İKİNCİ BƏHS
PEYĞƏMBƏRİN (S) XİLAFƏTİNİN ÜMUMİ RƏHBƏRLİYİ
İYİRMİNCİ MƏKTUB
9 Zilhiccə 1329
1. “Nəss”lərə xülasə işarə.
2. “Yövmül-inzar” “nəss”i.
3. Sünnə əhlindən bu “nəss”i nəql edənlər və yazanlar.
1. Peyğəmbərin (s) rəftar və yaşayış tərzindən agah olan, İslam dövlətinin yaranmasını, əhkamlarının bəyanını, onun qanun və əsaslarının hazırlanmasını, və Allah tərəfindən nazil olmasını bilən kəs başa düşər ki, Əli (ə), Allah peyğəmbərinin vəziri, düşmən qarşısında arxası, hökm və fərmanının varisi, onun vəliəhdi və o həzrətdən sonra, xilafət işinin sahibidir. Peyğəmbərin (s) səfərdə və qeyri-səfərdə olan söhbətləri və işləri ilə tanış olanlar, bu barədə o həzrətin ardıcıl və aydın rəvayətlərini bilməlidirlər. Bu cərəyan onun dəvətinin əvvəlindən ömrünün sonunadək aydın və aşkar şəkildə görünür.
2. İslamın başlanğıcında, Məkkədə İslamın rövnəq tapmasından əvvəl Allahın nazil etdiyi bu ayəni mülahizə etmək sizə kifayət edər: وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ “Ən yaxın qohumlarını (Allahın əzabından və...) qorxut.”1 – ayəsi nazil olan vaxt Həzrət yaxın qohumlarını əmisi Əbu Talibin evinə topladı. Düz, qırx nəfər idilər. Onların arasında əmiləri Əbu Talib, Həmzə, Abbas və Əbu Ləhəb də var idi. Bu hədis doğru hədislərdəndir. Hədisin sonunda deyilir ki, Peyğəmbər (s) onlara belə xitab etdi: “Ey Əbdül-Müttəlibin övladları, Allaha and olsun, mən ərəblərdən elə bir cavan tanımıram ki, mənim sizin üçün gətirdiyimdən faydalısını onlar üçün gətirmiş olsun. Mən sizin üçün dünya və axirətin xeyrini gətirmişəm. Allah mənə əmr edib ki, sizi ona tərəf dəvət edim. «فَاَيّـكمْ يُوازِرُني عَلي اَمْري هذا عَلي اَن يَكُونَ اَخي وَ وَصيّي وَ خَليفَتـي فيكُم؟» Sizlərdən kim bu yolda mənə kömək olsa o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəm olacaq” Hamı sükut etdiyi vaxt Əli yaşca hamıdan kiçik olmasına baxmayaraq, ayağa durdu və dedi: «اَنا يا نَبِيَّ اللهِ اَكُونُ وَ زِيرَكَ عَلَيْهِ» “Mən! Ey Allahın peyğəmbəri, mən bu işdə sənin vəzirin olacağam.” Peyğəmbər (s) əlini onun çiyninə qoydu və buyurdu: «اِنَّ هذا اَخي وَ وَصِيّي وَ خَليفَتـي فيكُم فاسْمَعُوا لَهُ وَ اَطِيعُوهُ» “Bu sizin aranızda mənim vəsim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Camaat (Əbu Cəhl) gülə-gülə yerdən qalxıb Əbu Talibə dedilər: “Sənə əmr etdi ki, oğlunun sözünə qulaq asmalı və ona itaət etməlisən!”
3. Nübüvvət əsərlərini qoruyub saxlayanların çoxu, məsələn, İbn İshaq, İbn Cərir, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Əbu Nəim, Beyhəqi “Sünən” kitabları və “Dəlail”lərində, Sələbi və Təbəri, “Şüəra” surəsinin təfsirində, (həm) Təbəri “Tarixul-üməmi vəl-muluk”2 kitabının ikinci, (həm də) İbn Əsir “Kamil”in3 ikinci cildində bu hədisi olduğu kimi qəti şəkildə nəql etmişlər. Bunu Əbül-Fəda öz tarix4 kitabının birinci cildində “Peyğəmbərin camaatı İslama dəvət etməsi barədə Allahın əmri” ünvanında, mötəzili imam Əbu Cəfər İskafi “Nəqzul-Osmaniyyə” kitabında aydın rəvayətlə5 və Hələbi öz “Sirə”sinin “Ərqəmin evində Peyğəmbər və əshabələrinin gizli iclaslarının olması” bölümündə nəql etmişlər.1 Bu hədis həmin mənada, təqribən sözləri oxşar şəkildə bir sıra hədis alimləri tərəfindən zikr olunmuşdur. Məsələn Təhəvi, Ziya Müqəddəsi “Əl-Muxtarə”də, Səid ibn Mənsur “Sünən”də, Əhməd ibn Hənbəlin “Müsnəd”inin birinci cildində Əlidən nəql olan hədisin 111-159-cu cüzünə müraciət etsəniz kifayətdir. O, müsnədinin birinci cildinin 331-ci səhifəsində yenə İbn Abbasdan dəyərli bir hədis nəql edir. Bu hədisdə İbn Abbas Əlinin başqalarından fərqlənən 10 üstün cəhətini sayır. Bu dəyərli hədisi Nisai də İbn Abbasdan “Xəsaisül-Ələviyyə”nin 6-cı səhifəsində və Hakim “Müstədrək”in üçüncü cildinin 132-ci səhifəsində nəql etmişdir. Zəhəbi də öz “Təlxis”ində onu söyləmiş və doğru olduğuna etiraf etmişdir.
“Kənzül-Ümmal”ın altıncı cildi də ixtiyarınızdadır. Bu hədis orada müfəssəl şəkildə yazılmışdır.2 Sizə imam Əhmədin “Müsnəd”inin haşiyəsində çap olunmuş “Müntəxəbi Kənzül-Ümmal”a müraciət etməniz lazımdır. Onun 5-ci cildinin 41-43-cü səhifəsinin haşiyəsinə baxsanız müfəssəl şəkildə onu tapacaq və elə təkcə bu kifayətdir.
“Ş”
İYİRMİ BİRİNCİ MƏKTUB
10 Zilhiccə 1329
Bu “nəssin” (hədisin) sənədi barəsində şübhə.
Düşməniniz bu hədisin sənədini mötəbər hesab etmir və onu rədd etmək üçün möhkəm izahatları vardır. Onun etibarsız olması üçün elə bircə bu kifayətdir ki, onu Müslim və Buxari nəql etməmiş, habelə, “Sihah” yazıçıları da yazmamışlar. Güman etmirəm ki, bu hədis sünnə əhlinin etimadlı şəxsləri vasitəsilə nəql olsun və siz də bu hədisi –onların vasitəsi ilə söyləndiyinə görə– mötəbər hesab edəsiniz.
“S”
İYİRMİ İKİNCİ MƏKTUB
12 Zilhiccə 1329
1. Bu hədisin sənədinin doğru olması.
2. Nə üçün ondan üz döndərmişlər?
3. Onları tanıyan şəxs onların üz çevirməsindən təəccüblənməz.
1. Əgər mən bu hədisi sünnə əhli təriqi ilə mötəbər və doğru hesab etməsəydim, burada ondan danışmazdım. Bundan əlavə İbn Cərir və imam Əbu Cəfər İskafi onun doğru olmasını yəqinləşdirmi1 və bir sıra məşhur tədqiqatçılar onu doğru hesab etmişlər. Onun doğru olmasını bilmək üçün sənə təkcə bu kifayət edər ki, bu hədis sünnə əhlinin etimadlı şəxsləri vasitəsi ilə söylənmişdir. O şəxslər vasitəsi ilə ki, “Sihahi-Sittə”nin müəllifləri arxayınlıqla onlardan və rəvayətlərindən dəlillər gətirmişlər. Əhmədin “Müsnəd”inin birinci cildinin 111-ci səhifəsinə baxın. Orada görəcəksiniz ki, bu hədisi Əsvəd ibn Amirdən2, Şərikdən3, Əməşdən4, Minhaldan5, İbad ibn Abdullah Əsədidən6 və “məruf” şəkildə Əlidən nəql etmişdir. Bu sənədin silsilə şəxslərinin hər biri müxaliflərə bir dəlildir. Və hamısı, sözsüz, “Sihah” kitablarında adı gələn şəxslərdəndir. Qeysərani onların haqqında “Əl-cəm beynə Ricalis-Səhiheyn” kitabında yazmışdır. Buna görə də bu hədisin doğru olmasını deməkdən savayı başqa yol yoxdur.
2. Amma Müslim, Buxari və başqalarının bu hədisi nəql etməməsi məsələsinə gəldikdə isə bu ona görədir ki, onların xilafətinə olan əqidələri ilə uyğun gəlmiri və elə həmin məsələ onların bir çox “nəssləri” qəbul etməmələrinə səbəb olmuşdur. Qorxmuşlar ki, əgər nəql etsələr, şiənin əlində bu bir silah ola bilər və ona görə də bilə-bilə onları gizlətmişlər. Sünnə əhlinin böyüklərindən çoxu –Allah təqsirlərindən keçsin– bu yol ilə getmiş və bu məzmunda olan bütün hədisləri gizlətmişlər. Onlar hədis gizlətməkdə məşhur idilər, belə ki, Hafiz ibn Həcər “Fəthul-bari” kitabında onları nəql etmiş və Buxari “Səhih”in birinci cildində “elm” kitabının axırlarında bu barədə bir bölüm «بابٌ مَن خُصّ بالعلم قوماً دونَ قوم» ayırmışdır.7
3. Buxarinin Əmirəl-möminin (ə) və Əhli-beytə (ə) olan rəftarından agah olanlar bilirlər ki, onun qələmi “nəsslərin” gözəllikləri qarşısında acizdir və onların xüsusiyyət və imtiyazlarını bəyan etdikdə quruyur (yəni, onların bütün xüsusiyyətlərini bəyan edə bilmir). Buna görə də onun və başqalarının bu hədisin üstündən ötəri keçməsi heç də təəccüblü deyildir.
“Ş”
İYİRMİ ÜÇÜNCÜ MƏKTUB
14 Zilhiccə 1329
1. Hədisin sübutuna onun inamı.
2. Hədis “mütəvatir” olmayan surətdə ondan dəlil gətirməyə əsas yoxdur.
3. Bu hədis xüsusi xilafətə dəlalət edir.
4. Bu hədis nəsx olunmuşdur (hökmü dəyişilmişdir).
1. Əhmədin “Müsnəd”inin birinci cildinin 111-ci səhifəsinə müraciət etdim və sənədinin ravilərini yoxladım. Hamısını etimadlı, sübutlu və dəlilli gördüm. Sonra onu başqa yollarla axtardım. Onu “mütəzafir” (məzmununa kömək edən başqa hədislər) də gördüm. Bəzisi digərini təsdiq edirdi və buna görə də onun təsdiqinə və Peyğəmbər (s) tərəfindən çatmasına iman gətirdim.
2. Amma siz –imamətin isbatında– həmişə elə bir dəlil gətirməlisiniz ki, doğru və “mütəvatir” (yəqinliyə səbəb olan hədis) olsun, çünki imamət sizin nəzərinizdə üsuli-dindəndir və demək olmaz ki, bu hədis “təvatür” (yəqinlik doğuran) sərhəddinə çatmışdır. Ona görə də bu hədisdən dəlil gətirməyə əsas yoxdur.
3. Bəzən deyilir ki, bu hədis Əlinin (ə) Əhli-beyt arasında Peyğəmbərin (s) xəlifəsi olmasına dəlalət edir (yəni Əhli-beyt arasında xüsusi bir xilafət). Bəs belə olan surətdə, sünnə əhlinin nəzərinə müxalif olan “nəss” və dəlil hanı?
4. Çox deyilmişdir ki, bu hədis nəsx olunmuşdur (dəyişilmişdir), çünki Peyğəmbər (s) onun məfhumundan üz çevirmişdi. Buna görə də səhabələrin əvvəlki üç xəlifə ilə beyətinə mane olmadı.
“S”
İYİRMİ DÖRDÜNCÜ MƏKTUB
15 Zilhiccə 1329
1. Bu hədisdən dəlil gətirməyimiz üçün əsas.
2. Xüsusi xilafət “icma” şəkildə rədd olunmuşdur.
3. Burada nəsx olunma mümkün deyildir.
1. Sünnə əhli “mütəvatir” olub-olmamasından asılı olmayaraq, bizim imamətin isbatında gətirdiyimiz hər bir hədisi şübhə altına alırlar. Biz də onların müqabilində məcburuq bu işi görək, çünki bu hədis onların nəzərində doğrudur. Beləliklə, onların özlərini lazım bildiklərinə iqrar etməyə vadar edirik. Amma biz əgər öz aramızda imamətin isbatı üçün ona əsaslanırıqsa, ona görədir ki, bu hədis bizim nəzərimizdə mütəvatirdir və bu da heç kəsə gizli deyildir.
2. Amma “bu hədis Əlinin (ə) Əhli-beyt arasında xüsusi xilafətinə dəlalət edir” – iddiası şiə və sünni tərəfindən qəbul olunmur. Çünki Əlini (ə) Əhli-beyt arasında Peyğəmbərin xəlifəsi bilənlərin hamısı, onun bütün camaat arasında Peyğəmbərin xəlifəsi olduğuna inanır və onun ümumi xilafətini qəbul etməyənlərin hamısı xüsusi xilafətini də qəbul etmir. Bəs onda müsəlmanların icmasına (fikir birliyinə) zidd olan bu fəlsəfə hardan gəlmişdir?
3. Unutmamışsan və unutmamışıq ki, burada nəsxə qail olmaq qeyri-mümkündür, həm ağıl cəhətdən, həm də şəriət nöqteyi-nəzərindən. Çünki nəsx, əmrə əməl etmək vaxtı çatmazdan əvvəl ola bilər ki, bu da elm əhlinə gizli deyildir. Bundan əlavə, burada nasix (dəyişdirici hədis) yoxdur, və Peyğəmbərin (s) onun məfhumundan üz çevirməsi yalnız xam xəyaldır. Halbuki Peyğəmbər (s) ondan dönməmiş, əksinə, bir-birini təsdiq edən, ardıcıl deyilən mütəvatir “nəss”lər onun dönməməsinə dəlildir. Əgər fərz də olunsa ki, bu hədisdən sonra başqa bir “nəss” yoxdur, onda söz bu barədə olardı ki, Peyğəmbərin dönməsi haradan məlum olmuşdur və hansı səbəbə deyirsiniz ki, onun mənasından üz döndərmişdir? Deməli, “onlar yalnız zənn və nəfsi istəklərə uyurlar. Halbuki, rəbbindən onlara haqq yolu göstərən rəhbər gəlmişdir.”1
“Ş”
İYİRMİ BEŞİNCİ MƏKTUB
16 Zilhiccə 1329
1. Onun bu “nəss”ə imanı.
2. Əlavə xahiş.
1. Sənin nurunla zülmət və qaranlığı işığa çevirildikcə, sənin vasitənlə anlaşılmazlıqlar aşkar olduqca iman gətirdim. O kəsə ki, Səni Öz ayələrindən birinə və möcüzələrinin bir cilvəsinə çevirmişdir.
2. Xilafətə dəlalət edən “nəss”lərdən mənim üçün daha artıq danış, daha artıq.
“S”
İYİRMİ ALTINCI MƏKTUB
17 Zilhiccə 1329
1. Əlinin (ə) fəzilətlərinə dəlalət edən ondan çox doğru “nəss” var ki, o həzrətdən savayı heç kimdə olmamışdır.
2. Nə üçün ona istinad edirik.
1. “Dar” hədisindən sonra (iyirminci məktubdan sonra izahı verildi) bu hədis sənin üçün kifayətdir. Hansı ki, imam Əhməd “Müsnəd”in1 birinci cildində, imam Nisai “Xəsaisül-Ələviyyə”də2, Hakim “Müstədrək”in3 üçüncü cildində, Zəhəbi öz “Təlxis”ində onun doğru olduğunu etiraf etmiş, bunlardan əlavə, doğru olmasında hamı eyni fikirdə olan bir vasitə ilə “sünən” yazıçıları onu Əmr ibn Meymundan nəql etmişlər. O deyir: “Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz dəstə onun yanına gəlib dedilər: Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır. İbn Abbas dedi: Sizinlə gəlirəm. İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Biz nə dediklərini bilmədik. (Bir müddətdən sonra) İbn Abbas paltarını silkələyə-silkələyə gəldi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca danışırlar ki, Peyğəmbər (s) onun haqqında demişdir: O kəsi döyüşə göndərəcəyəm ki, Allah onu heç vaxt zəlil və rüsvay etməz, (o,) Allahı və onun rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər. Bu zaman (hamı istəyirdi ki, bu fəzilət ona nəsib olsun) Həzrət (s) buyurdu: Əli hardadır? Əli gəldi, gözü ağrıyırdı və görə bilmirdi. (Həzrət mübarək) ağzının suyunu onun gözünə sürtdü və bayrağı üç dəfə yellətdikdən sonra onu Əliyə verdi. Əli gedib, qələbə ilə Mərhəb Xeybəri öldürdükdən və Həyyin qızı Səfiyyəni əsir tutandan sonra qayıtdı.
İbn Abbas dedi: Peyğəmbər bir nəfəri “Tövbə” surəsini məkkəlilərə bəyanat vermək üçün göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı ki, Əli bu əmri yerinə yetirsin. Buyurdu: Bu surəni elə adam aparmalıdır ki, o məndən olsun və mən ondan.
İbn Abbas dedi: Peyğəmbər əmilərinə və əmisi uşaqlarına dedi: Sizlərdən kim bu dünyada və axirətdə mənimlə həmkarlıq və dostluq edər? Hamı imtina etdi. Əli qalxdı və dedi: Mən bu dünyada və axirətdə səninlə həmkarlıq və dostluq edəcəyəm. Peyğəmbər (s) buyurdu: Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan. Sonra yenə üzünü onlara tutub dedi: Sizlərdən kim bu dünyada və axirətdə mənimlə həmkar və dost olmağı öhdəsinə götürməyə hazırdır? Hamı imtina etdi. Əli qalxdı və dedi: Bu dünyada və axirətdə sizin köməyiniz və dostunuz olacağam. Həzrət ona buyurdu: Sən mənim bu dünyada və axirətdə vəlim olacaqsan.
İbn Abbas dedi: Əli (ə) Xədicədən sonra Peyğəmbərə (s) iman gətirən ilk şəxsdir.
İbn Abbas dedi: Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah iradə etmişdir ki, pisliyi siz Əhli-beytdən silsin və sizi pak-pakizə etsin.4
İbn Abbas dedi: Əli öz canını Allah xatirinə təhlükə qarşısında qoydu. Peyğəmbərin (s) libasını geydi və onun yatağında yatdı. Müşriklər onu daşa basdılar.
İbn Abbas dedi: Peyğəmbər (s) “Təbuk” döyüşünə yollandı və camaat da onunla birlikdə Mədinədən xaric oldular. Əli dedi: Mən də sizinlə gəlirəm. Buyurdu: Yox. Əlinin gözləri doldu. Peyğəmbər (s) ona buyurdu: Razı deyilsənmi sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimi olsun? Lakin, məndən sonra peyğəmbər gəlməyəcək. Sən mənim xəlifəm və canişinim olmağa layiqsən. Peyğəmbər (s) ona dedi: «اَنْتَ وَلـيُّ كُلِّ مُؤمِنٍ بَعْدي وَ مُؤمِنَةٍ» Sən məndən sonra bütün mömin kişi və qadınların vəlisi olacaqsan.
İbn Abbas dedi: Peyğəmbər Əlinin evinin qapısından başqa məscidə açılan bütün qapıları bağladı. O, cünub halda məscidə daxil olurdu, ondan başqa yolu yox idi.
İbn Abbas dedi: Peyğəmbər (s) buyurdu: «مَنْ كُنْتُ مَوْلاهُ فَاِنَّ مَوْلاهُ عَليّ» “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
Hakim bu hadisəni nəql edəndən sonra deyir: “Bu hədis sənəd nöqteyi-nəzərindən doğrudur, lakin Buxari və Müslim ümumi şəkildə onu nəql etmişlər.”
Mən deyirəm: Zəhəbi “Təlxis” kitabında onu nəql etmiş və demişdir: “Bu hədis doğrudur.”
2. Bu hədisdə olan qəti və aydın dəlillər heç kimə gizli deyil. Bu dəlillərdən yaxşı aydın olur ki, Əli (ə) Peyğəmbərin (s) vəliəhdi və ondan sonra xəlifəsidir. Məgər mülahizə etmədinmi ki, Allahın rəsulu onu bu dünyada və axirətdə özünə vəli etdi, onu başqa qohumlarından üstün tutdu və onu özü ilə münasibətdə Harunun Musaya olan münasibətinə bənzətdi? Nübüvvət məqamı istisna olmaqla özündə olan heç bir məqamı ondan əskiltmədi. Yalnız bunun (nübüvvətin) istisna olması ümumiliyə dəlalət edir, yəni o, Peyğəmbərin başqa məqam və mənzilətlərinə malikdir.
Siz yaxşı bilirsiniz ki, Harunun Musa (ə) yanında ən yaxşı məqamları – vəzirlik məqamı, himayədarlıq, peyğəmbərlik işlərində iştirak etmək, xəlifəlik və bütün ümmətin Haruna itaət etməsi vacibliyindən ibarət idi. Allahın buyurduğu buna sübutdur: Musa Allahdan istədi: Öz əhlimdən mənim üçün bir vəzir təyin et! Harun qardaşımı və onun vasitəsilə arxamı möhkəmlət, onu işimdə şərik et!”1 Haruna dedi: “Qövmün içində xəlifəm ol, islah et, fəsad törədənlərin yolu ilə getmə.”2 Və əziz Allah buyurdu: “Ey Musa, istədiyin şey sənə verildi.”3 Deməli, bu “nəss”ə əsasən, Əli (ə) Peyğəmbərin qövmü arasında xəlifəsi, əhli arasında vəziri, işlərində –peyəmbərlik yox, xəlifəlik məqamı ilə– şəriki, ümmətinin ən fəzilətlisi, Peyğəmbərə həyatında və ölümündə onların hamısından ən yaxınıdır və Peyğəmbər zamanında vəzirliyi xatirinə ona itaət etməyin vacibliyi, Musa (ə) zamanında Musa ümmətinin Haruna itaətinin vacibliyi kimi şübhəsizdir.
“Mənzilət” hədisini eşidənə bütün bu məqamlar aydın olur və bu məqamların nəzərdə tutulduğuna şübhəsi qalmır. Peyğəmbər özü bu məsələni aşkar şəkildə buyurduğu bu cümlə ilə aydınlaşdırmışdır: “Məndən sonra xəlifə olmağa səndən başqası layiq deyildir.” Bu onun xəlifəliyinə aşkar “nəss”dir, üstəlik bu “nəss”dən aydınlaşır ki, onu öz xəlifəsi təyin etmədən dünyadan getsə, layiq olmayan işi yerinə yetirmiş olar və bu da Allah tərəfindən Əlini (ə) öz yerinə xəlifə təyin etməyə məmur olduğundan başqa bir şey deyildir. Bu ayə həmin hadisə ilə bağlı nazil olmuşdur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ “Ey Peyğəmbər, sənə nazil olan şeyi çatdır! Əgər yerinə yetirməsən risalətini sona çatdırmamısan.” 4
Ayədəki فَمَا بَلَّغْتَ رِسَالَتَه “risaləti çatdırmamısan” – cümləsinə və sonra Peyğəmbərin «اِنَّهُ لا يَـنْبَغي اَنْ اَذْهَبَ إلاّ وَ اَنْتَ خَليفَتـي» “Heç olmaz ki, mən gedəm, sən isə mənim xəlifəm olmayasan.” – sözünə dərindən nəzər salan şəxs başa düşər ki, hər ikisi vahid məqsəd dalıncadır və bu da gizli deyildir. Elə bu hədisdəki Peyğəmbərin (s) «انتَ ولـيُّ كلّ مؤمن بعدي» “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan” – sözünü də unutmamalıyıq ki, onun vəli və canişinliyinə aşkar “nəss”dir. Rəhmətlik məşhur şair Kümeytin dediyi kimi: “Nə yaxşı vəlidir o; o, təqva nümunəsi və ən yaxşı ədəb verəndir.”
“Ş”
İYİRMİ YEDDİNCİ MƏKTUB
18 Zilhiccə 1329
Mənzilət hədisinin sənədinə şübhə.
“Mənzilət” hədisi doğrudur və bir neçə sənədi var. Amma tədqiqatçı alim və “Üsul elmi”nin böyük alimi Amidi onun sənədinə və silsiləsinə şübhə etmişdir. Əgər düşmənləriniz onun nəzəriyyəsini əldə dəlil tutsalar, nə kimi vasitələr ilə onlara qalib gələr və cavablarını verərsiniz?
“S”
İYİRMİ SƏKKİZİNCİ MƏKTUB
19 Zilhiccə 1329
1. “Mənzilət” hədisi ən qəti xəbərlərdəndir.
2. Bu həqiqəti bildirən şahidlər.
3. Sünnə əhlindən bu hədisi nəql edənlər.
4. Amidinin şübhəsinin səbəbi.
1. Amidi bu şübhə ilə özünə zülm etmişdir, çünki mənzilət hədisi ən doğru, ən aydın sünnə və qəti xəbərlərdəndir.
2. Bu hədisin doğru olmasında heç bir şübhə ürəkdə iztiraba səbəb olmaz və heç kəsin fikrinə gəlməz ki, onu sübut etmək üçün münaqişəyə başlasın. Hətta Zəhəbi, o cür inadkarlığı ilə “Təlxisi Müstədrək” kitabında o hədisin doğru olmasını aydınlaşdırmışdır.1 İbn Həcər Heysəmi, o cür inadkarlığı ilə öz “Səvaiq” kitabının 12-ci şübhəsində bu hədisi xatırlamış, və yalnız mötəbər hədis imamlarının sözünə əsasən onun doğru olmasını nəql etmişdir.2 O kitaba müraciət et və əgər bundan da sonra o hədis doğru sayılmazsa, sonda Buxari onu öz “Səhih”ində nəql etməzdi. Halbuki o, Əlinin (ə) xasiyyət və fəzilətləri qarşısında özünə çox zülm edir və onları yazmaqdan çəkinərmiş.
Üsyançı dəstənin rəhbəri və pişvası və Əmirəl-möminini (ə) söyən, onunla döyüşən və minbərlərdə Əlini (ə) söyməyi müsəlmanlara əmr edən Müaviyə də belə –hədsiz həyasızlığı və düşmənçiliyinə baxmayaraq– “Mənzilət” hədisini inkar etməmişdir. Müslimin nəql etdiyinə əsasən, Səd ibn Əbu Vəqqasa3 “Sənə nə mane oldu ki, Əbu Turabı söymürsən?” – dediyi vaxt onun cavabını inkar etmədi. Səd cavab verdi: “Peyğəmbərin onun haqqında buyurduqları üç şeyi xatırladım və söyə bilmədim. Əgər onlardan biri məndə olsaydı, mənim üçün ərəbin ən əziz sərvətindən də qiymətli olardı. Peyğəmbər onu bəzi döyüşlərdə Mədinədə saxladığı zaman eşitdim ki, ona buyurdu:
“Razı deyilsənmi ki, sən mənə Harunun Musaya (vəsi) olduğu kimi olasan? Bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur.4” Müaviyə sakit oldu və Sədi söyüş söyməkdən azad etdi.
Daha aydın deyim, Müaviyə özü “Mənzilət” hədisini nəql etmişdir. İbn Həcər “Səvaiq”də5 deyir: Əhməd nəql edir ki, bir nəfər Müaviyədən bir məsələni soruşdu. Müaviyə ona dedi: Bu məsələni Əlidən soruş ki, o daha bilikli və daha agahdır. O şəxs cavab verdi: Sənin cavabın mənə Əlinin cavabından daha əzizdir. Müaviyə dedi: “Pis danışdın. Elə bir kəsdən narahatsan ki, Allahın rəsulu onu elmin parlaq çöhrəsi adlandırmış və ona buyurmuşdur: «اَنْتَ مِنّي بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسَي اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدي» “Sən mənə Harunun Musaya (vəsisi) olduğu kimisən, bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur.” Ömər özü bir çətin məsələ qarşıya çıxdıqda ondan öyrənərdi...6
Xülasə, “Mənzilət” hədisi elə xəbərlərdəndir ki, məzhəb və məsləklərindəki ixtilafa baxmayaraq, müsəlmanların heç birinin onun sübutunda şübhələri yoxdur.
3. Bu hədisi “Əl-cəm beynəs-Sihahüs-Sittə”1 və “Əl-cəm beynəs-Səhiheyn” yazıçıları nəql etmişdir. “Səhih-Buxari”nin “Təbuk” döyüşü2 hissəsində də və “Səhih-Müslim”də Əlinin (ə) fəzilətləri babında da yazılmışdır.3 “Sünəni-ibn Macə”də4 Peyğəmbər (s) əshabələrinin fəzilətləri babında və “Müstədrəki Hakim”in Əlinin5 (ə) fəzilətləri hissəsində deyilmişdir. İmam Əhməd Hənbəl “Müsnəd”də Sədin hədisini çoxlu silsilələrlə, həmçinin İbn Abbas,6 Əsma binti-Ümeys,7 Əbu Səid Xidri,8 Müaviyə ibn Əbu Süfyan9 və bir sıra başqa əshabələrdən nəql etmişdir.
Təbərani bu hədisi Əsma binti-Ümeys, Ümmi Sələmə, Hübeyş ibn Cənadə, İbn Ömər, İbn Abbas, Cabir ibn Səmurə, Zeyd ibn Ərqəm, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqalarından nəql etmişdir.10
Bəzzar öz “Müsnəd”ində11 və Tirmizi12 öz “Səhih”ində Əbu Səid Xidrinin hədisini söyləmişlər. İbn Əbdül-Birr “İstiab” kitabında Əlinin (ə) şərhi-halında onu yazmış və sonra əlavə etmişdir: “Bu hədis sübut olunmuş ən doğru xəbər və rəvayətlərdəndir ki, Səd ibn Vəqqas onu Peyğəmbərdən (s) nəql etmişdir. Sədin hədisinin təriqi doğrudan da çoxdur, bunu İbn Əbu Xeysəmə və başqaları zikr etmişlər. O demişdir: Bu hədisi İbn Abbas, Əbu Səid Xidri, Ümmi Sələmə, Əsma binti-Ümeys, Cabir ibn Abdullah və bir sıra başqaları xatırlamışlar ki, bunların hamısı haqqında danışmaq uzun çəkər.” İbn Əbdül-Birrin sözü bundan ibarət idi. “Təbuk” döyüşündə iştirak edən hədis və sirə yazanlar, xəbər söyləyənlərin hər biri bu hədisi nəql etmişlər. Əvvəlki və sonrakı dövrlərdə yaşayan, məzhəb və məslək ixtilaflarına baxmayaraq Əlinin şərhi-halını yazan yazıçılar bu hədisi yazmışlar.
Əhli-beytin fəzilətləri və əshabələrin fəzilətləri haqqındakı kitabların yazıçıları, o cümlədən Əhməd Hənbəl və ondan əvvəlkilər (ya sonrakılar) onu rəvayət etmişlər. Xülasə, bu hədis müsəlmanların elə hədislərindəndir ki, bu ümmətin bütün dövrlərində nəql olunmuşdur.
4. Beləliklə Amidinin onun sənədinə şübhə etməyinə heç bir əsas qalmır. Çünki o, hədis alimi deyil və bu elmdən də xəbəri yoxdur. Onun sənədlərlə tanışlığı və hədislərin təriqi haqqındakı hökmü avamyana bir hökmdür ki, onun cahilliyini göstərir və yalnız “üsul” elmindəki təbəhhürü (üstünlüyü) onu bu uçuruma salmışdır, çünki görmüşdür ki, bu “nəss” üsul elminin tələbinə müvafiq “nəss”dir, ondan yalnız şübhə ilə xilas olmaq olar. Elə güman edib ki, bu iş mümkündür. Amma heyhat! Bu işi burada görmək olmaz.
“
Dostları ilə paylaş: |