Öhdəliyin yerinə yetirilməməsi
Satıcı tərəfindən öhdəliyin yetirilməməsi halında, müəyyənləşdirilmiş müddət ərzində çatdırmaları həyata keçirməyin yerinə yetirilməməsi və ya imtina edilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, alıcı malları və ya xidmətləri digər mənbələrdən əldə edə bilər və bunun nəticəsində əmələ gələn hər hansı artıq xərc üçün satıcını məsuliyyətə cəlb edə bilər. Bundan başqa, alıcı yazılı xəbərdarlıq vasitəsilə satıcının çatdırmaları və ya onların öhdəliyin yerinə yetirilməməsinə aid olduqları hissəsi və ya hissələri ilə əlaqədar tədbirləri davam etdirmək hüququnu dayandıra bilər.
Fors major
Əgər, fors major hallarında, satıcı bu müqavilədən irəli gələn öz vəzifələrini yerinə yetirmək imkanını itirirsə, o, bu halda alıcıya fors major yaranandan sonra 15 gün ərzində xəbərdarlıq etməlidir. Fors major müqavilənin tərəflərinin iradəsindən azad olan və müqavilənin bağlanmasından sonra əmələ gələn və onun normal həyata keçirilməsinə mane olan halların mövcudluğunu bildirir.
Güzəşt
Alıcının əvvəlcədən alınmış yazılı razılığı olmadan, satıcı müqavilədən irəli gələn öz vəzifələrini bütövlükdə və ya qismən güzəşt edə bilməz.
INCOTERMS
Müəyyənləşdirilmiş çatdırmanın şərtləri (FOB, CIF, və s.) Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının ticarət terminlərinin təfsirinin beynəlxalq qaydalarına (Incoterms) (müqavilənin bağlanması zamanı qüvvədə olan versiyasına) əsasən yozulmalıdır.
Dostları ilə paylaş: |