Azərbaycan Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının bayrağ kimi qəbul edilməsi 1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisi Azərbaycan Mərkəzi hakimiyyətini xeyli qabaqlayaraq Naxçıvan cəbhəçilərinin israrı və toplantıya sədrlik edən Heydər Əliyevin dəstəyi ilə tarixi bir qərarla Azərbaycan Cümhuriyyətinin üç rəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul etdi və bu bayrağın Azərbaycanın rəsmi Dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycan Mərkəzi hakimiyyət orqanları qarşısında məsələ qaldırdı. Milli bayrağımızı Ali Məclisə cəbhəçi millət vəkilləri Bünyamin Qəmbərli və Telman Siyabov gətirib təqdim etdilər.