Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə161/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   164
-funksional-

Tozsoranlar. Məişət tozsoranlarının dizaynı əksər hallarda onların tipi ilə müəyyənləşir: kompakt və ya tam qabaritli. Kompakt tozsoranları otaqda hərəkət etdirmək daha asandır. Onların bəzi modellərində xüsusi kəmər vardır ki, onun vasitəsilə tozsoranı çiyindən asıb iş görmək mümkündür. Bu, pilləkənlərin və kiçik otaqların yığışdırılmasında xüsusən rahatdır. Tozsoranın gövdəsində elektrik naqilini avtomatik yığışdırmaq üçün xüsusi düymə və başlıqların yerləşdirilməsi üçün futlyar vardır. Əksər modellərdə uzadılan teleskopun boruları dəstə daxil edilmişdir. Kompakt tozsoranların çəkisi 5-6 kq-dan artıq olmur.
Quru və nəm təmizləmə üçün tam ölçülü tozsoranlar daha ciddi görkəmə malikdir. Onların çəkisi 6-13 kq-a çatır. Onların əsas fərqləndirici xüsusiyyəti dəstləşdirilməsindədir. Demək olar ki, bütün cihazlar təmizlənməni rahatlaşdıran mexanikləşdirilmiş elektrik süpürgəsi ilə təmin olunmuşlar.
Bir qayda olaraq, tozsoranı zərbələrdən qoruyan zədəyədavamlı gövdəsi aerodinamik formada və ya «kosmik» adlandırılan və cihazın konstruksiya xüsusiyyətlərini müşahidə etməyə imkan verən dizaynla tərtib edirlər. Əksər modellərdə daşınmanı rahatlaşdıran əlverişli dəstəklər, iri diametrli təkərlər, ayaqla idarəetmə sistemləri və həmçinin şaquli və üfüqi dayanma üsulları tətbiq olunur. Tozsoranlar müxtəlif rəng çalarları ilə fərqlənir.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin