Экспресс ам 22 53° в



Yüklə 174,5 Kb.
səhifə1/6
tarix05.06.2023
ölçüsü174,5 Kb.
#127787
növüПрактикум
  1   2   3   4   5   6
Mövzu 5. Metrologiya (2)



Mövzu 5:METROLOGİYA
Plan:
1.Metrologiyanın başlıca vəzifəsi
2.Metrologiyanın mənbələri
3.Metroloji sistemlərin formalaşması.


Ədəbiyyat

  1. Azərbaycnn tarixi, Rakı. 1994

  2. Y.Yusifov. Qədim Şərq tarixi.Bakı 1993.

  3. Məmmədov İ.Ə. Köməkçi tarixi fənlər. Bakı.2009.

  4. Воспомогательная исторические дисциплины. M.1967

  5. Практикум по истории древного мира. М.1982,вып.1-2 Под редакции И.Свенцицкоу

  6. К.Алиев.Античная Кавказская Албания.Б.1993.

  7. Дионисий. Описание населенные земли. БДИ.1948 №2.

Metrologiya köməkçi tarixi fənn kimi insanlar tərəfindən əmək və istehsal prosesində yaratdıqları müxtəlif ölçü sistemləri, uzunluq, sahə, çəki, həcm və s. habelə onların yaranması və tarixi inkişafını öyrənir. Metrologiya iki Yunan sözünün birləşməsindən yaranmışdır. Metron- ölçü ve loqos-söz, elm deməkdir.1
Metrologiyanın vəzifəsi tarixi inkişafın gedişində,insanlar tərəfindən zərurət kimi yaratdıqları ölçü vahidləri, onların adlanmasını, habelə müxtəlif ölçü vahidlərinin yaranıb formalaşdığı tarixi dövrü öyrənməkdən ibarətdir.
Bundan başqa metrologiyanın ən mühüm vəzifələrindən birİ də müxtəlif xalqlarda və ölkələrdə ölçü vahidlərini müasir ölçü vahidlərinə uyğunlaşdırmaqdan ibarətdir.
Bundan əlavə müxtəlif tarixi inkişaf mərhələlərində hər bir
cəmiyyətin sosial-iqtisadi inkişafinın tarixini, habelə tarixi mənbələrin təhlilini metrologiyasız müəyyənləşdirmək mümkün deyildir.
Metrologiya elminin köməyi ilə hər hansı bir mənbənin tərtib olunduğu yeri və vaxtını müəyənləşdirmək, habelə mənbənin və sənədin düzgünlüyünü, saxtalığını dahada dəqiq müəyənləşdirmək olar.
Başqa elmlər kimi metrologiya elminin də öz mənbələri olmuş və onların vastəsilə onun xüsusİ metodikasını və tədqiqat metodunu işləyib hazırlamışlar. Mötrologiya çox qədim zamanlarda insanların istehsal və əmək fəaliyyəti prosesində yaranıb formalaşmışdır2. Çünki müəyyən təxmini ölçü vahidiəri olmadan çox qədim zamanlarda yaşayış yeri, mağara, ev tikmək, silahlar, əmək alətləri hazırlamaq, istehsal olunan məhsulu ölçmək və paltartikmək mümkün deyildi.
Tarixi inkişafın sonrakı gedişində istehsal prosesi genişləndikcə, tayfalar arasında mübadilə yaranıb inkişaf etdikcə, ölçü vahidlərinə olan həyati təlabat daha da artmışdır.Bununla əlaqədar olaraq, müxtəlif tayfalar və xalqlarda yaranmış təxmini, şərti ölçü vahidləri iqtisadi əlaqələr nəticəsində biri-digərinə uyğunlaşdırılaraq,onların əsasında ümumi ölçü vahidləri, ekvivalentiəri işlənib
hazırlanmışdır.
İlk vaxtlarda qədim ölçü vahidlərinin əsəsını insan cəsədinin hissələri, yəni barmaq, qol, qıç və s. təşkil etmişdir.Uzunluq ölçüsü kimi isə addım əsas hesab olunurdu. Hər bir sahənin ölçüsünü bəzən görülmüş işlə qiymətləndirirdilər. Vaxt ərzində əkilmiş məhsulun miqdarına əsasən onun toplanmış hissəsini müəyyənləşdirirdilər.
Tədricən əlaqələr nəticəsində tayfalar və xalqlar arasında olan bu cür ölçü sistemləri biri-digərinə keçib yayılırdı.Məsələn, Aralıq dənizi sahili ölkələrində geniş yayılmış ölçü sistemlərinin çoxu Babil ölçü sistemləri əsasında yaranıb formalaşmışdır.3
Qədim Şərq ölkələrində mövcud olmuş ölçü sistemlərinin öyrənilməsində Hammurapi qanunları mühüm rol oynamışdır. Hammurapi qanunlarının 55-56-cı maddələrindən aydın olur ki, əgər kimsə suvarma məqsədilə öz arxını açıbsa, qonşulara ziyan dəyibsə onda o, qonşularının məhsulunun miqdarı qədər taxıl ölçüb verməlidir.Əgər kimsə suyu açıbsa və su qonşunun şumlanmış sahəsini batırırsa,onda hər bir "Bur" sahəyə, 10 qur taxıl ölçüb vermelidir.Buradan aydın olur ki, “Bur” sahə ölçüsüdür. İndiki ölçü ilə bir bur 6,35 hektara bərabərdir.Qur isə çəki ölçüsüdür. Yəni sonrakı ölçü ilə 252,6 litrə bərabərdir. Əsas pul vahidi gümüş idi. Mina təxminən 0,5 kq adlı çəki vahidi idi. 68 mina isə bir talanta bərabər idi (39-40 kq). Hamurapi dövründə I şekel qızıl 6 şekel gümüşə bərabər idi. Bir şekel isə 180-dəfə bölünürdü. Mənbələrdən aydın olur ki, istər Misirdə istərsə də İkiçayarasında ölçü vahidi kimi talantdan da istifadə olunmuşdur.İndiki ölçü ilə o zamankı bir talant 30 kq-ə bərabər idi.4
Metrologiya sistemi qədim dövrlərdə müvafiq mənbələr əsasında yaranıb inkişaf etmişdir.Onların sırasına aiddir: əmək alətləri, silahlar, qablar, binaların ölçüləri. Bunların əsasında yaranan ölçü vahidiəri sonrakı dövürlərdə daha da formalaşaraq xalqlar arasında yayılmışdır.
Qədim Rusiyada da özünəməxsus ölçü sistemləri mövcud olmuşdur. O vaxtı Rusiyada yaranmış ölçü slstemlərinin çoxu "Russkaya pravda" və digər yazılmış qanunlarda öz əksini tapmışdır.Qeyd etmək lazımdır ki, Rusiyada əsas ölçü sistemlərinin çoxu demək olar ki, XVIII əsrin əvvəllərində formalaşmışdır. Belə ki, 1736-cı ildə Rusiyada ölçü və çəki komissiyası yaradılmış , onun materialları isə 1832-ci ildə ümumiləşdirilmişdir. Qədim Rus dövlətində uzunluq ölçüləri əsas etibarilə qarış, addım, səcənverstdən ibarət olmuşdur.5
Addım əsas ölçü vahidlərindən biri kımi XII əsr rus yazılı mənbələrində qeyd olunmuşdur.
XVII əsrdə əsəs ölçü vahidlərindən biri də səcən ölmuşdur. Bir səcən 148-152 sm arasında olmuşdur.
Sonra isə uzunluq ölçüsü verst olmuşdur. Bir verst isə 185 metrə bərəbərdir. Torpaq sahəsini desyatinlə ölçmüşlər. Bİr desyatin 0,75 hektara bərabər olmuşdur. Yaxud 75 sotkaya bərabərdir. Qədim yunanlarda uzunluq ölçüsü stadiy olmuşdur. Bu söz öz adını "stadion " sözündən götürmüşdür. Belə ki, mənbələrdən aydın olur ki, 8 yunan stadiyi 185 metrə bərabər olmuşdur.Yəni təqribən bir yunan stadiyi 23 metrə bərabər olub. Qədim romalılarda isə əvvəlcə mil, sonra isə şaqi olmuşdur.l mil isə 1480 metrə bərabər olmuşdur.
Herodotun verdiyi məlumatdan aydın olur ki, yunanlarda dənizdə ölçü vahidi orqiy olmuşdur. Bir orqiy də 1,177 km-ə bərabərdir.
Bu cür uzunluq ölçü sistemləri Qədim Yunan və Roma müəlliflərinin Azərbaycanın coğrafi mövqeyi və şəhərləri haqqında verilən məlumatlarından da aydın olur. Qədim Yunan coğrafiyaçısı Strabon məlumat verir ki, Araz çayından Vera qalasına (Atropatena dövlətinin paytaxtı) olan məsafə 2400 stadiydir. Eramızın I əsr Roma müəllifi Böyük Pliniy məlumat verir ki, Artaksatıdan (indiki Ermənistanda yaşayış yeri) Qazakaya olan məsafə 450.000 şaqidir.6
Yunan müəllifləri Azərbaycanla bağlı ölçü vahidləri haqqında da məlumat vermişdir.Eramızın II əsr müəlliflərindən Dionisiy məlumat verir ki, Albaniyada çoxlu əncir bəğları vardır. 2-3 əncır ağacı 150 medimna məhsul verir. Bir yunan medimnası 52 litrə bərabərdir.7 Xilafətin hakimiyyəti dövründə Azərbaycanda uzunluq ölçüləri daha çox ərəb müəlliflərinin əsərlərində əks olunmuşdur.
Ərəb müəllifləri Azərbaycanın şəhərləri haqqında məlumat verərkən uzunluq ölçüsü kimi fərsəngİn adını qeyd etmişlər. Bir fərsəng 0,87 metrə bərabər olmuşdur.8
Başqa ölkələrdə olduğu kimi Azrbaycanda da orta əsrlərdə uzunluq ölçüsü kimi arşın, səcəndən istifadə olmuşdur .Əslində Azərbaycanda mövcud olmuş feodal dövlətlərin də arşın və səcənlə yanaşı, çəkİ öiçüləri kimi misqal (24 noxud), kirvənkəbatman (8 kq -a bərabər) puddan da istifadə olunmuşdur. Həmin ölçü vahidlərindən xanlıqlar dövründə də istifadə edilmişdir.
Azərbəycan Rusiya tərəfindən işğal olunduqdan sonra isə vahid imperiya ölçü vahidlərindən İstifadə olunmuşdur. Buna baxmayaraq, xalqın məişət və təsərüffatında milli ölçü vahidləri də uzun müdət yaşamış və onlardan istifadə olunmuşdur. XIX əsrin ikinci yansında isə dövlətlərarası razılıq əsasında metrik sistemə keçilmişdir. Rusiyada metrik sistemin yaradılmasında və həyata keçirilməsində kimyaçi alim- Mendeleyevin görkəmli xldmətləri olmuşdur. RSFSR Xalq Komisarları Sovetinin 11 sentyabr 1918-ci il dekreti ilə "Ölçü və çəkilərin beynəlxalq metrik sistemi " haqqında qərar qəbul edilmişdir.
SSRİ yaradıldıqdan sonra vahid metrik ölçü sistemi haqqında qərar verilmişdir. Həmin qərar 1 yanvar 1927-ci ildən başlayaraq bütün SSRİ ərazisində həyata keçirilməyə başlanmışdır.9
Bəşəriyyətin tarixi inkişafının gedişində insanlar tərəfindən yaradılmış ölçü sistemləri tarix elminin ayrı-ayrı problemlərinin öyrənilməsində və tədqiq edilməsində böyük rol oynamışdır. Məhz ölçü sistemləri vasitəsilə hər bir ictimai formasiyada iqtisadi inkişafın, sənətkarlığın və ticarətin inkişafının səviyyəsini aydınlaşdırmaq mümkün olmuşdur.
Daxili və xarici ticarətin inkişaf və səviyyəsinin müəyyənləşdirilməsində ayrı-ayrı dövlətlərdə, müxtəlif ölkələrdə, müxtəlif ölçülərdə pullar kəsilməsi də böyük rol oynamışdır. Buna görə tarixi tədqiqatlarda müxtəlif dövrlərdə yaranmış ölçü vahidləri mühüm rol oynayır.
Ölçü vahidləri həmçinin hər hansı bir tarixi mənbənin dövrünün müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Hər bir xalq özünün ölçü vahidiərini həmişə qoruyur və nəsildən-nəslə yadigar kimi saxlayır. Milli ölçü vahidiərindən indi də hər bir xalq öz məişətində geniş istifadə etməkdədir.
Hazırkı dövrdə də ölçü vəhidlərində həm millilik, həm də beynəlxalq ölçü sistemiəri saxlanılır və ondan istifadə olunur. Məsələn; hazırkı şəraitdə də dənizdə uzunluq ölçüsü kimi beynəlxalq miqyasda mildən istifadə olunur. Yaxud da neft istehsal edən ölkələr, neft sistemində barreldən istifadə edirlər. Onların razılığı ılə bir barrel neft 159-160 litrə bərabər müəyyən edilmişdir. Hər bir ölkə daxili ticarət əlaqələrində öz xalqına, ölkəsinə məxsus ölçü vahidlərindən istifadə edir. Xarici ölkələrin isə ticarət əlaqələrində beynəlxalq ölçü sistemlərindən istifadə olunur. Həmin ölçü vahidləri əsasında dövlətlər arasındakı iqtisadi-ticarət əlaqələrinin həcmi və səviyyəsi müəyyən edilir.
Metrotologiya (yunancadan “metro”–ölçü, “loqos”–elm) –ölçmələr, onların vəhdəti və tələb olunan dəqiqliyi-ni təmin edən üsul və vasitələr haqqında elmdir.
Bir elm və praktiki fəaliyyət sahəsi kimi me-trologiya qədim zamanlardan təşəkkül tapmışdır. Qə-dim Azərbaycanda ölçü sisteminin əsasını qədim Misir ölçü vahidləri təşkil edirdi. Onlar isə öz növbəsində qədim Yu-nan və Romadan götürülmüşdür. Təbiidir ki, hər bir ölçü sistemi nəinki dövrlə, hətta milli mentalitetlə əlaqədar olaraq öz xüsusiyyətləri ilə fərqlənirdilər.
Vahidlərin adları və ölçüləri xüsusi qurğulara əl atma-dan ölçmələri yerinə yetirmək imkanına uyğun gəlirdi. Məsələn, Şəqri Avropada əsas uzunluq vahidi olaraq qarış və qulac istifadə olunurdu. Qarış baş və şəadət bar-maqları arasındakı məsafədir. Sonralar isə digər ölçü–arşın meydana çıxdıqdan sonra qarış (arşının 1/16 hissəsini təşkil edir) tədricən istifadədən çıxdı. “Qulac” ölçü vahidi Vavilanda yaranmışdır və dirsəkdən əlin orta barmağının ucuna qədər olan məsafəyə bərabərdir.
XVIII əsrdən etibarən Rusiyada ingilis uzunluq ölçüsü olan “düym” istifadə olunmağa başlamışdı. Bununla yanaşı ingilis futu da tətbiq edilirdi. Beləliklə ilk dəfə olaraq rus uzunluq ölçüləri ingilis uzunluq ölçüləri ilə uyğunlaşdırıl-mışdır. Bunda da rus və ingilis metrologiyasının, yəni av-ropa metrologiyasının harmonizasiyası sahəsində ilk ad-dımlar atılmışdır.
Ölçülərin metrik sistemi 1840 –cı ildə Fransada qəbul edilmişdir. Bu sistemin qəbul edilməsi xalqların qarşılıqlı tərəqqisində əhəmiyyətli bir təmin yaratmış oldu. Elm və texnika inkişaf etdikcə yeni ölçmələr və ölçü vahidləri tələb olduğu üçün fundamental və tətbiqi metrologiya tək-milləşirdi. İlk dəfə ölçü vahidlərinin prototipini tapmaq üçün təbiətdə mövcud olan makroobyektləri və onların hərəkətini tədqiq edirdilər. Belə ki, saniyə Yer kürəsinin öz oxu ətra-fında fırlanma periodunun bir hissəsi kimi qəbul edilirdi. Tədricən bu tendensiya atom və atomdaxili səviy-yələrə köçürüldü. Nəticədə köhnə ölçü vahidləri dəqiqləş-dirilərək yeniləri yarandı.
Beləliklə, 1983 –cü ildə metrin yeni tərifi qəbul edildi: bu işığın vakuumda saniyənin 1/299792458 hissəsində get-diyi yolun uzunluğudur. Bu işıq sürətinin (V = 299792458 m/san) vakuumda fiziki konstantı kimi qəbul edildikdən sonra mümkün olmuşdur. Maraqlıdır ki, hal –hazırda metroloji qaydalara əsasən metr saniyədən asılıdır.
1988 –ci ildə beynəlxalq səviyyədə elektrik vahidləri və kəmiyyətlərinin ölçülmə sahələrində yeni konstantlar qəbul edilmişdir, 1989 –cu ildə isə yeni Beynəlxalq prak-tiki temperatur şkalası BTŞ –90 qəbul edilmişdir.
Bir neçə belə qəbildən olan misallardan görünür ki, metrologiya elmi dinamiki olaraq inkişaf edir, bu isə təbii olaraq bütün başqa elmi və tətbiqi sahələrdə ölçmə təc-rübəsinin təkmilləşdirilməsinə şərait yaradır. Yeni cihaz-ların və ölçü qurğularının yenidən işlənməsi ölçmələrin keyfiyyəti və dəqiqliyi ilə müəyyən edilir, bu isə met-rologiyanın qabaqlayıcı templə inkişafının xeyrinə olan amildir. Fundamental və tətbiqi metrologiyanın inkişafı ilə yanaşı qanunverici metrologiya yaranırdı.

Yüklə 174,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin