Sifarişin təsdiq olunması
Satıcı bu sifarişi əlavə edilmiş surəti imzalayaraq təsdiq etməlidir. Müqavilə ancaq satıcının hüquqi cəhətdən məcburi olan imzası olan bu sifarişin surəti alıcı tərəfindən qəbul olunduğu halda qüvvəyə minir.
Dəyişikliklər
Bu sifarişə modifikasiya və dəyişikliklər ancaq yazılı surətdə edildiyi halda etibarlıdır. Şifahi dəyişikliklər etibarlı deyil.
Hissəvi etibarsızlıq
Bu müqavilənin bir və ya bir neçə müddəalarının etibarsızlığı digər müddəaların etibarlılığına təsir göstərmir. Xüsusi müddəaların etibarsızlığı halında müvafiq etibarsız müddəalar müqavilənin tərəflərinin nəzərdə tutduqları iqtisadi məqsədə ən müvafiq olan müddəalar ilə dəyişdirilmiş hesab olunmalıdır.
Mübahisələr - arbitraj
Bu müqavilə ilə əlaqədar yaranan bütün mübahisələr Beynəlxalq Ticarət Palatasının Barışıq və Arbitraj Qaydalarına əsasən bu Qaydalara müvafiq olaraq təyin olunmuş bir və ya bir neçə arbitr tərəfindən yekun olaraq həll olunmalıdır. Arbitrajın qərarı yekun qərar olmalı və bu müqavilənin tərəfləri üçün məcburi olmalı və hər hansı digər hüquq müdafiə vasitəsini əvəzləməlidir.
Müqavilənin şərtləri
Hazırki müqavilə ancaq burada müyyənləşdirilən şərtlər vasitəsilə tənzimlənməlidir.
|