8.5. Üzüm şərablarının dequstasiyası
və qiymətləndirilməsi
Şərabın orqanoleptiki göstəricilərinə cəmi 10 ball, o cümlədən şəf-faflığına – 0,5-0,1 ball, rənginə – 0,5-0,2 ball, ətrinə və buketinə – 3-0,6 ball, dadına 5-1 ball, tipikliyinə – 1-0,25 ball qiymət verilir.
Ümumi ball qiyməti şərabın keyfiyyətindən asılı olaraq 10-dan 6-ya qədər ola bilər. 6 ball qiymət alan şərab sirkə və ya spirt istehsalına verilir.
Satışa verilən adi şərabların dequstasiya qiyməti 7 balldan, markalı
şərablarda isə 8 balldan az olmamalıdır.
Laboratoriya üsulu ilə şərabların fiziki-kimyəvi göstəricilərindən
etil spirti, turşuluq, şəkər, uçucu turşular, ekstraktlı maddələr və s. müəy-
yən edilir. Spirtin, şəkərin və turşunun miqdarına görə şərabın qrupu və dərəcəsi müəyyən edilir. Uçucu turşuların miqdarı şərabın saflığını xarak-terizə edir.
Üzüm şərablarının keyfiyyəti dequstasiya yolu ilə öyrənilir. Şərab-ların dequstasiyasını aparmaq üçün onun hansı məqsədlər üçün aparıldığı əvvəlcədən məlum olmalıdır. Burada dequstasiya qədəhləri, dequstasiya vərəqələri, dequstasiya zalı, dequstasiyaçı və dequstasiyanın aparılması texnikası haqqında müəyyən məlumatları bilmək vacibdir.
Dequstasiya müxtəlif məqsədlər üçün aparılır, çünki şərabın keyfiy-yətinin qiymətləndirilməsi müxtəlif məsələlərin həllini tələb edir.
Dostları ilə paylaş: |