ELAN QHT hesabatlarının vaxtına cəmi 1 gün qaldı Bildiyiniz kimi, 1 Aprel QHT-lər üçün Maliyyə Nazirliyinə beynəlxalq (milli) mühasibat uçotu standartlarına uyğun maliyyə hesabatını təqdim edilməsinin son tarixidir. 1 Aprel bazar günü olduğu üçün son tarix 2 aprel olacaq. Yəni cəmi 1 iş günü vaxtımız var. Xatırladırıq ki, hesabatı vaxtında təqdim etməyən QHT-lərə 2000 manata qədər cərimə tətbiq oluna bilər.
İATM QHT-lər üçün çox sərfəli (15 manatdan başlayan) qiymətlərlə maliyyə hesabatının hazırlanması xidməti göstərməkdə davam edir. Vaxtın az olmasını nəzərə alaraq QHT-lər üçün online (internet vasitəsi ilə) xidmətlər də göstərilir. Belə ki, internet vasitəsi ilə verilmiş məlumatları 6-bazar günlərində bizə göndərə bilsəniz, onun əsasında hesabat hazırlaya bilərik.
Müraciət etmək istəyənlər hesabatın hazırlanması üçün aşağıdakı məlumatları erec.tedris@gmailcom ünvanına göndərməlidirlər:
Bankdan manat və valyuta hesabı üzrə illik (2011-ci il üzrə) çıxarış;
Əsas vəsaitlər barədə məlumat (varsa alış tarixi və dəyəri);
İl ərzində həyata keçirilmiş layihələrin büdcəsi (gəlirlər və xərclər);
İllik əmək haqqı (DSMF-yə verilən) hesabatı;
Təşkilat haqqında ümumi məlumatlar: yaranma tarixi, təsisçilər və yaranma məqsədləri.
Daha ətraflı məlumat üçün İATM-ın ofisinə müraciət edə bilərsiniz:
(012) 480 28 45; (055) 203 07 85; (050) 531 03 81
Ünvan: M.Muxtarov küçəsi 194, AzDİU-nun Əmtəəşünaslıq korpusu, Caspian Plaza ilə üzbəüz yeni tikilinin sağ tərfi. Ən yaxın metro satnsiyası -Nizami
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi