ƏlaqəLƏRİn statiSTİK ÖYRƏNİLMƏSİ



Yüklə 0,6 Mb.
səhifə7/9
tarix31.12.2021
ölçüsü0,6 Mb.
#113333
1   2   3   4   5   6   7   8   9
8.Mövzu-Qarşılıqlı əlaqələr

Fəhlələrin sira N-si

İş stajı, il

Hasilat normasının yerinə yetirilməsi, %

Fəhlələrin sira N-si

İş stajı, il

Hasilat

normasının

yerinə

yetirilməsi,

%

1

1,0

96

11

8,0

106

2

2,5

100

12

8,5

107

3

2,5

101

13

9,0

107

4

4,5

103

14

9,2

108

5

5,0

105

15

10,2

109

6

5,4

105

16

10,5

110

7

6,0

105

17

11,0

110

8

6,0

106

18

12,0

111

9

6,5

106

19

14,0

112

10

7,5

106

20

13,0

114

ki, fəhlələrin iş stajı artdıqca hasilat normasının yerinə yetirilmə faizi də ona uyğun olaraq artır.

Hadisələrin və onların əlamətlərinin qarşılıqlı əlaqələrinin zaman etibarı ilə dəyişməsində də paralel sıraların müqayisəsi metodundan istifadə etmək mümkündür.

Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin təhlilində balans metodu xüsusi əhəmiyyət kəsb edir. Balans metodunun mahiyyəti ondan ibarətdir ki, o öyrənilən hadisənin ehtiyatlarını, istehsalını və bölgüsünü xarakterizə edir. Balans hər iki tərəfi bir-birinə bərabər olan ikitərəfli cədvəl şəklində tərtib edilir. Cədvəldə məlumatlar elə verilməlidir ki, ehtiyatlar və onların bölüşdürülməsini xarakterizə edən göstəricilər arasında bərabərlik, balans olsun.

Statistika balansları dəyər və natural göstəricilər əsasında tərtib edilə bilər. Statistika balanslarında qarşılıqlı əlaqədə olan göstəricilər sistemi verilir. Ona görə də balanslar hadisələr arasındakı qarşılıqlı əlaqələri və nisbətləri xarakterizə etmək üçün mühüm əhəmiyyətə malikdirlər.

Statistikada, hər şeydən əvvəl, müxtəlif balans hesablamalarından, sənaye və kənd təsərrüfatı məhsullarının material balanslarından, əhalinin pul gəlirləri və xərcləri balanslarından və s. geniş istifadə edilir.

Əlaqələrin mövcud olmasının və onun istiqamətinin aşkar edilməsində qrafik metodunun mühüm rolu vardır. Qrafik metodu amil və nəticə əlamətləri arasındakı əlaqə və asılılıqları əyani şəkildə təsvir etmək imkanına malikdir. Nəticə əlamətinin (y) bir amil əlamətindən (x) asılılığını təsvir etmək üçün əyrilər şəklində xətti diaqramdan istifadə oluna bilər. Bunun üçün düzbucaqlı koordinat sistemində absis oxunda amil əlamətinin (x) qiymətləri, ordinat oxunda isə nəticə əlamətinin (y) qiymətləri təsvir edilir. Amil və nəticə əlamətlərinin müvafiq qiymətlərinə uyğun olan nöqtələri sınıq xətlərlə birləşdirsək nəticə əlamətinin amil əlamətindən asılılığını əyani şəkildə təsvir edən xətti diaqramı alarıq.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin