Ş”
YÜZ ON BİRİNCİ MƏKTUB
1 Cəmadiül-Əvvəl 1330
Həqiqətinn təsdiqi.
Artıq sizin üsuli-din və fürui-dində Əhli-beyt imamlarının getdiyi yolda olmanıza şəhadət verirəm. Həqiqətən, bu işi yaxşı aşkar edib batində olan sirləri üzə çıxardın. Beləliklə, bu barədə şəkk-şübhəyə düşmək, yalnız həlakətə yuvarlanmaqdır. Mən bu məktubu da diqqətlə oxuduqdan sonra onda ciddi iradlar axtararkən daha, irad tapa bilmədiyim üçün son dərəcə heyrətləndim. Mən bu lətif və gözəl mehin, hər yeri bürüyən müşklü ətrin (mənə) həyat bağışlayan mənbəyini aradım. Mən əvvələr şiələr haqqında yalançıların yürütdüyü nadürüst xəbərlərə araşdırmadan inandığımı və səhvimi boynuma alıram. Amma mütəal, qadir Allah sizinlə görüşmək səadətini mənə nəsib etdikdə, hidayətə qovuşaraq, qaranlıqları işıqlandıran bir çıraq tapdım. Sizinlə olan bəhslərdən sonra nəhayət, öz arzu və istəklərimə çatdım. Allah-Taala məhz, bu görüşün nəticəsində nə böyük bir neməti mənə inayət etdi!!! الحمد لله رب العالمين
“S”
YÜZ ON İKİNCİ MƏKTUB
2 Cəmadiül-Əvvəl 1330
Hidayət bu yolun nəticəsidir.
Mən sənin hidayət yolunda möhkəm inamına şəhadət verirəm, ondan xəbərdar və ona çox yaxınsan. Qolunu çırmalayıb, yorulmadan təhqiq və bəhsə başladın və qərq oldun. Öz axtarış və təhqiqində çox diqqət və maraq göstərməklə, mübahisənin əsl incəliklərini alt-üst edib, zahiri batin ilə tutuşdurdun. Belə ki, onun mahiyyət və həqiqətindən xəbərdar olmaq istəyərkən, bu yolda qövmün təəssübü, şəxsi qərəzlər sənə və sənin anlamına mane ola bilmədi. Ümidvaram ki, bu səbir və dözümünün qalası heç zaman dağılmasın. Allaha həmd-şükür edirəm ki, bizləri hidayətə qovuşdurdu. Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salam və salavat olsun! Vəssalam.
“Ş”
Bu kitab verilən məktublar əsasında Allahın köməyi ilə Əbdül-Hüseyn Şərəfüddin Musəvi Amili tərəfindən sona çatdı. Ümidvaram ki, Allah onunla böyük kərəmi ilə müamilə edib, onu bağışlayacaq.1
Mündəricat
EY KİTABIM! 3
KİTABIN MƏŞHUR MÜƏLLİFİNİ TANIYAQ 3
* * * 3
HƏYATI 3
CƏBƏL-AMİLƏ SƏFƏRİ 4
MÜSTƏMLƏKƏÇİLİKLƏ MÜBARİZƏ 4
İSLAM DÜNYASINDAKI MÖVQEYİ 5
ONUN YARADICILIQ HƏYATI 5
ƏSƏRLƏRİ 5
MƏHV OLUNMUŞ QİYMƏTLİ KİTABLARI 6
ƏXLAQİ SƏCİYYƏLƏRİ 7
SƏFƏRLƏRİ 7
MÜQƏDDİMƏ VƏ İTHAF 8
BU KİTAB NƏ ÜÇÜN VƏ NECƏ YAZILDI? 8
BİRİNCİ BƏHS 11
DİNİ RƏHBƏRLİK 11
MƏZHƏBDƏ İMAMƏT 11
İKİNCİ BƏHS 98
PEYĞƏMBƏRİN (S) XİLAFƏTİNİN ÜMUMİ RƏHBƏRLİYİ 98
Dostları ilə paylaş: |