İş dequstasiyası bilavasitə istehsalatda texnoloqlar və texnikikimyəvi nəzarət laboratoriyalarının işçiləri tərəfindən öz vəzifələrini yerinə yetirdikləri proses ərəfəsində aparılır.
107
İstehsal dequstasiyası müəssisənin bir qrup ixtisaslı mütəxəssisləritərəfindən şərabın keyfiyyəti ilə əlaqədar olan məsuliyyətli məsələlərin (yeni şərab markasının təsdiqə hazırlanması, kupajın təsdiqi, müsabiqəyə şərab nümunəsinin seçilməsi və s.) həllində aparılır.
Ekspert və arbitraj dequstasiyası– müəssisələr arasında münaqişəliməsələlərin həlli, eləcə də şərab nümunəsinin bu və ya digər şərab tipinə uyğunluğunu müəyyən etmək, keyfiyyət müfəttişliyinin xahişi ilə şərabın qiymətləndirilməsi və beynəlxalq müsabiqə üçün şərab nümunələrinin seçilməsi üçün aparılır.