Elatlı, Elxan



Yüklə 31,69 Kb.
tarix24.05.2018
ölçüsü31,69 Kb.
#51289


SUMQAYIT REGİONAL MƏDƏNİYYƏT VƏ TURİZM İDARƏSİ
QUBADLI RAYON NÜMAYƏNDƏLİYİ

QUBADLI RAYON HƏSƏNQULU QASIMOV ADINA

MƏRKƏZİ KİTABXANA


YENİ NƏŞRLƏR

Annotasiyalı biblioqrafik göstərici
(IV rüb)

Sumqayıt - 2017




Red. M. Muradova
Tərtibçi: Alıyeva Əzizə

Yeni nəşrlər: biblioqrafik göstərici (IV rüb) / Qubadlı rayon Həsənqulu Qasımov adına Mərkəzi kitabxana; red. M. Muradova; tərt. ed.: Ə. Alıyeva.- Sumqayıt, 2017.- 6 s.

“Yeni nəşrlər” adlı biblioqrafik göstəricidə 2017-ci ilin IV rübündə Qubadlı

MKS-in fonduna yeni daxil olan ənənəvi və elektron kataloqa (EK) salınmış kitabların annatasiyalı biblioqrafik təsviri verilmişdir. Bu nəşrlərin təsviri əlifba sırası ilə qruplaşdırılmışdır.




Axundov, Süleyman Sani Rzaqulubəy oğlu. Seçmə hekayələr : Hekayələr / S. S.R. Axundov ; tərt. ed. R. İsmayılov ; red. F. Şıxlinski ; rəs. E. Cabbarov. - Bakı : Altun kitab, 2015. - 208 s.

Bu kitabda orjinal nasir kimi taninan dramaturq Seleyman Sani Axundovun hekayələri ilə taniş olacaqsiniz. S.S.Axundovun ilk əsəri "Tamahkar" komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasının təsiri ilə 1899-cu ildə yazmışdır. Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, onlarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa pyeslərin müəllifidir. S.S.Axundov həm də orijinal nasirdir. Onun “Kövkəbi-hürriyət”, “Yuxu”, “Qonaqlıq”, “Qan bulağı”, “Qatil uşaq”, “Zarafat” və s. hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələ-

rindəndir.
Azərbaycan-ərəb dili danışıq kitabçası / tərt. Ş. Ələsgərov ; red.: Y. Əliyev, Ə. E. Samil. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2017. - 200 s.
Azərbaycan Respublikasının Konstitusiyası : 26 sentyabr 2016-cı ildə qəbul edilmiş dəyişikliklər və əlavələrlə. - Bakı : n.y., 2017. - 80 s. ; 20 sm. - 2000 экз. - 2.80 AZN
Çimən, Əli. Tarixi dəyişdirən müharibələr : gizli tarix / Ə. Çimən ; red. E. Rafiqoğlu ; tərc. N. Məmmədzadə ; tərt. R. Həsənova ; rəs. Ö. Məmmədov. - Bakı : Qələm, n.i.y. - 432 s.
Cabbarlı, Cəfər Qafar oğlu. Seçmə hekayələr : Hekayələr / C. Cabbarlı ; red. F. Şıxlinski ; rəs. E. Cabbarov. - Bakı : Altun kitab, 2017. - 176 s.

Bu kitabda böyük yazıçı Cəfər Cabbarlının nəsrində özünəməxsus yer olan hekayələr toplanmışdır.Yazıçı bu hekayələrdə yaşadığı dövrün mənəvi-əxlaq problemlərini, cəmiyyətdəki nöqsanları ustalıqla qələmə almışdır. Savadsızlıq, sosial ədalətsizlik, qadın hüquqsuzluğu kimi problemlərin yaratdığı faciələr bu hekayələrin ana xəttini təşkil edir.


Elatlı, Elxan. Adsız tablo : detektiv roman / E. Elatlı ; red. Ş. Sarkaroğlu ;

naşir N. Həbibov. - Bakı : Elgün, 2013. - 272 s.



Roman istedadlı rəssamın faciəli qətlindən və bu qətlin sirrinin qəribə təsadüf nəticəsində açılmasından bəhs edir. Eyni zamanda insanlardakı qısqanclıq hissi, ər-arvad problemləri, məhəbbət, xain xislətli adamların psixologiyası kimi məsələlər əsərdə ön plana çəkilib.
Elatlı, Elxan. Cəhənnəmdən gələn səs : kriminal roman / E. Elatlı. - Bakı : Elgün, 2011. - 344 s.

Yazıçı Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanı XX əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımına və erməni əsirliyində əzab çəkən həmvətənlərimizin acınacaqlı taleyinə həsr edilib. Romanda Azərbaycan milli təhlükəsizlik orqanlarının fəaliyyətinə, anaya və vətənə məhəbbət, dostluq, ilahi eşq mövzularına da geniş yer ayrılıb.


Elatlı, Elxan. Ən yaxın planet : detektiv roman / E. Elatlı. - Bakı : Elgün, 2012. - 328 s.

Əsasən detektiv romanlar müəllifi kimi tanınmış sevimli yazıçımızın bu əsəri də detektiv janrdadır. Lakin romanda eyni zamanda təmənnasız, saf məhəbbətə, döyüş səhnələrinə, ailə problemlərinə, cəmiyyətdə rast gəlinən əxlaqa zidd hərəkətlərin ifşasına əhəmiyyətli yer ayrılıb.


Elatlı, Elxan. Ələkeçməz Yaquar : dedktiv roman / E. Elatlı ; red. Ü. Arif. - Bakı : Elgün, 2011. - 272 s.

Tanınmış detektiv yazıçı Elxan Elatlının sizə təqdim etdiyimiz bu romanı da detektiv janrdadır. Roman, əsasən, Rusiyada yaşayan bir azəri ailəsinin faciəsindən bəhs edir. Amma, burada məhəbbət, ailə-məişət problemləri, günümüzün bəzi reallıqları da öz əksini tapıb.


Elatlı, Elxan. Görünməyən izlər : roman /E. Elatlı. - Bakı : Elgün, 2015. -320 s.

Romanda anası tərəfindən uşaq evinə verilmiş Humay adlı qızın sonrakı acınacaqlı taleyindən və onun məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlı ilə tanışlığından bəhs edilir. Bu günümüz üçün son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan romanda narkomaniyanın gətirdiyi faciələrə də ustalıqla toxunulur.


Elatlı, Elxan. Xəstə ruhlar : tarixi-detektiv roman / E. Elatlı. - Bakı : Elgün, 2015. - 304 s.

Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Lakin yazıçı burada yalnız onun apardığı təhqiqatı təsvir etməklə kifayətlənmir. Nisbətən yaxın tariximizə ardıcıl maraqlı ekskurslar edərək, Azərbaycanın başına gəlmiş bəlaların və bədnam qonşularımızla düşmənçiliyin tarixi köklərini bədii dillə göstərməyə çalışır.


Elatlı, Elxan. Qan ləkəsi : roman / E. Elatlı. - Bakı : Elgün, 2014. - 506 s.

Yazıçının "Qan ləkəsi" romanı fikrimizcə Azərbaycan detektivində öz sanbalı və ciddiliyi ilə seçilir. Romanda məhəbbətə, ailə-məişət məsələlərinə, müəllim-şagird münasibətlərinə toxunulmaqla bərabər Qarabağ uğrunda ədalətli savaşımız da öz əksini tapmışdır.


Elatlı, Elxan. Mərtəbələr : Psixoloji roman / E. Elatlı. - Bakı : Elgün, 2014. - 248 s.

Roman günümüzdə hər bir kəsi düşündürən pul, qazanc və bununla bağlı formalaşan maddi həyat səviyyəsindən bəhs edir. Eyni zamanda, əsərdə müxtəlif insanların namus, vicdan, düzlük kimi mənəvi dəyərlərə olan fərqli baxışlarına da rast gəlinir.


Elatlı, Elxan. Qanunsuz əməliyyat : roman / E. Elatlı. - Bakı : Elgün, 2015. - 288 s.

Kitabda söhbət iyirmi dörd il əvvəl baş vermiş qətl hadisəsinin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə taxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.


Elatlı, Elxan. Niyə susursan, polkovnik? : detektiv roman / E. Elatlı. - Bakı : Elgün, 2014. - 288 s.

Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur.


Elatlı, Elxan. Ölüm ağacının kölgəsində : məhəbbət romanı / E. Elatlı. - Bakı : Elgün, 2017. - 300 s.
Elatlı, Elxan. Pəncərədə görünən kölgə : detektiv rоmаn / E. Elatlı ; red. A. Nəbioğlu. - Bakı : Elgün, 2011. - 176 s.

Əsərdə baş vermiş müəmmalı cinayətin sirrinin açılmasından söhbət getsə də ana və övlad məhəbbətinin, halallıq, mənəvi təmizliyin təbliği də özünəməxsus yer tutur. Bu baxımdan roman gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir.



Elatlı, Elxan. Seçilmiş cəza : detektiv roman / E. Elatlı. - Bakı : MBM, 2012. - 256 s.

Azərbaycan ədəbiyyatına Qanbay Qasımlı kimi maraqlı xəfliyyə obrazı gətirən sevimli yazıçımız Elxan Elatlının "Seçilmiş cəza" əsəri həmin obrazın növbəti macərasından bəhs edir. Fikrimizcə, peşəkarlıqla yazılmış bu detektiv roman da oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Elatlı, Elxan. Yeddinci mərtəbədə qətl : povest və hekayələr / E. Elatlı. - Bakı : Elgün, 2011.- 144 s.

Elxan Elatlının kitabda toplanmış dörd hekayə və iki povesti sırf detektiv janrdadır. Onlarda hüquq-mühafizə orqanlarının çətin və şərəfli işindən, qaranlıq cinayətlərin ağlın və məntiqin gücü ilə açılmasından bəhs edir.


Haqverdiyev, Əbdürrəhim bəy Əsəd oğlu. Seçmə hekayələr : Hekayələr / Ə. Ə. Haqverdiyev ; tərt. ed. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2015. - 224 s.

Kitabda görkəmli mütəfəkkir Ə. Haqverdiyevin zəngin ədəbi irsindən seçmələr - Mirzə Səfər , Şeyx Şəban , Ata və oğul, Bomba, Marallarım , Ovçu Qasım , Qəndil, Çeşmək və s. kimi hekayələr toplanmişdır. Hekayələrinin əsas mövzularından biri mövhümatın tənqididir.


Hər suala bir cavab : ensiklopedik toplu / tərt. İ. Əlfi ; red. T. Rüstəmova. I cild. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. - 368 s.
İngiliscə-Azərbaycanca izahlı kompüter terminləri lüğəti = English-Azerbaijani Explanatory Dictionary of Computer Terms / tərt. R. Məmmədli. - Bakı : Kitab Klubu, 2014. - 466 s.
İsmayılqızı Nigar. Savaşçı : (aprelin izi ilə...) kitab şəhid Əbdülməcid Axundovun əziz xatirəsinə həsr olunur. / N. İsmayılqızı ; red. E. Hüseynbəyli ; məsl. D. ibrahimova ; tərc.: A. Şabanov, G. Əliyeva ; tərt. Z. Əliyev. - Bakı : ÇapArt nəşriyyat evi, 2017. - 223 s.
Məmmədquluzadə, Cəlil Hüseynqulu oğlu. . Seçmə hekayələr : Hekayələr / C. H. Məmmədquluzadə ; tərt. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2015. - 224 s.

Kitabda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ən məşhur hekayələri yeni təqdimatda oxucularının ixtiyarına verilir. Bu hekayələrdə XX əsrin əvvələrindəki Azərbaycan cəmiyyətinin sosial - məişət problemləri əks olunur.
Yüklə 31,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin