Tədqiqatın nəzəri və praktik əhəmiyyəti dilimizin xarici dillə əlaqəsi zamanı baş verən interferensiya hadisəsi haqqında nəzəri biliklərin verilməsidir və eyni zamanda həmin nəzəri biliklərin auditoriyada xarici dillərin tədrisi prosesinə tətbiq edilməsi və işlədilməsi ilə əlaqələndirilə bilər. Bütövlükdə interferensiya nəzəriyyə ilə praktikanın vəhdəti kimi səciyyələndirilə bilər.
Aprobasiyası və tətbiqi: Bu istiqamətdə 40-dan çox məqalə çap edilmiş, bunlardan 12-si xaricdə, iki monoqrafiya buraxılmış, konfrans və seminarlarda elmi məruzələrlə çıxış edilmişdir.