ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM



Yüklə 0,89 Mb.
səhifə8/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   ...   5   6   7   8   9   10   11   12   13
Azərbaycanda PKK-nın dayaqları

Heydər Əliyev hakimiyyətinin Elçibəyi gözdən salmaq üçün medya vasitələrində yürütdüyü iftira, böhtan, qarayaxma kam- panyalarının vüsət aldığı bir dövrdə, 1998-ci il noyabrın 6-da Əbülfəz Elçibəy mətbuat konfransında Türkiyənin başına bəla olan terrorçu, marksist PKK-nın Heydər Əliyev, Y.Primakov və K.Brutens tərəfindən yaradıldığını elan etdi. Hakimiyyət dairələri bu bəyanatına görə, Elçibəyə qarşı Azərbaycan cinayət məcəlləsi­nin 188-6 maddəsinə əsasən Prezidentin şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə cinayət işi qaldırılaraq ölkədən çıxmasına qa­dağa qoyulmuşdu.Bir neçə ay davam edən istintaq işi respublika prokurorluğunda, məhkəmə prosesi isə Bakı şəhər məhkəməsinə təyin olunmuşdu.Məhkəmə ilə əlaqədar olaraq Əbülfəz bəy bəzi sənədləri təmin etmək üçün məni Ankaraya göndərdi.

1998-ci ilin aprelində İraqın şimalında Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən PKK-nın 2-ci adamı Şemdin Sa- kık məhkəmədə bir neçə MDB ölkəsi ilə yanaşı, Azərbaycanın da rəhbərliyinə daxil olan bir çox şəxsin PKK-ya hərtərəfli dəstək verdiyini etiraf etmişdi.Bunun arxasınca 1999-cu ildə Keniyada həbs olunaraq Türkiyəyə gətirilən PKK-nın terrorbaşı Abdul­la Öcalanın özü də məhkəməyə verdiyi ifadədə bildirmişdi ki, “PKK-nın Azərbaycanda nümayəndəliyi var, Azərbaycanın rəsmi şəxsləri bizə maliyyə yardımı ayırır.”Bu açıqlama PKK-nın yara­dılmasında Heydər Əliyevin rolunun olması və PKK ilə Azərbay­canın indiki iqtidarı arasında əlaqələrin tarixi köklərə malik oldu­ğu haqqında Əbülfəz Elçibəyin iddialarının doğruluğunu bir daha sübut edirdi.Öcalanın yeni açıqlamaları doğrultusunda məsələyə öz münasibətini bildirən Elçibəy qeyd edirdi ki, “Azərbaycanda PKK-nın güclü dayaqları vardır, onlar bir mərkəzdən idarə olu- nur.Bütün bunlara Heydər Əliyevin yaxın ətrafından olan tanın­mış şəxslər başçılıq edir”.

Mən Türkiyədə lazımı adamlarla görüşüb Şemdin Sakık və Abdulla Öcalanın istintaq zamanı verdikləri ifadələrin mətbuat­da verilməyən bəzi məqamlarını və PKK haqqında ələvə bir çox materialları əldə etdim, Elçibəylə onun qərərgahdakı kabinetində görüşüb gətirdiyim sənədlər haqqında məlumat verərkən o, mənə telefonu göstərərək bu haqda bir az hündürdən danışmağımı tap- şırdı.İki gündən sonra Elçibəyin yarqılandığı Bakı şəhər məh­kəməsinə getdiyimiz zaman məhkəmənin dayandrıldığını elan etdilər.Elçibəyə qarşı başladılan məhkəmə prosesini tələm-tələsik dayandırmaqda Azərbaycan iqtidarı, heç şübhəsiz ki, məhkəmə­də hakimiyyətin yüksək dairələrinə mənsub şəxslərin PKK terror təşkilatı ilə əlaqələri haqqında inkaredilmez dəlillərin açıqlanaraq ictimaiyyətə bəlli olacağından qorxuya düşmüşdülər.

Elçibəyin məhkəməsinin təxirə salınmasında Aydın Kərimovun rəhbərlik etdiyi vəkillər heyətinin Bəyin müdafiəsi işinin yüksək səviyyədə, peşəkarcasına təşkili mühüm rol oynadı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin