Sosial-iqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət amil (faktor) əlaməti, amil əlamətlərinin təsiri əsasında dəyişən əlamət isə nəticə əlaməti adlanır
Sosial-iqtisadi hadisələrin dəyişilməsinə səbəb olan əlamət amil (faktor) əlaməti, amil əlamətlərinin təsiri əsasında dəyişən əlamət isə nəticə əlaməti adlanır. Məsələn, əməyin enerjilə silahlanması, əməyin mexanikləşdirilməsi, fəhlələrin tarif dərəcələri, iş stajı və s. amil əlaməti, əmək məhsuldarlığının səviyyəsi isə nəticə əlamətidir. Buradan aydın olur ki, hadisələr və onların göstəriciləri arasındakı əlaqələrin tədqiqi əsasında nəticə əlamətinə təsir edən ayrı-ayrı amillərin rolu müəyyənləşdirilir. Ona görə də statistika tədqiqatının mühüm vəzifələrindən biri hadisələr və onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları müəyyən etmək və onların sıxlıq dərəcəsini ölçməkdən ibarətdir.
Xarakterinə, istiqamətinə və analitik ifadəyə görə əlaqələrin müxtəlif növləri və formaları mövcuddur.