1.3. Heca və söz prosodiyasının qarşılıqlı əlaqəsi
Kommunikativ prosesdə söz və söz formalarının asanlıqla ayrılan hissələrinə heca deyilir. “Hecaya belə baxış, demək olar ki, bütün dillərdə əsas ölçü kimi götürülmüşdür” [6, s.245]. “Hər bir dildə hecaların formalaşmasına xidmət edən vahidlər mövcuddur. Bunlar da seqment və superseqment vahidlərdən ibarətdir. Hecalar o vaxt yaranır ki, o zaman bu vahidlər qarşılıqlı əlaqədə olur. Onlardan birinin olmaması hecanın mövcudluğunu qeyri-mümkün edir. Heca nəinki seqment vahidlərin, həm də superseqment vasitələrin (ton, prosodiya, vurğu və s.) daşıyıcısıdır. Elə buna görə də hecaya fonetik bütöv kimi yanaşılır” [52, s.255]. Sait+ samit və ya əksinə düzümündə hecanın özəyini, nüvəsini əksər hallarda sait fonemlər təşkil edir. Məsələn: ingilis dilində: /ænd/, /hə:d/, /vu:nd/, /bvlıt/, /æbsəlu:t/ və s.
Azərbaycan dilində: /su/, /sən/, /da/, /kənd/, /tørək`/, /məktəbli/ və s.
Qeyd olunan nümunələrdə ingilis dilində hecaların nüvəsini [æ, ə, u:, æ, ə, u:] saitləri, Azərbaycan dilində isə [u, ə, a, ə, ö, ə, ə, ə, i] saitləri əmələ gətirmişdir.
Dildə sözlərin müxtəlif heca strukturlarına malik olması yuxarıda qeyd olunmuş nümunələrdən də aydın olur. Dildə saitləri samitlərdən fərqləndirən əsas funksional xüsusiyyət, birincilərin heca düzəltmə funksiyası yerinə yetirmələridir. Əlbəttə, bu xüsusiyyət heç də həmişə bütün dillər üçün özünü doğrultmur, çünki german dillərinə mənsub olan ingilis və alman dillərində hecaların nüvəsini yalnız saitlər deyil, samitlər də təşkil edə bilir. Məsələn: ingilis dilində: /`ga:dn/, /`teıbl/ və s. (bax qr. 12).
Qeyd olunan bu nümunələrdə ikinci hecanı əmələ gətirən neytral [ə] səsi tam reduksiya olunduğundan saitin funksional xüsusiyyətini ondan sonra işlənən [n] və [l] samitləri daşımışdır.
İngilis dilində belə bir fonetik hadisənin olduğu linqvistik ədəbiyyatda qeyd olunmuşdur [128, s.173]. Q.P.Torsuyev qeyd etmişdir ki, canlı danışıqda ingilis dilində /ə/ saitinin redaksiya olunması idi. Eksperiment materialının təhlilindən məlum olur ki, “possible” sözünün tələffüzündə 3-cü hecanın özəyini samit təşkil etmişdir. İngilis dilində neytral [ə] səsi küylü samitlə sonda işlənən sonor (n, l, m, ŋ’ samitlər arasında şifahi ünsiyyətdə reduksiya olunur. Məs.: often [´ofn], session – [`sen] ,və s. [128, s.111].
İngilis dilində “uncle” sözünün tələffüzündə də ikinci hecanın özəyini /l/ samiti təşkil etmişdir, çünki /l/ samiti bu hecada distinktiv əlamətin daşıyıcısıdır. Bu tip samitlərin distinktiv xüsusiyyətlərini nəzərə alan N.S.Trubeskoy yazmışdır ki, “müəyyən bir dilin qanunlarına görə distinktiv prosodik əlamətlərin sahibi olan hecanın hissəsini heca daşıyıcısı kimi müəyyənləşdiririk” [41, s.229]. Q.P.Torsuyev bu fonetik hadisəyə aydınlıq gətirərək göstərmişdir ki, ingilis dilində saitlər, eləcə də sonor samitlər heca düzəldirlər. Əgər sözün sonunda sonor samitlərdən əvvəl küylü samitlər işlənərsə, /prızm/ /ga:dn/ / / (thicken).
Bir neçə səsdən ibarət olan hər bir hecanın bölünməz ton bütövlüyünü onun güclü tonu ilə fərqlənən heca zirvəsi təşkil edir. “Uncle” sözündə də da həmin funksiyanın daşıyıcısı /l/ samitidir.
Təhlildən məlum olur ki, hər bir dildə tələffüz prosesində heca ilə bağlı artikulator və akustik dəyişikliklər onun prosodik strukturunda öz əksini tapmışdır ki, bu dəyişiklik də, son nəticədə hecanın daxil olduğu sözün prosodik strukturuna təsir göstərmişdir.
Bəzi dillərdən (məsələn, ingilis dilindən) fərqli olaraq, “Azərbaycan dilində heca yalnız saitlər vasitəsilə yaranır. Sonor samitlər Azərbaycan dilində çox nadir hallarda, həm də danışıq üslubunda heca yarada bilir” [6, s.246].
A.Axundov fikrini ümumiləşdirərək daha sonra yazır ki, buna görə də adi danışıq, dilində həmin hecalarda müxtəlif fonetik hadisələr (səs artımı, səsdüşümü və s.) baş verir [6, s.256].
Rus dilində də hecanın əsas elementi saitdir, bu səs hecanın zirvəsini və mərkəzini təşkil edir [128,s.179; 133, s.117].
Sait fonemlər hecanın zirvəsini təşkil etsələr də, onlar heca strukturu üçün əsas deyildir. Belə ki, onlar heca strukturunda çox fərq yarada bilmir, strukturda fərq yaradan əlavə elementlərdir. Əslində hecanın strukturunda olan əlavə elementlər, yəni samitlər saitlərə nisbətən daha əhəmiyyətlidir. Samitlər hecaya müəyyən quruluş forması verir, cümlələrin başa düşülməsini asanlaşdırır. Bəzən ingilis dilində sait düşsə belə, sözü başa düşmək mümkün olur. Lakin bunun əks variantı mümkün olmur, yəni samitlərsiz söz və ya cümləni başa düşmək qeyri-mümkündür.
L.R.Zinder hecanı “ən kiçik tələffüz vahidi” adlandırmışdır. “Fasilələr arasında olan nitq parçası, tələffüz baxımından bir-birilə qarşılıqlı əlaqədə olması və bir-birinin ardınca düzülən zəncir həlqələrinə bənzəyir”[97, s.251]. Bu vahidin fonoloji vahid olmadığı da qeyd olunmuşdur. “Heca ən kiçik tələffüz vahidi olmaqla dilin digər vahidlərindən fərqlənir. Bəzən yanlış olaraq hecanı fonoloji vahid hesab edirlər, lakin o, heç bir fonoloji əhəmiyyət kəsb etmir. O, vurğu və intonasiyanın daşıyıcısı kimi fonoloji araşdırmaların obyekti ola bilər” [46, s.114].
Dilçilikdə heca ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Həmin nəzəriyyələrin də öz fərqli xüsusiyyətləri var. Bu nəzəriyyələrdən daha geniş yayılmışları bunlardır:
1) ekspirator nəzəriyyə
2) heca haqqında sonor nəzəriyyə
3) əzələ gərginliyi nəzəriyyəsi.
“Ekspirator nəzəriyyəyə görə heca bir nəfəsvermə ilə deyilən səs birləşməsidir” [97, s.253]. Lakin təhlil göstərmişdir ki, danışan bir nəfəsvermə müddətində bir deyil, bir neçə heca tələffüz etmişdir. Dilçilik ədəbiyyatında Ekspirator nəzəriyyənin banisi R.H.Stetsonun (amerikan alimi) olduğu qeyd olunmuşdur [52, s.255]. Elə buna görə də bu nəzəriyyə uğursuz olmuş və tənqidə məruz qalmışdır. Heca haqqında ikinci nəzəriyyə daha geniş yayılmışdır. Bu nəzəriyyənin ən bariz nümayəndələrindən biri O.Yespersen olmuşdur. Bu nəzəriyyənin əsasında akustik kriteriya durur və heca daha çox sonor səsin nisbətən zəif sonorluğu olan səslərlə birləşməsindən yaranır. O, səsləri sonorluğun səviyyəsinə görə 10 qrupa bölmüşdür. Düzülüş az sonorluqdan (1) çox sonorluğa (10) doğru göstərilmişdir:
“1. /p,/ /t/, /k/ - kar, kipləşən partlayışlı samitlər.
Dostları ilə paylaş: |