3 (Nəhl, 43; Ənbiya, 7) Sələbi özünün “Kəbir” təfsirində Cabirdən nəql edir ki, bu ayə nazil olanda Əli dedi: “Biz zikr əhliyik.” Bu söz başqa imamlardan da nəql olunmuşdur. Əllamə Bəhreyni “Qayətül-Məram”ın 35-ci babında bu məzmunda iyirmidən çox doğru hədis nəql etmişdir.
4 İbn Mərdəveyh nəql etmişdir ki, burada Peyğəmbər ilə müxalifət etmək və əziyyətdən məqsəd Əli (ə) ilə müxalifətdir. “Hidayətin” aydın olmasından məqsəd də Əlinin (ə) məqamıdır.
Əyyaşi öz təfsirində onu nəql etmiş və Əhli-beyt imamları təriqi ilə də bu məna aydın və ardıcıl çatmışdır ki, möminlərin yolu Əhli-beyt imamlarının yoludur.
5 Sələbi öz “Kəbir” təfsirində bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir ki, deyir: bu ayə nazil olandan sonra Peyğəmbər (s) əlini Əlinin (ə) sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və Əli yol göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.”
Bu hədisi şərhçilər və Peyğəmbərin (s) xəbərlərini yazanların çoxu İbn Abbasdan nəql etmişlər. Məhəmməd ibn Müslim deyir ki, İmam Sadiqdən (ə) bu ayənin şərhini soruşduqda belə, buyurdu: “Hər bir imam öz dövrünün yol göstərənidir.” İmam Baqir (s) onun şərhində buyurmuşdur ki, “munzir” (qorxudan) Allahın rəsulu və “had” (hidayət edən) Əlidir (ə) və sonra əlavə etdi ki, bizim haqqımızdakı bu ayə qiyamətə qədər doğrudur.
6 Sələbi “Kəbir”də “Fatihə” surəsinin təfsirində Əbu Büreydədən nəql etmişdir ki, “Siratəl-müstəqim”dən məqsəd Ali-Məhəmməddir (s) və Vəki ibn Cərrahın təfsirindən, Süfyan Suridən, Səudidən, İsbatdan və Mücahid İbn Abbasdan nəqs etmişdir ki, “bizi doğru yola hidayət et” ifadəsinin mənası bizə Ali-Məhəmmədin dostluq və məhəbbətini nəsib et, deməkdir.
7 Sözsüz ki, Əhli-beyt imamları sadiqlərin, şəhidlərin və salehlərin qabaqcılları və böyüklərindəndirlər.
1 Bütün müfəssirlərin fikri bu məsələdə eynidir. Əşairə imamlarından (başçılarından) olan Quşçi özünün “Təcridin şərhi” kitabında imamətə məhəbbət bəhsində etiraf etmişdir ki, bu ayə Əli (ə) haqqında rüku vaxtı sədəqə verərkən nazil olmuşdur. Nisai özünün “Səhih” kitabında onun Əli (ə) haqqında nazil olmasını Abdullah ibn Salamdan nəql etmişdir. “Maidə” surəsinin təfsirində “Sihahi Sittə”ni toplayan yuxrıdakı ayənin Əli (ə) haqqında nazil olduğunu nəql etmişdir. Sələbi də özünün “Kəbir” təfsirində onun Əmirəl-möminin haqqında nazil olmasını qəti hesab edir (şərhi veriləcək).
2 İbn Həcər “Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində bəhs edərkən bu ayəni 8-ci ayə kimi gətirib deyir: “Sabit Bənani demişdir ki, “hidayət olunmuş”dan məqsəd, Peyğəmbərin (s) Əhli-beytinin vilayəti ilə hidayət olmuş deməkdir.” Yenə İbn Həcər deyir ki, bu söz imam Baqirdən (ə) də nəql olmuşdur. Sonra onların vilayəti vasitəsilə hidayət tapan şəxsin nicatı haqqında bir sıra rəvayət nəql etmişdir. İbn Həcər imam Baqirdən (ə) hədis nəql edərkən, o həzrətin Haris ibn Yəhyaya buyurduğu sözə işarə etmiş, belə ki, imam Baqir ona buyurmuşdur: “Ey Haris, məgər görmürsən ki, Allah tövbənin qəbulunu, imanı, doğru işi bizim vilayətimiz vasitəsilə hidayət olunmaq və haqqımızı tanımaqla şərtləndirmişdir. Bunlar olmadan heç bir bəndəyə iman, doğru iş və tövbə mənfəət verməz.” Sonra o həzrət cəddi Əmirəl-möminindən (ə) belə nəql etmişdir: “Əgər bir şəxs tövbə etsə, iman gətirsə və layiqli iş yerinə yetirsə, lakin bizim vilayətimizlə hidayət olmasa, bu işlər onu ehtiyacsız etməyəcək (ona mənfəət verməyəcəkdir).”
Hafiz Əbu Nəim buna oxşar hədisi Ovn ibn Əbu Cühəyfədən, o da Əlidən (ə) söyləmiş və Hakim (imam Baqir və imam Sadiqdən), Sabit Bənani və Ənəs ibn Malik buna oxşarını nəql etmişlər.
3 “Əhzab”, 72. Ayənin mənası ilə tanış olmaq üçün “Təfsiri-Safi”yə “Təfsiri-Əli ibn İbrahim”ə Səduqun bu haqda imam Baqir, imam Sadiq və imam Rzadan (ə) və Əllamə Bəhreyninin “Qayətül-Məram” kitabının 115-ci babında sünnə əhli hədislərindən nəql etdiklərinə müraciət edin.
4 “Bəqərə”, ayə 208. Əllamə Bəhreyni “Qayətül-Məram” kitabının 224-cü babında doğru hədislərdən 12-sini nəql etmişdir ki, bu ayə Əli (ə) və onun övladlarıdan olan imamlar haqqındadır və onlardan savayı başqalarının ardınca getməyi inkar etmişdir. 223-cü babda demişdir ki, İsfahani Əməvi bir neçə təriq ilə onu Əlidən (ə) nəql etmişdir.
5 “Təkasür”, ayə 8. Əllamə Bəhreyni “Qayətül-Məram” kitabının 48-ci babında sünnə əhli təriqi ilə üç hədis nəql etmişdir ki, “nəim” həmin Peyğəmbər (s), Əmirəl-möminin və Əhli-beytin (ə) bəndələrə olan vilayət nemətidir və 49-cu babda şiə təriqi ilə bu barədə 12 hədis xatırlamışdır.
6 “Maidə”, 67. Peyğəmbərin (s) sünnə və xəbərlərini yazan sünni yazıçılarının çoxu nəql etmişlər ki, bu ayə Qədir-xumda Əli (ə) haqqında nazil olmuş, o cümlədən Vahidi “Əsbabun-Nüzul”da “Maidə” surəsinin təfsirində Əbu Səid Xidridən, Sələbi öz təfsirində iki təriq ilə, Həməveyni Şafei “Fəraidüs-Səmteyn”də müxtəlif təriqlərlə, həmçinin Əbu Hüreyrədən mərfu şəkildə, Əbu Nəim “Nüzulul-Quran”da iki təriqlə birini Əbu Rafedən, birini də Əməş və Ətiyyədən və “Qayətul-Məram”ın 37-38-ci bablarında 9 hədis sünni və 8 doğru hədis isə şiə təriqi ilə bu mövzu ilə bağlı zikr etmişlər.
1 İmam Baqir (ə) və övladı İmam Sadiqdən (ə) çatmış səhih hədislərə əsasən, onlar həmin bu mənanın aşkar olduğunu bəyan etmişlər. Sünni təriqi ilə 6 hədis “mərfu” şəkildə Peyğəmbərdən (s) nəql olunmuşdur ki, bu mənanı aşkar yetirir. Onu müfəssəl şəkilfə “Qayətül-Məram” kitabının 39 və 40-cı babında oxuya bilərsiniz.
2 Sələbi “Kəbir” təfsirində bu hadisəni müfəssəl nəql etmiş və misirli Əllamə Şəblənci onu “Nurül-Əbsar” kitabında Əli (ə) haqqında zikr etmişdir. Onun 71-ci səhifəsinə müraciət edin. Bu hadisə müxtəlif təriqlərlə nəql olunmuşdur. Hələbi “Sirə” kitabının 3-cü cildində “həccətül-vida”nın axırlarında və Hakim “Müstədrək” kitabında “Məaric” surəsinin təfsirində onu yazmışdır. “Müstədrək”in 2-ci cildinin 502-ci səhifəsinə müraciət edin.
3 Deyləmi “Səvaiq” kitabında deyildiyi kimi, onu Əbu Səid Xidridən nəql etmişdir ki, Peyğəmbər (s) buyurub: Onlar Əlinin (ə) vilayəti ilə bağlı soruşulacaqlar.” Vahidi də “Səvaiq” kitabında yazıldığı kimi, yuxarıdakı ayə haqqında belə rəvayət edir: “Onlar Əli və Əhli-beytin vilayətindən soruşulacaqlar.” Sonra əlavə edir ki, Allah öz peyğəmbərinə əmr etmişdir ki, risalətin təbliği müqabilində Əhli-beytlə dostluqdan savayı başqa bir muzd istəmədiyini camaata başa salsın və ayənin mənası bundan ibarətdir ki, onlardan –Peyğəmbərin (s) tövsiyə və sifariş etdiyi kimi– Əhli-beyti sevmək barəsində soruşulacaq, əks-təqdirdə (əməl etmədikləri surətdə) təbiidir ki, cəzalarına yetişəcəklər. İbn Həcər “Səvaiq” kitabının 11-ci babında bu ayəni Əhli-beyt haqqında nazil olan ayələrdən hesab etmiş və onu dördüncü ayə kimi qeyd etmişdir.
4 “Zuxruf”, 45. Bu haqda Haciz Əbu Nəimin “Hilyə” kitabında və Sələbi, Nişaburi və Bərqinin öz təfsirlərində nəql etdikləri kifayətdir. Eləcə də Həməveyni və başqa sünnə əhlinin nəql etdikləri, Təbərsinin “Məcməül-bəyan”da Əmirəl-möminindən (ə) söylədiyi və “Qayətül-Məram”ın 44-45-ci babında yazılanlar maraqlananların xəstəliyini yox edir, susuzluğunu aradan qaldırır.
5 Bu barədə Əhli-beyt (ə) hədisləri ayənin təfsiri üçün dəlil və yolgöstərəndir.
6 “Bəqərə”, 37. İbn Məğazili Şafei, İbn Abbasdan belə nəql etmişdir: “Peyğəmbərdən sual edildi ki, Adəmin öyrəndiyi və nəticəsində tövbəsinin qəbul olunduğu sözlər nə idi? Peyğəmbər buyurdu: Adəm Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) məqamlarına xatir Allahı çağırdı. Sonra Allah onun tövbəsini qəbul etdi.” Bu hədis şiə təriqi ilə də çatmışdır.
7 İbn Həcərin “Səvaiq” kitabında bu ayənin təfsirinə müraciət edin. Bu ayə Əhli-beytin fəzilətləri haqqındakı ayələrdən yeddincisidir ki, 11-ci babında yazılmış və orada yuxarıdakı sözü etiraf etmişdir.
1 İbn Həcər ona etiraf etmiş və bu ayəni (“Nisa”, 54) Əhli-beyt haqqında olan ayələrdən bilmişdir (“Səvaiq”, 11-ci bab, ayə 6). İbn Məğazili Şafei “Səvaiq”də yazıldığı kimi, imam Baqirdən (ə) nəql etmişdir ki, Həzrət buyurub: “Allaha and olsun ki, paxıllığa məruz qalmışıq.” “Qayətül-Məram” kitabının 60-cı babında bu barədə 30 doğru və aydın hədis nəql olunmuşdur.
2 Siqətül-islam Küleyni İmam Sadiqdən (ə) doğru sənəd əsasında nəql etmişdir ki, Həzrət buyurub: “Biz elə qövmük (sülalə) ki, Allah bizə itaət etməyi camaata vacib bilmişdir. Elmdə sabitqədəmlər bizik və yalnız həsədə məruz qalmışıq. Allah buyurub: “Və yaxud Allahın öz fəzlindən onlara bağışladığı üçünmü paxıllıq edirlər?” Şeyx Tusi onu “Təhzib” kitabında imam Sadiqdən nəql etmişdir.
3 “Əraf”, 46. Sələbi öz təfsirində bu ayənin şəni nüzulunda belə yazır: “Əraf sirat körpüsünün ən uca yeridir ki, Abbas, Həmzə, Əli və Cəfər Təyyar orada oturublar. Onlar dostlarını ağ üzlərindən, düşmənlərini isə qara üzlərindən tanıyırlar.”
Hakim öz sənədlərinə əsasən, Əli (ə) haqqında belə nəql etmişdir: “Biz qiyamət günü behiştlə cəhənnəm arasında dayanacağıq, bizə kömək edənləri üzlərindən tanıyırıq və onları behiştə daxil edəcəyik. Bizimlə düşmənçilik edənləri də simalarından tanıyırıq.” Salman Farsidən nəql olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Sən və övladların olan canişinlərin, ərafda yerləşəcəksiniz.” Bunu təsdiq edən hədis “Səvaiq”in 2-ci cildinin 9-cu babında deyildiyi kimi, Darü-Qütninin hədisidir ki, belə nəql etmişdir: “Əli (ə) Ömər ibn Xəttabın altı nəfərin arasında xilafəti müzakirəyə qoyduğu şəxslərə uzun nitq söyləyən vaxt dedi: Siz Allah, deyin görüm aranızda məndən başqa elə bir adam vardırmı ki, Peyğəmbər (s) ona buyurmuş olsun: Sən qiyamətdə behişt ilə cəhənnəmi bölüşdürənsən”? Dedilər: Allah bilir ki, yox.” İbn Həcər deyir ki, eyni mənada Əntərənin imam Rzadan (ə) nəql etdiyi hədisdir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurub: “Ey Əli, sən behiştlə cəhənnəmi bölüşdürənsən. Qiyamət günü cəhənnəm oduna deyərsən: Bu biri məndəndir, o biri səndən.” İbn Həcər deyir ki, İbn Səmmak nəql etmişdir: “Əbu Bəkr Əliyə (ə) dedi: Peyğəmbərdən eşitdim ki, Əlinin icazəsi olmadan heç kəs siratdan keçməyəcək.”
4 “Əhzab”, 23. İbn Həcər “Səvaiq”in 5-ci cildinin 9-cu babında Əlinin (ə) vəfatı haqqında yazdığı yerdə deyir: Əli (ə) minbərdə ikən, haqqında danışılan ayənin mənasını soruşdular ki, cavab verdi: “Ey Allah, bizə rəhm et! Bu ayə mənim, əmim Həmzə, əmim oğlu Übeydə ibn Haris ibn Əbdül-Müttəlibin haqqında nazil olmuşdur. Übeydə “Bədr”də şəhid oldu, Həmzə “Ühüd”də və mən isə bu ümmətin ən daşürəklisini gözləyirəm ki, bu saqqalımı başımın qanına boyasın. Bu sifariş və peyman isə dostum Əbül-Qasim (s) ilə aramızda imzalanmışdır. Hakim “Məcməül-Bəyan”da deyildiyi kimi, Əmr ibn Sabitdən, o da Əbu İshaqdan, o da Əlidən (ə) belə nəql etmişdir: “Bu ayə bizim haqqımızda nazil olmuşdur. Mən isə gözləyirəm və məndə heç bir dəyişiklik baş verməmişdir.”
5 “Nur”, 37. Mücahid və Yəqub ibn Süfyan, İbn Abbasın “Cümə” surəsinin 11-ci ayəsinin təfsirində “ticarət işləri qarşıya gələndə səni tək qoyarlar” – yazılan yerdə deyilir: Dihyə Kəlbi cümə günü Şam ticarətindən qayıdan zaman mal və yeməli şeylər gətirmişdi. “Zeyt” daşlarına çatıb təbil çalmaqla gəldiyini elan etdi. Camaatın hamısı onun ticarət karvanını görməyə getdi. Məsciddə Peyğəmbər (s) (minbərdə), Əli (ə), Həsən (ə), Hüseyn (ə), Fatimə (ə), Salman, Əbuzər və Miqdaddan başqa heç kəs qalmadı. Peyğəmbər buyurdu: “Allah məscidə bir nəzər saldı, əgər bunlar məsciddə olmasaydılar, Mədinə camaatı atəşdə yanardı, Lut qövmü kimi onların da başına daş yağardı və Allah bu ayəni yerdə qalanlar üçün nazil etdi: “Səhər-axşam Allahı zikr edirlər və ticarət onları aldatmır.”
1 Sələbi “Kəbir” təfsirində Ənəs ibn Malik və Yeziddən nəql etmişdir ki, Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra, Əbu Bəkr ayağa durub soruşdu: “Ey Allahın rəsulu (s), bu ev ayədə deyilən evlərdəndirmi (Əli və Fatimənin evinə işarə etdi)? Peyğəmbər (s) buyurdu: Bu, o evlərin ən yaxşısıdır.” “Qayətül-Məram” kitabının 11-ci babında bu haqda həqiqət üfüqünü işıqlandıran 9 doğru hədis yazılmışdır.
2 “Nur” surəsinin 35-ci ayəsinə işarədir. İbn Məğazili Şafei “Mənaqib” kitabında Əli ibn Cəfərdən nəql etmişdir ki, İmam Kazimdən (ə) soruşdum: “Mişkatdan məqsəd –onda çıraq və misbah var– nədir? Həzrət buyurdu: Mişkat (qəndil) Fatimə və misbah (çıraq) Həsən və Hüseyndir. Və parlaq ulduza bənzər “zücacə” isə İbrahim peyğəmbərin şəcərəsindən nurlanmış Fatimədir ki, ulduz kimi dünya qadınları arasında parlayır, “nə şərqlidir, nə qərbli” – nə yəhudidir, nə nəsrani. “Zeytunun parlamasına az qalıb” – vücudundan elm yağır, “od hələ ona çatmamış, nur ardınca nur” – yəni, imam ardınca imam vücuda gətirir “və istədiyi adamı öz nuruna qovuşdurur” – yəni, bizim vilayətə kimi istəsə hidayət edər.” Bu, Əhli-beytdən bir neçə təriqlə çatmış ayənin təfsiridir.
3 “Vaqiə”, 10. İbn Həcərin “Səvaiq” kitabının 2-ci cildinin 9-cu babında, 29-cu hədisdə olduğu kimi, Deyləmi yazır ki, Ayişə, Təbərani və İbn Mərdəveyh İbn Abbasdan nəql etmişlər ki, Peyğəmbər (s) buyurub: “İlk irəlidə gedənlər üç nəfərdir: Musaya qoşulan Yuşə ibn Nun, İsaya qoşulan “Yasin Sahibi” və Məhəmmədə qoşulan Əli ibn Əbu Talibdir.” Müvəffəq ibn Əhməd ibn Məğazili də İbn Abbasdan onu nəql etmişdir.
4 “Nisa”, 69. İbn Nəcər “Səvaiq” kitabının 2-ci cildinin 9-cu babının 30-cu hədisində deyildiyi kimi, İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Siddiqlər və düzdanışanlar üç nəfərdir: “Həzqil” Fironun ailəsindən olan mömin şəxs, Həbib Nəccar “Sahibi-Yasin” və Əli ibn Əbu Talib.” Habelə Əbu Nəim və ibn Əbu Leylidən nəql etmişlər ki, “Səvaiq”in 2-ci cildinin 9-cu babının 31-ci hədisində deyildiyi kimi, Peyğəmbər buyurub: “Doğrudanışanlar üç nəfərdir: “Ey camaat, göndərilmişlərin ardınca gedin” deyən, Həbib Nəccar mömini “Ali-Yasin”, “Məni yaradan Allahdır” – deyən Həzqil “mömini Ali-Firon” və hamıdan əfzəl olan Əli. Əlinin “düzdanışan” və “haqqı batildən ayıran” olması haqqında doğru xəbərlər mütəvatirdir.
5 “Əraf”, 181. Müvəffəq ibn Əhməd, Əbu Bəkr ibn Mərdəveyhdən öz sənədinə əsasən, Əlidən belə nəql edir: “(İslam) ümməti 73 firqəyə bölünər. Behiştdə olan bir firqədən başqa hamısı od içindədir. Onların haqqında Allah buyurmuşdur: “Yaratdığım insanların içərisində elələri var ki, haqq tərəfə hidayət edirlər və qayıdışları ona tərəfdir.” Onlar mənim şiələrimdir.”
6 “Həşr”, 20. Şeyx Tusi “Əmali” kitabında doğru sənəd əsasında Əmirəl-möminindən nəql etmişdir ki, Peyğəmbər (s) bu ayəni tilavət edən zaman buyurdu: “Behişt əhli o kəslərdir ki, mənim itaətimdədir və məndən sonra Əlinin (ə) əmrinə itaət, vilayətinə etiraf edərlər. Soruşdular: Cəhənnəm əshabı kimlərdir? Həzrət buyurdu: Onun vilayətilə düşmənçilik edən, əhdi pozan və onunla döyüşə cəhd göstərənlər.” Mərhum Səduq da bu hədisi Əlidən (ə) və Əbül-Müəyyid Müvəffəq ibn Əhməd, onu Cabirdən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: “Canım ixtiyarında olan kəsə and içirəm ki, Əli (ə) və onun şiələri qiyamət günü nicat tapanlardır.”
1 “Sad”, 28. Ayənin təfsirinə baxmaq üçün Əli ibn İbrahimin təfsirinə və ya “Qayətül-Məram” kitabının 81-83-cü babına müraciət edin.
2 “Casiyə”, 21. Bu ayə Həmzə, Əli, Übeydə haqqında “Bədr” döyüşündə Ütbə, Şeybə və Vəlid ilə qarşı-qarşıya dayanan zaman nazil olmuş, yəni iman gətirənlər Həmzə, Əli və Übeydə, günaha batmışlar isə Ütbə, Şeybə və Vəliddir. Bu haqda doğru hədislər vardır.
3 “Bəyyinə”, 7. Elə bircə bu kifayətdir ki, İbn Həcər etiraf etmiş: “Bu ayə onların haqqında nazil olmuşdur.“ və bu ayəni onların üstün və fəzilətlərini göstərən ayələrdən hesab etmişdir. “Səvaiq”in 1-ci cildində 11-ci babın ayələrindən 11-cisidir ki, Əhli-beyt haqqında zikr olunmuşdur. Bu ayə haqda “Füsulul-Muhimmə” kitabının “Sünnədə şiə üçün müjdələr” fəslində söylədiyimiz hədislərə müraciət edin (“Füsulul-Muhimmə”, 7-ci fəsil, səh. 39, beşinci çap).
4 Buxari “Səhih” kitabının 3-cü cildinin 107-ci səh.-də “Həcc” surəsinin təfsirində Əlidən (ə) nəql etmişdir ki, o həzrət demişdir: “Mən qiyamət günü Allah qarşısında düşmənlərimdən haqqımı tələb etmək üçün yalvaracaq ilk kəsəm.” Buxari deyir: Qeys ibn İbad demişdir: Bu ayə “Bədr” döyüşü günü Əli (ə) və iki yoldaşı Həmzə və Übeydə və (onların qarşısına çıxan) Şeybə və iki yoldaşı Ütbə və Vəlid haqqında nazil olmuşdur. Həmin səhifədə Əbuzər nəql etmiş və o, and içmişdir ki, bu ayə Əli ilə iki yoldaşı və Ütbə ilə iki yoldaşı haqqında “Bədr” döyüşündə qarşı-qarşıya duran vaxt nazil olmuşdur (“Səhih-Buxari”, “Ehyaut-Türasül-ƏrƏbu çapı”, 2-ci cild, 6-cı hissə, 123-cü səh.-də bu iki hədis nəql olunmuşdur).
5 “Səcdə”, 18. Bu ayə sözsüz ki, Əmirəl-möminin və Vəlid ibn Üqbə ibn Əbu Muit haqqında nazil olmuşdur. Hədis söyləyənlər onu nəql etmiş və təfsirçilər onu aydınlaşdırmışlar. Əbül-Həsən Əli ibn Əhməd Vahidi ayənin mənası haqqında özünün “Əsbabun-nuzul” kitabında Səid ibn Cubeyrdən,o da İbn Abbasdan nəql etmişdir ki, Vəlid ibn Üqbə Əli ibn Əbu Talibə dedi: “Mənim nizəm səninkindən iti, dilim uzun və qoşunum səninkindən çoxdur. Əli ona buyurdu: Sakit ol, sən fasiqsən!” Və yuxarıdakı ayə nazil oldu ki, “mömin” sözündən məqsəd Əli (ə), “fasiq”dən məqsəd isə Vəlid ibn Üqbədir.
6 “Tövbə”, 19. Bu ayə Əli, əmisi Abbas və Təlhə ibn Şeybə haqqında nazil olmuşdur. Təlhə deyirdi: “Mən Kəbənin sahibiyəm, açarı mənim əlimdədir, mən onun qapıçısıyam.” Abbas deyirdi: “Hacılara su çatdırmaq mənim öhdəmdədir” Əli (ə) isə buyururdu: “Bilmirəm siz nə deyirsiniz, amma mən altı ay hamıdan əvvəl Peyğəmbər (s) ilə namaz qılmışam və cihad adamıyam.” Allah yuxarıdakı ayəni nazil etdi. Bu, Vahidinin “Əsbabun-Nuzul” kitabında ayənin mənasına aid nəql etdiyi məsələdir. O, bu mənanı Həsən Bəsri, Şəbi və Qurtəbidən nəql etmiş, İbn Sirin və həmədanlı Mürrədən yazmışdır ki, Əli Abbasa buyurdu: “Peyğəmbərə qovuşmaq üçün nədən ötrü mühacirət etmirsən? Abbas cavabında dedi: Məgər mühacirətdən üstün iş mənim öhdəmdə deyilmi? Məgər mən Allah evinin hacılarına su vermirəmmi? Məgər Məscidül-Həramın təmiri və abadlaşdırılması mənim öhdəmdə deyilmi?” Bu vaxt yuxarıdakı ayə nazil oldu.
1 “Bəqərə”, 207. Hakim “Müstədrək”in 3-cü cildinin 4-cü səhifəsində İbn Abbasdan nəql edir: “Əli canını satın qoydu və Peyğəmbərin paltarını əyninə geydi.” Hakim bu hədisin doğru olduğunu aydınlaşdırmış, hətta Buxari və Müslüm özləri onun nəql etmədiklərinə baxmayaraq doğru olmasına etiraf etmişlər. Hakim “Müstədrək”in həmin səhifəsində Əli ibn Hüseyndən (ə) bununəql etmişdir: “Allah üçün birinci canını satın qoyan şəxs Əli ibn Əbu Talib (ə) idi ki, Peyğəmbərin (s) yatağında yatdı.” Sonra Əliyə aid olan bir şeri nəql edir ki, əvvəli belədir:
«وَ قِـيتُ بـنفسي خيرَ مَن وَطَئ الـحصا وَ مَن طافَ بالبيت العَـتيق و بالحَجَر» “Yer üzərinə qədəm qoyub, Kəbəni təvaf və Həcərül-Əsvədi ləms edən ən yaxşı adamı canım ilə hifz etdim.”
2 “Bəqərə”, 274; “Tövbə”, 111-112. “Əsbabun-Nuzul” yazanlar, hədisçilər və təfsirçilər İbn Abbasdan nəql etmişlər ki, الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ – ayəsi (“Bəqərə”, 274) Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. Bu o vaxt idi ki, Əlinin dörd dirhəmi var idi. Onlardan birini axşam, o birisini gündüz, üçüncüsünü gizli və dördüncüsünü aşkar bağışladı. Bu vaxt yuxarıdakı ayə nazil oldu. Vahidi “Əsbabun-Nuzul” kitabında İbn Abbasdan, yenə Mücahiddən və sonra Kəlbidən əlavələrlə onu nəql etmişdir.
3 “Zumər”, 33. “Sidq” gətirmiş kəsdən məqsəd Allahın rəsulu (s), onu təsdiq edən kəsdən məqsəd Əmirəl-möminindir (ə). Bu aydın məsələ imam Baqir, imam Sadiq, imam Kazim, imam Rza, İbn Abbas, Məhəmməd Hənəfi, Abdullah ibn Həsən, Zeyd ibn Əli ibn Hüseyn və imam Sadiqin övladı Əli ibn Cəfərin sözüdür. Əmirəl-möminin (ə) özü həmişə bu ayəni dəlil gətirərdi. İbn Məğazili özünün “Mənaqib” kitabında Mücahiddən nəql etmişdir ki, «الّذي جاءَ بالصِّدق» – ayəsindən məqsəd Məhəmməd (s) və «الّذي صَدّق به» – ayəsindən məqsəd isə Əlidir. Bu rəvayəti ibn Mərdəveyh və Əbu Nəim və başqaları nəql etmişlər.
4 “Tur”, 21. Hakim “Müstədrək”in 2-ci cildinin 468-ci səh.-də “Tur” surəsinin الحقنا بهم ذريتهم – ayəsi haqqında nəql etmişdir ki, Allah möminin qohum və övladlarını əməldə özündən aşağı olmasına baxmayaraq özü ilə yüksəyə aparar. Sonra yuxarıdakı ayəni dəlil gətirmişdir.
1 “Ənfal”, 41.
2 “Həşr”, 7.
3 “Əhzab”, 33.
4 “Saffat”, 130. Sonuncu ayəni İbn Həcər “Səvaiq”in 11-ci babında yazmış və demişdir ki, ondan məqsəd Ali-Məhəmmədə salamdır. İbn Həcər yazır: Kəlbi də belə demiş və əlavə etmişdir ki, Fəxri Razi demişdir: “Əhli-beyt beş şeydə Peyğəmbərlə bir cərgədədir: 1) salamda: “السلام عليك ايها النبي”; “سَلَامٌ عَلَى إِلْ يَاسِينَ”. 2) namazın təşəhhüdündə salavatda. 3) paklıqda: “طه” – yəni, “ey tahir, pak!”; “وَيُطَهِّرَكُمْ تَطْهِيرًا”. 4) məhəbbətdə: “فَاتَّبِعُونِي يُحْبِبْكُمُ الله”; “قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى”. 5) onlara sədəqə verilməyin haramlığında.
5 “Əhzab”, 56. Buxari “Səhih”in 3-cü cildinin “Təfsirul-Quran” kitabının “إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ” babında, “Əhzab” surəsinin təfsirində və Müslüm “Səhih”in 1-ci cildində “əs-sələvat” kitabının “Peyğəmbərə salavat” babında bu sözü nəql etmiş və başqa hədisçilər onu Kəb ibn Ücrədən nəql etmişlər.
6 Həmin babda onlar haqqında zikr olunmuş ayələrdən 2-ci ayədir ki, 87-ci səhifəyə müraciət edin.
7 Sələbi özünün “Təfsiri-Kəbir”ində bu ayənin təfsiri barədə Peyğəmbərdən (s) belə nəql etmişdir: “Tuba behiştdə mənim evimdə yerləşən ağacdır və onun şaxələri behişt əhlinin üstünə sərilir. Bir nəfər ondan soruşdu: “Ey Allahın rəsulu, bu haqda səndən soruşduq, buyurdun ki, bu ağac Əlinin evindədir və şaxələri behişt əhli üzərinə sərilmişdir. Peyğəmbər (s) buyurdu: Məgər mənim evimlə Əlinin evi bir deyilmi?”
“Fatir”, 32. Mərhum Küleyni mötəbər sənədlə Salimdən belə nəql edir: “İmam Baqirdən “Fatir”in 32-ci ayəsi haqqında soruşdum. Buyurdu: “və kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər”-dən məqsəd imam, “kimisi mötədil olar” – sözündən məqsəd imamın haqqını tanıyan və “kimisi özünə zülm edər”-dən məqsəd o kəsdir ki, imamı tanımasın. Bu məzmunda imam Sadiq, imam Baqir və imam Rzadandan (ə) da nəql etmişlər. Bu rəvayəti Səduq və başqa şiə hədisçiləri nəql etmişlər və ibn Mərdəveyh onu Əlidən nəql etmişdir ki, deyib: “وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ” – sözündən məqsəd bizik.” Bu haqda geniş şərh üçün “Tənzilul-Ayat” və “Qayətul-Məram” kitabına müraciət edin.