ƏlaqəLƏRİn statiSTİK ÖYRƏNİLMƏSİ



Yüklə 0,6 Mb.
səhifə6/9
tarix31.12.2021
ölçüsü0,6 Mb.
#113333
1   2   3   4   5   6   7   8   9
8.Mövzu-Qarşılıqlı əlaqələr

qrafik metodu və s .
Qarşılıqlı əlaqələrin tədqiqində bir sıra statistika metodundan istifadə olunur. Bunlardan biri analitik qruplaşdırma metodudur. Analitik qruplaşdırma metodu sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələrin mövcud olmasını və onların istiqamətini müəyyən etməyə imkan verir. Əlaqənin mövcudluğunu və istiqamətini müəyyən etmək üçün, bir qayda olaraq, amil əlaməti üzrə qruplaşdırma aparılır və hər bir qrup üçün nəticə əlaməti üzrə orta və nisbi göstəricilər hesablanır. Qruplaşdırma kütləvi məlumat əsasında aparıldıqda və qrupların optimal sayı müəyyənləşdirildikdə qrup orta kəmiyyətlər hadisələrin qarşılıqlı əlaqələrinin qanunauyğunluğunu düzgün əks etdirir.

Sosial-iqtisadi hadisələrin əlaqələrinin öyrənilməsində istifadə edilən ən sadə və səmərəli statistika metodu paralel sıraların müqayisəsi metodudur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, bir-birilə qarşılıqlı əlaqədə olan iki və daha çox hadisələrin və yaxud onların əlamətlərinin paralel sıraları verilir. Belə paralel sıraların müqayisəsi hadisələrin və ya əlaqələrin kəmiyyətlərinin dəyişilməsi arasındakı əlaqə və asılılığı və onun istiqamətini müəyyən etməyə imkan verir. Buna misal olaraq amil əlaməti olan iş stajı üzrə artan qaydada fəhlələrin sırasını verək və ona paralel olaraq nəticə əlaməti olan hasilat normasının yerinə yetirilməsi faizini göstərək. Nəticədə aşağıdakı paralel sıraları alırıq ( cədvəl 1).

1-ci cədvəldə verilmiş məlumatın sadəcə müqayisəsi əsasında fəhlələrin iş stajı ilə hasilat normasının yerinə yetirilmə faizi arasında əlaqənin mövcudluğunu və onun düz əlaqədən ibarət olduğunu söyləmək mümkündür. Belə

Cədvəl 1

Fəhlələrin hasilat normasının yerinə yetirilməsinin iş stajından asılılığı




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin