2.“There is no place like home”. – “Öz evinə bənzər heç bir yer yoxdur”.
Bəzən tərcümədən və izahdan sonra ingilis atalar sözlərini müqayisə etmək və onların mənasını müqayisə əsasında daha yaxşı başa düşmək üçün ekvivalent və analoqlardan başqa azərbaycanca digər atalar sözləri və məsəllərdən də istifadə etmək olar. Məsələn: “He is not laughed at that laughs at himself first”. - “Öz-özünə hamıdan əvvəl gülən adama daha gülməzlər” [yəni,“Günahını baºa düºüb etiraf edən adamı bağışlamaq olar”]. Bizim dilimizdə: “Əyilən başı (yaxud boynu) qılınc da kəsmir”55.
Bütün deyilənlərdən belə nəticəyə gəlmək olar ki, atalar sözləri və hər iki dil üçün xarakterik olmaqla bir-birindən fərqlənir. Məhz bu baxımdan tədris prosesində hər iki dildə çoxlu atalar sözləri və məsəllərin öyrənilməsi interferensiya prosesində əmələ gələn problemlərin həllinə kömək etmiş olar və cümlələrin mənasını tam açmış olar .
Dostları ilə paylaş: |