300, 500, 1000 və 1500 q-lıq buraxılır. Pirojnalar isə çeşidindən asılı olaraq 45, 55. 60, 65, 68, 70, 75, 85, 90 və 110 q çəkidə olur.
90
Dostları ilə paylaş: |