Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


saxlanılmağa davamlılıq göstəriciləri



Yüklə 0,87 Mb.
səhifə9/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   164
-funksional-

saxlanılmağa davamlılıq göstəriciləri – malın saxlanılması və daşınması dövründə onun xassələrinin dəyişilməzliyini xarakterizə edir. Məhsulda olan fermentlərin və mühitin xarici amillərinin təsiri altında ərzaq mallarında mürəkkəb fiziki-kimyəvi (quruma, köhnəl-mə və s.) proseslər baş verir və bunların nəticəsində keyfiyyət aşağı düşür. Məhz buna görə də yeyinti sənayesi müəssisələrindən ticarət

şəbəkəsinə daxil olan hər bir partiya ərzaq malı, onun keyfiyyət-liliyini sübut edən müvafiq sənədlə müşayiət edilməlidir. Bu sənəddə (sertifikat, keyfiyyət vəsiqəsi, texniki pasport, texniki qəbul aktı) müəssisə-istehsalçının yerləşdiyi yer, onun tabeçiliyi, məmulatın adı və sortu, netto kütləsi, istehsal tarixi, standart nömrəsi, satış müddəti və s. göstərilir. İstehsalçı-müəssisə malın saxlanılmasının təminatlı


9
müddətində öz məhsulunun mövcud standartların tələblərinə uyğun olmasına məsuliyyət daşıyır.
- erqonomik göstəricilərə gigiyenik, antropometrik, fizioloji, psixofi-zioloji və psixoloji göstəricilər aiddir.

Qida məhsullarının müəyyən sanitar-gigiyenik normalara uyğun


olmasının müəyyənləşdirilməsində gigiyenik göstəricilərdən istifadə olunur. Ticarətdə antropometrik (ölçü) göstəricilərdən, xüsusən müxtəlif həcmli taralarda olan ərzaq mallarının saxlanılması, daşınılması və satışı prosesində çox istifadə olunur. Fizioloji və psixofizioloji göstəricilərdən ərzaq mallarının insanın fizioloji tələblərinə uyğun olmasının müəy-yənləşdirilməsində istifadə edilir. Məsələn, məlumdur ki, 10 ml-də ən azı 0,05 q duz olan məhlul duzlu, həmin həcmdə 0,4 q şəkər olan məhlul isə şirin dad verir. Əksəriyyət hallarda alıcı şəffaflaşdırılmış meyvə şirələrinə üstünlük verir, ancaq fizioloji baxımdan lətli şirələrin qidalılıq dəyəri daha yüksək olur.

1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin