Əlavələr
Əlavə 1
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ƏHƏMİYYƏTLİ HÖKUMƏT TELEQRAMLARINI İMZA ETMƏK VƏ GÖNDƏRMƏK HÜQUQU OLAN SƏLAHİYYƏTLİ VƏZİFƏLİ ŞƏXSLƏRİN
SİYAHISI
I. “Ali hökuməti” telqramları imza etmək və göndərmək hüququ olan şəxslər:
1. Azərbaycan Respublikasının Prezidenti;
2. Milli Məclisin sədri və sədr müavinləri;
3. Azərbaycan Respublikasının Baş naziri və Baş nazirin müavinləri;
4. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin sədri
II. “Hökuməti” teleqramları imza etmək və göndərmək hüququ olan vəzifəli səlahiyyətli şəxslər:
1. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri;
2. Azərbaycan Respublikası Prezidentinin köməkçiləri;
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibində olan nazirlər və başqa
mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərləri;
4. Azərbaycan Respublikası Dövlət Komitəsinin sədrləri və müavinlər;
5. Azərbaycan Respublikası Ali məhkəməsinin sədri və müavinləri;
6. Azərbaycan Respublikası İqtisad məhkəməsinin sədri və müavinləri;
7. Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri;
8. Azərbaycan Respublikası Prezidenti yanında komitə və komissiyaların sədrləri;
9. Azərbaycan Respublikasdı Milli bankının sədri və müavinləri;
10. Azərbaycan Respublikası Milli Məclisinin komissiya sədrləri;
11. Milli Məclis Aparatının rəhbəri;
12. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri;
13. Naxçıvan Muxtar Respublikasının hakimiyyət orqanları;
Dostları ilə paylaş: |