Dirhəm — ölçü vahidi
Dirhəmin müxtəlif ədəbiyyatlarda 2,9645 q-a, ( 3,12 q-a, 3 q-a) bərabər olduğu göstərilir. IX-XII əsrlərdə dirhəm 2,975 q olmuşdur.
Daqqa— çəki ölçü vahidi.
Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur.
Dang — çəki ölçü vahidi.
Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Tağar — çəki ölçü vahidi.
Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV-XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir.
Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240-600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır.
Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Dinar — bir çox ərəb ölkələrində pul vahidi. Qədim çəki ölçü vahidi.
Dinar cəki vahidi kimi cox az istifadə edilmişdir. Ərəb xilafəti dovrundə zərb edilən qızıl pulun adı da dinar olmuşdur. Dinarın cəkisi 4,235 q idi.[1] Rətl— çəki ölçü vahidi.
Adına tibbi və digər mənbələrdə rast gəlinən, lakin məişətdə az işlənən kiçik çəki vahidlərindən biri də rətldir. Rətl 40,6 q-a bərabər olmuşdur.
Xalvar— çəki ölçü vahidi.
Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır.
Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Kotan — qədim sahə ölçü vahidi.
Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalıŞeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N.Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi.
Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada - qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi.
Azərbaycan xalqının çəki və digər ölçü vahidlərininöyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
1 Воспомогательная исторические дисциплины. M.1967 50-60
2 Практикум по истории древного мира. М.1982,вып.1-2 Под редакции И.Свенцицкоу
3 Воспомогательная исторические дисциплины. M.1967 50-60
4 Y.Yusifov. Qədim Şərq tarixi.Bakı 1993,səh.50-60
5 Воспомогательная исторические дисциплины. M.1967 50-60