ELÇİBƏYSİZ MÜXALİFƏTİN
MƏRUZ QALDIĞI
SARSINTILAR
Elçibəyin xəstəliyinin şiddətlənməsi səbəbi ilə 2000- ci il iyulun əvvəllərində o, müalicəsini davam etdirmək üçün Türkiyəyə getdi.Bir müddət Ankara xəstəxanasında müalicə gördükdən sonra avqustun 9-da Türk Silahlı Qüvvələrinin Gülxanə Əskəri Tib Akademiyasına (GATA) köçürüldü. Türk həkimlərinin bütün fədakar səylərinə baxmayaraq onu amansız xəstəliyin pəncesindən xilas etmək mümkün olmadı. Əbülfəz Elçibəy avqustun 22-də Ankarada vəfat etdi. Elçibəy üçün Ankarada rəsmi dövlət törəni düzənlənərək tabutu Atatürkün Anıt məzarlığına və Türkiyə Böyük Millət Məclisinə götürüləcəkdi, lakin Türk xalqının öz övladına olan dərin sevgisinə qısqanclıqla yanaşanların göstərişi ilə rəsmi törənə ehtiyac görülmədən tabutu Müqəddəs Türk Bayrağına sarılaraq təyyarə ilə tələsik Bakıya göndərildi.Elçibəyi dərin məhəbbətlə sevən, ona sayqı göstərən minlərlə cəbhəçi ordusu, hərəkatçıların və sadə xalqın izdihamı həmin gün axşamüstü Bakı təyyarə meydanında onun cənazəsini dərin kədər və hüznlə qarşıladılar.
Elçibəyin cənazəsini qarşılamaq üçün getdiyimiz Bakı təyyarə meydanında Ankaradan təyyarənin gəlməsini gözləyərkən bir hadisə hər kəsin hiddətinə səbəb oldu.”Yeni Musavat” qəzeti və onun baş redaktoru Rauf Arifoğlu keçmişlərdə Elçibəyin nüfuzuna xələl gətirmək məqsədilə ardıcıl olaraq onu hədəf alan qərəzli yazılarının ənənəsini davam etdirərək həmin günki nömrəsində Bəyin çox ağır vəziyyətdə xəstəliklə ölüm qalım çarpışmasında olduğunu bildikləri halda bütün Elçibəysevərlərin heysiyyatına toxunan bir reytinq cədvəli dərc etmişdi.Guya qəzetin apardığı siyasətçilərin reytinq sorğusunun nəticəinə görə Heydər Əliyev 1-ci, İlham Əliyev 2-ci, İsa Qəmbər 3-cü və Eçibəy 4-cü sırada yer almışlar. Lakin Elçibəyi qarşılamağa gələn və onu son mənzilə yola salan insan seli uydurma reytinq cədvəlində deyil, xalqın qəlbində kimin hansı yeri tutduğunu sübut etdi.
Avqustun 23-də Elçibəy, onu bütün varlıqları ilə sevən insanların çiynində uzun bir məsafə qət edilərək rəsmi vida mərasiminin təşkil olunduğu Elmlər Akademiyasının iclas salonuna gətirildi və mərasim bitdikdən sonra Bakının indiyədək şahid olmadığı böyük insan selinin müşaiyəti və acı gözyaşları ilə Fəxri xiyabanda dəfn edildi.
Elçibəyin vəfatı təkcə AXCP üçün deyil, bütövlükdə müxalifət düşərgəsi üçün sarsıntıların başlanmasına səbəb oldu.Həyat bir daha sübut etdi ki, demokratik müxalifəti bir çatı altında birləşdirib onu avtoritar rejimə qarşı mübarizəyə səfərbər edə biləcək tək lider Əbülfəz Elçibəydir.Bəyin vəfatı lideri olduğu AX- CP-də qruplar arasındakı qarşıdurmanı nəinki səngitmədi, hətta münaqişənin daha da alovlanmasına və təşkilat daxilində varislik uğrunda mübarizənin daha da şiddətlənməsinə səbəb oldu.Xalq Cəbhəsi partiyası Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi “klassiklər” və Əli Kərimlinin rəhbərlik etdiyi “islahatçılar”-dan ibarət iki hissəyə bölündü və hər iki rəhbər özünü Elçibəyin əsl varisi hesab edərək paralel AXCP adını daşımağa başladılar.
Elçibəyə sədaqətli olan cəbhəçilər AXCP-nin “klassiklər“ qanadinda birləşərək 13 oktyabr 2000-ci ildə partiyanın III Qurultayını keçirib Mirmahmud Mirəlioğlunu özlərinə sədr seçdilər. Qurultayda qəbul edilən qərarla Əli Kərimli başda olmaqla “Yur- d”un AXCP-də təmsil olunan üzvləri Əbülfəz Elçibəyin siyasi xəttinə dönük çıxdıqlarına, uzun zaman Elçibəyi psixoloji -mənəvi terrora məruz qoyduqlarına, partiyada bölücülük, təfriqəçilik yaratdıqlarına görə partiya sıralarından xaric edildilər.Bununlada hər iki qanad tamamilə bir-birindən ayrılaraq adlarına “klassik” və “islahatçı” sözləri əlavə edilməklə eyni ad altında iki müxtəlif partiya kimi fəaliyyət göstərməyə başladılar.
Əli Kərimlinin rəhbərlik etdiyi AXCP qanadı hakimiyyətlə getdikləri gizli sövdələşmələr nəticəsində 6 millətvəkili yerinə layiq görüldülər.Mirmahmud Mirəlioğlu da millətvəkili seçilsə də o, öz mandatından imtina etdi və onun bu hərəkəti klassiklər qanadına qarşı hakimiyyətin təzyiqlərinin güclənməsinə səbəb oldu.
Klassiklər qanadı paralel təşkilat olan AXCP-dən 2006-cı ildə rəsmən ayrılaraq Klassik Xalq Cəbhəsi Partiyası adını qəbul etdi.
Yuxarıda da qeyd edildiyi kimi, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Elçibəyin vəfatından sonra hakimiyyətlə gizli sövdələşməsini davam etdirərək parlament seçkilərində 6 yer əldə et- mişdi.2005-ci parlament seçkilərində isə Əliyevlər rejimi AXCP ilə əməkdaşlığı artıq lazım bilməyərək ona parlamentdə deputat yeri ayırmaqdan imtina etdi.Ona görə ki, hakimiyyət dairələrəinə Əli Kərimli ilə əməkdaşlıq Elçibəyi nüfuzdan salmaq və AXCP daxilində münaqişəni qızışdıraraq onun hakimiyyətə qarşı mübarizə güçünü və enerjisini zəifletmək məqsədi güdürdü.Lakin təkcə Xalq Cəbhəsinin deyil, bütövlükdə müxalifətin ümumi lideri olan Elçibəyin vəfat etməsi və AXCP-nin “klassik”lər və “isla- hatçı”lar olmaqla iki yerə parçalanaraq müxalifətin mütəşəkkil aparıcı partiyası olmaq rolunu və güçünü qeyb etməsi Əli Kərim- linin AXCP-siylə əməkdaşlığın davam etdrilməsinə hər hansı bir lüzum qoymadı.2005-ci il parlament seçkilərindən kənarda qalması səbəbi ilə Əli Kərimlinin yaxın əhatəsində olaraq onu hakimiyyətlə əməkdaşlığında əsas vasitəçilər olan partiyanın nüfuzlu funksionerlərinin bir çoxu, o cümlədən əsas vasitəçi sima və sövdələşmənin ideoloqu Asim Mollazadə, Mahir Səmədov və digər hakimiyyət yanlılarından ibarət böyük bir funksionerlər dəstəsi AXCP-ni tərk etdilər.Görkəmli ziyalı Cəmil Həsənli partiyadan ayrılaraq millətvəkili seçildi. Partiya məclisinin sədri Qulam- hüseyn Əlibəyli görəvindən istehfa verərək AydınlarPartiyasını qurdu, Asim Mollazadə Əli Kərimlini və partiyanı tərk edərək Demokratik İslahatlar Partiyasını yaradaraq millətvəkili yeri əldə etdi, Qüdrət Həsənquliyev həm klassiklər həm də islahatçılar qanadından əhəmiyyətli dəstəni öz ətrafında birləşdirərək Bütöv Azərbaycan Xalq CəbhəsiPartiyasını, Fazil Qəzənfəroğlu Böyük Quruluş Partiyasını yaratdı.Əli Kərimlının ən yaxın silahdaşı Əliməmməd Nuriyev onu tərk edərək hakimiyyətlə əməkdaşlığa üstünlükverdi. Mahir Səmədov Rəsul Quliyevin partiyasına keçdisə də tezliklə ona qarşı da xəyanətə imza atdı. Beləliklə 2005-ci il seçkilərindən kənarda saxlanması nəticəsində AXCP tarixinin böyük sarsıntısını yaşayaraq müxalifətin önəmli siyasi partiyalarından biri olmaq yönündəki öz qabaqcıl rolunu qeyb etdi.
Elçibəyin partiyası olan AXCP-nin parçalanmalara məruz qalaraq öz siyasi önəmini qeyb etməsi və müxalifətin öncül partiyası olma rolunu itirməsinin ən böyük günahkarı Əli Kərimlidir.Onun rəhbərliyi altında “Yurd” fraksiyasının partiya daxilində apardığı pozuculuq fəaliyyətləri, hakimiyyətlə aparılan gizli sövdələşmələr və Elçibəyi nüfuzdan salmaq üçün onun əleyhinə aparılan böhtan və iftira kampaniyaları, Elçibəy tərəfdarı cəbhəçilərin partiyada əksəriyyət təşkil edən hissəsinin təşkilatı tərk etməsinə, sonrakı parçalanmalara səbəb olaraq AXCP-ni acınacaqlı duruma saldı.
2005-ci il seçkilərində hakimiyyət dairələrinin Musavat Partiyası ilə əməkdaşlığa üstünlük verərək ona parlaməntdə 5 yer ayırması bir-birlərini hakimiyyətlə əməkdaşlıqda və müxalifətin mənafeyinə xəyanətdə ittiham edən AXCP və Musavat Partiyaları arasında ziddiyətləri daha da dərinləşdirdi.
Elçibəy rəhmətə gedəndən sonra hər kəsin ümid dolu nəzərləri İsa Qəmbərə doğru yönəldi.Belə bir fikir dolaşmaqda idi ki, Elçibəydən sonra demokratik müxalifət düşərgəsində yaranan lider boşluğunu uzun illərin siyasi mübarizəsində bərkimiş, dövlət idarəçiliyi təcrübəsinə malik və Elçibəyin də yaxın mübarizə silahdaşı olan İsa Qəmbər müxalifət qüvvələrini öz ətrafında birləş- dirməklədoldurabilər.
Elçibəy nə öz sağlığında, nə ölümündən öncə yazmış olduğu vəsiyyətlərində heç bir siyasətçinin adını özünə varis qismində hallandırmamışdı.Xatırladığıma görə yalnız bir dəfə Kələkidən döndükdən xeyli sonra jurnalistin özünüzdən sonra kimi siyasi varis olaraq görürsünüz sualına Elçibəy ehtiyatlı şəkildə bunun İsa Qəmbər ola biləcəyini söyləmişdi. Jurnalistlər Elçibəyin bu sözünə İsa Qəmbərin münasibətini soruşduqda isə o, cavab vermişdi ki, mənim yaşım və malik olduğum siyasi təcrübə artıq kiminsə varisi olmaq deyil, bundan daha üstün mövqeyə malik olduğumu göstərir. Bu cavabla o, əslində Elçibəyə varis olmaqdan imtina etdiyini bildirmişdi.
Çox təəssüflər olsun ki, İsa Qəmbər müxalifəti öz ətrafında birləşdirib onu hakimiyyətə qarşı birgə uğurlu mübarizəyə səfərbər edə bilmək yönündəki ümidləri doğrulda bilmədi. Vaxtilə ŞADP (Şimali Azərbaycan Demokrat Partiyası) fraksiyasına rəhbərlik edərək AXC daxilində Eliçibəyin sədrliyinə qarşı mübarizə bayrağı qaldıran İsa Qəmbər nəinki birləşmiş müxalifətin liderinə çevrilə bilmədi, hətta öz partiyasına idarəçilikdə buraxdığı səhvlər üzündən hakimiyyətə qarşı mübarizənin öncül siyasi gücü olan Musavat Partiyası parçalanmalara məruz qalaraq ciddi sarsıntılar yaşadı. Rəsulzadənin “milliyətçilik və türkçülük “prinsiplərindən imtina edərək Qərbin liberal dəyərlərini öz əsas ideologiyasına çevirdi. Partiya daxilində yürüdülən antinaxçıvançılıq siyasəti nəticəsində Azərbaycanın siyasət meydanında önəmli nüfuzları olan Sülhəddin Əkbər, İbrahim İbrahimli və Səxavət Əlisoy başda olmaqla bir qrupun partiya sıralarını tərk etməsi partiyanın yaşadığı ilk sarsıntı oldu.İkinci ciddi sarsıntı isə İsa Qəmbərin ən yaxın mübarizə silahdaşı Vurğun Əyyub da daxil olmaqla partiya elitasının ən nüfuzlu dəstəsinin İsa Qəmbərin dəstəyi və təkidylə Arif Hacıyevin partiyaya başqan seçilməsinə etiraz əlaməti olaraq partiya sıralarını tərk edib Qubad İbadoğlunun sədr olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatına qatılmaları oldu.
Öz müəllimi Elçibəyə qarşı mübarizəni özünə məqsəd seçən, Surət Hüseynovun qiyamına dəstəkləyən, Heydər Əliyevin hakimiyyəti ələ keçirməsi yönündə canfəşanlıqla fəaliyyət göstərən Etibar Məmmədovun Milli İstiqlal Partiyası da böyük sarsıntılara məruz qalaraq siyasi səhnədən silinmək mərhələsinə gəlmiş- dir.1993-cü ildə Heydər Əliyev Etibarı Baş Nazir təyin etməkdən imtina etdikdən sonra sentyabr ayında Heydər Əliyevə sadiq Eldar Salayev, Rəsul Quliyev, Vilayət Quliyev, Vaqif Kərimov və bu kimi bir çox nüfuzlu siyasətçi AMİP-dən ayrılaraq Azərbaycan Demokratik İslahatlar Partiyasını yaradaraq hakimiyyətdə təmsil olundular. 2008-ci ildə isə partiyanın əvvəllər sədri seçilmiş Əli Əliyev Etibar Məmmədovun liderlik tərzi ilə razılaşmayaraq öz tərəfdarları ilə AMİP-dən ayrılıb Vətəndaş və İnkişaf partiyasını qurdu.
Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra onun 40 milyonluq Azərbaycan türkünü öz varlığı, azadlığı və bütövlüyü uğrunda apardığı mübarizədə bir araya gətirərək təşkilatlandırıb ərsəyə gətirdiyi ikinci böyük əsəri olan Bütöv Azərbaycan Birliyi öz fəaliyyətini Mərkəzi Şurasının sədri seçilən Arif Rəhimovun rəhbərliyi altında bir neçə il davam etdirdi.Elçibəyin ən layiqli davamçısı və Milli Azadlıq Hərəkatının fəal üzvlərindən olan Arif bəy gənc yaşlarından etibarən milli mübarizəyə qoşularaq Naxçıvanda ilk gizli qrupun yaradıcılarından olmuşdur.Siyasi fəaliyyətini Bakıda davam etdirməyə başladıqdan sonra Elçibəyin ən yaxın və sədaqətli silahdaşı kimi istər Xalq Cəbhəsinin, istərsə də BAB-ın təşkilatlanması işində, həmçinin hər iki təşkilatın “Proqram“ və “Nizamnaməsi“nin hazırlanıb ərsəyə gətirilməsində Bəyə yaxından köməklik göstərmişdir.Arif Rəhimovun ağır ürək xəstəliyinə tutulması və sonradan Avropaya mühacirət etməsi Bütöv Azərbaycan Birliyinin işinə də öz mənfi təsirini göstərərək Elçibəyin 40 milyonluq Azərbaycan Türkünə əmanət qoyub getdiyi bu müqəddəs yadigarının fəaliyyətində fasilə yaranmasına səbəb olmuşdur.
Türkiyədə təhsil almış, Elçibəyçi tələbə milli hərəkatın gənc, fəal iştirakçılarından olan, Əbülfəz bəyin kürəkəni Aqil Səməd- bəyli 2003-cü ildən Bütöv Azərbaycan Birliyi Mərkəzi Şurasının sədri seçilərək təşkilatın fəaliyyətini bərpa və davam etdirməkdədir.
Dostları ilə paylaş: |