Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə86/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   164
-funksional-

Müsabiqə dequstasiyası – beynəlxalq, ümumittifaq, respublika və tematik sərgilərdə şərab məhsullarından ən yaxşı nümunələri aşkar etmək məqsədilə aparılır.
Ticarət (kommersiya) dequstasiyası – şərabın topdan alışı məsələ-lərinin həllində, şərab məhsullarının satış və alışı, həmçinin beynəlxalq miqyasda şərab təchizatı zamanı aparılır.
Tədris dequstasiyasında məqsəd mütəxəssislərə orqanoleptiki qiymətləndirmə üzrə ixtisası artırmaq üçün aparılır.
Nümunə dequstasiyası – şərabın çeşidi ilə maraqlanan geniş kütlə üçün aparılır.
Beynəlxalq müsabiqələrdə yüksəkixtisaslı dequstatorlar, bir qayda olaraq fasilə ilə bir gündə 30-a qədər nümunə dequstasiya edə bilərlər.
Dequstatorlar vərəqələri doldurub ekspertlərdən təşkil olunmuş katibliyə verirlər. Katiblik dequstasiya vərəqələrindəki göstəriciləri cərimə xalları şəklində ifadə etməklə rəqəmlərə çevirir və dequstasiya vərəqinə qeyd edirlər. Cərimə xalları aşağıdakı kimi verilir: əla keyfiyyətli şərab – 0 cərimə xalı, çox yaxşı şərab – 1, yaxşı şərab – 4, münasib şərab – 9, qeyri-münasib şərab isə  cərimə xalı qazanır. Katiblik müxtəlif ekspertlərin qiy-məti əsasında ümumi qiymət çıxarır. 12 cərimə xalı almış şərab I dərəcəli fəxri diplom, 13-dən 42-yə qədər xal aldıqda II dərəcəli diplom, 42 xaldan çox cərimə aldıqda III dərəcəli diplom verilir. Əgər I dərəcəli diplom almış şərab 6-dan çox cərimə xalı almazsa, belə şərab böyük qızıl medala, 7 və ya 9 xal cərimə alarsa, qızıl medala, 9-12 xal cərimə alarsa, gümüş medala layiq görülür.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin