ƏlaqəLƏRİn statiSTİK ÖYRƏNİLMƏSİ



Yüklə 0,6 Mb.
səhifə1/9
tarix31.12.2021
ölçüsü0,6 Mb.
#113333
  1   2   3   4   5   6   7   8   9
8.Mövzu-Qarşılıqlı əlaqələr

Mövzu 8


ƏLAQƏLƏRİN STATİSTİK ÖYRƏNİLMƏSİ

1

Əlaqələrin statistik öyrənilməsi zəruriliyi. Əlaqələrin növləri və formaları.

2

Qarşılıqlı əlaqələrin öyrənilməsi metodları: analitik qruplaşdırma, paralel sıraların müqayisəsi, balans, qrafik metodu və s .

3

Reqressiya-korrelyasiya metodu. Reqressiya tənliyinin qurulması.

4

Əyrixətli əlaqələr ( parabola, hiperbola və reqressiya tənliyinin digər növləri).

5

Əlaqələrin sıxlığının ölçülməsi göstəriciləri. Xətti korrelyasiya əmsalının hesablanması.

6

Alternativ əlamətlər arasındakı əlaqənin sıxlığının öyrənilməsi.

7

Determinasiya və elastiklik əmsalları, onların mahiyyəti və hesablanması qaydaları.

8

Çoxamilli korrelyasiya haqqında anlayış.

1). Sosial-iqtisadi hadisələr arasındakı əlaqə və asılılıqları öyrənmək statistika elminin mühüm vəzifələrindən biridir və bu əlaqələrin öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Hadisələrin dəyişilməsi və inkişafı əlaqə və asılılıq şəraitində baş verir. Ona görə də müasir dövrdə sosial-iqtisadi hadisə və proseslərə elmi cəhətdən yanaşılmalı və onların əlaqə və asılılıqları hərtərəfli öyrənilməlidir.

Sosial-iqtisadi hadisələr arasında əlaqə və asılılıqlar mövcud olduğu kimi həmin hadisələrin göstəriciləri arasında da belə əlaqə və asılılıq mövcuddur. Məsələn, fəhlələrin əmək haqqı ilə əmək məhsuldarlığı, məhsulun maya dəyəri ilə əmək məhsuldarlığı və s. arasında sıx əlaqə və asılılıq vardır. Bu göstəricilərin hər biri müxtəlif amillərin təsiri nəticəsində dəyişir. Belə ki, əmək məhsuldarlığının səviyyəsi əməyin mexanikləşdirilməsi səviyyəsindən, əməyin enerjilə silahlanması dərəcəsindən, fəhlələrin iş stajından, tarif dərəcələrindən və bir sıra digər amillərdən asılıdır.




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin