İSBN 978-9952-8176-4-5
© Ələsgər Siyablı, 2018
İÇİNDƏKİLƏR
ƏLƏSGƏR SİYABLI 1
İÇİNDƏKİLƏR 2
İLK TANIŞLIQ 13
Tarix fakültəsində 14
KQB polkovniki, dekan müavini 19
Müəllimimizin sevimli mövzuları 21
Tələbələrin dostu, himayəçisi 23
Yataqxanalarda və çayxanalarda 24
Müəllimimiz Rafiq İsmayılov 25
Azərbaycan dissidentlərinin mövqeyi 26
KQB-nin təzyiqləri 27
Naxçıvandakı gizli qrupla tanışlıq 30
ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ 33
KQB əməkdaşları fakültəmizdə 33
Məhkəmənin gedişi 35
Əsgərlərlə tələbələr arasında qarşıdurma 43
Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev 44
Sibirdə 15 il cəza çəkən qocanın sevinci 44
Beş gün davam edən məhkəmə 45
Əbülfəz müəllimin üzünə duranlar 46
Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili 46
Fred Asifin Elçibəyə görə nəzarətçini alşaldıcı şəkildə cəzalandırması 50
Əbülfəz bəy həbsdən azad olunduqdan sonra 51
Əlyazmalar İnstitutunun elmi işçisinə qarşı basqıların səbəbi 52
Bülənd Ecevidlə Elçibəyin görüşü 53
KQB əməkdaşı Qulamovun Nəriman Nərimanov muzeyinə gəlmə səbəbi 54
Mehdi Məmmədovun toyundakı sağlıq 56
ƏBÜLFƏZ BƏYİN TOYUNDA 58
Elçibəy və Fəzail Ağamalıyev 59
DƏRNƏKLƏRDƏN SİYASİ TƏŞKİLATA 60
Əbülfəz bəyin qaldığı evdə Heydər Əliyevin şəkili 62
Ziya Bünyadovun Aqanbeqyanın Parisdəki müsahibəsinə reaksiyası 64
Milli Dirçəliş Hərəkatının başlanması 65
Alimlərin təşəbbüsü ələ almaları 67
Meydan hərəkatı 70
NK-Nüsrət Kəsəmənli, yoxsa Nümaiş Komitəsi 71
Meydan lideri Nemət Pənahlı və Elçibəyin geri çəkilmə səbəbi 72
19 gün davam edən qəhrəmanlıq epopeyası 75
Mitinqin dağıdılması və iştirakçılarının həbsi 77
AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN YARADILMASI UĞRUNDA MÜBARİZƏ 80
AXC Təşəbbüs qrupunun Təsis Konfransı 82
AXC-nın ilk qərərgahı 84
Türkiyədən gələn qonaqlar 87
AXC daxilində qarşıdurmalar 87
Qurultay səlahiyyətli konfrans 89
Xalq Cəbhəsinin yeni binası 91
Yeni fitnəkarlıq, erməni talanları 92
Milli Müdafiə Şurasının yaradılması 94
Lənkaranda yerli idarəetmənin Müvəqqəti 96
Müdafiə Komitəsinə verilməsi 96
Naxçıvanın Sovetlər Birliyinin tərkibindən çıxması 97
20 yanvar qırğınına gedən yol 98
İbişin şəhid olması 100
19-dan 20-nə keçən gecə 102
Naxçıvanda döyüşlər 105
Şəhidlərin dəfni 105
Ali Sovetin sessiyası 106
Şəhidlərin dəfnindən sonra AXC qərərgahı 107
Qərərgahsız günlərimiz 109
Oljas Süleymanovun Bakıya gəlişi və Türk jurnalistlərinin həbsi 111
Əbülfəz bəy gizli şəraitdə 112
Etibar Məmmədovun hüquqlarını müdafiə komitəsi 113
AXC-nın səyyar qərərgahlarında 115
AXC-nın Şamaxı Məclisi 116
AXC Məclisinin Göyçay toplantısı 117
Hərbiçilrin AXC qərərgahını tərk etməsi və seçkilərə hazırlıq 118
Arif Abdullayevin öldürülməsi 119
Cəbhəçilərin İstanbula Qurultaya getməsi 121
İstanbuldan Ankaraya 125
Nihat Çətinqayanın fədəkarlığı 126
Samsun yaxınlığında Alparslan Türkeşlə görüş 129
Sovetskidəki yeni qərərgah 130
Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya uğraması 131
Əlaqələri yaxşılaşdırmaq üçün Gürcüstana səfər 132
DEMOKRATLARLA RADİKALLAR 136
ARASINDA QARŞIDURMANIN SON MƏRHƏLƏSİ 136
Moskvada çevrilişin Azərbaycandakı fəsadları. 140
Bəyin başının yarılması 140
Heydər Əliyevlə görüş 142
Heydər Əliyev cəbhəçiləri nədən sıxışdırdı 147
Müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu 149
Milli Şuranın yaradılması 150
AXC İcraiyyə Komitəsi, işçiləri və fəalları 151
Respublikada vəziyyətin daha da gərginləşməsi 155
Yaqub Məmmədovun hakimiyyəti və kadrları 157
Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və... 160
Ramiz Qəmbərov və Arif Paşayev 161
Anatoliy Lupinosun Elçibəylə görüşü 162
ELÇİBƏYİN PREZİDENTLİK DÖVRÜ 166
ELÇİBƏYİN SOVET ƏSARƏTİNDƏKİ TÜRK XALQLARINA QAYĞISI 171
Noqay Türklərinin “Birlik” Cəmiyyətinin qurultayında 171
Qumuq Türklərinin “Tənqlik” Hərakatı və Cecenlərlə əlaqələrin möhkəmlənməsi 173
Krım, Qaqauz və Qazan türkləri ilə əlaqələrin genişlənməsi 174
Özbək və Türkmən demokratlarının himayə edilməsi 175
Çağdaş Turan Partiyası arzusu 177
Xarici Turizm Şurasının sədri vəzifəsində 178
Cəbhə xəttindəki uğursuzluqlar 179
Naxçıvanda Heydər Əliyevlə cəbhəçilər arasında növbəti qarşıdurma 180
Musavat Partiyasının Bərpa Qurultayı 180
Elçibəyin Gəncəyə gedişinin səbəbi 184
Kəlbəcərin işğalı və ölkədə içtimai-siyasi vəziyyətin gərginləşməsi 185
AXC fəallarının protokol qaydalarına uyuşa bilməməsinin acıları 186
Elçibəy və Turqut Özal 187
Heydər Əliyevin hakimiyyətə gəlməsində Süleyman Dəmrəlin rolu 189
Mehmet Turqut və onun “Taşkente doğru” kitabı 190
Elçibəy və yəhudulər 192
Nyu-Yorkda Zahid xan Xoyski ilə görüş 194
Con Kerri ilə görüşümün hesabatı, yoxsa məhkəmə günlərinin xatirələri 195
Hərbi birliyin xəyanətkar fəaliyyəti və Ankarada 196
Məsut Yılmazla görüşüm 196
Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd 198
Heydar Əliyevi hakimiyyətə gətirilməsində neft şirkətlərinin rolu 201
709-cu briqadanın ləğvinə və Surət Hüseyinovun həbsinə təşəbbüs 202
Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamda rolu 205
Heydər Əliyev Milli Məclisin sədri seçilməsi 210
Elçibəyin Kələkiyə gedişi 210
Surətçilərin planları və Bakıdakı əməlləri 211
Elçibəyin kadırları və onun dövründə görülmüş işlər 212
Elçibəyin dilimizə verdiyi önəm və yeni qurumların yaradılması 216
Strategiya ustası 218
XALQ CƏBHƏSİNİN ƏLİYEV REJİMİNƏ QARŞI MÜXALİFƏT DÖVRÜ 229
“AY MÜXALİFƏT, GEDİN ÖZÜNÜZƏ BAŞQA BİR XALQ TAPIN, 233
BU XALQ HEYDƏR ƏLİYEVİN XALQIDIR “ 233
XTPD -nin QİYAMI VƏ 235
ELÇİBƏYƏ QARŞI İTTİHAMLAR 235
“YURD” FRAKSİYASININ FƏALLAŞMASI 247
Azərbaycanda PKK-nın dayaqları 255
BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİIN YARADILMASI 257
ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ, TÜRKİYƏYƏ VƏ AMERİKAYA SƏFƏRLƏRİ 265
“YURD”UN POZUCULUQ FƏALİYYƏTİNİN GÜCLƏNMƏSİ 269
ELÇİBƏYSİZ MÜXALİFƏTİN MƏRUZ QALDIĞI SARSINTILAR 273
ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI İTHAMLARA CAVAB 279
SON SÖZ 291
Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və
ƏLƏSGƏR SİYABLI 1
İÇİNDƏKİLƏR 2
İLK TANIŞLIQ 13
Tarix fakültəsində 14
KQB polkovniki, dekan müavini 19
Müəllimimizin sevimli mövzuları 21
Tələbələrin dostu, himayəçisi 23
Yataqxanalarda və çayxanalarda 24
Müəllimimiz Rafiq İsmayılov 25
Azərbaycan dissidentlərinin mövqeyi 26
KQB-nin təzyiqləri 27
Naxçıvandakı gizli qrupla tanışlıq 30
ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ 33
KQB əməkdaşları fakültəmizdə 33
Məhkəmənin gedişi 35
Əsgərlərlə tələbələr arasında qarşıdurma 43
Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev 44
Sibirdə 15 il cəza çəkən qocanın sevinci 44
Beş gün davam edən məhkəmə 45
Əbülfəz müəllimin üzünə duranlar 46
Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili 46
Fred Asifin Elçibəyə görə nəzarətçini alşaldıcı şəkildə cəzalandırması 50
Əbülfəz bəy həbsdən azad olunduqdan sonra 51
Əlyazmalar İnstitutunun elmi işçisinə qarşı basqıların səbəbi 52
Bülənd Ecevidlə Elçibəyin görüşü 53
KQB əməkdaşı Qulamovun Nəriman Nərimanov muzeyinə gəlmə səbəbi 54
Mehdi Məmmədovun toyundakı sağlıq 56
ƏBÜLFƏZ BƏYİN TOYUNDA 58
Elçibəy və Fəzail Ağamalıyev 59
DƏRNƏKLƏRDƏN SİYASİ TƏŞKİLATA 60
Əbülfəz bəyin qaldığı evdə Heydər Əliyevin şəkili 62
Ziya Bünyadovun Aqanbeqyanın Parisdəki müsahibəsinə reaksiyası 64
Milli Dirçəliş Hərəkatının başlanması 65
Alimlərin təşəbbüsü ələ almaları 67
Meydan hərəkatı 70
NK-Nüsrət Kəsəmənli, yoxsa Nümaiş Komitəsi 71
Meydan lideri Nemət Pənahlı və Elçibəyin geri çəkilmə səbəbi 72
19 gün davam edən qəhrəmanlıq epopeyası 75
Mitinqin dağıdılması və iştirakçılarının həbsi 77
AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN YARADILMASI UĞRUNDA MÜBARİZƏ 80
AXC Təşəbbüs qrupunun Təsis Konfransı 82
AXC-nın ilk qərərgahı 84
Türkiyədən gələn qonaqlar 87
AXC daxilində qarşıdurmalar 87
Qurultay səlahiyyətli konfrans 89
Xalq Cəbhəsinin yeni binası 91
Yeni fitnəkarlıq, erməni talanları 92
Milli Müdafiə Şurasının yaradılması 94
Lənkaranda yerli idarəetmənin Müvəqqəti 96
Müdafiə Komitəsinə verilməsi 96
Naxçıvanın Sovetlər Birliyinin tərkibindən çıxması 97
20 yanvar qırğınına gedən yol 98
İbişin şəhid olması 100
19-dan 20-nə keçən gecə 102
Naxçıvanda döyüşlər 105
Şəhidlərin dəfni 105
Ali Sovetin sessiyası 106
Şəhidlərin dəfnindən sonra AXC qərərgahı 107
Qərərgahsız günlərimiz 109
Oljas Süleymanovun Bakıya gəlişi və Türk jurnalistlərinin həbsi 111
Əbülfəz bəy gizli şəraitdə 112
Etibar Məmmədovun hüquqlarını müdafiə komitəsi 113
AXC-nın səyyar qərərgahlarında 115
AXC-nın Şamaxı Məclisi 116
AXC Məclisinin Göyçay toplantısı 117
Hərbiçilrin AXC qərərgahını tərk etməsi və seçkilərə hazırlıq 118
Arif Abdullayevin öldürülməsi 119
Cəbhəçilərin İstanbula Qurultaya getməsi 121
İstanbuldan Ankaraya 125
Nihat Çətinqayanın fədəkarlığı 126
Samsun yaxınlığında Alparslan Türkeşlə görüş 129
Sovetskidəki yeni qərərgah 130
Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya uğraması 131
Əlaqələri yaxşılaşdırmaq üçün Gürcüstana səfər 132
DEMOKRATLARLA RADİKALLAR 136
ARASINDA QARŞIDURMANIN SON MƏRHƏLƏSİ 136
Moskvada çevrilişin Azərbaycandakı fəsadları. 140
Bəyin başının yarılması 140
Heydər Əliyevlə görüş 142
Heydər Əliyev cəbhəçiləri nədən sıxışdırdı 147
Müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu 149
Milli Şuranın yaradılması 150
AXC İcraiyyə Komitəsi, işçiləri və fəalları 151
Respublikada vəziyyətin daha da gərginləşməsi 155
Yaqub Məmmədovun hakimiyyəti və kadrları 157
Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və... 160
Ramiz Qəmbərov və Arif Paşayev 161
Anatoliy Lupinosun Elçibəylə görüşü 162
ELÇİBƏYİN PREZİDENTLİK DÖVRÜ 166
ELÇİBƏYİN SOVET ƏSARƏTİNDƏKİ TÜRK XALQLARINA QAYĞISI 171
Noqay Türklərinin “Birlik” Cəmiyyətinin qurultayında 171
Qumuq Türklərinin “Tənqlik” Hərakatı və Cecenlərlə əlaqələrin möhkəmlənməsi 173
Krım, Qaqauz və Qazan türkləri ilə əlaqələrin genişlənməsi 174
Özbək və Türkmən demokratlarının himayə edilməsi 175
Çağdaş Turan Partiyası arzusu 177
Xarici Turizm Şurasının sədri vəzifəsində 178
Cəbhə xəttindəki uğursuzluqlar 179
Naxçıvanda Heydər Əliyevlə cəbhəçilər arasında növbəti qarşıdurma 180
Musavat Partiyasının Bərpa Qurultayı 180
Elçibəyin Gəncəyə gedişinin səbəbi 184
Kəlbəcərin işğalı və ölkədə içtimai-siyasi vəziyyətin gərginləşməsi 185
AXC fəallarının protokol qaydalarına uyuşa bilməməsinin acıları 186
Elçibəy və Turqut Özal 187
Heydər Əliyevin hakimiyyətə gəlməsində Süleyman Dəmrəlin rolu 189
Mehmet Turqut və onun “Taşkente doğru” kitabı 190
Elçibəy və yəhudulər 192
Nyu-Yorkda Zahid xan Xoyski ilə görüş 194
Con Kerri ilə görüşümün hesabatı, yoxsa məhkəmə günlərinin xatirələri 195
Hərbi birliyin xəyanətkar fəaliyyəti və Ankarada 196
Məsut Yılmazla görüşüm 196
Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd 198
Heydar Əliyevi hakimiyyətə gətirilməsində neft şirkətlərinin rolu 201
709-cu briqadanın ləğvinə və Surət Hüseyinovun həbsinə təşəbbüs 202
Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamda rolu 205
Heydər Əliyev Milli Məclisin sədri seçilməsi 210
Elçibəyin Kələkiyə gedişi 210
Surətçilərin planları və Bakıdakı əməlləri 211
Elçibəyin kadırları və onun dövründə görülmüş işlər 212
Elçibəyin dilimizə verdiyi önəm və yeni qurumların yaradılması 216
Strategiya ustası 218
XALQ CƏBHƏSİNİN ƏLİYEV REJİMİNƏ QARŞI MÜXALİFƏT DÖVRÜ 229
“AY MÜXALİFƏT, GEDİN ÖZÜNÜZƏ BAŞQA BİR XALQ TAPIN, 233
BU XALQ HEYDƏR ƏLİYEVİN XALQIDIR “ 233
XTPD -nin QİYAMI VƏ 235
ELÇİBƏYƏ QARŞI İTTİHAMLAR 235
“YURD” FRAKSİYASININ FƏALLAŞMASI 247
Azərbaycanda PKK-nın dayaqları 255
BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİIN YARADILMASI 257
ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ, TÜRKİYƏYƏ VƏ AMERİKAYA SƏFƏRLƏRİ 265
“YURD”UN POZUCULUQ FƏALİYYƏTİNİN GÜCLƏNMƏSİ 269
ELÇİBƏYSİZ MÜXALİFƏTİN MƏRUZ QALDIĞI SARSINTILAR 273
ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI İTHAMLARA CAVAB 279
SON SÖZ 291
İLK TANIŞLIQ
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində oxuyurdum. O dövürdə Azərbaycanda yalnız bizim oxuduğumuz ali məktəb uinversitet, qalanları isə institutut adlanırdı. Universitetin Şərqşünaslıq fakültəsində oxuyan, ordubadlı Aydın Qasımovla hərdən görüşər, dərdləşər, dərslərimizin neçə getdiyindən, müəllimlərimizdən, ölkəmizdə və dünyada baş verənlərdən söhbətləşərdik.
Elə ki, söhbət milli məsələdən, Azərbaycanda ana dilinin sıxışdırılmasından, rüşvətin, süründürməçiliyin baş alıb getməsindən söz düşərdi onda Aydın bəy Əbülfəz müəllimin adını çəkərdi. Biz adətən Ermənistanı və Gürcüstanı Azərbaycanla müqaisə edərdik. Onlarda əhalinin güzaranı bizə nisbətən yaxşı olduğu kimi, ana dilinə hörmətlə yanaşıldığı da hər addımda hiss edilirdi. Rus dili Azərbaycanın hər yerində hakim olduğu halda Gürcüstanda və Ermənistanda küçə, meydan, idarə və təşkilat adları iki dildə yazılırdı. Mağazalarda satıcılar, kassalarda kassirlər, bir sözlə içtimai yerlərdə çalışanlar ana dilində danışırdılar. Azərbaycanda isə bunun tərsinə idi. Hətta Rus dilini bilməyənlər də görürdün ki, fikrini qırıq-salxax Rus dilində deməyə çalışır. Rus dilində danışmaq az qala yerli əhalini alçaltmaq səviyyəsindəydi.
İkinci kursunda oxuyarkən (1972) Aydın Qasımov məni universitetimizin müəllimi Əbülfəz Əliyevlə tanış etdi. O, Lermontov küçəsində, indiki Nazirlər Kabinetinin yaxınlığında, keçmiş Çəmbərəkənd məhəlləsində, sökülməkdə olan bir binada, böyük qardaşı Muradın qızı Səadətlə birlikdə kirayədə qalırdı. Misirdə iki il tərcüməçi işləmişdi. Xarici ölkədə işləyənlər və institutut müəllimləri ilə müqaisədə onun güzaranı o qədər də yaxşı deyildi. Belə ki, xarici ölkələrdə işləyənlər adətən geyim-keçimlərilə, diqqəticən minik maşını- “Volqa” almaları ilə seçilirdilər.
İlk söhbətdən onun cazibəsinə düşdüm. Həmin gündən sadiq əsgəri kimi sona qədər sevimli müəllimimin və liderimin təsirindən qurtula bilmədim.
Bu tanışlıqdan bir il sonra Əbülfəz Əliyev bizə Asiya və Afrika ölkələri tarixinin ümumi kursu üzrə mühazirə oxumaqla yanaşı, həm də Şərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O, təxminən il yarım bizə dərs dedi.
Tarix fakültəsində
O zaman Universitetinən nüfuzlu fakultələrindən biri olan
Tarix fakultəsi, əsasən ideologiyalı kadırlar hazırlayırdı. Rəhbər komsomol, partiya, sovet işçilərinin, təhlükəsizlik və milis orqanları əməkdaşlarının əksəriyyəti tarix fakültəsinin məzunları idi. Buna görə də müəllimlərin ideoloji hazırlığına, tələbələrin kommunist ideologiyası ruhunda təlim və tərbiyəsinə mühüm önəm verilirdi. 30-40-cı illərdə bu fakultənin bir çox müəllimi, professoru, hətta rektoru olmuş Tağı Şahbazi Simurq antisovet və milliyətçilik ittihamlari ilə repressiyaya məruz qalmışdılar. Tarix fakultəsində müəllimlərin bir çoxu partiya-sovet orqanlarında, orduda və təhlükəsizlik orqanlarında vaxtilə yüksək vəzifələrdə çalışmış kadrlar idi. Fakultədə bir neçə ordu və KQB polkovniki tarix elminin müxtəlif sahələrindən dərs deyirdi. Heydər Əliyev də 1950-ci illərdə KQB-də yüksək vəzifədə çalışanda tarix fa- kultəsində qiyabi təhsil almışdı.
Tarix fakultəsində Sovet rejiminə xas mürtəce, mühafizəkar bir ab- hava hökm sürürdü. Elmi həqiqətlər bir kənara qoyularaq tarixi hadisələr Sovet ideologiyasının tələblərinə uyğun şəkildə şərh olunurdu. Buna da kommunist ideologiyası deyirdilər. Əslində Sovet ideologiyası sözdə kommunist ideolojiyası adlandı- rılsa da əməldə heç də elə deyildi. Çində də, Yuqoslaviyada da, Albaniyada da kommunist ideologiyası hakim ideologiya hesab olunurdu. Lakin onların arasında fikir birliyi yox idi.
Azərbaycan tarixinin bir çox taleyüklü hadisələri dərsliklərdə və müəllimlərin mühazirələrində müzakirəyə qapalıydı.Hər şey ehkam formasında təqdim və tədris olunurdu. Tələbələrin tarixi hadisələr haqqında Sovet-kommunist idelogiyasına uyğun olmayan, onunla ziddiyət təşkil edən suallarına müəllimlər çox sərt, aqressiv reaksiya verirdilər. Azərbaycan tarixi ən ikrah do- ğurucu, iyrənc şəkildə saxtalaşdırılmışdı. Azərbaycanın etnoge- nez məsələsi, Azərbaycanın “könüllü“ şəkildə Rusiyaya birləşdirilməsi, daşnaq və satqınlardan ibarət 26 Bakı Komissarlarının Azərbaycan xalqı naminə göstərdikləri tarixi qəhrəmanlıq haqqında yazılanlar elmi həqiqətlərdən çox uzaq idi. Sovet hakimiyyətı guya Azərbaycan xalqını məhv olmaqdan qurtaran tarixi xilaskarlıq missiyasında təqdim olunurdu. Azərbaycan xalqının mənşə etibarı ilə türk olmasını dilə gətirmək və ya tələbələrdən kiminsə cəsarət göstərib özünü türk adlandırması bağışlanılmaz bir günah və hətta cinayət hesab olunurdu. 1918-20-ci illərdə Azərbaycan Cümhuriyəti, Müsavat Partiyası və Milli hökumətının fəaliyyəti söyüş və təhqirlə dolu bir neçə cümlələrlə yad edilməklə kifayətlənilirdi.
Tarix fakultəsinin müəllimləri öz mühazirələrini bizə nöqtə və vergülünə qədər yazdırıdılar.Bu mühazirələr dərsliklərdəki tarixi hadisələrin saxtalaşdrılmış və təhrif olunmuş şəkildə təkrarından, Rusiyanın Azərbaycan xalqı üçün tarixi xilaskarliq missiyasinin tələbələrə təlqin olunmasindan başqa bir şey deyildi. Onlar özləri də təbii ki, bu hadisələrin təhrif olunduğunu gözəl bilirdilər, lakin mühazirələrində bu dərs kitablarındakı təhriflərə düzəliş vermək və ya haşiyə çıxmaq cəsarətində deyildilər. O zaman çox gənc olan Əbülfəz müəllim öz gəlişi ilə tarix fakultəsinə demokratik bir ab-hava, səmimi və güvən verici bir əhvali-ruhiyə gətirmişdi, onun üçün başqa müəllimlərdən fərqli olaraq müzakirəyə qapalı, üzərinə yasaq qoyulmuş hər hansı bir mövzu mövcud deyildi, ona tarixin bütün sahələri haqqında sual verib müzakirə aparmaq mümkün idi ki, bu da biz tələbələrə böyük bir cəsarət verirdi.
Bütün bunları təfərrüatı ilə yazmaqda məqsədim oxucularda və xüsusən də o dövrü yaşamamış indiki gənclərdə sovet dövrünün ictimai-siyasi vəziyyəti, təhsil sistemi haqqında, tarix fa- kultəsində mövcud olan əhval-ruhiyə haqqında dolğun təsəvvür yaratmaqdır. Oxucular bilsinlər ki, Əbülfəz Elçibəy hansı şəraitdə, neçə dözülməz şərtlər altında müəllimlik edir, özünün mil- liyətçi-türkçü fikirlərini neçə təbliğ edib, hansı çətinliklərlə və təhlükələrlə üzləşib və niyə həbs olunub?!.
Əbülfəz Elçibəy tarix fakultəsində müəllim işləyəndə iki il çalışdığı Misir Ərəb Respublikasından yenicə dönmüşdü. Sovetlərin totalitar rejimindən kənar bir ölkədə azad insanların yaşayış tərzi ilə tanis olmus, sovet rejimindən fərqli, az-çox insan azadlığının mövcud olduğu bir ölkədə yaşamışdı, fərqli düşüncəli insanlarla ünsiyyətdə olmuşdu.
Tarix fakultəsinə yeni daxil olmuş tələbələr fakultənin dəhlizlərində həmişə bir qrup tələbə ilə söhbət edən uzun boylu, yaraşıqlı, qamətli, uzun qara saçları və səliqəli geyimi ilə qeyri-adi təsir bağışlayan və diqqətləri cəlb edən bu gəncin kim olduğu ilə maraqlanır və bir müddətdən sonra onun Əbülfəz müəllim olduğunu öyrənirdilər. Onun davranışı, dərs demək metodu, tələbələrlə olan münasibətinə görə digər müəllimlərdən tamamilə fərqlənirdi. Əbülfəz müəllim tələbələrlə səmimiyyətlə əl verib görüşər, hal - əhval tutar, dərslər arası tənəffüslərdə heç vaxt kafedraya getməz, boş zamanını dəhlizdə tələbələrlə söhbətdə keçirər, onların suallarını cavablandırardı. Əbülfəz müəllimlə fakultənin dəhlizində söhbət etmək bir prestij məsələsinə çevrilmişdi, hər kəs onunla söhbətdə öz eridusiyasını, tarixi bilgisini nümayiş etdirməyə, onun diqqətini cəlb etməyə çalışırdı. Əbülfəz müəllim olduqca müsbət bir auraya malik idi və insanları maqnit kimi özünə cəzb edirdi, onun təsiri altına düsməmək qeyri mümkün idi.
Əbülfəz müəllim dərslərinə heç zaman özü ilə mühazirə kons- pekti gətirməzdi, iki 45 dəqiqəlik mühazirəsini olduqca maraqlı, canlı şəkildə, şövqlə, ehtirasla şərh edər, bəzən kiçik vərəqciklər-
dən ilk tarixi mənbələrdən qeyd etdiyi sitatları oxuyardı. Onun özünə məxsus tarix konsepsiyası vardı, tarixi hadisələrə baxışı və şərhi nəinki tarix dərsliklərində əks olunanlardan fərqli idi, hətta onlarla daban-dabana ziddiyət təşkil edirdi.Tarix dərsliklərində yer verilən saxtakarlıqları kəskin şəkildə tənqid etməkdən çəkinmirdi. Asiya və Afrikanın bəzi bizim üçün maraq kəsb etməyən ölkələrinin tarixindən danışarkən məharətlə haşiyələr çıxar və mühazirəni Azərbaycan tarixinə həsr edərdi.
Azərbaycanın birləşməsi-bütövlüyü məsələsi bizə anlatdığı mövzuların ana xəttini təşkil edirdi.
Güneyi Azərbaycan, parçalanmış vətənin dərdi, Azərbaycanın bütövlüyü məsələsi Əbülfəz müəllimin təbliğatının və mübarizəsinin əsas qayəsi idi. Qacarlar dövləti ilə müharibədə Azərbaycanın şimal ərazilərinin Rusiya tərəfindən işğalı nəticəsində vətənimizin iki hissəyə parçalanmasını ürək ağrısı ilə dilə gətirib ulu babalarımızı qınadığımız zaman Əbülfəz müəllim bizə ürək dirək verərək deyirdi ki, “Bəylər millətimizi çox da qınamayın bizdən daha güclü olan Almaniya, Vyetnam, Koreya da parçalanmış vəziyyətdədir”. O zaman xəyalımıza da gətirə bilməzdik ki, bizim özümüz də Azadlıq uğrunda mübarizədə Qarabağımız da daxil olmaqla ərazilərimizin mühüm bir qismini erməni işğalına məruz qoymaqla gələcək nəsillərin beləcə qınağına məruz qalacağıq.
1974-cü ildə Emel Sayının Bakıda konsertə gəlmişdi. Onun konsertinə özümə bilet alanda Əbülfəz müəllim üçün də aldım. Bileti dərsdə, tələbələrin yanında ona verim. Konsertə getməyəcəyini bildirdi və bileti qızlarımızdan birinə bağışladı. Bu hamımızı təəccübləndirdi. Çünki Türkiyəyə və türk musiqisinə böyük məhəbbət bəsləyən, bizdə də məhəbbət oyadan müəllimimizdən səbəbini soruşduqda dedi ki, Sovet İttifaqının Türkiyə ilə münasibətləri yaxşılaşmağa doğru gedir. Bu gediş-gəlişin artmasına, Türkiyəyə qarşı sonsuz aludəçiliyimizə səbəb olar, Güneyi Azərbaycan dərdini bizə unutdurar, milli mübarizəmizə diqqətimizi azaldıar. Parçalanmış vətənimizin başlıca dərdini özündə əks etdirən bu ibrətamiz sözlər biz tələbələrə ünvanlanmışdı ki, onu gələcək həyat fəaliyyətimizin milli qayəsinə çevirək.
Əbülfəz müəllim heç vaxt jurnalda tələbələrin davamiyyətinə nəzarət etməzdi, buna baxmayaraq digər müəllimlərin mühazirələrindən qaçmaq halları olduğu halda onun dərslərində hamı mütləq iştirak etməyə çalışırdı. Hətta mühazirə vaxtı o dialoq formasından istifadə edib tələbələrin də fikirlərini soruşur, onlarla canlı müzakirə aparmaqdan çəkinmirdi. Biz Əbülfəz müəllimin mühazirələrini çox maraqla dinlədiyimizdən və o da mühazirəni cox iti danışdığından onu konspektləşdirmək mümkün olmurdu. Əbülfəz müəllimin dərslərinin şöhrəti dərs dediyi tarix və şərqşünaslıq fa- kultələrinin hüdudlarını çoxdan aşmışdı, çox hallar olurdu ki, digər fakultələrin və institutların tələbələri də onun mühazirələrini dinləməyə gəlirdilər. Bu məsələdə Əbülfəz müəllim yalnız Bəxtiyar Vahabzadə ilə müqayisə oluna bilərdi. Çünki Bəxtiyar müəllimin də mühazirələrinə maraq cox böyük idi və mən də bir neçə dostumla icazə alıb onun mühazirəsini dinləmişdim.
Digər müəllimlər dərsdə sakitlik yaratmaq, tələbələrin diqqətini oxuduqları mühazirəyə cəlb etmək üçün böyük səy göstərdikləri halda Əbülfəz müəllimin dərslərində mütləq sakitlik hökm sürərdi, bu zaman o zarafatla deyirdi ki, “əsgər kazarmasında deyilsiniz ki, bir az şuluqluq salın, mürgülüyənlər oyansın”.
Bir dəfə kommunist müəllimlərdən biri çar imperiyasına qarşı uzun illər ərzində mübarizə aparmış Şeyx Şamil və müridizm hərəkatını mürtəce, düşmən bir hadisə kimi dəyərləndirdi, biz bu məsələ haqqında Əbülfəz müəllimin fikrini soruşduq, o Şeyx Şamili müstəmləkəçilərə qarşı mübarizə aparmış böyük bir qəhrəman adlandırdı, Azərbaycan filosofu Heydər Hüseynovun Şeyx Şamildən və müridizm hərəkatından bəhs edən əsəri haqqında genis məlumat verdi və dedi ki, o müəllimi qınamayın, onun mühazirələri 50-ci illərin ruhunda tərtib olunub və onları hələ də oxumaqda davam edir. Əslində həqiqətən də müəllimlərin əksəriyyətının mühazirələri 40-50-ci illərdə yazılmış dərslikləri
təkrar edərək tərtib olunmuş heç bir elmi dəyəri olmayan tarixi həqiqətləri əks etdirməyən söz yığını idi.
Onun heç cür qəbul etmədiyi və sərt şəkildə tənqid etdiyi mövzulardan biri çoxcildli Azərbaycan tarixində Azərbaycan xalqının etnogənəz məsələsinin şərhi idi. Burda Azərbaycan xalqının türk mənşəli olmayıb türklərin və xüsusən də səlcuqların işğalı nəticəsində yerli xalqın türkləşdirilərək türk dilının Azərbaycanda hakim dilə çevrildiyi iddia edilirdi. Əbülfəz müəllim buna qarşılıq Azərbaycan xalqının türklüyünü tarixi mənbələ istinadən cox saylı sitatlara əsaslanaraq bizə türklüyümüzü sübut edirdi.
KQB polkovniki, dekan müavini
Azərbaycan xalqının etnogenezi məsələsini mürtəce şəkildə səhr edən fəslinın müəllifi bizə Azərbaycan tarixinin qədim dövründən dərs dəyən və eyni zamanda fakultə dekanının 1-ci müavini vəzifəsində çalışan Məmməd Əfəndiyev idi. Məmməd müəllim KQB-nin keçmiş polkovniki idi. Sovet ordusu İrana daxil olub Azərbaycan milli hökumətini qurdugu zaman o ordunun siyasi rəhbərlərindən olmusdu. Söhbət gəzirdi ki, 30-40-ci illərdə bir çox alimin repressiyaya məruz qalmasında onun da xidməti az olmayıb. Mənşəcə türk olmadığı üçün qatı türk düşməni idi. Onun yanında türk adı çəkəndə və ya türklər haqqında müsbət fikir bildirəndə elə bil dədəsinə söyürdün. Xarici görünüş etibarı ilə də çox bədheybət olan Məmməd Əfəndiyevi tələbələrin əksəriyyəti sevmirdi, müəllimlər də aşkar surətdə ondan çəkinirdilər. O, özünü dekan müavinindən çox KQB-nin fakultədə kuratoru kimi aparırdı.
Bir dəfə onun dərsində mən babamın pasportunda milliyət mənsubluğu qrafasında türk yazıldığını dedim. Məmməd müəllim çox əsəbiləşdi və “mənim dərsimdə türkçülük söhbəti gədə bilməz, rədd ol sinifdən” dəyib məni auditoriyadan qovdu. Sonradan dekanın icazəsi ilə yenidən dərslərimi davam etdirdim. Fakultədə onun bir sözü iki deyildi. Zalımlığına və kobudluğuna görə tələbələr ona “irticanın dayağı” ləqəbini qoymuşdular. Məmməd Əfəndiyev Əbülfəz müəllimi heç sevmirdi, bəyin türkçülük, milliyətçilik ideyalarını qorxmadan, çəkinmədən açıq şəkildə tələbələr içərisində təbliğ etməsini, dərsliklərdəki saxtakarlığı və tarixi hadisələrin qərəzli təhrifini sərt şəkildə tənqid etməsini heç cür həzm edə bilmirdi. Mən bir neçə dəfə Əbülfəz müəllimin heç bir müəllimin cəsarət edə bilmədiyi şəkildə Məmməd müəllimlə sərt mübahisələrinin şahidi olmuşam. Məmməd Əfəndiyevin hər qrupun içərisində tələbələrdən ibarət casusları vardı və onlar tələbələr və müəllimlər haqqında ona donosçuluq edirdilər.
Xalqımızin türk olması fikrini cəsarətlə dediyimiz zaman Məmməd Əfəndiyevin bizə etdiyi sitəmdən Əbülfəz müəllimə şikayət edəndə deyirdi ki, Məmməd müəllimi çox qınamayın o fakultədə dövlətin imperiyapərəst siyasətının əsas müdafiəçisidir. Bütün dünya, xüsusən də Rusiya hər zaman türk adından və Türk birliyindən qoxduğu üçün bu xalqları vahid türk milli şüurdan məhrum etmək məqsədilə qazax, tatar, özbək, qırğız, Azərbaycanlı və s.qurama adlar qoyaraq onların bir birlərindən fərqli xalqlar olduğunu təlqin edib.
Əbülfəz müəllimin həbsindən sonra tələbələrin Məmməd Əfəndiyevə nifrətləri daha da artmşdı. Tarix fakultəsinin dəhlizində fakultə rəhbərliyinin və müəllimlərin foto şəkilillərindən ibarət bir stend mövcud idi. Tələbələr intiqam almaq məqsədilə Məmməd müəllimin o stendəki foto şəkilının üzünü həmişə qaralayaraq haqqında nalayiq sözlər yazırdılar və hər dəfə də onun şəkili yenisiylə əvəz olunurdu. Məmməd müəllim yaşlı və xəstə olduğu üçün tarix fakultəsinin yerləşdiyi üçüncü mərtəbəyə pilləkənlərlə çıxmağa çətinlik çəkirdi və bu zaman tələbələr onun yuxarı qalxmasına yardım etmədiklərindən o müəllimlərdə birinin gəlib yardım etməsini uzun zaman gözəməli olurdu.
Fakultənin digər müəllimlərinin, xüsusən də qocaman kommunist müəllimlərin Əbülfəz müəllimə münasibətləri birmənalı deyildi. Onlar hesab edirdilər ki, Əbülfəz müəllim tələbələri himayə etməklə onları mütilikdən çıxaraq dikbaş, sözəbaxmayan edir. Bir dəfə təsadüfən dekanlıqda bir söhbətının şahidi oldum. İki müəllim dekana Əbülfəz müəllimdən şikayət edirdilər ki, tələbələr onun təsiri altına düsüblər, ona arxalanaraq dikbaşlıq edirlər, ipə sapa yatmırlar, mühazirələrə etinasız yanaşır, türkçülükdən dəm vurur, Sovet ideologiyasına zidd suallar verirlər...
Müəllimimizin sevimli mövzuları
Əbülfəz müəllimin ən çox önəm verdiyi və sevə-sevə bəhs etdiyi türk böyükləri Çingiz xan, Teymur, Şah İsmayıl Xətai, Sultan Mehmet Fateh və Atatürk idi. Əmir Teymurun Teymurləng adlandrılmasını o təhqiramiz hesab edərək bundan bərk qəzəblənirdi. O, Atatürkü türk millətının ruhunu ən yaxşı duyan və bu ruhun güçündən türkün qurtuluşu üçün yararlanmağı bacaran, Osmanlı imperiyasının xarabalıqları üzərində Türkiyə cümhuriyyətini quraraq onu dünya türklərinin həyat qaynağına, ümid və qürur mənbəyinə çevirən, türk dünyasının son iki yüz ildə yetirdiyi ən böyük dahi, qəhrəman hesab edirdi.
O dövrdə belə bir yanlış təsəvvür var idi ki, türk dedikdə çoxunun ağlına Anadolu türkü gəlirdi. Əbülfəz müəllim bizə izah edirdi ki, Anadolu türkləri türk dünyasının yalnız bir parçasını təşkil edir, onlar özlərini osmanlı adlandıranda Azərbaycan Cüm- huriyətindən daha öncə başlayaraq ta 1936-cı ilə kimi bizim milli kimliyimiz rəsmən türk adlanıb. O qədim ərəb müəlliflərinin əsərlərindən sitatlar gətirərək Azərbaycanda türklərin yerli xalq olduğunu və burda çox qədimlərdən yaşadığını deyirdi.
Əbülfəz müəllimin sayəsində biz milli mənsubiyyətimiz haqqında geniş bilgilər əldə etdik. Hər birimiz türklüyümüzlə qürur duymağa başladıq. O, bizə dərsliklərdə üzərindən sükutla keçilən qədim türklərin tarixindən, Bilgə xaqandan, Orxon -Yenisey abidələrindən danışırdı. Bu mövzuları ilk dəfə ondan eşidirdik. O, bu abidələrin mətnini və müasir türkcəmizə çevirmələrini bizə yazdırırdı. Onun bizə yazdırdığı diğər kitablar Əmir Teymurun vəsiyyəti, Ziya Gökalpın “Türkçülüyün əsasları“, ərəb müəllifi Əl Caizinin türklərin hərbi rəşadətinə həsr olunmuş əsəri idi. O bizi türkçülük və milliyətçilik, vətənpərvərlik ruhunda tərbiyə edirdi, milli şüurumuzu daha da inkişafı qayğısına qalaraq özünün vasitəçiliyi ilə tələbələrin şair Bəxtiyar Vahabzadə, güneyli şair Əli Tudə, vətənpərvər alim Xudu Məmmədov, Əbülfəz Hüseyni ilə görüşlərini təşkil etdi. Ziya Bünyadovla da görüşümüzü təşkil edəcəyinə söz vermişdi lakin, həbs edilməsi buna imkan vermədi.
Əbülfəz müəllim imperiyaların tarixindən bəhs edərkən keçmişdəki bir çox qüdrətli imperiyalar kimi Sovet imperiyasının da dağılmağa məhkum olduğunu marksist-leninçi dialektikanın qanunlarına uyğun şəkildə əsaslandırıdı və bizə müraciətlə bildirirdi ki, siz bu hadisənin şahidi və iştirakçısı olacaqsınız və özünüzü bu hadisə üçün hazırlamalısınız. Müəllimimizin bu cür cəsarətli fikirləri və qorxmazlığı bizi həm heyrətləndirir, həm də vahiməyə salırdı. Çünki dünyanın altıda birinə, qüdrətli orduya sahib olan və nüfüz dairəsini yeni sosialist dövlətlər hesabına durmadan genişləndirən bir imperiyanın tezliklə dağıla biləcəyini təsəvvür edə bilmirdik.
Əbülfəz müəllim sonralar tələbələrə aşıladığı azadlıq və vətənpərvərlik ideyalarını, onlarlın iştirakı ilə təşkil etdiyi gizli qrupların fəaliyyətini xatırlayaraq yazırdı: “Həmin vaxt uşaqlara deyirdim ki, bu imperiya mənim hesablamalarıma görə, 1985-86- cı illərdə dağılacaq. Dağılanda isə biz hazır olmalıyıq...indidən biz gizli təşkilatlar yaradaq, həmin vaxta hazır olaq ki, xalqa lazım olanda üzə çıxaq, xalqın ehtiyacını müdafiə edək. O tələbələr qalır, o tələbələr indi də mitinqlərə gəlir. Məni müdafiə edən, başa düşən tələbələr vardı, artıq cəmiyyətlərimiz vardı: üçlük, beşlik, yeddilik, doqquzluk. Ayrı-ayrı qruplar yaratmışdım ki, bir-biri ilə əlaqəsi olmasın, çünki bilirdim ki, tez ilişdirərlər. Elə də oldu-birisi ilişdi, üç nəfərin işi açıldı. Sonra bir yerdə beşininki açıldı (bir nəfər satqın çıxdı, ya da döyülüb ələ alındı). Daha genişlənib
bütün tələbələri əhatə edə bilmədilər”(Ə.Elçibəy «Bu mənim taleyimdir)
Tələbələrin dostu, himayəçisi
Əbülfəz bəydə böyük bir təlqin və təsir gücü vardı ki, onun dediklərinə inanmamaq mümkün deyildi. O öz davranışı, cəsarəti ilə, tələbələr üçün mərdlik və kişilik simvoluna çevrilmisdi. Bir çox tələbə aralarında o qədər də yaş fərqi olmayan müəllimlərinin geyim tərzini, davranış və danışığını təqlid etməyə başlamışdı. Əbülfəz müəllim öz səmimi və güvənverici münasibətinə görə tələbələrin nəinki müəllimi, həm də onların dostu, himayəçisi, müdafiəçisi idi. Əbülfəz müəllim bir çox tələbəni zalım, təkəbbürlü müəllimlərin qəzəbindən qoruyaraq onları ali məktəbdən qovulmaqdan və ya təkrar kursda saxlanmaqdan xilas etmişdi.
Qrup nümayəndəsi idim. Bir gün dekan müavini Rəfail müəllimlə aramızda bir münaqişə oldu və o məni qrup nümayəndəsi vəzifəsindən azad etdi. Əbülfəz müəllim bunu öyrəndiyi zaman çox əsəbiləşib qrupumuzdakı tələbələri məzəmmət edərək bildirdi ki, qrup nümayəndəsi tələbələri təmsil edir və onu sizdən icazəsiz azad etməyə dekanlığın icazəsi yoxdur. Siz öz haqqınızı müdafiə edərək dekanlığa etiraz etməli idiniz. Əgər siz öz hüquqlarınızın pozulması ilə indidən belə müticəsinə razılaşacaqsınızsa gələcəkdə öz ailənizin və millətimizin hüquqlarını müdafiə etməyə nail ola bilməyəcəksiniz. Əbülfəz müəllim bu məsələyə görə dekanli- ğa da öz etirazını bildirdi və mənim yenidən qrup nümayəndəliyinə bərpa olunmağımı tələb etsə də mən razılıq vermədim.
Etibar Məmmədov gilin qrupu divar qəzetində Güney Azərbaycan probleminə həsr olunmuş bir məqalə dərc etmişdilər. Bu məqalə fakultədə böyük qalmaqala səbəb olmuşdu. Bəy həmin məqalənin müəlliflərini müdafiə edərək onların cəzalandırlması- na manə ola bildi. Öz vaxtının çox hissəsini tələbələrlə və gənclərlə birlikdə keçirdiyi üçün Əbülfəz müəllimi çoxları məzəmmət edirdi. Bir dəfə yaxın tanışlarından biri bizim yanımızda ərklə vaxtını usaq-muşaqa sərf etməkdənsə elmə sərf edib doktorluq işini bitirməsini Əbülfəz müəllimə məsləhət gördü. Bəy incik halda cavab verdi ki, sənin usaq-muşaq hesab etdiyin bu gənclər vaxt gələcək Azərbaycanın taleyində həlledici rol oynayacaqlar. Əbülfəz müəllim bizə rəsmi şəkildə ad və soyadımızla müraciət edən digər müəllimlərdən fərqli olaraq tələbə oğlanların adlarına bəy, qızlararın adlarına xanım sözü əlavə edərək müraciət edirdi, biz tələbələrə də bir birimizə bəy deyə müraciət etməmizi təlqin edirdi. İlk vaxtlar bu cür qeyri adi müraciət forması bizə qəribə gəlir, bizi utandırıdı. Lakin biz tədricən buna alışdıq və öz aramızda da bir-birimizə bəy deyə müraciət etməyə başladıq.
Yataqxanalarda və çayxanalarda
Əbülfəz bəyin milli vətənpərvərlik fəaliyyəti təkcə Universitet auditoriyası ilə məhdudlaşmırdı. Yaş etibarı ilə ondan bir o qədər də fərqlənməyən tarix fakultəsinin axşam və qiyabi şöbələrinin tələbələri və dostları Leytenant Şmid adına zavodun, Metro işçilərinin, Dərnəgüldəki inşaaat işçilərinin, Sumqayıtdakı Boru-Prokat Zavodunun yataqxanalarında yaşayırdılar. Əbülfəz müəllim onlarla görüşür, siyasi və vətənpərvərlik mövzularında söhbətlər edirdi. Bu görüşlərə bəzən məni də aparır və onlarla tanış edirdi.
Bəyin ən çox getdiyi yerlərdən biri də aspirantların Yasamal- dakı yataqxanası idi. Burda onun çoxlu dostları və silahdaşları yaşayırdılar. Ümumiyyətlə gənc alimlərin və aspirantların yaşadığı bu yataqxana 70-80-ci illərdə Azərbaycanda milli vətənpərvərlik ideologiyasının formalaşmasında və təbliğində önəmli rolu olub. Əlbəttə, bəyin dostları və tələbələri ilə ən çox görüşdüyü yer Bakının müxtəlif çayxanaları idi ki, bu görüşlərə, siyasi müzakirələrə və söhbətlərə manə olmaq üçün onun tez-tez getdiyi çayxanalarda yuxarıların göstərişi ilə yanğınlar törədilir, yaxut müxtəlif bəhanələrlə bağlanırdı.
Hələ gənc yaşlarından etibarən dostları və tanışları Əbülfəz bəyə “Millət“ təxəllüsü taxmıs, onun liderlik keyfıyyətlərini, xa- rakterindəki mübarizliyi, vətənpərvərliyi, Ədalətizliyə qarşı ba- rışmazlıgını uygun olaraq onu Robespyer, Fidel Kastroy, Qaribal- di, Qaddafi və s.kimi qəhrəman səxsiyyətlərə bənzədirdilər.
Müəllimimiz Rafiq İsmayılov
Əbülfəz müəllimin fəaliyyəti haqqında danışarkən onun yaxın dostu və bizim digər sevimli müəllimimiz Rafiq bəy İsmayılov haqqında bəhs etməmək ədalətizlik olar. Rafiq müəllim də bizə Asiya və Afrika ölkələri tarixinin ümumi kursundan mühazirələr oxuyur, həm də Sərq tarixi üzrə ixtisas kursuna rəhbərlik edirdi. O da Əbülfəz müəllim kimi bir neçə il ərəb ölkələrində çalışdıqdan sonra vətənə dönərək tarix fakultəsində işləyirdi. O zaman çox gənc bir müəllim olan Rafiq bəy dərin biliyi, geniş dünyagörüşü ilə müəllimlərimizin çoxundan fərqlənirdi. O da qatı bir türkçü, milli vətənpərvərlik ruhuna sahib, Sovet rejiminə qarşı müxalif mövqedə duran birisi idi.
Azərbaycan dissidentlərinin mövqeyi
Heç sübhəsiz ki, 60-70-ci illərdə Əbülfəz Elçibəydən başqa da Azərbaycanda, Bakıda türkcülüyü mənimsəmis, milliyətci, vətənpərvər ruhlu, Sovet rejiminə qarşı müxalif mövqedə olan və özlərini dissident adlandıran insanlar mövcud olmuşdur. lakin onların Sovet dövrünün 60-70-ci illərində dissidentik fəaliyyəti ilə məşgul olmaları və bu fəaliyyətə görə təqib olunaraq çəzaya məruz qalmaları, həbs olunmaları haqqındakı faktlar gizlədilirdi. Sovet rejimi dağıldıqdan sonra bəzi dissidentlər haqqında mətbuatda yazılar, məlumatlar və bu şəxslərin məruz qaldıqları təqib və təzyiqlərdən söz açan xatirələri dərc olunmağa başladı.
Maraqlı burasıdır ki, özlərini əzabkeş, dissident adlandıran Nadir Ağayev, Oqtay Eldəgiz, Məhəmməd Hatəmi və başqaları məqalə və xatirələrində onları əzablı həyata, işgəncələrə və həbsə məhkum etmiş Sovet rejiminin, kommunist, KQB rəhbərlərini və onların respublikada hakimiyyəti ələ keçirmiş varis və təmsil
çilərini deyil, qanlı Sovet rejiminə qarşı mübarizəni öz həyatının məqsədinə çevirmiş və sonralar azadlıq hərəkatına öndərlik etmiş Əbülfəz Elçibəyi tənqid hədəfinə çevirdilər. Ona qarşı qısqanclıq və kin- kudurət nümayiş etdirirlər. Sovet dövründə bu şəxslərin dissidentlik fəaliyyətlərinin içtimaiyyətə məlum olmaması onu göstərir ki, onların rejimə qarşı mübarizəsi ardıcıl xarakter daşımayıb məhdud, epizodik, bir dəfəlik aksiya mahiyyətində olmuşdur.
Onlardan fərqli olaraq Elçibəyin Sovet rejiminə qarşı mübarizəsi ardıcıl, sistemli, təskilati mahiyyət daşıyırdı və onun dissi- dentlik fəaliyyəti Azərbaycandan kənarda, digər Sovet respublikalarında və hətta Moskvada da məlum idi.
1982-ci ildə mən dissertasiya işimlə əlaqədar Moskvaya Şərqşünaslıq İnstitutunun kitabxanasına getmişdim. Kitabxananın “xüsusi fond” adlanan gizli bölümündəki materiallardan istifadə etmək üçün işlədiyim Azırbaycan İnşaat Mühəndislər İnstitutuna rektorunun imzası və osobıy otdel adlanan xüsusi şöbənin möhürü olan icazə məktubu almışdım. Bu məktuba o zaman Şərqşünaslıq institutunun direktoru olan akademik Primakov şəxsən icazə dərkənarı qoymalı idi. Onun qəbulunda olarkən Azərbaycandan gəldiyimi bildi və ayaq üstü bir dialoqumuz oldu. Soruşdu ki, Ziya Bünyadovu tanıyırsanmı. Mən cavabında Ziya Bünyadovun böyük alim olduğunu və Azərbaycanda cox sevildiyini dedim. Primakov Ziya müəllimlə tələbəlikdən cox yaxın dost olduqlarını söylədi. Sonra soruşdu ki, Əbülfəz Əliyevi tanıyırsanmı? Dedim: “Bəli, Universitetdə mənim müəllimim olub”. Primakov dedi ki, bir müddət öncə o da burda idi. Antisovet fəaliyyətinə görə həbs olunub, universitetdən qovulsa da dostum Ziyanın xatirinə ona da xüsusi fonddan istifadə etməyə icazə verdim.
Mən Əbülfəz bəyin Moskvaya getdiyini bilirdim, lakin sənədlərim gec hazırlandığından orda görüşə bilmədik.
Sovet dövrünün məhşur dissidentlərindən Rusiyanın “xüsusi yolu” milliyətçi cərəyanına mənsub olan Leonid Borodin Elçibəyin dissidentlik fəaliyyəti haqqında bəhs edərək yazır ki, Zviad Qamsaxurdia və Əbülfəz Elçibəy kimi Sovet dövründə liberal deyərlərə üstünlük verən dissidentlər Sovet İttifaqının dağılmasından sonra hakimiyyətə gələrək “etnokratik rejimlərn” ideoloqlarına çevrildilər.
KQB-nin təzyiqləri
Azərbaycan Dövlət Universitetinin Tarix və Sərqsünaslıq fa- kultələrində və başqa institutlarda yüzlərlə tələbəyə dərs dəyən Elçibəyin fəaliyyəti rejim üçün təhlükə təşkil edirdi. Fakultənin rəhbərliyi, müxtəlif dost və tanısları və ən sonda da KQB Bəyə dəfələrlə xəbərdarlıq etmis, öz təhlükəli fəaliyyətindən el cəkmə- yi təklif etmisdi. Lakin, Bəyi bütün təhlükələrə rağmən yolundan döndərmək olmurdu. O, bütün təhlükələri göz önünə alaraq mübarizəsini üc istiqamətdə aparırdı. Onlardan birincisi xalqın etnik özünüdərkinə nail olmaq üçün türkcülüyün təbliği, ikincisi Güney Azərbaycanın istiqlaliyyətinə qovuşması və Bütöv Azərbaycan idealı, üçüncüsü Sovet rejiminin milli və sosial ədalətizliyinə qarşı, azad Azərbaycan uğrunda mübarizə.
1960-cı illərdə Əbülfəz Elçibəy dostları Rafiq İsmayılov, Abbas Musayev, Zakir Məmmədov və başqaları ilə birlikdə gizli milli təskilat qurmuşdu.1970-ci illərdə o bu təskilatın tələbələrdən və digər gənclərdən ibarət beşlik, üclük və yeddiliklər şəkilində formalaşdırdı. Bu qrupların birində Tarix fakultəsindən mən, Mehdi Məmmədov, Xudu Məmmədovun yaxın qohumu, tarix fakultəsində oxuyan ağdamlı Akif Məmmədov, Politexnik İnstitutunun tələbəsi, sair Vaqif Cəbrayilzadə-Bayatlı vardı. Digər bir qrupun üzvləri isə tələbə dostum, rəhmətlik Yadigar Babayev, Filalogiya fakultəsində oxuyan gədəbəyli Zirəddin bəy, İsmayıl Musayev, Ələsgər Quliyev, Sərraf Kərimov, İlyas Məmmədov idi. Bu dostlarımla birlikdə biz Əbülfəz müəllim həbsxanadan cıxıb Əlyazmalar İnstitutunda calışdığı zaman axşamlar Nərimanov muzeyində görüşərdik. Söhbəyimizin əsas mövzusu Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan ideyasının təbliği, Sovet rejimini zəiflətmək idi.
Bir dəfə Əbülfəz müəllim məndən soruşdu ki, təşkilatınızın adını nə qoymusunuz? Dedim ki adı yoxdur. O, mənə təşkilatımızın “Bütöv Azərbaycan uğrunda mübarizə” adlandırmamızı təklif etdi. Biz məmnuniyyətlə bu adı qəbul etdik. O, bizə tövsiyə edirdi ki, hər hansı bir təşkilat, qrup, dərnək yaradarkən onu bütöv, birlışmiş, vahid Azərbaycan, Azad Azərbaycan adı ilə əlaqələndirin ki, birləşmiş, bütöv, azad Azərbaycan ideyası populyarlıq qazansın.Yadımdadır ki, 1987-ci ildə Əbülfəz bəyin rəhbərliyi ilə “Varlıq” cəmiyyəti yaradılarkən o bu təşkilatı öncə “Bütöv Azərbaycan uğrunda” adlandırmağı təklif etdi, lakin Varlıq adı üstünlük qazandı.
Qrupumuzun Mehdi Məmmədovun evində olan 2-ci toplantısında Əbülfəz müəllim bizi Azərbaycanın istiqlaliyyət proqramı ilə tanış etdi. Orada milli istiqlalımıza nail olmaq üçün xalqı bölərək bir-birinə qarşı qoymaq işinə xidmət edən sosializmə xas sinfi ayrıseçkilik yerinə milli birlik ideyasının təbliği, xalq tərəfindən türk kimliyinin mənimsənilməsi, Azərbaycanın bütövlüyü ideyası əks olunmuşdu. Proqramda bizim ilk dəfə duyduğumuz Musavatın hürriyətçilik, milliyətçilik, istiqlalçılıq, xalqçılıq və cümhuriyyətçilik ideyaları geniş şəkildə şərh olunurdu. Əbülfəz müəllim dedi ki, bu bizim mübarizə proqramımızdır və öz mübarizəmizdə bunu rəhbər tutmalıyıq.
Gizli qrupumuzun yığıncaqları əsasən Mehdi Məmmədovun Respublika stadionunun yaxınlığındakı evində keçirilirdi. Konis- pirasiya məqsədi ilə bəzən toplantı yerini dəyişdirirdik. Əbülfəz müəllim bu görüşlərdə Azərbaycanın birləşdirilməsi haqqında, mövcud beynəlxalq vəziyyət haqqında, Sovet imperiyasının yürütdüyü ruslaşdırma siyasəti haqqında bizə məlum olmayan müxtəlif mənbələrdən, xarici radio stansiyalardan əldə etdiyi məlumatlar üzrə söhbətlər aparır, politbüroda, dövlətin üst qatlarında mövcud olan intriqalar, qruplaşmalar arasındakı qarşıdurmalar haqqında, Pribaltika respublikalarında, Mockvada, Ukraynada, Orta Asıyada, Gürcüstanda ruslaşdırma siyasətinə qarşı aparı
lan mübarizə haqqında və Sovet İttifaqında genişlənən dissident hərəkatı haqqında məlumatlar verir, bizə də müəyyən mövzular üzrə hazırlaşıb fikir mübadiləsi apamamızı tapşırırdı. O dövürdə xarici radio stansiyaları Azərbaycan və rus dillərində dinləmək mümkün olmadığından Əbülfəz müəllim “Bi-Bi-Si“, “Azadlıq“, “Amerikanın səsi“ və bir cox ərəb dilli radio stansiyaları asanlıqla dinləyir və coxlu gizli məlumatlar əldə edə bilirdi.
Mubarizə fəaliyyətimiz əsasən təbliğatdan ibarət idi. Əldə etdiyimiz antisovet materiallarını coxaldıb yayır, Sovet rejimini tənqid edən ədəbiyyatı, o cümlədən 1968-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəli Azərbaycana səfər zamanı müşaiyət edən iqtisadiyyat bakanı Mehmet Turgutun Sovet rejimini ciddi tənqid edın “Taskende dogru“, Ziya Göyalpın “Türkcülüyün əsasları“, Alpars- lan Türkəsin “Doqquz isıq“, Oljas Süleymanovun “Az i ya“ və s. kitabları yayıb təbliğ edirdik. Bir dəfə Əbülfəz müəllim mənə kiçik həcmdə bir foto dəsti verdi və dedi ki, Məhəmmədəmin Rəsulzadənin və Seyx Məhəmməd Xiyabaninin də şəkillərini tapıb bura əlavə edərək çoxaldım. Mən o fotoları da əlavə edib coxaltdırdım və bir dəst özümdə saxlayıb qalanını Elçibəyə verdim. Orda Atatürkün, Seyx Şamilin, Sah İsmayıl Xətaının, Məhəmmədhüseyin Səhriyarın, Sultan Mehmet Fatehin, Əmir Teymurun, Babəkin, Sıxəli Qurbanovun və b. şəkilləri vardı.
Naxçıvandakı gizli qrupla tanışlıq
O zaman Naxcıvan da milli mübarizənin, türkcülüyün əsas mərkəzlərindən biri idi. 1974-cü ildə Naxcıvanda fəaliyyət göstərən gizli milliyətci qrupun rəhbəri Naxcıvan Pedagoji İnstitutunun məzunu Asif Kələntərli ilə onun tələbə dostu Bəylərin vasitəs ilə tanis oldum və onların fəaliyyəti haqqında Əbülfəz bəyə məlumat verdim. Bir müddət sonra rəhmətlik Asif bəy Bakıya gəldi və Əbülfəz bəylə onu görüşdürdüm. Asif bəy təşkilatları, gördükləri işlər, apardıqları mübarizə formaları haqqında məlumat verdi. Bu gizli təşkilatın əsas amalı türkçülüyü təbliğ etməklə yanaşı Azərbaycanın birləşdirilməsi ideyasını təbliğ etmək, o zaman keçirilməsi qadağan olan Novruz bayramı şənliklərini qeyri rəsmi şəkildə təntənəli surətdə keçirilməsini təşkil etməklə xalqın milli ruhunun yüksəkişinə nail olmaqdan ibarət idi. Təşkilat öz gizli toplantılarını romantik milli duyğuların daha coşqun bir ortamda yaşanacağı Araz çayı sahilində Güney Azərbaycan ərazilərinin aşkar göründüyü yerlərdə təşkil edirdilər.
Gələcəkdə Azərbaycan milli Azadlıq hərəkatının görkəmli nümayəndələri olan İbrahim İbrahimov, Asəf Quliyev, Oqtay Daşoğuz, Bünyamin Qəmbərov və başqaları bu təşkilatların aparıcı qüvvəsini təşkil edirdilər.
Naxçıvanda Asif Kələntərlinin rəhbərlik etdiyi bu təskilatla yanaşı, 1975-ci ildə Oqtay Daşoğuzun rəhbərliyi altında “Türk- çü-Turançı“ bir gizli təşkilat da yaranmışdı. Oqtay bəy Daşoğuzla birlikdə bu təşkilatda bəy Qasımov, Gülağa bəy Abbasov, Fəxrəddin bəy Mamedov, Fəxrəddin bəy Qasımov, Rüstəm bəy Behrudi və Ehtibar bəy Əliyev və başqaları fəaliyyət göstərirdilər. Bunlardan başqa, Arif Rəhimovun rəhbərlik etdiyi digər bir “Azər- baycançı”gizli qrup da fəaliyyət göstərirdi. Bu qrupda İbrahim İbrahimov, Asəf Quliyev, Bünyamin Qəmbərov və başqaları bu təşkilatın aparıcı qüvvəsini təşkil edirdilər.Bu təşkilatların hamısının Əbülfəz bəylə bu və ya digər dərəcədə əlaqəsi var idi.
1976-cı ildə Naxçıvanda fəaliyyət göstərən Asif bəy Kələntər- linin rəhbərlik etdiyi “Milliyətçi Azərbaycançı” təşkilatla Oqtay böy Daşoğuzun rəhbərlik etdiyi “Türkçü-Turançı” təşkilat arasında birləşməklə bağlı “Qızlar Bulağı“deyilən yerdə toplantı keçirilmişdi. Bu toplantıda fəaliyyətlə bağlı gündəliyə üç məsələ salınmışdı:
Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ilə bağlı fəaliyyət;
Güney Azərbaycanın müstəqilliyi və Azərbaycanın Bü- töövlüyü uğrunda mübarizə ilə bağlı fəaliyyət;
Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə ilə bağlı fəaliyyət.
Toplantıda “Milliyətçi -Azərbaycançı“ qrupun Ümumtürk Birliyi “Turan“ uğrunda mübarizə məsələsini qəbul etmədiyindən birlik baş tutmamış, bir-birinə kömək etmək şərti ilə ayrı -ayrı fəaliyyət göstərmələri qərara alınmışdı.
Sonradan Bakıdan gələn Əbülfəz Hüseyni (Dahi şairimiz Şəhriyarın bacısı oğlu -Red. ), Tağı bəy Qasımov, Aydın bəy Abbasov, Cabbar bəy Cəlilov və Aydın bəy Qasımovla bu təşkilatların əlaqəsi onların fəaliyyətini daha da aktivləşdirmişdi.Bu təşkilatlar sonradan daha da güclənərək Azərbacan Xalq Cəbhəsi ətrafında birləşmiş, Quzey Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühim rol oynamışdılar.
Mərkəzdən kənarda Naxçıvanda gənclərdən ibarət belə bir milliyətci təşkilatın mövcudluğu təsadüf deyildi. Burda hələ XIX əsrin axırı XX əsrin əvvələrində Türkiyədə təhsil alan, zadəgan mənsubiyyətinə görə rus ordusunda xidmət edərək dünyanın müxtəlif ölkələrində olmuş və hərbi xidmətdən tərxis olduqdan sonra vətəninə geri dönmüş mütərəqqi ruhlu ziyalı və hərbi məmurların təsiri və iştirakı ilə «Müceddin» kimi bir çox milliyətçi cəmiyyət və təşkilatlar yaradılaraq fəaliyyət göstərməkdə idi. Təsadüfi deyildi ki, XX əsrin əvvələrində Türkiyəyə olan bağlılığa, türk sevgisinə və türkçülük ideyalarının geniş vüsət aldiğına görə, Hüseyin Cavid kimi böyük bir türkçü şairi Türk dünyasına bəxş etmiş olan, Naxçıvan «Bala İstanbul» adlandrılırdı.
Naxçıvanda Sovet dövründə vətənpərvər, türkçülük ruhuna yiyələnmiş ziyalı nəslının yetişməsində Mirbağır Mirheydərza- də, Rza Təhmasib, Abbas Zamanov, Əli Səbri, Möhbalı Qasımov, Əli Sultanlı, Əziz Şərif kimi qocaman ziyalılarn böyük rolu olmuşdur. Bu işdə xüsusən də Naxçıvan Pedaqoji İnstitutuna uzun
illər ərzində rəhbərlik etmiş qocaman ziyalı-tarixçi, elm-maarif xadimi öz mübarizliyi ilə fərqlənən el ağsaqqalı Əli Əliyevin misilsiz rolu olmuşdur. Naxçıvan Pedaqoji İnstitutunu türkçülük vətənpərvərlik ruhlu milli ziyalılarn yetişdiyi təhsil ocağına çevirən Əli müəllimin işini Naxçıvan Dövlət Universitetində gənc ziyalı alimlər onun ədəbiyyat fakultəsininin dekanı olmuş oğlu Arif Əliyev, Aydın Qasımov, Arif Rəhimov və başqaları 80-ci illərdə ləyaqətlə davam etdirərək bu Universiteti milli vətənpərvərlik və türkçülük ideologiyasının təbliğat mərkəzinə çevirmişdilər.
ƏBÜLFƏZ MÜƏLLİMİMİN HƏPSİ
Uzun zamandır KQB tərəfindən izlənən və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz fəaliyyətini davam etdirən Əbülfəz müəllimin ətrafındakı çəm- bər artıq xeyli daralmışdı. Əbülfəz müəllimin tələbələr içərisində apardığı milliyətçilik təbliğatı və yaratdığı gizli qruplar haqqın- daki məlumat KQB-yə tarix fakultəsinin tələbəsi Fəzail Ağa- malıyevin ehtiyatsızlığı üzündən məlum olmusdu. O tələbələrin iştirak etdikləri iki aylıq hərbi təlim zamanı ehtiyatsızlıq edərək Dövlət Təhlükəsizliyi Komitəsi Kəşfiyyat İdarəsinin rəisi İlhü- seyn Hüseynovun oğlu olan tələbə yoldaşına Əbülfəz müəllimin rəhbərliyi altında bir gizli tələbə qrupunda fəaliyyət göstərdiyini söyləyərək onu da bu qrupa cəlb etmək istəmişdi. O tələbənin bu haqda atasına məlumat verməsilə KQB Əbülfəz müəllimi ciddi surətdə nəzarətə götürür.
KQB əməkdaşları fakültəmizdə
1975- ci il yanvarın 17-də Azərbaycan Dövlət Universiteti Tarix fakultəsinin müəllimi Əbülfəz Əliyev - gələcəyin Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və prezidenti - Əbülfəz Elçibəy antisovet və türkçülük -milliyətçilik ittihamı ilə həbs olundu. Əvvəlcə KQB-dən iki nəfər gəlib fakultədə Əbülfəz müəllimlə söhbət etdi. Həmin gün o saat 14-də bizə imtahan qabağı məsləhət saatı təyin etmişdi. Kafedraya gəldiyimiz zaman laborant qadın bildirdi ki, içəriyə girmək olmaz, KGB-dən iki nəfər gəlib Əbülfəz müəllimlə söhbət edir.
Onlar getdikdən sonra içəri daxil olduq. Əbülfəz müəllim həyəcanlı və narahat olduğumuzu görüb bizə ürək - dirək verdi. Dedi ki, möhkəm olun, belə şeylərə çox əhəmiyyət verməyin. Onlar məni qorxutmaq istəyirlər ki, mən doğru hesab etdiyim fikirlərdən və fəaliyyətdən əl çəkim. Ancaq bu mümkün olan iş deyil. Onlar hələ qarşılarında kimin olduğunu yaxşı dərk etmirlər. Tələbələr bayıra çıxdıqda Əbülfəz müəllim onun yaratmış olduğu gizli qruplarda təmsil olundugumuz üçün mənə və dostum Yadigar Babayevə işarə etdi ki, biz qalaq. Bizə ürək-dirək verərək dedi ki, məni həbs edəcəklər, ancaq qorxmayın, ola bilər sizi də sorgu- suala cəksinlər. Bir müddət təmkinli və ehtiyatlı davranın, gizli toplantılara ara verin, şübhə doğura biləcək, təhlükəli gördüyünüz yazı və sənədləri dərhal yox edin, özünüzü qoruyun.
Görünür, KGB əməkdaşlarının Əbülfəz müəllimlə etdikləri xəbərdarlıq söhbətindən heç bir nəticə hasil olmadığından bir neçə saatlıq söhbətdən sonra onu həbs ediblər. Həbsindən sonra KQB əməkdaşları Əbülfəz bəyin yaşadığı evdə axtarış aparmış və çoxlu sənədləri və əlyazmalarını özləri ilə götürmüşdülər. Bir gün sonra bizim Əbülfəz müəllimə imtahanımız vardı lakin, Əbülfəz müəllimə imtahan vermək bizə nəsib olmadı.
Əbülfəz bəy özü də həbsdən öncə o zaman tarix fakultəsinin Kommunist küçəsində yerləşən binasına gəlişini və biz tələbələri ilə görüşünü belə xatırlayır, «Hamama girib yuyundum, üzümü qırxdım, paltarımı ütülədim, geyindim, qalstukumu bağlayanda Azərbaycan Milli Hökumətinin baş prokuroru, rəhmətlik Firudin İbrahimi yadıma düşdü. Edam qabağı səliqə-səhmanla geyinmiş, qalstukunu bağlarkən ona demişdilər ki, bunu niyə bağlayırsan? Onsuz da bir azdan səni asacaqlar. O demişdi ki, hər halda düşmən bizi sınıq görməsin...
Sonra qardaşım Almurada dedim ki, indi gəl mənimlə gedək Universitetə. Universitet binasına yaxınlaşanda bizi izləyən maşın qabağa keçdi. Biz dayandıq. Mən Almurada dedim ki, sən get, mənim Universitetdə imtahanım var. Ondan sonra KQB-yə gedəcəm. Ayrıldıq. Mən Universitetə gəldim. İşlədiyim kafedrada müxtəlif yazı, siyasi ədəbiyyat və sənədlər saxlayırdım, onları ələk-vələk etdim, bir qismini cırdım, zibil qutularına atdım. Artıq rahat idim...İmtahanı qurtardıq, mən tələbələrə ayrı-ayrı gizli göstəriş verdim. Sonra Universitetin əsas binasına getdim, orda da «işlərimi» qurtardım və taksiyə oturub KQB-yə getdim. 17 yanvar 1975-ci ildə həbs edildim»
Məhkəmənin gedişi
Əbülfəz müəllimin həbsini eşitdikdə tələbələrin böyük dəstəsi ilə onun kirayə qaldığı evə getdik.
Əbülfəz bəy Azərbaycanda qadın hərəkatının lideri olan Novella xanımın Bəsti Bağırova küçəsində “Araz“ kinoteatrının yaxınlığındakı binanın 4-cü qatındakı mənzildə kirayə qalırdı. Novella xanımın həyat yoldaşı əslən askənaz yəhudisi olan Vilən bəylə Əbülfəz bəy arasında yaxın dostluq əlaqələri mövcud idi. Peşə etibarı ilə geoloq olan və Azərbaycana böyük məhəbbət bəsləyən Vilen bəy uzun illər Kələki Geoloji Ekspedisiyasında çalışmış və Elçibəylə orada tanış olmuşdu.
Sevimli müəllimimizin həbsndən çox həyacanlanmış, məyus olmuşduq. Həm də onunla qürür duyur, cəsarəti ilə fəxr edirdik.
Əbülfəz müəllim 5 ay müddətində Milli Təlükəsizlik Komitəsinin Nizami küçəsindəki əsas binasının zirzəmisində yerləşən və vaxtı ilə yüzlərlə Azərbaycan milli ziyalısının və siyasi xadimlərinin repressyaya uğrayıb işgəncə gördükləri və qətlə yetirildikləri məhşur həbsxanasında saxlandı.O zamanlar mən dostum Yadigar Babayevlə binanın bulvar tərəfə olan arxasında aşağı zirzəmi qatlarına hava getməsi və işıq düşməsi üçün nəzərdə tutulan pəncərələrinin yanından dəfələrlə o tərəf bu tərəfə keçərək Əbülfəz müəllimin adını bərkdən çəkərək gəzişirdik və sadəlöhvcəsinə elə güman edirdik ki, o öz tələbələrinin səsini eşidib təskinlik tapacaq. Əbülfəz bəy həbsdən çıxdıqda bu barədə ona danışdıqda xeylı güldü və dedi ki, həbsxana o qədər dərinlikdədir ki, bayırdan hər hansı bir səs eşitmək qeyri mümkündür.
Əbülfəz müəllimin həbs edildiyi həmin illərdə Sovet ittifaqında dissident hərəkatı geniş vüsət almışdı. Elçibəylə yanaşı Gür-
cüstanda milliyətçi Qamsaxurdiya, Krım tatarlarının lideri Mustafa Cəmilov, Ukrayna milliyətçilərindən Qriqorenko, Saxarov, Soljenitsin və bir çox dissident Sovet yəhudisi də həbs olunmuşdular. Əbülfəz müəllim sonralar özünün həbs olundugu dövürdə- ki ictimai-siyasi vəziyyət haqqında belə deyir: «Respublıkada geniş miqyasda qarışıqlıq hazırlanırdı. Bu işin müəllıfləri DTK-nın sədri Krasilnikov, Respublika prokuroru Qambay Məmmədov və onların bir sürü yardımçıları, Mərkəzdə Siyasi Büronun üzvü Ro- manov və Sovet DTK-sının mərkəzində özlərinə yer qazanmış ermənilər idi“.
Əbülfəz müəllimin məhkəməsi 1975-ci ilin 11 mayında baş- ladı.Məhkəmə, Ali Məhkəmənin binasının 2-ci mərtəbəsində, nisbətən böyük bir zalda keçirilirdi.Onun həbsi və məhkəməsi haqqında heç bir məlumat verilmədiyindən, insanlar bu məhkəmədən xəbərsiz idilər. Biz Əbülfəz müəllimin bir qrup tələbəsi olaraq müəllimimizi müdafiə məqsədi ilə və insanların diqqətini məhkəməyə cəlb etmək üçün şəhərin kücələrində etiraz nümayişi keçirməyi qərara almışdıq. Mən bu qərarımız haqqında Bəyin yaxın qohumu, məni ilk dəfə Əbülfəz bəylə tanış edən Aydın Qasımova bildirdim.O, bu işin Əbülfəz müəllimə və bizə böyük ziyan verəcəyini qeyd edərək qətiyyətlə əleyhinə çıxdı, bizi bu fikirdən daşındırdı. Mən Yadigar Babayev, Ələsgər Quliyev, Zirəd- din (soyadı yadımdan çıxıb-Müəllif), Kələkili, Əbülfəz bəyin qohumları Aydın bəy Qasımov və Abuzər bəy Rüstəmov, Əbülfəz müəllimin tələbələri, yaxınları olaraq daha cox insanın məhkəməyə gəlməsini təmin etmək üçün öz dost- tanışlarımıza xəbər verir, məhkəmə haqqında kiçik bildirişlər və şüarlar yazaraq Ali məktəblərdə yayırdıq. Bunun nəticəsində məhkəmənin qarşısında insanların sayı günbəgün coxalırdı. Məhkəmə iclasına Ali Məhkəmənin sədr müavini Həsən Əliyev sədrlik edirdi. Dövlət ittihamçısı Respublika prokrorluğundan prokror işləyən Yamən Yusifov idi.Şair-professor Aslan Aslanov məhkəmədə Universiteti təmsilən ictimai ittihamçı qismində iştirak edirdi. Məhkəmə
yarım qapalı idi. İçəri yalnız Elçibəyin qohumları, müəllimlər və cox az sayda tələbələr buraxılırdı. Bir neçə dəfə içəri keçmək və məhkəmədə iştirak etmək mənə də nəsib oldu. Məhkəmədən öncə Bəyin böyük qardaşı Almurad məni Bəyin vəkili ilə görüş- dürdü.Mən ondan müəllimimizə necə kömək edə biləcəyimizi soruşdum və vəkilin məsləhəti ilə mən Əbülfəz müəllimi müdafiə məqsədi ilə qrupumuzun tələbələrinin imzasi ilə məhkəməyə bir “Müraciət” tərtib etdim.Müraciəti qrupumuzun bir neçə qeyri- türk kökənli tələbəsi qorxaraq imzalamaqdan imtina etdilər. Həmin müraciəti məhkəmənin katibliyinə təqdim etdim. Hüquq fakultəsinin tələbəsi olan növbətçi katib əvvəlcə “ Müraciət“i qəbul etmək istəmədi, lakin mən xahiş edərək onu inandırdım və o, bu “Müraciət“i Əbülfəz müəllimin işinə əlavə etdi. Bu kobud siyasi səhvinə görə KQB-nin təzyiqi ilə o yazığı işdən qovdular. Bizdən sonra da bir neçə qrup Əbülfəz müəllimin müdafiəsi üçün “Müraciət“lər təqdim etsələrdə onların heç birini qəbul etmədilər.
Əbülfəz bəyin məhkəməsində Dövlət ittihamçısı kimi çıxış edən prokuror Yamən Yusifov sonralar tələbələrin məhkəmə zamanı etiraz aksiyasını belə xatırlayırdı:”Əbülfəz Əliyevin məhkəməsi başlanan gün aləm bir-birinə qarışmışdı. Universitetin tələbələri Ali Məhkəməni mühasirəyə almışdılar. Çox gərgin vəziyyət yaranmışdı.Tələbələr məhkəmənin açıq keçirilməsini tələb edirdilər. Ali Məhkəmənin sədri Abdulla İbrahimov mənə zəng vurub bildirdi ki, Yamən müəllim, tələbələr binanı mühasirəyə alıblar. Bura gəlin. Mən dərhal Ali Məhkəməyə gəldim. Binanın qabağında xeyli adam var idi. Güc bəla ilə içəri keçdim. DTK işçilərinin hamısı Abdulla İbrahimovun kabinetində oturmuşdu. Əsəbi içəri keçdim. Qərara aldıq ki, Ali Məhkəmənin qabağına yığışan tələbələrlə söhbət edək. Mən kabinetdən çıxıb Ali Məhkəmənin həyətinə düşdüm.Ümumi hay-küy...Etiraz səsləri... Zallar çox kiçik idi. İkinci mərtəbədə prezidiumun zalı böyük idi... Məhkəmə prosesi bu zalda başladı... Prosesin gedişi zamanı həddən artıq tələbə zala gəlirdi. Onlar etiraz edirdilər, divarlara şüarlar yazırdılar”.(Modern.az.16.01.2013)
Məhkəmə zalında Əbülfəz müəllimin qohumları ön sıralarda, tələbələr arxa sıralarda, müəllimlər isə orta sıralarda otururdular. Hər kəs dərin bir səbirsizlik və intizarla Əbülfəz müəllimin məhkəmə zalına gətirilməsini gözləyirdi. Nəhayət Bəy milislərin müşaiyəti ilə zala daxil oldu. Onun üçün müəyyən olunmuş yerdə oturdu. Zala bir nəzər salıb başı ilə hamını salamladı. Üzündə heç bir həyacan əlaməti yox idi. Xoş bir təbəssümlə zala xeyli baxdı. Hərəkətləri sərbəst, davranışı və ümumi görünüşü qürurlu və sakit idi.Yalnız uzun müddət həbsxanada qapalı şəraitdə saxlandığı üçün bənizi solğun idi. O, məhkəmədə özünü mətanətli aparır, məhkəmə sədrinin və prokrorun suallarına sakit, həyacansız, məntiqli cavablar verirdi. Əbülfəz bəy məhkəmə dinləmələrində onu antisovet və türkcülük təbliğatı aparmaqda ittiham edərək üzünə duran tələbə və müəllimləri heç bir mənfi emosya göstərmədən sakitcə, səbrlə dinləyir, özünü təmizə cıxarmaq üçün onları böhtançılıqda və qərəzçilikdə heç vaxt günahlandırmır, əksinə, onların dediklərini təsdiq edərək yalnız bəzi detallara düzəlişlər edirdi. Məhkəmənin ilk günündən sonra biz artıq öz müəllimimizlə fəxr edir, onunla qürur duyurduq. Əbülfəz müəllim bizi xəyal qırıqlığına ugratmadi. Öz mətinliyi, cəsarəti və məntiqi mühakimələri ilə onu mühakimə edənlərdən daha yüksəkliklərdə dururdu.
Bəy, anası Mehrinisə xanımın məhkəmədə iştirak etməsi üçün məhkəmə sədrinin təklifinə qəti etirazını bildirdi və Bəyin vəsadətinə əsasən anası məhkəmə zalından çıxarıldı. Görünür, Bəy məhkəmənin gedişi zamanı anasının kövrələcəyindən ehtiyat edirdi.
Qeyd etdiyim kimi tələbələrin çox cüzi hissəsi məhkəmə zalına daxil ola bilirdi. Artıq məhkəmə binasının qarşısında böyük bir izdiham toplanmışdı və zaman - zaman onların “Əbülfəz, Azad- lıq“ hayqırtıları məhkəmə zalının açıq pəncərələrindən aydınca eşidilirdi və Bəy də bu səsləri duyurdu. Bu hayqrışlarda əsas məqsəd o idi ki, Əbülfəz müəllim tələbələrinin onu unutmadığını, onu müdafiə etdiklərini bilsin. İçəridə olan tələbələr də məhkəmənin gedişində sakit oturmur, Bəyin üzünə duran tələbə və müəllimlərə replikalar atır, onlara qarşı təhqiramiz sözlər işlədir, səs-küy salırdılar. Məhkəmə sədri dəfələrlə tələbələri sakitliyə dəvət edərək onları zaldan çıxaracağı ilə hədələyirdi, lakin qısa sakitlikdən sonra hay - küy yenidən davam edirdi. Məhkəmənin təxminən 3-cü günü, yəni tələbələrin zalda hay-küylü etirazı zamanı bizim arxamızda oturan Şərqşünaslıq fakultəsinin qocaman müəllimlərindən Yusif Şirvanın əsəbləri dözmədi, ayağa qalxıb üzünü tələbələrə tutaraq yüksək səslə “Sovet dövlətinin çörəyi sizə haram olsun, burda da sakit durmursunuz, o Əbülfəz sizin başınızı xarab edib, özü də indi oturub müttəhim kürsüsündə”- dedi, sonra o, məhkəmə sədrinə müraciətlə tələbələri içəri buraxmamağı xahiş etdi.
Səhərisi gün məhkəmənin qarşısına gələndə məhkəmə zalına daxil olmaq üçün xüsusi buraxılış verəqələrinin tətbiq olunduğunu gördük. Məhkəmənin qarşısındakı izdiham kiçik bir mitinqi xa- tırladırdı.Tələbələrdən heç kəs içəri buraxılmadı və məhkəmənin mühafizəsi daxili qoşunlardan gətirilən əlavə dəstə ilə möhkəmləndirildi. Bütün bunlar tələbələrin həyəcanının və narazılığının artmasına səbəb olurdu. Tələbələr acıqlarını Bəyin üzünə duran tələbələrdən çıxırdılar. Onlardan bir neçəsi ifadə verib çıxdıqdan sonra həyətdə döyüldülər. Tələbələr içəri girə bilmədiklərindən məhkəmə prosesinin gedişindən xəbərsiz qalırdılar. Milliyətcə azərbaycanlı olmayan daxili qoşunların əsgərləri ilə tələbələr arasında gərginlik daima artmaqda davam edirdi.
Məhkəmə zalının pəncərələri açıq olduğundan bayırdakı səs-küyü içəridə Əbülfəz müəllim də eşidirdi.
Əbülfəz bəy sonralar deyirdi ki, məhkəmə binası qarşındakı səs-küyü və qarışıqlığı eşidirdim. Ona görə də şahidlərin mənim haqqımda dediklərini təsdiq edirdim. Onlarla mübahisə etmirdim ki, məhkəmə tez qurtarsın. Qorxurdum ki, qarşıdurma şiddətlənər, çoxlu tələbə həbs olunar və tələbələrin gözü qorxar.
Əsgərlərlə tələbələr arasında qarşıdurma
Günlərin birində məhkəmə binasını mühafizə edən əsgərlərdən birinin içəri girmək istəyən tələbə qıza kobudluq etməsi onsuz da gərginlik içərisində olan tələbələrin səbr kasasını daşdırdı. Tələbələr əsgərlərin müqavimətinə baxmayaraq məhkəmə binasına daxil olub məhkəmədə iştirak etməyə qərar verdilər. Əsgərlər və tələbələr arasında qarşıdurma şiddətləndi və əlbəyaxa savaşa çevrildi. Həmin gün stadionda “Neftçi” komandası ilə Ermənistanın “Ararat” komandası arasında futbol görüşü olduğundan, məhkəməni mühafizə edən əsgərlərin bir hissəsi ora göndərilmişdi. Əsgərlərlə tələbələr arasında qarşıdurma zamanı qəzəblənmiş tələbələr məhkəmənin 1-ci mərtəbəsindəki pəncərələrin şüşələrini sındırdılar. Əsgərlərin müqavimətini qıraraq giriş qapısını sındırıb içəri daxil oldular. Qarşıdurma yuxarı mərtəbələrə qalxan pilləkənlərdə davam etdi. Pilləkənin məhəccərləri tələbələrin təzyiqinə dönməyib sındı. Qarşılıqlı müqavimət xeyli davam etdi. Tələbələrdən və əsgərlərdən bir neçəsi yüngül xəsarət aldı. O zaman hələ dubinka olmadığından işlər belə asan və xəsarətlər yüngül olurdu. Həmin gün məhkəmə prosesi təxirə salındı.
Bu hadisədən sonra hamı güman edirdi ki, Əbülfəz müəllimin məhkəməsi son dərəcə qapalı, ciddi mühafizə şəraitində davam etdriləcək. Lakin gözlədiyimizin tərsinə oldu, görünür hakimiyyət dairələri tələbələrin həyəcanın daha da artacağından narahat olaraq güzəştə getməyi qərara almışdılar. Növbəti məhkəmə iclasına gəldikdə gördük ki, məhkəmə prosesi binanın birinci mərtəbəsində daha geniş bir zala təyin olunub. Zala daxil olmaq sərbəst idi, yay vaxtı olduğundan zala daxil ola bilməyənlər açıq pəncərələrin qarşısında duraraq məhkəmənin gedişini izləyirdilər.
Son sırada əyləşən KQB əməkdaşı- Mahmud Məmmədquliyev
Məhkəmə prosesi zamanı zalda arxa sıralarda oturmuş, heç kəsin tanımadığı çox səliqəli geyinmiş, yaraşıqlı, məhkəmənin gedişini bütün təfərrüatı ilə öz dəftərçəsinə qeyd edən bir gənc hər kəsin diqqətini cəlb edirdi.Tənəfüsslərdə o məhkəmənin ge- dişndə fəallıq göstərən, replikalar atan tələbələrin ad və soydını soruşuraq öz dəftərçəsinə qeyd edirdi. O, mənə, dostum Mehdi Məmmədova və bir neçə digər tələbəyə də yanaşıb ad və soyadımızı soruşdu və dəftərçəsinə qeyd etdi. Biz məhkəmədə dostlarımızın vasitəsi ilə həmin gəncin KQB-nin əməkdaşı Mahmud Məmmədquliyev olduğunu öyrəndik. Görünür Heydər Əliyevin gələcək kürəkəni olan Mahmud Məmmədquliyev Elçibəyin məhkəməsinin gedişi haqqında ona şəxsən məlumat verirdi. Sonralar, 1970-ci illərin axırında, mən Azərbaycan İnşaat-Mühəndislər İnstitutunda işləyəndə Mahmud Məmmədquliyev artıq həmin İnstitutda KQB-nin kuratoru vəzifəsində çalışırdı.
Sibirdə 15 il cəza çəkən qocanın sevinci
Məhkəmənin davam etdiyi günlərin birində binanın qarşısından keçən, xarici görünüşündən qocaman ziyalı olduğu bəlli olan yaşlı bir kişi bizə yaxınlaşdı. Bura toplanmağımızın səbəbini soruşdu. Biz müəllimimizin məhkəməsinə görə burda olduğumuzu söylədik.Bu kişi müəllimin yəqin rüşvət aldığına görə həbs olunduğunu güman etdi. Lakin onun antisovet və pantürkizm ittihamı ilə həbs olunduğunu eşidəndə buna çox heyrətləndi və soruşdu ki, bəs müəllimi müdafiə etdiyinizə görə KQB-dən qorxmursunuzmu? Biz də cavab verdik ki, yox, qorxmuruq. Cavab onun çox xoşuna gəldi və dedi ki, “sizin müəllimin ittiham olunduğu bu ideyaları müdafiə etdiyimə görə 15 il Sibirin həbs düşərgələrində cəza çəkmişəm, Hüseyn Cavidlə və bir çox böyük insanlarla eyni həbsxanalarda olmuşam, çoxlu işgəncələrə məruz qalmışam, ancaq Sibirdə maral bəsləyən türklər məni himayə etdilər və mən ölmədim, sağ qaldım. Mən xalqımızın azad gələcəyi üçün bütün ümidlərimi itirmişdim, ancaq bu gün sizin burdakı qətiyyətiniz və qorxmazlığınız məni yenidən ümidləndirdi, halal olsun sizə, müəlliminiz də çox iğid adamdır. Nə qədər çalışsalar da bu xalqı köləyə çevirə bilmədilər, ehtiyatlı olun, balalar, Allah köməyiniz olsun”. Nurani görkəmli kişi bunu deyib üzündə sevinc dolu təbəssümlə bizimlə sağollaşıb yoluna davam etdi.
Beş gün davam edən məhkəmə
Cəmisi 5 gün çəkən Məhkəmənin 15 may 1975 - ci il qərarı ilə Əbülfəz bəyə il yarım həbs cəzası verildi. O zaman Krasilni- kovun rəhbərlik etdiyi Azərbaycan KQB-si Əbülfəz bəyin başçılığı ilə Respublikada fəaliyyət göstərən antisovet və pantürkist şəbəkənin aşkar olunmasını özünün böyük uğuru hesab edirdi. Sonralar istintaq materiallarından da göründüyü kimi Əbülfəz bəylə birlikdə onun bir neçə mübarizə dostları, o cümlədən Rafiq bəy İsmayılov, Aydın bəy Abbasov və digərləri də həbs olunmalı idilər. Lakin o zaman Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyev bu hadisənin onun siyasi karyerasına böyük zərbə vura biləcəyindən ehtiyat edərək, məsələni yalnız Elçibəyin həbsi ilə məhdudlaşdırdı.
1993-cü ildə Elçibəylə görüşündə Heydər Əliyev ona demişdi ki, mən o zaman bir neçə dostunu həbs olunmaqdan xilas etdim, Elçibəy də ona cavab vermişdi ki, Heydər bəy, siz onlara qarşı mərhəmət hissi bəslədiyinizə görə deyil, bu hadisədən Moskvadakı düşmənlərinizin sizin əleyhinizə istifadə edəcəklərindən ehtiyat etdiyiniz üçün həbs etdirmədiniz.
Əbülfəz müəllimin üzünə duranlar
İstər istintaq zamanı, istərsə də məhkəmənin gedişində Əbülfəz müəllimin üzünə durub onun əleyhihə ifadə verən ən başlıca şahidlər Bəyin tələbələri olmuş Aydın Hacıyev, Rauf (soyadını unutmuşam-Ə.S.), Əli Kosayev və xüsusilə yuxarıda bəhs etdi
yim prokuror oğlu Fərhad Vahabov idi. Onlar tarix fakultəsinin və Universitetin komsomol təşkilatlarının fəalları idilər. Əbülfəz müəllim 1970-ci illərin əvvəllərində Mərkəzi Univermağın yaxınlığında balıq mağazasının yerləşdiyi binanın üst mərtəbəsində Aydın Hacıyevgilə məxsus mənzildə kirayə qalmışdı. Aydın Hacıyev Mərkəzi Komitənin vaxtsız vəfat etmiş katiblərindən olmuş Nazim Hacıyevin oğlu, Hikmət Hacızadənin əmisi oğlu və Rəhim Qaziyevin də qohumu idi. Sonralar 1970-ci illərin axırında mən Əli Kosayevlə bir müddət İnşaat-Mühəndisləri İnstitutunun tarix kafedrasında bərabər çalışdıq. Onu Əbülfəz müəllimin üzünə durub əleyhinə ifadə verməkdə məzəmmət etdiyim zaman Əli dedi ki, bizim başımıza KQB-də gətirilən müsibətlər bizi belə ifadələr verməyə məcbur etdi. Əbülfəz müəllimə qarşı ifadələr verib onun üzünə duran bu tələbələr sonralar göstərdikləri xidmətlərə görə Dövlət təhlükəsizliyı, daxili işlər və hakimiyyət orqanlarında yüksək vəzifələrə təyin olundular.
Qaradağdakı İslah Əmək Düşərgəsi məhbusunun universitet venetikasında şəkili
Mən Universitetin son kursunda oxuyanda Əbülfəz müəllim hələ həbsdə idi.Tələbə dostlarımızla qərara aldıq ki, bizə dərs demiş müəllimiz kimi onun da şəklini buraxılış venetkasına salaq. Mən onun bir şəklini əldə etdim və venetkaya qoyduq. Tələbələrdən kimsə artıq bu haqda dekanatlığa xəbər vermişdilər. Fakultə- nin dekanı məni çağırdı və dedi ki, Əbülfəz müəllim siyasi bir məhbusdur, onun şəklini rektorun və Universitetin digər rəhbərləri ilə yanaşı qoymaq düzgün deyil.Mən dekana dedim ki, artıq gecdir, venetkalar hazırdır və pulu ödənib, o daha bir şey dəmədi.
Elçibəyin həbs müddətini Qaradağdakı ümumi rejimli islah əmək düşərgəsində çəkməsi təyin olunmuşdu. Qohumları hər ay və hətta ayda bir neçə dəfə Elçibəyin görüşünə gedir, ehtiyacı olduğu şeyləri ona çatdırırdılar. Mən də bir neçə dəfə Elçibəyin görüşünə getdim, lakin içəri buraxmadıqlarından onunla uzaqdan
Dostları ilə paylaş: |