Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə28/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
/The tabl is black// cümləsinin ossilloqramı və onun əsasında hesablanmış akustik parametrlərin göstəricilərini ( ƏTT , İ və T) əks etdirən qrafiklər


Qrafik vasitəsilə həmin sözün birhecalı kimi tələffüz edildiyini də söyləmək mümkündür, çünki həm əsas tonun tezliyi, həm də intensivlik /e:/ saitindən sonra tədricən enir və ikinci hecanı bildirmək üçün intensivliyi əks etdirən qrafikin təkrar yüksəlişi hiss olunmur. Bu dəyişikliyi aşağıdakı formada əks etdirə bilərik.

Ona görə də D.Counzun qeyd etmiş olduğu belə bir fikirlə razılaşmamaq qeyri-mümkündür. O, yazmışdır ki, [letə] (letter) sözündə bir hecanın harada bitdiyini və onun harada başlandığını müəyyənləşdirmək asan deyil. Əgər ingilislərin özləri üçün bunu müəyyənləşdirmək çətinlik törədirsə, deməli, bunu birhecalı kimi də hesab etmək olar[168, s.55]. D.Counzun bu fikri ondan sonra bu sahə ilə məşgul olan tədqiqatçılar tərəfindən də müdafiə olunmuşdur[128, s.173].

Ancaq onu da qeyd etməliyik ki, sözün bir, ya da ikihecalı kimi tələffüzü onun prosodik xüsusiyyətlərinin dəyişməsinə səbəb olmuşdur, çünki sözün prosodikası onun daxili seqmentlərinin söz kimi formalaşması ilə məşğul olur.

/´te:bl/, /´lısn/, /´letə/ və s. kimi sözlər danışanın dilə nə dərəcədə bələd olmasından asılı olaraq müxtəlif heca tərkibli sözlər kimi tələffüz olunmuşdur. Burada öz vurğusunun ritmik strukturu da nəzərə alınmışdır.



/The table is black/ cümləsində işlənən “black” sözünün prosodik xüsusiyyət­lərinin /blackbird/ mürəkkəb sözünün 1-ci komponenti kimi çıxış etmiş /black/ sözünün prosodik xüsusiyyətləri ilə müqayisəsindən məlum olmuşdur ki, cümlə daxilində son mövqedə işlənən /black/ sözünün prosodik parametrlərinin göstəriciləri aşağı səviyyədə olmuşdur.

/ə/1 (cümlədə) – t=0,14 san; i=83 db; ƏTT=95, 25 hs;

/ə/2 (mürəkkəb sözdə 1-ci komponent kimi) –t=0,07 san; i=84 db; ƏTT=197 hs. (bax Qr 40)

/black/ sözünün ümumilikdə temporal və intensivlik göstəriciləri aşağıdakı kimi müəyyənləşmişdir:

/black/1 – t=0,5 san; i=84 db;

/black/2 – t=0,25 san; i=84 db.

İstər ingilis, istərsə də başqa dillərdə sözlər seqment və prosodik xüsusiyyət­lərinə görə nə qədər ölçülüb-biçilib deyilərsə, bir o qədər də norma səviyyəsinə uyğun tipə məxsus sözlərdən ibarət olur. Hər iki vəziyyətdə, istər cümlənin, istərsə də mürəkkəb sözün tərkib hissəsi kimi çıxış edən “black” sözü əsas vurğununu daşıyıcısıdır. Vurğu da sözün tanınmasına xidmət edən vasitələrdən biridir. Mürəkkəb sözün tərkibində o, əsas vurğunun, cümlə daxilində isə cümlə vurğusunun funksiyasını yerinə yetirmişdir.

Sözün tanınması üçün vurğu sözə daxil olan /b/, /l/, /æ/, /k/ kimi seqmentləri bütöv şəklində birləşdirmişdir. Söz qapalı hecadan ibarətdir, çünki samit səslə bitmişdir. Bu modelli sözlərin tələffüzü zamanı istər əsas tonun tezliyi, istərsə də intensivlik yüksələn istiqamətdə olmuşdur. Bu vəziyyət saitin stasionar hissəsinə kimi davam etmişdir və pik vəziyyətinə çatır və növbəti samitlə qovuşuqda ƏTT-də enmə baş vermişdir. Oxşar prosodik struktur /dock/, /cot/, /lock/, /man/, /book/, /talk/, /cat/, /cap/, /food/, /mood/ və s. kimi sözlərin tələffüzündən əldə edilmiş ossilloqramlar əsasında tərtib olunmuş qrafiklərdə də müşahidə olunmuşdur (Bax: Qr:2,7,8,15 və s.). Qeyd olunmuş bu nümunələrdə onset və coda elementləri sözlərin nüvəsi ilə birlikdə onun bütövlüyünü təmin etmişlər. Onset və coda samitlərinin akustik xüsusiyyətlərinin təhlili göstərir ki, koda samiti onset samiti ilə müqayisədə nisbətən çox dəyişkən xarakterlidir. Bunun üçün eyni söz daxilində hər iki mövqedə işlənən eyni samitin ossilloqramları müqayisə olunmuşdur /pep/. Bu vəziyyət digər german dillərində də müşahidə olunmuşdur [97, s.46-47]. Dildə elə sözlər də işlənir ki, onlarda nə onset, nə də coda elementi işlənmir. Məsələn:

/I/ mən şəxs əvəzliyi - ingilis dilində

/ei/yumutra - alman dilində

/o/ 3 –cü şəxsin təkini bildirən şəxs əvəzliyi- Azərbaycan dilində

Bu cür vahidlərin tələffüzü zamanı saitdən sonra heca qapanmadığından, yəni saitdən sonra koda samitinin olmaması həmin saitin temporal xüsusiyyətinə daha çox təsir göstərmişdir. Belə halda saitin son fazasında kəsik baş verməmiş, fazanın tələffüzü sonadək davam etmişdir, ona görə də saitin tələffüzünə daha çox vaxt sərf olunmuşdur. Əsas tonun tezliyində enmə tədricən olmuşdur. İngilis dilində sözlərin tələffüzündə prosodik vasitələrin müxtəlif təsir xüsusiyyətlərini müəyyənləşdirmək məqsədi ilə təhlillər aparılmışdır. Məsələn, “man” özünün müxtəlif formalarda (/man/1, /woman/2 - //The man3 // The woman4 // I see the man5//) tələffüzündən əldə edilən göstə­ricilər /man/ sözünün, eləcə də bu model digər sözlərin prosodik xüsusiyyətləri üzrə məlumat əldə etməyə imkan vermişdir. Beş formada işlənmiş və tələffüz edilmiş /man/1, /man/2, /man/3, /man/4, /man/5 sözlərinin prosodik dəyişikliklərinə aydınlıq gətirmək üçün, həmin sözlərin kompüter təhlilindən əldə edilən nəticələrini təqdim edirik:

Sözlərin tələffüzünə sərf olunan zamana görə:

/man/1= 0,60 san. [ ]

wo /man/2, = 0,55 san. [ ] 

/man/3, = 0,2 san.

wo /man/4, =1,17 san.

/man/5=0,15 san.

Təhlil nəticəsində əldə edilmiş gostəricilərin müqayisəsindən aydın olur ki, təcrid edilmiş şəkildə tələffüz edilmiş “man” sözünə daha çox vaxt sərf edilmişdir. Minimum göstərici “I see the man” cümləsində son mövqedə işlənən /man/5 sözünün tələffüzü ilə bağlıdır (Bax: Qr 10).

Bu birhecalı sözün nüvəsini təşkil edən /æ/ saitinin tələffüzündən əldə edilmiş intensivlik və temporal parametrlərinin göstəricilərini müqayisə üçün təqdim edirik:

/æ/1– t=0,19 san; i=81 db

/æ/2, – t=0,1 san; i=71 db

/æ/3, – t=0,07 san; i=80 db

/æ/4, – t=0,09 san; i=75,2 db

/æ/5 – t=0,15 san; i=81 db.

/man/ sözü [m] sonor samiti ilə başladığından /æ/ saitinin tələffüzündə istər əsas tonun tezliyinə, istərsə də intensivliyə görə fazalar arasında elə bir nəzərəçarpacaq fərq müşahidə olunmamışdır. Saitin tələffüzü zamanı ön və son fazalarda kəskin yüksəliş və kəskin enmə baş verməmişdir, çünki sait sonor səslər arasında işlənmişdir. Sonor samitlərin də (/m/ və /n/) tələffüzündə şübhəsiz ki, ton və intensivlikdən istifadə olunmuşdur. Əlbəttə, saitlərin müvafiq akustik parametrlərinin göstəriciləri ilə müqayisədə bu göstəricilər aşağı səviyyə­dədir. Təhlil göstərir ki, /man/ sözünün işlənmə mövqeləri müxtəlif olduğundan müqayisələrin də aparılma sahələri həm genişlənmiş, həm də fərqli olmuşdur. Həmin sözün mövqelər üzrə müqayisəsi qrafiklərdə öz əksini tapıb (Bax: Qr 9, 10,11).

Ayrıca və mürəkkəb sözün tərkib komponenti kimi işlənərkən sözlərin prosodik strukturlarında baş vermiş dəyişiklikləri müəyyənləşdirmək məqsədi ilə belə model müqayisədən istifadə olunmuşdur. Məsələn: mürəkkəb söz bütöv halda tələffüz edilmiş, sonra isə tərkib hissələrinin hər biri ayrıca müstəqil leksik vahid kimi. Məsələn: /book/, /bookseller/, / The book is new// I read the book yesterday//, /Yesterday I read the book//. Bundan əlavə, /book/ sözünün cümlələrin tərkib elementi kimi müxtəlif mövqelərdəki prosodik göstəricilərinin müqayisəsi.

/seller/ - /sεlə/ müstəqil söz kimi ikihecalı şəkildə tələffüz edilmişdir; ümumilikdə sözün tələffüzünə 0,73 saniyə vaxt sərf olunub. Bunun 0,08 saniyəsi birinci vurğulu hecanın saiti /ε/-nin tələffüzünə sərf olunub. Bu sözün tələffüzü zamanı /ε/-nin intensivliyi 79,8 db, əsas tonun tezliyi isə 146 hs olmuşdur. Maraqlı hal odur ki, bu vəziyyətdə sözün ikinci hecasını əmələ gətirən neytral /ə/ saiti intensivliyə və əsas tonun tezliyinə görə vurğulu /ε/ saitindən zəif olsa da, temporal parametrə görə bunun əksi müşahidə olunmuşdur (Bax: Qr 11). Buna da 2-ci hecada saitin açıq hecada işlənməsi səbəb olmuşdur. Həmin söz /bookseller/ mürəkkəb sözünün 2-ci komponenti kimi çıxış etdiyi halda, onun tələffüzünə az vaxt – 0,5 saniyə sərf olunmuşdur. Mürəkkəb sözün ikinci komponenti kimi bu söz köməkçi vurğu daşıyır. Əsas tonun tezliyi və intensivlik parametrlərinin göstəricilərinə görə də 1-ci ilə müqayisədə aşağıdır.

/ε/: – i=72 db; ƏTT = 87 hs.

Mürəkkəb sözün 1-ci komponenti kimi çıxış etmiş /book/ sözünün prosodik xüsusiyyətləri həmin sözün “The book is new”1; “I read the book yesterday”2 və “Yesterday I read the book”3 cümlələrində işlənən variantlarının akustik xüsusiyyət­ləri ilə müqayisə edilmişdir. Mürəkkəb sözdəki variantı “0”la göstərsək, onu cümlə­lərdəki müvafiq variantlarla /book/1, /book/2, /book/3 müqayisə edə bilərik. Məsələn:

/book /0 – t=0,22 san; i=74 db [ ]

/book/1 – t=0,18 san; i=74,47 db

/book/2 – t=0,14 san; i=69,2 db

/book/3 – t=0,32 san; i=69,9 db

Həmin söz üçün əsas tonun tezliyində baş verən dəyişiklikləri qrafiklərdən daha aydın müşahidə etmək mümkün olmuşdur.

Əldə edilmiş faktlardan aydın olur ki, ayrılıqda tələffüz edilmiş /book/ sözü cümlədə müxtəlif mövqelərdə işlənən variantlarından müxtəlif formalarda və səviyyələrdə fərqlənir. Məsələn, müstəqil söz kimi /book/ sözü temporal parametrin göstəricisinə görə bütün digər variantlardan yüksəkdir (0,22 san.). İntensivlik parametrinə görə isə o, cümlədə ön mövqedə işlənən /book/1 variantının intensivlik parametrinin göstəricisi ilə eyni səviyyəlidir. Lakin cümləortası və cümləsonu mövqelərdə işlənən /book/2 və /book/3 variant­larının göstəriciləri ilə müqayisədə yüksəkdir. Prosodik parametrlərin mini­mum göstəriciləri /book/3-ün tələffüzündə olmuşdur (Yesterday read the book). Təhlil zamanı həmin sözün nüvəsini təşkil edən /u:/ saitinin formant strukturları da nəzərdən keçirilmişdir, baxmayaraq ki, bu zaman artikulyator faktor da həlledici rol oynamışdır.

Mürəkkəb sözün tərkib hissəsi kimi çıxış etmiş book /0 -da /u:/ saitinin formant strukturu (FI və FII-yə görə) digərlərindən elə də kəskin fərqlənməmişdir. Variantlar üzrə /u:/-nun mövqelərə görə FI və FII qiymətləri aşağıdakı kimi olmuşdur.

/book /0 - /u/0: FI=849 hs; FII=1317 hs;

/u/1: FI=905 hs; FII=1271 hs;

/u/2: FI=838 hs; FII=1372 hs;

/u/3: FI=923 hs; FII=1487 hs;

Göstəricilər bir daha göstərir ki, /u:/ saiti arxa sıra da tələffüz edilmiş saitdir.

Cümlə daxilində sözlərin düzülüşündə inversiyaya yol verilməsinin prosodik struktura göstərdiyi təsir də araşdırılmışdır. Bunu üçün təhlil olunmuş cümlələrdən birinin tələffüzü zamanı baş vermiş dəyişiklikləri nəzərdən keçirək. Məsələn:

1. Tom calls Hans // [Tɔm cɔls Hʌns ]




Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin