İnformasiya Sistemlərinin satınalınması üzrə mütəxəssis
İcra olunduğu yer:
Təhsil Nazirliyi
İcra müddəti:
2011-2013
Tapşırıq və vəzifələr:
İnformasiya Sistemləri ilə əlaqədar hər bir satınalma fəaliyyətinin icra qrafikinin işlənilib hazırlanması, nəzərdə tutulan əməliyyatların icra edilməsi və bütün lazımi təşkilati tədbirlərin həyata keçirilməsi;
İnformasiya Sistemlərinin satınalınması məqsədilə texniki spesifikasiyalarının hazırlanması;
Benefisiarlarla sıx əməkdaşlıq edərək tender sənədlərinin hazırlanması, TSİİL çərçivəsi daxilində informasiya sistemlərinin satınalınması məqsədilə tenderlərin həyata keçirilməsi;
İnformasiya Sistemlərinin satınalınmasına dair elanın hazırlanması və dərc edilməsinin təmin edilməsi;
Tender/rəqabətə əsaslanan tender proseslərinə dair yazışmalarda (məktublar, müqavilələr, şərhlər və s. ilə əlaqədar) lazımi sənədlərin işlənilib hazırlanması;
Zəruri hallarda tenderqabağı konfransların planlaşdırılması və həyata keçirilməsi;
Tenderin açılması ilə əlaqədar protokolların hazırlanması, tender təklifləri/maraqlarının qiymətləndirilməsi və standart hesabatlar və müqavilələrin hazırlanması;
Benefisiarlarla sıx əlaqələndirmə aparmaqla, İnformasiya Sistemlərinin idarəolunmasının həyata keçirilməsi, müqavilənin cari vəziyyətinin nəzərdən keçirilməsi və nəticələrlə bağlı LƏQ Direktoruna hesabat verilməsi;
Kompüter avadanlıqlarının quraşdırılması, təminatı və yekun qəbul proseduralarında iştirak etmək;
İnformasiya Sistemlərinə dair müqavilələrin icra prosesində LƏQ-ə daxil olan sənədlərin təhlili və lazımi təşkilati tədbirlərin müəyyənləşdirilməsi;
İnformasiya Sistemlərinin satınalınması prosesi ilə əlaqədar müqavilələrin müvafiq arxivləşdirmə və fayl sisteminin hazırlanması;
Tapşırılan digər vəzifələrin yerinə yetirilməsi.
İxtisas tələbləri:
Kompüter, İnformasiya Sistemləri, mühəndislik və digər müvafiq sahələr üzrə ali təhsil;
İnformasiya prosesləri texnikasının idarəedilməsinin tətbiqi üzrə, əsasən İnformasiya Sistemlərinin satınalınması üzrə üç (3) il peşəkar təcrübə;
İnformasiya Sistemlərinin satınalınması üzrə Dünya Bankının və ya digər beynəlxalq təşkilat və agentliklərin proseduraları ilə tanışlıq;
Azərbaycan və İngilis dillərində səlis yazı, şifahi ünsiyyət, anlama və əməkdaşlıq bacarıqları.
Tələb olunan sənədlər:
Tərcümeyi-hal (CV)
Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.
Son təqdim edilmə tarixi:
2 mart 2011-ci il
Əlaqə üçün məlumat:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,