Arterial qanaxmada al qan sürətlə pulsasiya edərək axır. İri arteriyalar zədələndikdə çox sürətlə qanitirmə nəticəsində bir neçə dəqiqə ərzində ölüm baş verə bilər. İlk yardım damarı zədələnmiş nahiyədən yuxarıda sıxmaqla başlamaq olar. Sonra isə turna qoyulur.
Arterial qanaxma
Venoz qanaxma
Parenximatoz qanaxma parenximatoz orqanların ( qaraciyər, mədəaltı vəzi, ağciyər, dalaq, böyrəklər ) zədələnməsi zamanı müşahidə olunur. Bu zaman bütün yara səthindən qan axır.Bu orqanlar qan damarları ilə zəngindir, zədələnmiş damarlar yığılmır, toxuma vasitəsi ilə sıxılmır. Ona görə qanaxma güclü, həyat üçün təhlükəli olur. Belə qanaxmaları saxlamaq çox çətindir. Bundan başqa qarışıq qanaxmalar da müşahidə olunur. Eyni zamanda arteriya, vena və parenximatoz orqanların zədələnməsi mümkündür.