Ekstremal vəziyyətlər



Yüklə 258,15 Kb.
səhifə4/7
tarix26.02.2022
ölçüsü258,15 Kb.
#114695
1   2   3   4   5   6   7
Qanaxmalar...

Parenximatoz qanaxma parenximatoz orqanların ( qaraciyər, mədəaltı vəzi, ağciyər, dalaq, böyrəklər ) zədələnməsi zamanı müşahidə olunur. Bu zaman bütün yara səthindən qan axır.Bu orqanlar qan damarları ilə zəngindir, zədələnmiş damarlar yığılmır, toxuma vasitəsi ilə sıxılmır. Ona görə qanaxma güclü, həyat üçün təhlükəli olur. Belə qanaxmaları saxlamaq çox çətindir. Bundan başqa qarışıq qanaxmalar da müşahidə olunur. Eyni zamanda arteriya, vena və parenximatoz orqanların zədələnməsi mümkündür.


Burundan qanaxmalar-burunda olan yerli dəyişikliklər(burunun küt travması,çəpərin xorası,kəllə əsası sümüklərinin sınığı və s.) və müxtəlif xəstəliklər zamanı(qan xəstəlikləri,hipertoniya xəstəliyi vəs.)ola bilər. Belə hallarda qan burun dəliklərindən həm xaricə,həm də ağız boşluğuna,udlağa axıb tökülür.Bu isə öskürək,bəzən qusma verir,xəstə narahat olur.

Xarici və daxili qanaxmalar zamanı təxirəsalınmaz tibbi yardım.

Təxirəsalınmaz yardım:

-xəstə başı bir qədər önə əyilməklə oturdulur(əgər otura bilmirsə,o ya böyrü,ya da qarnı üstə uzadılır)

–burunun kökünə və özünə soyuq (buz qovuqları,soyuq suda isladılmış parça) qoyulur.

–qanaxma dayanmazsa,burun hər iki tərəfdən barmaqla burun çəpərinə sıxılır.

–qanaxmanın dayanmadığı təqdirdə burun dəliklərinə quru yaxud 3-5%-li hidrogen-peroksid məhlulunda isladılmış kiçik pambıq tampon yeridilir.

–venaya 10.0 ml 10%-li kalsium-xlorid,əzələyə 2-4 ml vikasol vurulur.



Yüklə 258,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin