V. International Congress on Education and Social Sciences
Proceeding Book
V. Uluslararası TURKCESS Eğitim ve Sosyal Bilimler Kongresi
Tam Metin Kitapçığı
Bildiri No:BT150
EKSTREMAL ŞƏRAİTDƏ EMOSİONAL HALƏTLƏRİN TƏZAHÜRÜ XÜSUSİYYƏTLƏRİ
Sevər Sərvət qızı Mirzəyeva
Sumqayıt Dövlət Universiteti, psixologiya
üzrə fəlsəfə doktoru, dosent
E-mail: severmirzayeva@gmail.com
Ayna Şirzad qızı Hacıyeva
Sumqayıt Dövlət Universiteti, psixologiya
üzrə fəlsəfə doktoru , dosent
E-mail: ayna.haciyeva7@gmail.com
ÖZET
İstənilən problem insanı normal psixoloji vəziyyətindən çıxarır. Daimi stress normal həyata mane olan müxtəlif psixi pozuntuların yaranmasına səbəb olur. Praktik olaraq bütün psixi pozuntular bu və ya digər şəkildə biri digəri ilə qarşılıqlı əlaqədardır. Lakin müxtəlif psixi pozuntuların basilıca əlaqəsi və oxşarlığı ondan ibarətdir ki, onların kökləri insandan gəlir, onun aləmə fərdi qavrayışından, xarici təsirlərə meylliliyindən asılıdır. Yəni bütün psixi proseslər bir-biri ilə qırılmaz əlaqədədir və insanın vahid psixi vəziyyətinin müxtəlif tərəflərini ifadə edir. Ekstremal şəraitlər dedikdə də gözlənilmədən baş verən, insanın həyatını təhlükə altına alan gərgin situasiya nəzərdə tutulur. Bu şəraitlərdə insanda yaranan emosional halətlərin təzahür xüsusiyyətləri insanın vahid psixi vəziyyətinin müxtəlif tərəflərinin düzgün idarə olunmasından asılıdır.
Dostları ilə paylaş: |