ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM


Heydər Əliyevin Bakıya gəlişi və mühafizəsinin təşkili



Yüklə 0,89 Mb.
səhifə5/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   2   3   4   5   6   7   8   9   ...   13
Heydər Əliyevin Bakıya gəlişi və mühafizəsinin təşkili

Heydər Əliyev Bakıya gəlib deputat kimi Ali Sovetin sessi- yasinda iştirak etmək istəyirdi, lakin ona sui-qəsd təşkil olunaca- gından ehtiyat edirdi.

1991-ci il dekabrın axırında Heydər Əliyevin Bakıya səfəri zamanı mühafizəsinin təşkil olunması məsələsini nəql edərkən bir çox naxçıvanlı cəbhəçi onun mühafizəsinin təşkilini guya Əbülfəz Elçibəy tərəfindən mənə həvalə olundugunu iddia edir. Hadisənin birbaşa iştirakçısı kimi bu məsələyə aydınlıq gətirməyi özümə borc billərək həmin hadisənin gerçək mahiyyətini bölüş­məyi qərara aldim.

Həmin vaxtlarda mən AXC Əlaqələr Şöbəsinin müdiri və­zifəsində çalışırdım.İstər Naxçıvandan, istər Ermənistandan, istərsə də digər rayonlardan olan cəbhəçilər Bakıya AXC qərar­gahına gəldikləri zaman mütləq bizim şöbəyə baş vurur, çay icir söhbət edirdilər. Heydər Əliyev Bakıya gəlmədən xeyli əvvəl Naxçıvandan olan Əmir və Abdulla mənim yanıma gəldilər və xahis etdilər ki, onları Elçibəylə görüşdürüm.Mən onların görüş məqsədi ilə maraqlandim, cünki onlar Naxçıvan AXC rəhbərli­yinə daxil deyildilər və ordakı hər hansı problemi müzakirə et­mək üçün AXC sədri ilə Muxtar Respublika cəbhəçilərinin rəh­bərləri görüşüb müzakirə apara bilərdilər. Əmir və Abdulla mənə dedilər ki, onları Heydər Əliyev göndərib və Elçibəyə deyəcəyi mühüm sözləri var.Mən yenə də təkid etdim ki, onların Elçibəyə çatdıracaqları mühüm xəbər nədən ibarətdir? Cavabında dedilər ki, Heydər Əliyev fevralın 5-də Azərbaycan Ali Sovetinin Ses­siyasında iştirak etmək üçün Bakıya gəlmək istəyir, lakin həya­tına təhlükə olacağından ehtiyat edir və Elçibəydən xahis edir ki, AXC Bakıda onun mühafizəsini təşkil etsin.Məsələnin mühüm­lüyünü nəzərə alıb Elçibəylə görüşdüm və onlarla birlikdə Bəyin qəbuluna getdik.

Elçibəy Əmir və Abdullanı diqqətlə dinlədi və cavab verdi ki, AXC təskilatı olaraq Heydər Əliyevin mühafizəsi məsuliyyətini öz üzərinə götürə bilməz. Heydər Əliyevin Bakıda coxlu tərəf­darları və yaxın adamları var. Onlar mühafizənin öhdəsindən la­yiqincə gələ bilərlər. Bəy onlardan soruşdu ki, mühafizə məsələ­sini daha kimlərlə müzakirə ediblər.Əmir və Abdulla bildirdilər ki, Sabuncu Rayonunun Polis İdarəsinin rəisi Etibar Qazibəyovla müzakirə ediblər və o, mühafizənin əsas agırlığını öz boynuna götürüb.Əgər AXC-də bu işə dəstək versə, Heydər Əliyevin təh­lükəsizliyi tam təmin olunar.

Elçibəy qətiyyətlə bildirdi ki, Xalq Cəbhəsi bu məsuliyyəti öz üzərinə götürə bilməz. O, zaman Əmir və Abdulla dedilər ki, şəhərin hər hansı bir yerində görüşüb Heydər Əliyevin mühafizəsi məsələsini müzakirə etmək çox təhlükəlidir. Bəydən xahiş etdilər ki, bu işə cəlb edəcəkləri adamlarla AXC qərargahında görüşməyə icazə versin. Bəy cavabında dedi ki, siz cəbhəçisiniz və istədiyiniz vaxti stədiyiniz adamlarla qərargahda görüşə bilərsiniz və mənə də göstəriş verdi ki, onların görüşüb müzakirələri üçün şərait ya­rat. Bundan sonra Əmir və Abdulla dəfələrlə müxtəlif adamlarla və xüsusən də Heydər Əliyevə simpatiyası olan Naxçıvanlı və Er- mənistanlı cəbhəçilərlə müntəzəm görüşərək mühafizənin təşkili məsələsini müzakirə etdilər. Bu görüş və müzakirələrdə o zaman mənim müdiri olduğum şöbəyə hər gün gələn, yaxın münasibət­lərdə olduğum Eldar, Həsən Zeynalov, Hafiz Haciyev, rəssam Məmməd Şirzadov və b. bu müzakirələrdə yaxından iştirak edir­dilər və Heydər Əliyevi öz maşınları və yaxın adamları ilə aero­portda (hava limanında) qarşılamağa heç kəsin göstərişi olmadan könüllü surətdə razılıq vermişdilər.

Naxçıvanda Heydər Əliyevin mühafizəsini təşkil edən cəbhə­çilər, istər Oqtay bəy, istərsə də Əmir bəy Bakıda Heydər Əliye­vin mühafizəsində öz rollarını xüsusi olaraq qabartmağa calışsa- lar da, bu işi öz həyatına qarşı bütün təhlükələri göz önünə alaraq təşkil edən və bu mühafizəni həyata keçirən Sabunçu Rayonunun o zamankı polis rəisi və Əliyevlərlə də yaxın qohumluq əlaqələri olan Etibar Qazibəyov idi. Nədənsə həm Əmir bəy, həm də Oq­tay bəy Etibarın adını çəkmirlər və bu məsələnin üstündən sü­kutla keçirlər. Elçibəyin guya Heydar Əliyevə olan xüsusi rəgbə- tini şişirtməyə də ehtiyac yoxdur.Bəy, Əliyevin diktatorluğunu, qəddarlığını amansız tənqidə məruz qoymaqla yanaşı, onun bəzi müsbət cəhətlərini də öz müsahibə və yazılarında aşkar surətdə diləgətirmişdir.

Heydər Əliyev cəbhəçiləri nədən sıxışdırdı

Naxçıvanda Heydər Əliyevlə cəbhəçilərin səmimi əməkdaş­lığı uzun sürmədi. Ali Məclisə sədr seçildikdən sonra öz mövqelə­rini möhkəmləndirərək tərəfdarlarını səfərbər edən Heydər Əliye­vi Naxçıvan kimi kiçik bir yerdə hakimiyyəti Xalq Cəbhəsi ilə bölüşdürmək artıq qane etmirdi.

Azərbaycan Ali Soveti sədrliyinə seçkilərdə Heydər Əliyevin namizədliyinin səsə qoyulmaması və Prezident seçkilərində yaş senzinin ləğv edilərək onun prezidentliyə namizədliyinin qey­də alınmasına köməklik göstərmədiyinə görə, Xalq Cəbhəsi və şəxsən Əbülfəz bəyə qarşı onun münasibətində mənfiyə doğru dəyişiklik yaratdı.

Cəbhəçilər kollektiv idarəçiliyin, Heydər Əliyev isə avto- ritarizmə əsaslanan təkbaşına hakimiyyətin tərəfdarı idi. Xalq Cəbhəsinə qarşı ilk münaqişə Naxçıvanın Baş naziri Becan Fer- zəliyevlə əlaqədar başlandı. Blokadaya alınmış Naxçıvana yar­dımlar gətirən və abadlıq işləri ilə məşğul olan Becan bəyə qarşı qısqanclıqlar başlanmışdı. 1992-ci ilin fevralın 14-də onun əley­hinə Naxçıvanın Azadlıq meydanında təşkil olunmuş mitinqdə Heydər Əliyev tərəfdarları Becan bəyin istefasını tələb etdilər. Becan Ferzəliyev öz vəzifəsindən istefa verib Naxçıvanı tərk et­məyə məcbur oldu.

Becan Fərzəliyev Xalq Hərəkatının görkəmli nümayəndəsi və AXC-ni yaradan təşəbbüs qrupunun üzvlərindən biri idi.Politex- nik İnstitutunun müəllimi olan Becan bəy Xalq Cəbhəsi Oktyabr Rayon Şöbəsinin yaradıcılarından biri olub, uzun illər AXC Nə­zarət Təftiş Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdi. O, Xalq Cəbhəsi sıralarında Əbülfəz Elçibəyin ən sadiq müdafiəçilərin­dən və ən yaxın silahdaşlarından biri idi. Atalar “Ot kökü üstündə bitər“- demişlər.Əslən Şərur-Dərələyiz qəzasının Çimənkəndin- dən olan Becan bəyin atası İbrahim Ferzəliyev 1918-21-ci illər­də milli Azadlıq hərəkatının fəal iştirakçısı olmuş, bir sərkərdə kimi könüllülər alayına rəhbərlik edərək əvvəlcə müstəqil, sonra isə “Qırmızı taborun” tərkibində silahdaşı və dostu Abbasqulu bəy Şadlinski ilə birlikdə Şərur və Vedibasar ərazilərinin erməni quldurlarından temizlənməsində böyük qəhrəmanlıqlar göstər­mişdir. AXC qərərgahlardan məhrum olduğu zamanlarda Becan Ferzəliyevin Yasamaldakı evi təşkilatın əsas qərərgahına çevril­miş, qərargahla təmin olunduğumuz zamanlarda isə 2-ci qərargah rolunu oynamışdı.

Becan bəyin həyat yoldaşı Zəminə xanım evində hər zaman dolub-daşan cəbhəçiləri bir türk qadınına yaraşan şəkildə qo­naqpərvərliklə, mehribancasına qarşılar, qayğılarına qalar, qa­rınlarını doydurar, gülərüzlə yola salardı. Zəminə xanımın tim­salında bütün cəbhəçi xanımların xalq hərəkatında fədakarcasına iştirakını böyük cəsarət və təmənnasız vətənpərvərlik nümunəsi kimi dəyərləndirmək lazımdır. Biz cəbhəçi bəylərin xanımları, o cümlədən həyat yoldaşım Elmira xanım uzun illər ərzində apardı­ğımız azadlıq mübarizəsində bizə hərtərəfli dəstək verərək ailənin bütün ağırlığını və qayğısını öz üzərinə götürməklə yanaşı, xalq hərəkatında da fəal iştirak etmişdilər. Onların bu fədakarlıqları­nı minnətdarlıqla yad etmək bir təşəkkür borcumuzdur. Becan bəyin bacarığı, təşkilat içərisindəki nüfuzu və Elçibəyə yaxınlıq göstərərək bir dost kimi onu hücumlardan müdafiə etməsi təş­kilat daxilində bir çoxlarının hədsiz qısqanclığına səbəb olaraq onu da intriqaların hədəfinə cevirirdi. Onun evinə bir neçə dəfə qumbara atılmış, atəşə tutulmuşdu.

Heydər Əliyev 1993-cü ilin yayaında Azərbaycanda haki­miyyəti ələ aldıqdan sonra Becan Ferzəliyev ölkəni tərk edərək Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmışdır.

Müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu

Oktyabrın 18-də Ali Sovetin Sessiyasında Müstəqil Azərbay­can blokunun güclü təzyiqləri altında bir neçə gün davam edən gərgin müzakirə və mübahisələrdən sonra “Azərbaycan Respub­likasının Müstəqilliyi haqqında Konstitusiya aktı“ qəbul edildi. Ali Sovetin ətrafında toplaşan biz cəbhəçilər bu qərarı böyük se­vinc və coşqunluqla qarşıladıq.Oktyabrın 20-də Azadlıq Meyda­nında Müstəqillik aktının qəbul olunmasına həsr olunmuş böyük mitinq oldu.Xalq böyük sevinc və ruh yüksəkliyi içərisində bunu Cəbhənin qələbə mitinqi kimi qeyd etdi.Əbülfəz bəy evdə müali­cə olunduğu üçün həkimlər onun bayram əhval ruhiyyəli bu mi­tinqə qatılmağına icazə vermədilər.Azərbaycan Xalq Cəbhəsi qısa müddətdə böyük uğurlara imza atmışdı: siyasi məhbuslar azad edilmiş, milli ordu haqqında qanun qəbul edilmiş, KP buraxıl­mış, Müstəqillik haqqında akt qəbul edilmişdi. Lakin Müstəqillik haqqında akt qəbul olandan sonra da Mixail Qorbaçov Azərbay­cana təzyiqləri gücləndirib onu “Ümumittifaq İqtisad Müqavilə­sinə qol çəkdirməyə məcbur etməyə çalışırdı.Xəbər yayılmışdı ki, Bakıya yeni qoşun hissələri gətirilib.

1991-ci il 8 dekabrda Rusiya, Ukrayna və Belarusiyanın işti­rakı ilə Müstəqil Dövlətlər Birliyinin(MDB) yaranması haqqında Minsk sazişinin imzalanması nəticəsində SSRİ adlı Sovet İmpe­riyası ortadan qalxaraq tarixin arxivinə gömülmüş oldu.Əbülfəz müəllimin hələ 70-ci illərin əvvəllərində biz tələbələrinə peyğəm­bərcəsinə söylədiyi „siz Sovet İmperiyasının dağılmasının şahidi olacaqsınız“. Lakin bizim də şübhə ilə yanaşdığımız Bəyin o məh- şur sözləri gerçək oldu.Elçibəy öz Prezidentliyi dövründə bütün təzyiq və təhdidlərə baxmayaraq SSRİ-nin dirçəldilməsində yeni bir cəhd kimi dəyərləndiyi bu Birliyə üzv olmaqdan imtina etdi. Bir çox “siyasətçilər” hələ o dövrdə onu bu məsələdə günahlan­dıraraq Dağlıq Qarabağ probleminin həllində bizim MDB üzvlü­yünə daxil olmamağımızın çox mənfi nəticələrə səbəb olduğunu iddia edirdilər.Lakin hakimiyyəti zəbt etdikdən sonra Heydər Əli­yevin ilk işi 24 sentyabr 1993-cü ildə MDB sazişinə imza atmaq­la Azərbaycanı buBirliyə üzv etdisə də, torpaqlarımızın işğalı və Rusiyanın ölkəmizə təzyiqləri davam etdi.MDB-yə üzvlüyümüz bizə qarşı artan təzyiq və tələblərdən başqa bu günədək ərazi bü­tövlüyümüz və digər məsələlər barəsində Respublikamıza hər hansı bir müsbət dəyişiklik gətirmədi və bu məsələdə Elçibəyin nə qədər doğru bir siyasət yürütmüş olduğunu sübut etdi.

Müstəqillik aktı qəbul edildikdən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr noyabrın 8-də qardaş Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası oldu.

Milli Şuranın yaradılması

Noyabr ayında Ali Sovet “Demblokun” və “kommunist blo­kunun” qarşılıqlıqlı razılaşması əsasında hər blokdan 25 nəfər olmaqla 50 nəfər üzvlə Ali Sovetin Milli Məclisinin yeni Mil­li Şurası yaradıldı.Xalq Cəbhəsindən İsa Qəmbər, Arif Haciyev, Ədalət Rəhimli, Ibrahimli, Məryəm Həsənova və b. Milli Şuraya üzv seçildilər.

Respublikada mütəşəkkil bir siyasi gücə çevrilən Azərbaycan Xalq Cəbhəsinin xalq içərisində də nüfuzu getdikcə artmaqda idi. Moskvanın ölkəmizə qarşı cinayətlərinə şərik olan, xalqın gözün­dən düşərək tamamilə iflas edən Kommunist partiyası özünü bu­raxmaq haqqında qərar verdikdən sonra Cəbhə rəhbərliyi, Səbail Rayon (keçmiş 26-lar rayonu) Partiya Komitəsinin Uzeyir Ha­cıbəyov küçəsində, Sahil metrosunun yaxınlığında yerləşən bina­sının Cəbhəyə qərərgah kimi verilməsini tələb etdi.Artıq müqa­vimət göstərmək qüdrətində olmayan hakimiyyət dairələri əlacsız qalıb həmin binanı Cəbhəyə qərargah olaraq verdi və sentyabrın 20 də biz ora daşındıq.

AXC İcraiyyə Komitəsi, işçiləri və fəalları

Xalq Cəbhəsi İdarə Heyətinin bir çox üzvü deputat seçildik­dən və Milli Şuraya üzv olduqdan sonra Cəbhənin işləri ilə məş­ğul olmaq imkan və zamanları yox idi. Ona görə də Cəbhənin sədri Əbülfəz bəy təşkilatın çevik və səmərəli işləməsini təmin etmək məqsədi ilə yeni təşkilat strukturu formalaşdırdı.Onun sərəncamı ilə 1991-ci il dekabrın 2-də sədrin müavinləri, şöbə müdirləri və sədrin özəl olaraq təyin etdiyi on nəfərdənibarət yeni qurum, AXC İcraiyyə Komitəsi yarandı.

Bəyin sərəncamı ilə mən ümumi şöbə müdirliyindən azad olunaraq yeni yaradılan əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü təyin edildim.Mənim yerimə ümumi şöbənin müdiri vəzifəsinə Arzu Səmədov təyin olundu.

Tələbəlik dostum və mübarizə arkadaşım Yadigar Babayev iqtisadiyyat şöbəsinin müdiri təyin edildi.Ümumiyyətlə, çox is­tedadlı bir insan olan Yadigar bəy tarixçi olmasına baxmayaraq iqtisad elminin dərinliklərinə yiyələnərək Azərbaycanın və ayrıca Naxçıvan Respublikasının iqtisadiyyatının bir çox sahələri üzrə iqtisadi inkişaf konsepsiyaları hazırlamışdı.Jurnalistika sənətinə də yaxından bələd olan Yadigar bəy hələ universitetdə oxuduğu zamanlar Elektrik Avadanlıqları Zavodu qəzetinin redaktoru və­zifəsində çalışırdı. Sovet dövründə komsomol fəalı kimi bir neçə xarici ölkədə olmuşdu. Bir neçə kitabın, o cümlədən, elmdə yeni sahə olan ictimai həyatın optimallaşdrılmasına dair sanballı bir əsərin müəllıfi idi.Yadigar bəy 2009-cu ildə gənc yaşda vəfat etdi.

İcraiyyə Komitəsinin digər üzvlərindən Qabil Məmmədov və Daşqın Ağalarov hələ tələbəlik dövründən Milli-Azadlıq hərə­katına qoşulmuşdular.Daşqın bəy Neft Kimya İnstitutunun tələ­bəsi olan zaman AXC-nın təsis konfransının iştirakçısı olmuş, sonra da Cəbhənin Nəsimi Rayon Şöbəsinin də yaradıcılarından olmuşdur.Mübariz cəbhəçi və istədadlı təşkilatçı kimi 1991-ci ildə AXC-nin yeni strukturu formalaşarkən “Qarabağ və sərhəd zonaları” şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü təyin edilmişdi.Elçibəy hakimiyyəti dövründə Dövlət Neft Şirkətində Baş İdarə rəisi vəzifəsində çalışmışdır.

Qabil Məmmədov gənc yaşlarından Politexnik İnstitutunun tələbəsi olduğu zamanlardan Milli Azadlıq hərəkatına qoşularaq Meydan Hərəkatının fəal iştirakçılarından idi.Hər ikimiz Nüma­yiş Komitəsində Aydın Məmmədovun rəhbərlik etdiyi təbliğat sahəsində fəaliyyət göstərirdik.AXC-nin Oktyabr Rayon Şöbəsi­nin yaradıcılarından biri olan Qabil Məmmədov AXC Qarabağ və Sərhəd Zonası Şöbəsini də yaradan və rəhbərlərindən biri kimi İcraiyyə Komitəsinin üzvü təyin olunmuş, Elçibəy hakimiyyəti dövründə Respublika Daxili İşlər nazirinin 1-ci müvini vəzifəsin­də çalışmışdı.

AXC Ümumi Şöbəsi və Əlaqələr Şöbəsinə rəhbərlik etdiyim dövrlərdə milli Azadlıq Hərəkatında birgə fəaliyyət göstərdiyi­miz bir çox mübarizə arkadaşımız-- Müsəvvər Əsgəroğlu, Mir- cəlal Yusifov, Elxan Mehdiyev, Natiq Ələsgərov, İlham Babayev şöbənin əməkdaşları olaraq təşkilatın işlərini yerinə yetirməkdə Cəbhəyə fədakarcasına yardım göstərirdilər.

Musiqişünas və bəstəkar Müsəvvər Əsgəroğlu əslən Naxçı­vanın məhşur Kəngərli soyuna mənsub idi.Ulu babası Şahbaz ağa Kəngərlilərin Bilici qolunun görkəmli nümayəndəsi, XX əsrin əvvəllərində Naxçıvanın adlı - sanlı, öz xeyriyyəçilik fəaliyyə­ti ilə ün qazanmış şəxslərindən biri idi.Kəngərlilərin Bilici qolu Səfəvilər dövründən etibarən ilk öncə Kərim sultandan başlaya­raq bu boyun vəkili, yeni tayfa rəisləri, Kəngərlilərdən Murad xanın törəmələri isə Naxçıvanın xanları təyin olunurdular ki, bu ənənə son dövrlərə qədər davam etmişdir.Kərim sultanın törəməsi olan Şahbaz ağanın üç oğlu vardı- Müsəvvər paşa, İbrahim bəy və Şükür ağa.Müsəvvər bəyin babası Müsəvvər paşa, oğlu Əsgər bir yaşında olarkən bolşeviklər tərəfindən həbs edilmiş, Şahbaz ağa­nın bütün əmlakı isə müsadirə olunmuşdu.Nənələri Bədir xanım uşaqlara zərər dəyməsin deyə Kəngərli soyadını dəyişib öz qızlıq soyadı olan Əsgərov soyadını qəbul etmişdi.

Müsəvvər bəyin əmisi Fikrət Kəngərli, Şahbaz ağanın digər oğlu İbrahim bəyin oğlu və AXC İdarə Heyətinin üzvü Dilarə xa­nım Əliyevanın həyat yoldaşıdır.

Bütün cəbhəçilərin hörmətlə “ana“ adlandırdığı Müsəvvər bəyin anası Gültəkin Səfərli Naxçıvanın XX əsrin əvvəllərində məhşur vətənpərvər ziyalısı Mirzə Həsən Səfərlinin qızıdır.Tif- lisdə Seminariya bitirmiş Mirzə Həsən teatr xadimi kimi Naxçı­vanda rejissorluq və aktyorluq fəaliyyəti göstərməklə yanaşı rus məktəblərində Azərbaycan dili və ədəbiyyatını, Azərbaycan mək­təblərində isə rus dili və ədəbiyyatını tedris etmişdir. Mirzə Həsən Səfərli zamanın görkəmli ziyalıları, o cümlədən Hüseyn Cavid və Mirzə Cəlillə dostluq etmişdir”. Ot kökü üstündə bitər - “de­miş atalar.Milli Azadlıq Hərəkatının əsas simalarından biri olan Gültəkin ana hələ 88-ci ildən başlayaraq öz əli ilə tikdiyi bay­raqlarla meydanı bəzəyərək könülləri feth etmiş və mitinqlərdə öz xeyir-duası və müdrik məsləhətləri ilə “Cəbhəçilərin Gültəkin anası “ünvanını qazanmışdır.Gültəkin ananın Xalq Hərəkatının milli öncüllərindən olan Müsəvvər bəylə yanaşı digər oğlu Azər Əsgərov xalq hərəkatı sıralarında avtoritar rejimə qarşı fədakar- casına cəsarətli mübarizəsinə görə bir neçə il həbsə məhkum edilərək, işgəncələrə məruz qalmış və sərbəst buraxıldıqdan bir müddət sonra gənc yaşda dünyasını dəyişmişdir

Əslən Kələki kəndindən və Əbülfəz bəyin də qohumu olan Mircəlal Yusifov Universitetin Şərqşünaslıq fakultəsinin ərəb dilı bölümünü bitirmiş, Sovet dönəmində uzun illər ərzində bir çox Ərəb olkəsində tərcüməçi işləmişdir.Tarix elmləri namizədi olan Mircəlal bəy Elçibəy hakimiyyəti dönəmində Xarici İşlər naziri­nin müavini vəzifəsində çalışmışdır.

Elxan Mehdiyev əslən Qubadlı rayonundan idi. İngiltərədə politologiya üzrə stajartırma kursunda təhsil almış, Respublikada konfliktologiya sahəsində əsas mütəxəssislərdəndir.İndi də mət­buatda və toplantılarda politologiya üzrə təhlilləri və şərhləri ilə önəmli bir mövqeyə sahibdir.

Uzun illər ərzində Respublikanın bir çox böyük sənətkarları ilə birlikdə müxtəlif musiqi kollektivlərində fəaliyyət göstərmiş görkəmli kaman ifaçısı İlham Babayev Əbülfəz Elçibəyə qarşı öz fanatik sevgisi ilə fərqlənən fədakar bir cəbhəçi, Xalq Hərə­katının fəal iştirakçısı olmuşdur.İlham bəy uzun illər ərzində istər Cəbhənin Xarici Əlaqələr Şöbəsinin, istərsə də bütövlükdə qə- rargahdakı digər işlərin yerinə yetirilməsində könüllü olaraq yo­rulmadan yardım göstərmiş, Əbülfəz bəyi öz köhnə Jiqulisində təcili toplantılara çatdırmış, ya da, dəfələrlə təhlükələrdən qoru- yaraq qarışıqlıqların olduğu məkanlardan uzaqlaşdırmışdır.İlham bəy qərərgahın giriş qapısı ağzında sakit vaxtlarda kamançasını ələ alar, cəbhəçiləri öz həzin mahir ifası ilə ətrafına toplayaraq onları riqqətə gətirərdi.İlham bəyin ixtisasca ədəbiyyat müəllimi kimi uzun illər ərzində Yasamaldakı 38 nömrəli orta məktəbdə dərs dəyən həyat yoldaşı Sima xanım həmin məktəbdə özü kimi fədakar cəbhəçi və müəllim yoldaşı olan Gülüstan xanımla bir­likdə Xalq Cəbhəsinin dayaq dəstəsini yaratmışdılar.

Əslən Ağdamlı olan Natiq Ələsgərov gənc yaşlarda Xalq Hərəkatına qoşulmuş və ailəlikcə AXC-nin yaranmasında aktiv fəaliyyət göstərmiş, Nəsimi Rayon Şöbəsinin yaradıcılarından və rəhbərlərindən biri olmuşdur.

Respublikada vəziyyətin daha da gərginləşməsi

1992-ci ilin yanvarından başlayaraq Respublikada vəziyyət daha da gərginləşməyə başlamışdı. Dağlıq Qarabağın Azərbay­canlılar yaşayan kəndlərinə ermənilərin hücumları şiddətlənmiş bir çox kəndlər işğala məruz qalaraq viran edilmiş, əhalisinin çoxu ya öldürülmüş, ya da qaçqın vəziyyətinə düşmüşdülər.Azər- baycanın Dağlıq Qarabağla sərhəd rayonlarında və ermənilərin yaşadıqları Goranboy, Gəncə və Qazax bölgələrinin kəndlərində də erməni quldur dəstələri terror əsdirirdilər.Ayaz Mütəllibov ha­kimiyyəti ərazilərimizi erməni işğalından və əhalini erməni qətli- amlarından qorumaqda tam acizlik nümayiş etdrirdi.

Xalq yənə də bütün ümidini Xalq Cəbhəsinə bağlamışdı.Cə- bhə rəhbərliyi təşəbbüsü öz əllərinə alaraq Rrespublikadakı acı­nacaqlı vəziyyəti müzakirə edib çıxış yolları tapmaq üçün AXC rəhbərliyinin, Milli Şura üzvlərinin, hakimiyyət rəhbərliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 1992-ci il 5-fevralında Qarabağa dair birgə müşavirə təşkil etdilər.Müşavirədə Əbülfəz Elçibəy başda olmaqla AXC rəhbərliyi, Dövlət katibi Midhət Ab­basov, Baş nazir Həsən Həsənov, Ali Sovetin sədri Elmira Qafa­rova və digər vəzifəli şəxslər iştirak edirdilər. İclasa Milli Şuranın üzvü İsa Qəmbər sədrlik edirdi.İlk olaraq çıxış edən Əbülfəz bəy Qarabağda yaranmış təhlükəli vəziyyətə diqqətləri yönəldərək, Azərbaycanı öz fəaliyyətlərinin mərkəzinə çevirmiş beynəlxalq erməni terrorizminə qarşı Respublika rəhbərliyinin vahid müba­rizə proqramına malik olmamasını, ordu quruculuğunun yarıtmaz vəziyyətdə olmasını, iki aydan bir Müdafiə nazirlərini dəyişdir­məklə orduya rəhbərliyin iflic vəziyyətə salınmasını, Kəşfiyya­tın yarıtmazlığını kəskin şəkildə tənqid edərək bütün bu işlərdə Prezidentin və Ali İcra Hakimiyyəti rəhbərliyinin təqsirkar oldu­ğunu qeyd etdi.Müşavirə iştirakçılarının dəfələrlə inadlı tələbin­dən sonra Ayaz Mütəllibov nəhayət Müşavirəyə təşrif buyurdu və Müşavirədə iştirak edən cəbhəçilərin sərt ittihamlarını dinləmək məcburiyyətində qaldı.

Ayaz Mütəllibov Respublikada ictimai-siyasi vəziyyət, bey­nəlxalq münasibətlər haqqında geniş izahat verdi, Dağlıq Qara­bağ probleminin həlli və ərazi bütövlüyünün qorunması sahə­sində görüləcək tədbirlərdən danışıb çoxlu vədlər verdi, sualları cavablandırdı.Müşavirədə iştirak edən Cəbhə rəhbərliyi vəziyyəti düzəltmək və qoyulan tələbləri yerinə yetirmək üçün hakimiy­yətə üç həftə vaxt verdi və vəziyyətdə bir dəyişiklik olmayacağı təqdirdə üç həftə sonra çağırılacaq yeni Müşavirədə Prezidentin istefası məsələsinin qoyulacağına qərar verdi.

Lakin bütün tələblərə, verilən vədlərə və güya həyata keçi­rilən tədbirlərə baxmayaraq Respublika rəhbərliyinin bacarıq- sızlığı, öz xalqını erməni qırğınlarından qorumaqda acizliyi və qabiliyyətsizliyi üzündən feralın 26-da erməni quldur dəstələri 366-cı rus alayının da iştirakı ilə uzun müddətdir artıq mühasirə şəraitində yaşayan Xocalı qəsəbəsində dinc Azərbaycanlı sakin­lərinə qarşı dəhşətli qətliam torətdilər, yüzlərlə qadın, uşaq, yaşlı köməksiz insanlar vəhşicəsinə, amansızlıqla qətlə yetirildilər.

15 fevralda AXC Ali Məclisi öz Sessiyasinda Respublikada­kı ictimai-siyasi vəziyyəti müzakirə edərək qərara aldı ki, “Pre­zident başda olmaqla Ali İcra Hakimiyyətinin istefası və bütün hakimiyyətin müvəqqəti olaraq Azərbaycan Respublikasi Milli Şurasına verilməsi qəti tələb edilsin”.

AXC Məclisinin 4 mart Sessiyasında qarşıdakı prezident seç­kilərində Cəbhənin iştirakı və onun namizəd irəli sürməsi məsələ­si müzakirə olundu. Xalq Cəbhəsinin seçkilərdə iştirak etməsi və Əbülfəz ElçibəyinPrezidentliyə namizəd göstərilməsi Məclis üzvləri tərəfindən təklif olundu.

Martın 5-də AXC və Milli Şuranın tələbi ilə Ali Sovetin fövqə­ladə sessiyası çağrılması ilə əlaqədar iki gün davam edən möh­təşəm mitinq başladı.Mitinqi Abbas Abdulla İdarə edirdi.Mitinqin əsas tələbləri Prezidentin və Ali Sovet rəhbərliyinin istefasından ibarət idi.Sessiyada Prezidentin tərəfdarları o cümlədən Araz Əli­zadə təklif edir ki, mitinq iştirakçılarına qarşı sərt tədbirlər həyata keçirilsin və müxalifət partiyalarının fəaliyyəti qadağan edilsin. Xalqın təzyiqi ilə mitinqin ilk günü Ali Sovetin sədri Elmira Qa­farova istefa verdi və onun yerinə Tibb İnstitutunun rektoru Yaqub Məmmədov Ali Sovetə sədr seçildi.Martın 6-da Sessiyanın ikinci günü isə çox böyük təzyiq və mübahisələrdən sonra nəhayət Ayaz Mütəllibov Prezidentlikdən istefa verdi.Mitinq iştirakçıları onun istefasını böyük coşqu və sevinclə qarşıladılar.

Sessiya ayrıca AXC-nin iştirakı ilə koalisyon hökumət yara­dılması haqqında da qərar qəbul etdi.Razılaşdırma protokoluna əsasən Ankaradakı Azərbaycan Milli Mərkəzinin də (Musavat Partiyasi) nümayəndəsi koalisyon hökumətdə iştirak etməli idi. Lakin bu koalisyon razılaşmasının həyata keçməsi mümkün ol­madı. Əbülfəz bəy özünü rahatsız hiss etdiyi üçün Sessiyanın işində iştirak etmirdi, o, istefalar münasibəti ilə mitinq iştirakçı­larına təbrik göndərdi.

Yaqub Məmmədovun hakimiyyəti və kadrları

Azərbaycan Xalq Cəbhəsinin tələblərindən biri də Prezident­lik İdarə üsulunun leğv edilməsi, Parlamentli Respublika siste­minə keçilməsi və bütün hakimiyyətin Milli Şuraya verilməsiidi. Xalq Cəbhəsi Prezidentlik İdarə üsulunun ləğv edilməməsi təqd- rdə seçkilərdə iştirak edib öz namizədini irəli sürəcəkdi.Lakin Ali Sovetin yeni seçilən sədri və Prezident əvəzi Yaqub Məmmədov bu şərtlərin həyata keçməsinə müsbət yanaşmadi.

17 martda Ali Sovetin rəhbəri Yaqub Məmmədov heç sev­mədiyi və həqiqətən də tutduğu bütün vəzifələrdə özünü yarıtmaz və bacarıqsız bir kadr kimi göstərənTahir Əliyevi Müdafiə naziri vəzifəsindən azad edib onun yerinə bu qərarla Azərbaycanı hansı bəlalara düçar etdiyinin fərqində olmadan yaxın münasibətdə ol­duğu Rəhim Qazıyevi təyin etdi. Hər halda Əbülfəz Elçibəy pre­zident seçildikdən sonra Rəhim Qzıyevi Müdafiə Naziri təyin edə biləcəyinə inanmaq mümkün deyil.Tahir Əliyev isə Daxili İşlər Naziri oldu və Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra onu İsgəndər Həmidov əvəz etdi.1991 ci ilin əvvəlində IV konfransda Cəbhənin İdarə Heyətindən istefa edən Rəhim Qaziyev QKÇP Dövlət çevrilişi zamanı müəmmalı surətdə Moskvaya gedib or­dan zəng edərək sədri oduğu Oktyabr Rayon Şöbəsinə prezident seçkilərində Ayaz Mütəllibovu dəstəkləyib onun təbliğatını apar­maq göstərişi verdikdən sonra mənim də üzv olduğum Rayon İdarə Heyəti iclas çağırıb onu təcili olaraq İdarə Heyəti sədri və­zifəsindən azad etdi və Tofiq Seyidovu sədr seçdik. Formal olaraq cəbhəçi qalan və Cəbhədən öz müəmmalı məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan Rəhimin Müdafiə Naziri təyin edilməsi haqqında AXC rəhbərliyi hər hansı bir təklif irə­li sürməmişdir.Xalq Cəbhəsi rəhbərliyi Qarabağda son zamanlar göstərdiyi fəallığı nəzərə alıb onu yalnız Qarabağın müdafiə iş­lərini təşkil edəcək olan Qarabağ üzrə qərargah rəisliyinə təklif etmişdi.

Rəhim Qazıyevin Müdafiə naziri təyin edilməsi tələbi ilə na­zirliyin qarşısında çoxsaylı piketlər keçirərək canfəşanlıq edən Məlik kişinin rəhbərlik etdiyi Milli Qurtuluş partiyası idi.

Rəhim Qaziyevlə İnşaat İnstitutunda birgə çalışırdıq.O, riya­ziyyat kafedrasında, mən isə fəlsəfə kafedrasında müəllim işləyir- dik.O da miilli Azadlıq hərəkatının fəal iştirakçısı oldu. Cəbhə­nin İnstitutdakı dayaq dəstəsininin yaranmasında birgə çalışdıq və sonra da Oktyabr Rayon Şöbəsinin təşkil olunmasında digər dostlarla birlikdə fəaliyyət göstərdik.Hələ Cəbhənin təşəbbüs qrupları formalaşmağa başlayanda Əbülfəz bəyin tələbəsi kimi onunla yaxın münasibətdə olduğumu bildiyi üçün onu Bəylə tanış etməyimi xahiş etdi.Onları görüşdürdüm və Rəhim bizi evlərinə dəvət etdi və bununla da hər ikisi arasında səmimi münasibət ya­randı və bu münasibətin Rəhimin AXC Təsis Konfransında İdarə Heyətinə üzv seçilməsinin mühüm rolu oldu.

20 yanvar hadisələrində həbs olunaraq bir müddət Moskvada qalan Rəhim Qazıyev azadlığa buraxılıb Bakıya döndükdən son­ra davranış və fəaliyyətindəki dəyişikliklər aşkar şəkildə özünü biruzə verməyə başlamışdı.Yanvar hadisələrindən öncə də Rəhim Qaziyev Milli Müdafiə Komitəsinin digər üzvləri Etibar Məm­mədov və Nemət Pənahovla birlikdə özlərini Xalq Cəbhəsinin fövqündə görür, böyüklük maniyasına düçar olaraq İdarə Heyəti­nin digər üzvlərinə və təşkilatın rəhbər orqanlarına qarşı etinasız və saymazyana davranışlar sərgiləsə dəlakin Əbülfəz bəyə qarşı münasibətləri hələ etik normaları aşmırdı.Həbsdən sonra Rəhimin də Əbülfəz bəyə qarşı davranışlarında Nemət kimi sayqısız və tərbiyəsiz formada olmasa da, bir etinasızlıq və səmimiyyətsizlik özünü biruzə verirdi və getdikcə daha kəskin forma alırdı.Xalq Cəbhəsinin toplantılarında cəbhəçilərə müraciətlə heç şübhəsiz Əbülfəz bəyi nəzərdə tutaraq tez-tez “şəxslərin deyil, ideyaların arxasınca getmək lazım olduğunu” tövsiyə edirdi.

Rəhimin Əbülfəz bəyə qarşı sayqısız münasibəti cəbhəçilərin çoxsunda olduğu kimi mənim də hiddətimə səbəb olurdu.Təx- minən 1991-ci ilin avqustun əvvəllərində Rəhim Qazıyev, Sabir Yanardag və Şəki şəhəri Muzeyinin direktoru Nəsiblə birlikdə qərargaha gəldilər və Əbülfəz bəylə görüşmək istədiklərini bil- dirdilər.Sabirin əlində özünün müəllifi olduğu bir neçə əlyazma kitab vardı, onları mənə verib öxumağımı və cəbhəçilərə pay­lamağımı tövsiyə etdi.Sabir Yanardağı tanıyırdım, özünü böyük dissident kimi qələmə verən yazıçı publisist idi, Sovet hakimiy­yəti dönəmində heç kəsə məlum olmayan, lakin imperiya dağıl­dıqdan sonra göbələk kimi artıb çoxalan digər Azərbaycan “dis­sidentləri” kimi Əbülfəz bəyə qarşı qısqanclıqla yanaşırdı.Bəyin qəbul otağına onların gəlişini xəbər verdim və onlar yuxarı qalx­dıqdan sonra kitabı vərəqləməyə başladım. Sabirin verdiyi kitab Əbülfəz bəyə qarşı hədyan və təhqiramiz ifadələrlə dolu idi. Ki­tabı götürüb yuxarı qalxdım.Onlar yenicə otağa daxil olmuşdular. Mən Əbülfəz bəydən icazə alıb Sabir Yanardağa müraciətlə kitabı göstərərək dedim ki, bu qədər utanmazlıq olarmı, sizə ayıb de­yilmi, Bəyə əməkdaşlıq etmək təklifi ilə gəlmisiniz, ancaq onun haqqında kitabınızda hədyanlar yazıb onunla görüşə gətirirsiniz. Bu sözlərimdən sonra Rəhim, „sən kimsən, niyə özünü ortalığa atırsan“ deyib üstümə cumdu və biz elbəyaxa olduq.Otaqdakılar bizi sakitləşdirdilər, mən aşağı endim, ancaq görüş baş tutmadı. Bir azdan onlar da aşağı endilər, Sabir Yanardağ otağa daxil olub məndən üzr istədi və dedi ki, kaş hər bir cəbhəçi Əbülfəz bəyi sə­nin qədər sevib müdafiə edərdilər.1992-ci ilin yanvarında Rəhim Qaziyev 100 nəfərlik könüllü ilə Qarabağın müdafiəsinə yardım üçün getmişdi. Fevralın 5-də ona kazarmada müəmmalı sui-qəsd hadisəsi baş verdi.Guya mübahisə etdiyi bir əsgər gecə onu öldür­mək məqsədilə avtomatdan atəş açmış, bir neçə əsgər ölmüş və yaralanmışlar, gecə Rəhimin ayağı üşüdüyündən papağını ayağı­na keçirərək yatmış, ona görə də, sui-qəsdçi əsgər onun ayağını baş hesab edərək atəş açmış, nəticədə Rəhim ayağından yaralana­raq sağ qalmışdı.Lakin sonradan Rəhimin ayağındakı yaranın av­tomatdan deyil, tapançadan atılan güllə yarası olduğu iddia edildi və bu sui-qəsd hadisəsinin Rəhimin reytinqini qaldırmaq üçün planlı olaraq təşkil edildiyi ortaya çıxdı.Məhz bu hadisədən bir müddət sonra o, Müdafiə Naziri təyin edildi.

Ayaz Mütəllibovun prezidentliyə qayıtma cəhdi və...

1992-ci il mayın 14-də Ayaz Mütəllibov Ali Sovetin sessiya- sinda “Tövbə” və “Qardaşlıq” cəmiyyəti üzvlərinin silahlı təz­yiqləri ilə yenidən prezidentliyə qaytarıldı.

Xalqın etiraz yürüşündən öncə Rövşən Cavadov Mütəllibo­vun qoçularından olan Tarix və Ağa Axundov ilə birlikdə mayın 15-də AXC-nin qərərgahı qarşısında on minlərələ yürüş iştirak­çısının toplaşdığı zaman Əbülfəz bəylə görüşərək Ali Sovetin Sessiyasının işini pozmaq məqsədilə Cəbhənin hər hansı kütləvi tədbir həyata keçirəcəyi təqdirdə ona qarşı silah işlədəcəklərini bildirdilər.Oların bu təhdidlərinin nə Əbülfəz bəyin qətiyyətinə, nə də yürüş iştirakçılarının cəsarətli qərarına heç bir təsiri olmadı.

15-16 mayda yüz minlərlə insanın etiraz yürüşü və Ali Sovet binası qarşısında izdahamlı mitinqin təzyiq və tələbləri nəticəsin­də Mütəllibov Bakıdan qaçdı.Qurduğu planların puç olduğunu görən Rəhim Qazıyev bir neçə silahlı mühafizəçisi ilə Ali Sove­tin qaşısındakı mitinqə gəldi və hiddətlə ətrafdakıları itələyərək çıxış edən Əbülfəz bəyin əlindən mikrafonu kobudluqla almağa çalışdı.Cəbhəçilər silaha əl atdılar, mitinqçilərin qəzəbli uğultusu meydanı bürüdü. Bəy çox təkidlə onları sakitləşdirməsəydi ağır faciə baş verəcəkdi. Bəyin çıxışı bitdikdən sonra Rəhim hiddət­lə bu böhranlı dövrdə bütün hakimiyyətin Müdafiə Nazirliyinə verilməli və ölkənin hərbiçilər tərəfindən idarə edilməli olduğu­nu iddia edərək mitinq iştirakçılarının etiraz hayqırışları altında çıxıb getdi.Sonralar Rəhim Qazıyevin siyasi oyunlar qurmaqla Prezident vəzifəsini ələ keçirmək niyyətləri haqqında müəyyən faktlar da ortaya çıxdi.

Ramiz Qəmbərov və Arif Paşayev

1992-ci ilin martın 27-də qərargahda AXC Ali Məclisinin ic­lasında bir çox məsələlərlə yanaşı, döyüş bölgələrindəki vəziyyət də müzakirə edildi.Məclisdə Laçın rayonundan batalyon koman­diri Arif Paşayev və Şuşa könüllülər batalyonunun komandiri Ra­miz Qəmbərov Məclisin toplantısında iştirak edən və bir müddət əvvəl Müdafiə Naziri təyin olunmuş Rəhim Qazıyevi ordudakı və xüsusən də Laçın və Şuşa döyüş bölgələrindəki acınacaqlı vəziyyətə görə ciddi tənqid etdilər.Aprelin 17-də Şuşada vəziy­yətin getdikcə ağırlaşdığını və şəhərin düşmənə təhvil verilməsi ərəfəsində olduğunu görən Ramiz Qəmbərov Rəhim Qazıyevi te­lefonda hədələləyərək dəmisdi ki, əgər Şuşa getsə, səni güllələyə- cəm.Ayın 29-da Ramiz Kərkicahan uğrunda döyüşlərdə naməlum şəraitdə arxadan vurulur və o, aprelin 30-da rəhmətə getdi.Xalq Cəbhəsinin üzvü olan Ramiz Qəmbərov İnşaat Mühəndisləri İns­titutunda mənim tələbəm idi.İmtahan sessiyaları zamanı məndən xahiş etdi ki, əzazil müəllimlərdən qiymət almaqda ona kömək edim ki, tezliklə döyüş meydanına geri dönə bilsin.Ramiz olduq­ca cəsur, mərd, vətənpərvər insan idi.Mən özüm də dörd il Şuşada təhsil aldığım üçün məni özünə həmşəhərli, doğma bilirdi.Ra- miz xaincəsinə qətlə yetirildikdən bir neçə gün sonra Mayın 8-də Azərbaycanın incisi, vətənin alınmaz qalası, gözəl Şuşamız xa­inlərin yaratdıqları şərait nəticəsində işğal olundu.Şəhərin ermə­nilər tərəfindən işğal olunmasına xaincəsinə şərait yaradan əsas səbəbkarın Şuşadakı hərbi birliklərinin komandanı təyin olunan Elçin Orucov olduğu sonrakı təhqiqatlarda məlum oldu.

Rəhim Qazıyev Arif Paşayevin ittihamlarina cavab olaraq ondan intiqam almaq məqsədilə Arif bəyin rəhbərlik etdiyi kö­nüllülər batalyonunu ləğv etdi və Şuşanın işğalından sonra müda­fiəsi onsuz da çətinləşən Laçının işğalına şərait yaratdı.

Rəhim Qazıyevin “Şuşa getsə başıma bir güllə çaxacam” söz­ləri verilən sözün arxasından qaçmaq anlamında bir xalq zərb- məsəlinə çevrilmişdir.

Anatoliy Lupinosun Elçibəylə görüşü

20 Yanvar hadisələrindən sonra da rus əsgərləri Bakıda dinc sakinləri qətlə yetirməkdə davam edirdilər. Bu zaman bir neçə cəbhəçi rus ordusuna qarşı mübarizədə şəhid oldu.1991-ci ilin oktyabrın axırlarında mübariz ruhlu cəbhəçilərdən Zakir bəy və Elman bəy Pireküşkül hərbi hissəsinin qarşısında rus ordusuna qarşı etiraz aksiyası zamanı əsgərlər tərəfindən qətlə yetirilərək şəhid oldular.

1992-ci ilin yanvarında isə Rabitə Nazirliyi baş İdarəsi rəisi olan cəsur cəbhəçi Oruc Şirinov Mikrorayon bazarının yanında rus əsgərlərınə qarşı etiraz etdiyinə görə yənə də əsgərlər tərəfin­dən atəşə məruz qalaraq şəhid oldu.

Müdafiə naziri işlədiyi və bu vəzifədən uzaqlaşdrılıb Elçibəy hakimiyyətinə qarşı Dövlət çevrilişi təşkilində fəal rol oynadığı zamanlarda rus ordusunun Azərbaycanda qalmasına böyük can­fəşanlıqla cəhd göstərən Rəhim Qazıyev sonralar guya rus ordu­sunun onun tərəfindən çıxarıldığı haqqında cəfəngiyyatlar uydur- mağabaşladı.

Əbülfəz bəy hələ Prezident seçilməmişdən öncə Xalq Cə­bhəsinin sədri olduğu zaman rus ordusunun Azərbaycandan çıxa­rılması üçün fəaliyyətə başlamışdı.1991-ci il təxminən noyabrın əvvəllərində əslən Naxçıvanın Qarabağlar kəndindən olan cəbhə­çi Ukraynada yaşayan Etibar Teymurov bir nəfər saqqallı şəxslə qərərgaha mənim yanıma gəldi və Əbülfəz bəylə görüşmək istə­diklərini bildirdi.Bəy qərargahda olmadığı üçün bir xeyli mənim yanımda oturub çay içdilər.Söhbətimizdən həmin şəxsin Ukrayna milliyətçilərinin rəhbərlərindən biri Anatoliy Lupinos olduğunu öyrəndim.O, ömrünün böyük hissəsini antisovet və millətçilik fəaliyyətinə görə Sovet həbs düşərgələrində və psixi xəstəxana­larda keçirmiş məşhur Sovet dissidentlərindən idi.1990-cı ildə Ukrayna Rux təşkilatının və UNO-UNSO (Ukrayna Xalq Özünü­müdafiə Ordusu) təşkilatlarını yaradanlardan biri olmuşdu.

Əbülfəz bəy gəldikdən sonra onlar görüşüb xeyli söhbət et­dilər və bu görüş onların uzun zaman davam edən böyük dost­luğuna səbəb oldu.Lupinos Ukrayna milli ordusunu formalaş­dırmaq üçün Ukraynalı zabitlərin Sovet ordusundakı xidmətlə­rindən ayrılıb vətənə geri dönmələrində göstərəcəyi fəaliyyətdə ona yardım etməsini Əbülfəz bəydən xahiş etdi.Bəy bu məsələdə ona hərtərəfli yardım göstərəcəyini Lupinosa vəd etdi və bu işi ilk öncə Naxçıvandan başlamağı təklif etdi.Lupinos Etibar Tey- murovla bərabər Naxçıvana getdilər və bir müddət orda qalıb Uk­raynalı zabitlərlə görüşərək onları vətəndə hərbi vəzifələrlə təmin edəcəklərinə söz verdi.Beləliklə, Ukraynalı zabitlərin Sovet or­dusunu tərk edib vətənə geri dönmələri prosesi başlandı.Lupinos Bakıya geri dönüb yenidən Əbülfəz bəylə görüşdü və cəbhəçilə­rin yardımı ilə hərbi hissələri gəzərək Ukraynalı zabitləri hərbi xidməti tərk edib vətənə geri dönmələri üçün dilə tutmağa və təz­yiq göstərməyə başladı.İmtina edənləri o, agır söyüşlərlə təhqir edərək Ukrayna xalqına xəyanətdə suçlandırırdı.

Bu məsələdə Lupinosa yaxından yardım edən Bakı qarnizo­nunun zabiti podpolkovnik Aleksandr Slyusarev oldu.O, Lupi- nosla bərabər Əbülfəz bəylə də görüşdü.Bir neçə gündən sonra Slyusarev üç nəfər zabit dostu və Lupinosla bərabər Kiyevə get­dilər və Müdafiə Nazirliyi yetkililəri ilə görüşüb Ukraynalı za­bitlərin vətənə geri dönmələri işini rəsmi olaraq təşkil etmələrini onlardan xahiş etsələr də onlardan rədd cavabı aldılar.Lupinos və Slyusarev yenidən Bakıya geri döndülər və Lupinos yenidən Naxçıvana getdi və orada Heydər Əliyevlə görüşdü.Bu görüşdən sonra oradakı hərbi hissələrdəki Ukraynalı zabitlərin tamamının vətənə dönmələri işini tamamladı.Qıvraq polkunun komandiri Ukraynalı zabit hərbi hissənin döyüş maşınlarının və hərbi sursa­tın Ermənistana aparılmasının qarşısını alaraq onların tamamını Lupinosun nəzarəti altında Şərur özünümüdafiə alayının rəhbəri Şahmərdan Cəfərova təhvil verdirdi.Naxçıvanda qalan az saylı rus zabitləri də oranı tərk etmək məcburiyyətində qaldı və 1991-ci ilin axırı 1992-ci ilin əvvəllərində rus ordusu Naxçıvanda çökdü.

Lupinos Bakıya geri döndü.Bu zaman artıq Slyusarev Bakıda “Ukrayna Zabitlər Birliyi” adlı cəmiyyət yaratmışdı.O, bu müd­dətdə çoxsaylı Ukraynalı zabitləri içərisində fəal iş aparmış, tez- tez Əbülfəz bəylə görüşüb bir sıra texniki məsələləri həll etmək üçün ondan yardım almışdı.Slyusarev 1992-ci ilin martında 32 nəfər Ukraynalı zabitlərdən ibarət vzvod təşkil edərək Lupinos- la birlikdə Kiyevə getmiş, Maydanda Ukraynaya sədaqət andı içərək Müdafiə Nazirliyinə hücum edib, nazirin kabinetinə daxil olmuş və onu Ukraynalı zabit və əsgərlərinin vətənə geri dön­məsinin rəsmi təşkil edilməsi haqqında qərar verməsinə məcbur etmişdilər.

UNO-UNSO-nun köməyi ilə Slyusarev “Ukrayna Diaspo- rasının Zabitlər İttifaqı”nı yaratdı və bununla da Ukrayna zabit­lərinin vətənə dönməsi prosesi sürətləndi.Ukrayna xalq özünü­müdafiə ordusunun bir çox könüllüsü Lupinosun vasitəciliyilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə mərdliklə iştirak etmişdilər ki, onlardan biri də sonralar Gürcüstan ordusu tərkibində Abxaziya uğrunda döyüşlərdə həlak olan Leo- nid Tkaçuk idi.Dəfələrlə Azərbaycana gələn Lupinosun Əbülfəz Elçibəylə yanaşı, Cövhər Dudayev, Qamsaxurdiya, Şevarnadze ilə də dostluq münasibətləri vardı. O, Azərbaycana Ukrayna si- lahi verilməsi işini də təşkil etmisdi.Lupinos özünün türk mən- şəinə məxsusluğunu dilə gətirərək zarafatla deyirdi ki, heç məndə Ukraynalıya oxşarlıq varmı? Mənim ulu babam nənəmi Peçənəq çöllərindən gətirmişdir.Ukrayna xalqının mübariz, vətənpərvər oğlu Anatolıy Lupinos 2000-ci ilin 5 fevralında vəfat edərəkən Əbülfəz bəy məni AXC sədrinin nümayəndəsi kimi onun dəfnin­də iştirak etmək üçün Kiyevə göndərdi. Mənimlə bərabər, Lu- pinosun dəfnində onun yaxın dostu olan, özü də sonralar gənc yaşda rəhmətə gedən Etibar Teymurov, Azərbaycan Təhlükəsizlik orqanlarının keçmiş zabiti Əvəz Kazımov və AXC hakimiyyəti dövründə Qubadlı Rayonunun İcra başçısı olmus Elxan Nuriyev də iştirak edirdilər.

Rəhim Qaziyevin və rus ordusunu Azərbaycanda saxlamaq istəyən digər ruspərəst siyasətçilərin bütün müqavimətinə və Ru­siya hakimiyyət dairələrinin bütün təzyiq və təhdidlərinə baxma­yaraq rus qoşunlarını Azərbaycandan çıxarmağa qərarlı olan El­çibəy 1992-ci oktyabrında Moskvaya rəsmi səfəri zamanı Rusiya prezidenti Yeltsinlə görüşündə bu məsələni bütün kəskinliyi ilə bir tələb kimi qarşıya qoymuş, Yeltsin də əlacsız qalıb ondan bu işin sivil qaydada, qan tökülməsinə yol vermədən həyata keçiril­məsini xahiş etmişdi.

Əbülfəz Elçibey öz hakimiyyəti bahasına olsa da öz istəyinə nail oldu.Rus ordusunun Azərbaycandakı son təmsilçiləri olan Gəncədəki rus desantçılarının axırıncı dəstəsi 1993-cü il mayın 25-də ölkəni tərk etdilər.

ELÇİBƏYİN PREZİDENTLİK DÖVRÜ



Seçkilər ərəfəsində, 1992-ci ilin aprelində Azərbaycan Dövlət Neft Şirkəti “Amoko”, “Penzoyl” kimi şirkət­lərin təşkilatçılığı ilə Amerikanın Hyuston şəhərinə dəvət olunan Azərbaycan nümayəndə heyətinin tərkibinə AXC- dən də üç nəfər nümayəndənin salınmasını təklif etdi. Bu haqda rəsmi məktubu Əbülfəz bəyə verdim.O, Hikmət Hacızadə, Əli Kərimov və mənəCəbhənin nümayəndələri kimi Amerikaya get­məyimizə icazə verdi.Təkcə Amerikanın deyil, bütün dünyanın neft mərkəzi olan və nəhəng neft şirkətlərinin mərkəzi ofislərinin yerləşdiyi Hyuston Texas ştatının ən mühüm şəhəridir.Biz orda neft şirkətləri rəhbərliyi ilə maraqlı görüşlər keçirdik, müxtəlif tədbirlərdə iştirak etdik və Əbülfəz Elçibəyin Azərbaycandakı si­yasi vəziyyət, Dağlıq Qarabağ problemi və ölkəmizə qarşı erməni təcavüzü haqqında məktubunu dünyada insan haqqları məsələləri ilə məşğul olan Amerikanın keçmiş prezidenti demokrat Cimmi Karterə çatdırdıq.

Əbülfəz bəyin iyunun 7-nə təyin edilmiş prezident seçkilə­rində iştirakı və namizədliyi məsələsi AXC Ali Məclislərinin iclaslarında və mitinqlərdə bir neçə dəfə müzakirə olunsa da, 9 apreldə Məclisin Fövqəladə Sessiyasında onun prezidentliyə na­mizədliyi rəsmi qərarla təsdiq olundu.Əbülfəz bəyin prezident­liyə namizədliyi məsələsi Məclisdə müzakirələrdən öncə Bəyin özünün təşəbbüsü və iştirakı ilə sədr aparatını təşkil edən AXC İcraiyyə Komitəsi üzvlərinin və sədrin müavinlərinin birgə qapalı iclasında müzakirə olundu və Bəy diqqətlə hər kəsin bu məsələ barədə şəxsi rəyini dinlədi.Vurğun Əyyubov öz çıxışında kəskin surətdə onun prezidentliyi əleyhinə olduğunu bildirərək ümumi səsvermədə də mütləq əksəriyyətin lehinə səs verməsinə rağmən əleyhinə səs verən yeganə şəxs oldu.Bundan sonra məsələ Əbül­fəz bəyin özünün iştirak etmədiyi Ali Məclisin Sessiyasının mü­zakirəsinə verildi, Vurğun yənə də müzakirə zamanı yüksək səslə onun namizədliyinin əleyhinə çıxaraq Bəyin haqqında nalayiq bir ifadə işlətdi və buna görə də, aramızda kəskin bir qarşıdur­ma yarandı.İsmayıllı Rayonu Məhkəməsinin sədri, cəbhəçi, Ali Məhkəmənin gələcək sədri Tahir Kərimli də Əbülfəz bəyin prezi­dentliyinin əleyhinə idi.

Məclis üzvləri Əbülfəz bəyin prezidentliyə namizədliyinə yekdilliklə səs verdilər.Bununla da prezidentliyə rəsmi namizəd kimi Əbülfəz Elçibəyin seçki təbliğatına resmən start verilmiş oldu.

Sabit Bağırov AXC Mərkəzi seçki komissiyasının sədri, Vur­ğun Əyyubov isə əleyhinə səs verməsinə baxmayaraq təbliğat qrupunun rəhbəri seçildilər. Mətbuat bölümünün rəhbəri Əbülfəz bəyin iş yoldaşı və dostu Ədalət Tahirzadə təyin olundu və tez­liklə Becan İbrahimovla birlikdə təbliğat kampaniyasının tərkib hissəsi kimi Əbülfəz bəyin həyatından bəhs edən “Bu mənim ta­leyimdir” kitabını nəşr etdilər. Mən də təbliğat qrupunun üzvü kimi seçki kampaniyasında bir çox texniki məsələləri həll etmək­də fəal iştirak edirdim.

Əbülfəz bəylə yanaşı Ali Sovetin sədri Yaqub Məmmədov, Etibar Məmmədov, Nizami Süleymanov, Araz Əlizadə də prezi­dentliyə namizədliklərini irəli sürmüşdülər.

Əbülfəz bəy dəfələrlə müharibə şəraitində prezident seçkiləri keçirilməsinin yalnış olduğunu, Yaqub Məmmədovun öz prezi­dent səlahiyyətlərini davam etdirərək Xalq Cəbhəsi ilə koalisyon hökümət qurulmasını təklif etdisə də, bir nəticə hasil olmadı.Bəy diqqətlərin seçkiyə yönəldiləcəyi üçün cəbhədə vəziyyətin ağırla­şacağından ehtiyat edirdi.

Azərbaycanda prezident seçkiləri ərəfəsində, mayın 3-də Türkiyə Cümhuriyyətının baş naziri Süleyman Dəmirəl və Xari­ci İşlər naziri Hikmət Çətin Bakıda Türkiyə səfirliyi binasının açılışında iştirak etmək üçün Bakıya gəldilər.Milliyətçi Hərəkət Partiyasının sədri Alparslan Türkeş də onlarla birlikdə gəlmişdi. Süleyman Dəmirəl və Əbülfəz Elçibəy Cəbhə qərargahının qar­şısında yerləşən səfirlik binasının balkonundan ora toplaşanlara xitabən nitq söylədilər, öz sevinclərini bölüşdülər, hər iki qardaş xalqı təbrik etdilər.Sonra Cəbhənin qərargahında Türkiyə hö­kumət nümayəndə heyəti ilə AXC rəhbərliyi arasında görüş oldu. Heyətlərin özlərini bir-birlərinə təqdim etmələri zamanı mən də özümü Xarici Əlaqələr Şöbəsinin müdiri kimi təqdim etdim. Sü­leyman Dəmirəl üzünü Xarici İşlər naziri Hikmət Çətinə tutaraq “Hikmət bey, Alesker bey senin mühatabın olacak” dedi, mən isə cavab verdim ki, Xarici İşlər Nazirimiz Tofiq Qasımovdur. Həqiqətən də, AXC sədrinin xarici siyasət üzrə müvini Tofiq Qa­sımovun Xarici İşlər Naziri vəzifəsi tutacağı artıq kəsin idi.

Qərargahdakı görüşdən sonra Türkiyə hökümət nümayən­də heyəti və Alparslan Türkeşin iştirakı ilə Azadlıq meydanında möhtəşəm mitinq oldu. Əbülfəz bəy və Alparslan Türkeş xalqa müraciətlə nitq söylədilər.Türkiyə nümayəndə heyətinin gəlişi ilə Bakıda bayram abı-havası hökm sürürdü, cəbhəçilər böyük bir coşqu içində idilər.

Prezident seçkilərinin keçirilməsi haqqında qərar çıxarıldıq­dan sonra Heydər Əliyevin tərəfdarları aprelin 28-də Ali Sovetin binası qarşısında çadırlar quraraq bir neçə gün davam edən mi­tinqlər təşkil etdilər.Onlar Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzinin ləğv edilməsini və onun da seç­kilərdə namizəd kimi qeydə alınmasını tələb edirdilər.Məşədi Əbdülün “Tövbə” Cəmiyyətının və Maştağalı Ağan Axundovun “Qardaşlıq” Cəmiyyətının üzvləri mitinq iştirakçılarına hücum edərək onları döymüş, bir nəfər bıçaqlanmış, çadırlar dağıdılmışdı.

Heydər Əliyevin adamları Murtuz Ələsgərov, Səfiyar Musa­yev və başqaları bir neçə dəfə Əbülfəz bəylə görüşüb ondan öz nüfuzundan istifadə edərək yaş senzinin leğv edilməsi və Hey­dər Əliyevin də seçkilərdə iştirakına şərait yaradılmasına yardım göstərməsini xahiş etmişdilər.Əbülfəz bəy hər dəfəsində onlara bu məsələdə hər hansı bir yardım göstərmək imkanında olmadı­ğını bildirmişdi.

Lakin Heydər Əliyev Respublikanın ali hakimiyyətinə yiyələnmək uğrunda öz mübarizəsini davam etdirmək məsələsin­də qərarlı idi. Mayın 18-də Ali Sovetin sessiyasında Yaqub Məm­mədovun sədrlikdən istefa ərizəsi müzakirə edilərkən Naxçıvanın Daxili İşlər Naziri Əsədov və deputat Arif Rəhimzadə nə qədər səy göstərsələr də, Heydər Əliyevin sədrliyə namizədliyini qeydə alınmasına nail ola bilmədilər.Yaqub Məmmədov istefa vermə­dən öncə mayın 16-da verdiyi Fərmanla Rəhim Hüseynovu Baş nazir, Vahid Əhmədovu, Firudin Cəlilovu, Rəhim Qazıyevi və b. Baş nazirin müavinləri, Tahir Əliyevi Daxili İşlər Naziri vəzifə­sindən azad edib yerinə İsgəndər Həmidovu, İlhüseyin Hüseyno­vun Dövlət Təhlükəsizliyi Naziri vəzifəsindən azad edərək yerinə nazirliyin Tibb İnstitutu üzrə keçmiş kuratoru Fəxrəddin Təhmə- zovu təyin etmişdi.

İsa Qəmbər yekdilliklə Ali Sovetin sədri seçilərək prezident­lik səlahiyyətlərini də iyunun 7-nə qədər yerinə yetirdi.Tamerlan Qarayev və Afiyəddin Cəlilov İsa Qəmbərin müavinləri kimi öz işlərinə davam etdilər.Sessiya həmçinin Ali Sovetin Milli Şurası adını Azərbaycan Respublikası Milli Məclisi adı ilə əvəz etdi.

Prezident səlahiyyətlərini icra edən İsa Qəmbər verdiyi Fər­manla Pənah Hüseynovu Dövlət katibi, Arif Hacıyevi Ərazi İdarə etmə üzrə Dövlət Müşaviri, Hikmət Hacızadəni Azərbaycanın Rusiyadakı səfiri və Sülhəddin Əkbərovu Təhlükəsizlik nazirinin 1-ci müavini təyin etdi.

Əbülfəz Elçibəyin seçki kampanyası uğurla davam etdi­yi günlərdə Etibar Məmmədov Bəyin seçiləcəyinə əmin olduğu üçün iyunun 3-də “İndi seçki keçirmək vaxtı deyil” bəhanəsi ilə öz namizədliyini geri götürdü.

Etibardan çox öncə Repressiya Qurbanları Cəmiyyətının sədri Əşrəf Mehdiyev də Əbülfəz bəyin xeyrinə prezidentliyə öz

namizədliyini geri götürmüşdü. Əşrəf müəllimi yaxşı tanıyır­dım. Uzun illər ərzində İnşaat Mühəndisləriİnstitunda eyni ka­fedrada çalışmışdıq, sonra o, Politexnik İnstitutuna keçdi.O, çox vətənpərvər, mübariz, millətin qeyrətini çəkən dəyərli bir ziyalı idi, qərargaha tez-tez gələrdi. “Qeyret” Partiyası təsis edərək si­yasi mübarizəyə qoşulmuşdu.Heydər Əliyev rejiminin barışmaz ələyhdarı idi.

1992-ci ilin iyunun 7-də Əbülfəz Elçibəy Azərbaycanın pre­zidenti seçildi.Səsvermənin nəticələrinə görə Bəy 59, 4 faiz, Ni­zami Süleymanov-33 faiz, Yaqub Məmmədov-1, 7 faiz, İlyas İs- mayılov-0, 7 faiz, Rafiq Turabxanoğlu-0, 5 faiz səs toplamışdı.

1992-ci il iyulun 16-da Azərbaycan Respublikasının prezi­denti Əbülfəz Elçibəyin Ali Sovetin binasında Milli Məclisdə an­diçmə mərasimi keçirildi.Mən də həmin təntənəli mərasimdə işti­rak edərək həyacan və qürurla öz müəllimimin və liderimin uzun illər ərzində vətənin müstəqilliyi uğrunda apardığı təhlükələrlə dolu fədakar mübarizəsinin nəticəi olaraq xalqın iradəsi ilə seçil­miş Dövlət başçısı kimi bütün məsuliyyəti öz üzərinə götürüb and içməsini seyr edirdim.

ELÇİBƏYİN SOVET ƏSARƏTİNDƏKİ
TÜRK XALQLARINA QAYĞISI

Noqay Türklərinin “Birlik” Cəmiyyətinin qurultayında

Sovet İmperiyasına qarşı xalqın mübarizəsinə uğurla rəhbər­lik edən Azərbaycan Xalq Cəbhəsi bu mübarizədən ruhlanan di­gər Türklərin cazibə mərkəzinə çevrilmiş, Əbülfəz bəy isə Dünya Türklərinin güvəndiyi lider olmuşdu.Sovet məkanındakı Türklə­rin çoxsaylı siyasi təşkilatlarının və cəmiyyətlərin nümayəndələri Bakıya gəlir, Əbülfəz bəylə görüşür, Xalq Cəbhəsi ilə əlaqələr qurur, müxtəlif məsələlərdə bizdən dəstək istəyirdilər.Türkiyə ilə digər Türk Cumhuriyyətləri və toplumları arasında birbaşa əlaqə mövcud olmadığından bütün əlaqələr Azərbaycan Xalq Cəbhə­si üzərindən qurulurdu. 1991-ci ilin iyulunda AXC-nın I qurul­tayında Türklərin çoxsaylı nümayəndələrinin iştirakı ona qarşı artan marağa və onun populyarlığına bariz nümunədir.Çeçenis- tan da daxil olmaqla Sovet İttifaqındakıTürklərdən hər birinin özünəməxsus problemləri vardı və problemlərin həllində onlar Azərbaycan Xalq Cəbhəsindən və onun lideri Əbülfəz Elçibəy­dən böyük ümidlə dəstək umurdular.Əbülfəz bəy Müstəqil Azər­baycan Respublikasının prezidenti seçildikdən sonra bu ümidlər və bəkləntilər daha da artmış oldu.

Təkcə Azərbaycan Türklərinin azadlığı uğrunda deyil, Sovet məkanındakı digər Türklərin milli mücadiləsinə də dəstək verən Azərbaycan Xalq Cəbhəsi öz fəaliyyət dairəsini daha da genişlən- dirməlioldu.

1992-ci ilin avqustunda AXC nümayəndələri kimi sədrin müavini Yunis Oğuz və mən Noqay Türklərinin “Birlik” Cəmiy- yətının sədri Balbek Keldasovun dəvətilə Dağıstanın Terekli Mək­təb qəsəbəsində təşkil olunmuş Noqayların Qurultayında iştirak etdik.Keldasov dəfələrlə Azərbaycana gəlmiş, Xalq Cəbhəsinin Qurultayında iştirak etmiş, Əbülfəz bəylə görüşmüşdü.Bizdən başqa Qurultayda Tatarıstan və Şimali Qafqaz Türklərinin nü­mayəndələri və Çeçenistanın nüfuzlu liderlərındən gələcək prezi­dent əvəzi Zəlimxan Yandarbiyev, Noqay diasporasının görkəmli nümayəndələri iştirak edirdilər.Yunis Oğuzun Qurultayda çıxışı və Elçibəyin təbrik məktubu Qurultayada böyük alqışa və ruh yüksəkliyinə səbəb oldu.Sovet dönəmində Noqay Türklərinin ərazisi parçalanaraq torpaqları Stavropol diyarı, Qaraçay-Çerkez Respublikası, Dağıstan və Çeçenistan arasında bölüşdrülmüşdü və bu da vahid əraziyə malik olmayan Noqay Türklərinin öz dillə­rində təhsil almaları, milli mədəniyyətlərini inkişaf etdirmələri və s.baxımından böyük çətinliklərə səbəb olurdu.Əbülfəz bəylə də dostluq münasibətləri olan Noqay Türklərinin milli lideri Balbek Keldasov Noqay Respublikası yaratmaq üçün böyük bir müca- dələyə başlayaraq bu məqsədlə 1990-cı ildə “Birlik” Cəmiyyə­tini yaratmışdı.Bu işi həyata keçirmək üçün o, ilk öncə Noqay Türklərinə Milli-Mədəni Muxtariyyət verilməsinə nail olmağa çalışırdı.Bunun üçün Çeçenlərin, Dağıstan rəhbərliyinin və Qa- raçay-Çərkəzlərin razılığını alması lazım idi.Bu məsələdə Xalq Cəbhəsindən və şəxsən Əbülfəz bəydən ümidlə dəstək gözləyirdi. Bəy Çeçenlərlə görüşdə dəfələrlə bu məsələni onların nəzərinə çatdırmışdı.Noqayların Qurultayında da Keldasovun iştirakı ilə biz Yandarbiyevlə görüşümüzdə də Bəyin Noqaylara köməklik etmək haqqındakı xahişini ona çatdırdıq.Biz həmçinin bir neçə Noqay gəncinin sənədlərini gətirərək Təhsil Nazirliyinə verdik və onlar Bakının ali məktəblərinə qəbul olundular.

Noqay Türklərinə “Muxtar Respublika“ yaratmaq imkanı ve­rilməsə də Keldasovun başlatmış olduğu milli mübarizənin nəti­cəsi olaraq 2013-cü ildə Noqaylara geniş hüquqlar verən “Noqay el” Federal Milli-Mədəni Muxtariyyət”təşkilatı rəsmən tanınaraq qeydiyyata alındı.

Qumuq Türklərinin “Tənqlik” Hərakatı və Cecenlərlə əlaqələrin möhkəmlənməsi

Azərbaycan Xalq Cəbhəsi ilə yaxın münasibətlər quran digər bir cəmiyyət də Salav və Kamil Əliyev qardaşlarının 1989-cu ildə qurduqları və rəhbəri olduqları Qumuq Türklərinin “Tənqlik” (Birlik) hərakatı idi.Çoxmillətli bir Respublika olan Dağıstanda həmişə digər millətlərə nisbətən Avarlara üstünlük verilmiş, siya­si rəhbərlik Avarların əlində cəmlənmiş, iqtisadi və mədəniyyətin inkişafı baxımından Qumuq və Azərbaycan Türklərinin hüquqları daima tapdalanmışdır. “Tənqlik” təşkilatı Qumuqların yerli inzi­bati idarəçiliyi öz əllərinə almaq, ana dilində tədrisi inkişaf etdir­mək, Milli-MədəniMuxtariyyətə nail olmaq uğrunda mübarizəsi Mərkəzi hakimiyyətin və Avarların inhisarında olan yerli haki­miyyət dairələrinin ciddi müqaviməti ilə qarşılanır, bu təşkilatı xalqın gözündən salmaq üçün riyakar planlar həyata keçirilirdi. Elçibəyin də yaxından dəstəyi ilə Avarlara qarşı Qumuqların və Dağıstandakı Çeçenlərin İttifaqı quruldu və Avarların gücü xeyli sarsılmış oldu. Qumuq Türkləri Milli Azadlıq mücadiləsində Çe­çenlərə həmişə dəstək olmuşdular.Sonralar Qumuq Xalq Məclisi­nin də sədri olan və Bakıya tez-tez gələn Salav Əliyev Elçibəy­lə yaxın dostluq münasibətlərinə malik idi. Qumuqlar içərisində Türk milli şüurunun inkişafında və Türkiyə ilə sıx münasibət­lərin qurulmasında “Tənqlik” hərəkatının böyük rolu olmuşdur. Xalq Cəbhəsinin və onun lideri Elçibəyin də Qumuq milli ideo­logiyasının inkişafına mühüm təsiri var idi.”Tənqlik” hərəkatı üç rəngli milli bayrağımızdan etgilənərək öz bayrağını eyni məna kəsb edən mavi, qırmızı, yaşıl olmaqla üç rəngdən ibarət tərtib etmişdir.

Krım, Qaqauz və Qazan türkləri ilə əlaqələrin genişlənməsi

Azərbaycanla Kırım Tatarları arasında kökləri çox qədimlərə dayanan geniş mədəni və siyasi əlaqələr mövcud olmuşdur.Öz doğma el obasından sürgün edilən Krim Türklərinin öz vətənlə­rinə geri dönüb milli Dövlətlərini bərpa etmək uğrunda fədakar mübarizəsinə Əbülfəz Elçibəy tərəfindən həmişə hərtərəfli dəstək verilmişdir.Krım Türklərinin milli lideri Mustafa Cəmiloğlu ilə Elçibəy arasında səmimi dostluq münasibətləri mövcud olmuş- dur.Onun təşəbbüsü ilə bir çox gənc Kırım Türkü Azərbaycan Ali məktəblərində təhsil alaraq öz xalqının mədəniyyətinin və elmi­nin inkişafında mühüm rol oynamışlar.

Moldava Respublikası ərazisində yaşayan xristian Qaqauzla­rın nümayəndələri də tez-tez Bakıya gəlir, Elçibəylə görüşərək öz milli problemlərinin həll olunmasında ondan dəstək umurdular.

Əbülfəz bəy hələ prezident olmamışdan öncə, 1992-ci ilin əvvəllərindən başlayaraq dünyadakı bir çox Türk liderləri, siyasi təşkilat rəhbərləri onun ziyarətinə gəlirdilər.Kazan Tatar Türklə­rinin qəhrəman qadını, Tatarıstanın müstəqillik uğrunda müba­rizəsinin liderlərindən biri Tatarların müasir “Süyümbikə“si adı­nı almış, bir dönəm Tatar Məclisinin də sədri olan şairə Fevzi- ye xanım Bayramova Əbülfəz bəyə qarşı böyük sayqı və sevgi bəsləyərək tez-tez Bakıya onun ziyarətinə gəlirdi.Fevziye xanım Əbülfəz bəyi Türk dünyasını birləşdirməyə qadir olan son böyük Türk lideri adlandırırdı.

Tatar Türklərinin müstəqillik hərəkatının digər bir siyasi li­deri “İttiifaq” partiyasının qurucusu, müasir dövrdə “Türkçülük Hərəkatı“nın əsas ideoloqlarından biri, Oljas Süleymanovla bir­likdə “Türk Xalqları Assambleyası“nın yaradıcısı olan Refael Muhammedinov da Bakıya tez-tez gələn və Əbülfəz bəylə dost­luq münasibətlərində olan Türk siyasətçilərindən idi.

Özbək və Türkmən demokratlarının himayə edilməsi

Türk Cümhuriyyətlərindən bir çox siyasətçi təqiblərdən xilas olmaq üçün Azərbaycan Xalq Cəbhəsinə pənah gətirərək onun hi­mayəsinə sığınırdılar.Özbəkistanın məhşur Türkçü şairi “Birlik” Partiyasının rəhbərlərindən biri olan Yadigar Abid Daşkənddə “Qarabağ Komitəsi“ yaradaraq ermənilərin torpaqlarımızın işğal­çılıq siyasətinə qarşı öz etiraz səsini yüksəltmiş, onların riyakar təbliğatının qarşısını almaq üçün mətbuatda və ictimaiyyət içəri­sində geniş fəaliyyətə başlamışdır.Bu vətənpərvər Türk təəssüb­keşinin fəaliyyəti ermənilərin xoşuna gəlməmiş, onların təzyiqi və təhriki ilə Kərimov rejiminə qarşı siyasi mübarizəsi də bəhanə edilərək təqib və həbslərə məruz qalmış, həyatına təhlükə olduğu üçün 1992-ci ilin aprelində Azərbaycana pənah gətirmişdir.

Xalq Cəbhəsinin himayəsinə sığınan digər bir siyasi müha­cir də Türkmənistan Demokrat Partiyasının qurucularından biri, Səfərmurad Türkmənbaşının zülmündən və siyasi təqiblərindən xilas olmaq üçün ölkəmizə pənah gətirən Məhəmməd Durdımu- radidi.

1993-ci ilin oktyabrında Özbəkistanın “Birlik”” Partiyasının sədri Əbdürrəhmam Pulatov Kərimov rejiminin ona qarşı təşkil etdiyi sui-qəsd zamanı başından ağır yaralanaraq Bakıya gətirildi və burada uzun müddət müalicə olunduqdan sonra Daşkəndə geri döndü.Lakin 1993-cü ilin aprelində ona yenidən sui-qəsd təşkil olunsa da yara almadan qurtulur və həyatına təhlükə olduğu üçün ailəsi ilə birlikdə Moskvaya gedib Azərbaycan səfirliyinə sığınır- lar.Elçibəyin dəvətilə Pulatov Bakıya gəlir, bir müddət burda ya­şadıqdan sonra, rəhbərlik etdiyim Azərbaycan Xarici Turizm Şu­rasının xətti ilə onu və Özbək şairi Yadigar Abidi xarici pasportla təmin edərək İstanbula yola saldıq.Hal-hazırda Əbdürrəhman Pu­latov Amerikada və Yadigar Abid İsveçrədə yaşayaraq Özbəkis­tandakı diktatura rejiminə qarşı mübarizələrini davam etdrirlər.

Əbülfəz Elçibəyin qayğısına qalaraq himayə etdiyi dostların­dan biri də Özbəkistan “Erk” Partiyasının sədri və xalq hərəkatı­nın lideri Məhəmməd Salihdir.O 1991-ci il dekabrında prezident seçkilərində səs çoxluğu əldə edib uğur qazansa da, kommunist diktator İslam Kərimov seçkilərin nəticələrini saxtalaşdıraraq ona yalnız 12, 7 faiz səs ayırmışdır.Seçkilərdən sonra Kərimov ciddi rəqibi olan “Erk” partiyasından qisas alaraq ona qarşı təqiblərə başlamış, 1993-cü ilin aprelində Məhəmməd Salih başda olmaq­la bir çox rəhbərini həbs etdirmişdir. Lakin beynəlxalq təzyiqlər qarşısında geri addım atıb, repressiyalara qarşı etiraz olaraq öz deputat mandatından da imtina etmiş Məhəmməd Salihi həbsdən azad etməyə məcbur olmuşdur.

Məhəmməd Salih həyatına qarşı böyük təhlükə olduğu üçün silahdaşlarının məsləhəti ilə əvvəlcə Kazaxıstana sonra Elçibə­yin dəvəti ilə Bakıya gəlmişdir.Bəy Türkiyənin prezidenti Turqut Özalla əlaqə saxlayaraq Məhəmməd Salihin Türkiyəyə dəvət olunmasını xahiş etdi.Məhəmməd Salihə aprelin 17-də Turqut Özalla görüş təminatı verildi və o, ayin 15-də İstanbula uçdu. Hava alanında onu dostu, şair, Azərbaycanın İstanbuldakı Baş konsulu Abbas Abdulla qarşıladı.Lakin Turqut Özal aprelin 17- də vəfat etdiyi üçün onların görüşü baş tutmadı.Məhəmməd Sa- lih bir neçə il Türkiyədə yaşadıqdan sonra Özbəkistan prezidenti İslam Kərimovun Türk hökumətinə qarşı böyük təzyiqləri nəti­cəsində Süleyman Dəmirəlin şəxsən özünün təklifi ilə oranı tərk edərək Norveçə mühacirət etməyə məcbur olmuşdur.2000-ci ilin aprelində Elçibəy Türkiyədə olarkən Məhəmməd Salih onunla te­lefonda görüşmüş, Kərimov bu xəbəri eşidərkən onun yenidən Türkiyəyə geri döndüyünü güman edərək Türkiyə hökumətinə qarşı öz rəsmi narazılığını bildirmişdir. Məhəmməd Salihin Öz­bək xalqı içərisində böyük nüfuza malik olmasına qısqanclıqla yanaşan İslam Kərimov xarici ölkələrdə onun həyatına dəfələrlə sui-qəsdlər təşkil etmişdir.Məhəmməd Salih, Əbülfəz Elçibəy və Turqut Özalı Türk dünyasını birləşdirməyə qadir son iki böyük Türk lideri hesab edirdi.

Əbülfəz Elçibəyin rəhbərlik etdiyi müstəqil Azərbaycan Respublikasının mövcudluğunu, Türk dünyası üçün əhəmiyyəti­ni dəyərləndirən Məhəmməd Salih ölkəmizdə yaranan böhranlı günlərdə qeyd edirdi ki, “Bugünkü Azərbaycan keçmiş SSRİ-nin qanlı zəncirlərini mərdliklə qırıb gerçək azadlığa qovuşan ilk Türk Cümhuriyyətidir.Onun mənəvi haqqa sahib olan preziden­ti Əbülfəz Elçibəy mücadilə verən bütün istiqlalçıların öndəridir. Azərbaycan diyarında Ana Vətən uğrunda təcavüzkarlara qarşı qanlı döyüşlər getdiyi bu təhlükəli günlərdə biz özümüzü əziz Azərbaycan xalqı və prezidenti Əbülfəz Elçibəylə birgə bilirik”. (Ədalət Tahirzadə Prezident Eçibəy səh. 361)

Əbülfəz Elçibəy xalqın seçdiyi prezident və Dövlət başçısı kimi xalqın indiyə qədər alışmış olduğu sosialist cəmiyyətinə xas inzibati-amirlik idarəçilik sistemini rədd edərək ölkəni “insan Dövlət üçün deyil, Dövlət insan üçündür”prinsipi ilə idarə etməyi qarşısına məqsəd qoymuşdu.Sözün əsl mənasında demokratik bir lider olan Əbülfəz bəy üçün Xalq hakimiyyətin əsas mənbəyini təşkiledirdi.

Çağdaş Turan Partiyası arzusu

Qısa zaman içərisində AXC hakimiyyəti ölkənin daxilində iqtisadi, sosial, təhsil sahəsində geniş islahatlar həyata keçiril­məsinə nail oldu, beynəlxalq əlaqələr genişləndrildi, düşmən ün­sürlərin pozuculuq fəaliyyətlərinə baxmayaraq ordu quruculuğu işləri də ilk zamanlar uğurla həyata keçirilirdi, cəbhədə silahlı qüvvələrimiz bir sıra uğurlu əməlıyyatlar həyata keçirdilər.

Elçibəyin hakimiyyəti dövründə çoxpartiyalı sistemə keçid cəmiyyətin demokratikləşməsinin mühüm şərtlərindən biri hesab olunurdu.Bir il ərzində bir çox partiya yaranaraq heç bir maneə olmadan qeydiyyatdan keçdilər. İri partiyalar qərargahlarla təmin olundular.

Elçibəy Azərbaycan Xalq Cəbhəsinə dəstək olmaq üçün öz fəaliyyətini Türkçülük-Turançılıq ideologiyası üzərində quran Çağdaş Turan Partiyası adlı bir partiyanın yaradılmasının da təşəbbüskarı olmuşdu.1991-ci ildə bu partiyanın yaradılmasını öz yaxın silahdaşları Aydın Abbasova və Arif Tağıyevə həvalə et­mişdi. Türkçülüyə önəm verən bir çox cəbhəçi bu partiyada öz fəaliyyətlərini davam etdirdilər.Partiyanın qurucu rəhbərləri olan Arif Tağıyev Azərbaycan Dövlət Universiteti fəlsəfə kafedrası­nın, Aydın Abbasov isə İnşaatMühəndisləri İstitutu fəlsəfə kafed­rasının müəllimi idi.Fəlsəfə kafedrasında bərabər çalışdığımız “Türk Aydın” ləğəbiylə məhşur olan Aydın Abbasov XX yüzilli­yin əvvəllərindən etibarən Türk dünyasının türkçülük ənənələri­nin yaşadığı önəmli mərkəzlərindən biri olan, görkəmli türkçülər yetirmiş Naxçıvan türkçülük məktəbinin nümayəndəsiydi.Aydın bəy Elçibəylə Şərqşünaslıq fakultəsində bərabər təhsil aldıqları dövrdən tələbəlik dostları idilər.Milli Azadlıq hərəkatının öncül­lərindən olan Aydın Abbasov gənclərin türkçülük ruhunda yetiş­məsində də böyük əmək sərf etmiş, Elçibəy hakimiyyəti dövrün­də Prezident aparatında şöbə müdiri vəzifəsində çalışmışdır.

Xarici Turizm Şurasının sədri vəzifəsində

AXC hakimiyyəti dövründə mən vəzifəyə nisbətən gec təyin olundum.1992-ci il avqustun axırında qərargahın işi ilə əlaqə- darPrezident sarayına Dövlət katibi Pənah Hüseynovun qəbuluna getmişdim, qəbul otağında gözlədiyim zaman Əbülfəz Elçibəy də ora gəldi, mənim bir vəzifəyə təyin olunub olunmamağımla maraqlandı.Mən cəbhə qərərgahında hələ görəvimi yerinə yetir­diyimi söylədim.Konkret olaraq hansı Dövlət qramlarının birində vəzifə tutmaq fikrində olduğumu soruşdu, mən də ixtisasıma uy­ğun olaraq hələ də kommunistlərin görəvdə olduğu Xarici Turizm Şurasının sədri olmaq istədiyimi, keçmişdə bir müddət Bakı şəhər Turizm İdarəsində də çalışdığımı bildirdim.Əbülfəz bəy Pənah Hüseynova tapşırdı ki, Ələsgərin Xarici Turizm Şurasının sədri təyin olunması haqqında Fərman hazırlayıb gətirərsən.Lakin Cə­bhədə və Xalq Hərəkatında heç bir iştirakı və xidməti olmayan şəxslərin vəzifələrə təyin olunması ildrım surəti ilə həll olunduğu halda mənim təyinatim haqqında Fərmanın verilməsi noyabrın ortalarına qədər gecikdrildi.Nəhayət bir neçə xatırlatmalardan sonra mənim də Fərmanım verildi.Sonralar məlum oldu ki, mən də hakimiyyət içərisində artıq başlamış olan intriqaların qurban­larından biri imişəm.Elçibəyə yaxın olduğum üçün müsavatçılar mənim yerimə özlərinin bir kadrosunu sədr vəzifəsinə təyin et­mək istəyirmişlər, lakin mənim inadkarlığım və geri çəkilməmə- yim onların planını pozmuşdu.

Cəbhə xəttindəki uğursuzluqlar

1992-ci ilin 2-ci yarısı AXC hakimiyyətının yüksəliş dövrünü təşkil edir.Lakin Əbülfəz Elçibəyin bütün cəhdlərinə baxmaya­raq orduda bütün məsələlər Rəhim Qazıyev, Surət Hüseynov və onların rus hərbi müşavirlərinin nəzarəti altında idi.Rəhim Qazı- yevinMüdafiə Naziri vəzifəsindən uzaqlaşdırılması, bu baş verə­cəyi təqdirdə Rusiya Müdafiə Naziri Qraçovun torpaqlarımızın Gəncəyə qədər olan ərazisinin işğal olunacağı təhdidləri üzündən müşkül məsələyə çevrilmişdi.Rusiyanın tələblərinə boyun əy­məyərək müstəqil siyasət yürüdən və digər respublikalar üçün də kötü örnək təşkil edən Azərbaycan dünyaya meydan oxuyan rus İmperiya ordusunun təhdidləri qarşısında yalnız buraxılmışdı.

İlin axırlarından başlayaraq uğursuzluqlar bir-birini əvəz et­məyə başladı.Noyabrda Rəhim Qazıyevin və Surət Hüseynovun rəhbərlik etdikləri Laçının azad olunma əməliyyatı uğursuzluqla başa çatdı.Dekabrın 23-də isə daha böyük bir xəyanət baş verdi. Xankəndinə hücum zamanı şəhərə 11 kilometr qalmış guya Surət Hüseynov, Nəcməddin Sadıqov, Rəhim Qazıyev və Sərdar Həmi­dov arasında baş vermiş münaqişə nəticəsində qoşunları ön cə­bhədən və şəhərin arxasındakı mövqelərdən geri çəkərək böyük bir xəyanətə imza atdılar.

Rusiyanın bütün təhdidlərinə baxmayaraq Əbülfəz Elçibəy fevralın 20-də Rəhim Qazıyevin istefa haqqında ərizəsini qəbul edərək onu Müdafiə naziri vəzifəsindən azad edərək yerinə gene­ral Dadaş Rzayevi təyin etdi.

Naxçıvanda Heydər Əliyevlə cəbhəçilər arasında növbəti qarşıdurma

Erməni lobbisinin təsiri altında ABŞ konqresi oktyabrın 24- də guya Ermənistanı blokadaya aldığımıza görə Azərbaycana Amerika yardımını qadağan edən 907-ci düzəlişi qəbul etdi.

Bütün bunlar azmış kimi digər bir gərginlik də ölkənin daxi­lində yaşandı.Oktyabrın 24-də Daxili İşlər naziri İsgəndər Hə­midov Naxçıvanlı cəbhəçi Səyavuş Mustafayevi Muxtar Res­publikaya Daxili İşlər Naziri təyin etdi.Lakin Heydər Əliyev bu təyinatı qəbul etməyərək öz kadrosunu nazir təyin etdi.Bundan hiddətlənən Naxçıvan cəbhəçiləri televiziya studyasının və Daxi­li İşlər Nazirliyinin binasını tutaraq Səyavuş Mustafayevi nazir kürsüsünə əyləşdirdilər.Heydər Əliyev xalqa müraciətlə cəbhənin Naxçıvanda Dövlət çevrilişi təşkil etdiyini elan edrək onları etiraz mitinqinə dəvət etdi.Mitinq iştirakçılarının təzyiqi ilə cəbhəçilər geri çekilməyə məcbur oldular.Heydər Əliyev fürsətdən istifadə edərək cəbhəçilərə qarşı həbslərə və təqiblərə başladı, Cəbhəni xalqın gözündən salmaq kampanyasına start verildi.Bütün bun­ların nəticəsində o, Naxçıvanda təkbaşına şəriksiz hakimiyyətini qura bildi.

Musavat Partiyasının Bərpa Qurultayı

1992-ci ilin noyabrında keçirilən Musavat Partiyasının III Bərpa Qurultayı AXC-nin bu vaxta qədərki təkbaşına hakimiy­yətinə son qoydu.AXC-nin üzvləri olaraq hakimiyyətdə təmsil olunan çoxsaylı vəzifə sahibləri bir günün içərisində digər bir partiyanın mənsubu olaraq görəvlərinə davam etdilər.Artıq haki­miyyət daxilində vahid siyasi təşkilat mənafeyi mövcud deyildi.

Qurultayda İsa Qəmbər partiyanın başqanı, Niyazi İbrahimov isə Baş katib seçildilər.Hələ 1991-ci il iyulun 10-da Ankarada Musavat Partiyası Başqanlıq Divanının toplantısında partiyanın Azərbaycanda yenidən bərpası haqqında qərar verilmişdi.

Azərbaycan demokratik Cümhuriyyətının 1918-ci ildə mil­li kadroya olan ehtiyacı ödəmək üçün 100 gənci Avropaya təh­sil almağa göndərməklə qoymuş olduğu ənənəyə uyğun olaraq, 1991-ci ilin avqustunda Azərbaycan Xalq Cəbhəsinin sədri Əbül­fəz Elçibəyin təşəbbüsü ilə 50 nəfər gənc oğlan və qız Türkiyə Universitetlərində təhsil almaq üçün Ankaraya göndərildilər.O tələbələrin sənədlərinin hazırlanması və digər texniki məsələlərin həll olunmasında çəkdiyim zəhməti dəyərləndirərək Bəy məni də Sabit Bağırov və Vurğun Əyyubovla bərabər tələbələri müşaiyət edəcək Nümayəndə Heyətinin tərkibinə daxil etdi.Tələbələrin Universitetlərə yerləşdrilməsi işinin əsas təşkilatçısı Ankaradakı Azərbaycan Kültür Mərkəzi və onun rəhbərləri Əhməd Qaraca, Mehmet Kəngərli və Cəmil Ünal Bəylər idi.Onlar Türkiyə Cüm­huriyyəti Yüksək Öyretim Kurulunun o zamankı başkanı əslən Erbilli İraq türkməni olan və qəlbində dərin bir Azərbaycan sevgisi daşıyan professor İhsan Doğramacı ilə birbaşa əlaqəyə girərək belə mühüm bir görəvi başarı ilə gerçəkləşdirmişdilər. Biz təyyarə ilə Bakıdan İstanbula oradan da avtobusla Ankaraya getdik.Sabahısı gün bizi İhsan Doğramacı YÖK binasında qəbul etdi.Tələbələr Ankara, İstanbul və digər Universitetlərdə siyahı ilə yerləşdrildi.

Geri dönməyimizə bir gün qalmış Mehmet Kəngərli və Cəmil Ünal mənimlə təklikdə bir məsələni müzakirə etmək istədiklərini bildirdilər.Söhbətimiz əsnasında dedilər ki, sənin Əbülfəz bəyin tələbəsi və ona yaxn adam olduğunu bilirik, bir istəyimizi özəl olaraq ona çatdırmanı istəyirik. Azərbaycan artıq müstəqilliyə doğru gedir ona görə də, ulu öndər Məhəmmədəmin Rəsulzadənin bu günə qədər qoruyub saxlamış olduğumuz ən müqəddəs mirası olan Musavat Partiyasını onun vəsiyyətinə uyğun olaraq vətənin­də əmin əllərə təhvil vermək istəyirik. Bunun üçün ən uyğun şəxs isə bizə görə, Əbülfəz Elçibəydir.O, Musavat Partiyasına başqan olmağı qəbul edərək Qurultay keçirib Xalq Cəbhəsinin əsasında partiyanı Azərbaycanda bərpa edə bilər.

Onlar bu təklifi kimsəylə bölüşmədən yalnız Əbülfəz bəyə çatdırmağı xahiş etdilər.Qərargahdakı və Bəyin evindəki telefon­lar dinləndiyindən mən evdən telefon açıb cavabı onlara bildirə­cəkdim. Bakıya geri döndükdən sonra onların təklifini Əbülfəz bəyə çatdırdım.O, cavabında bildirdi ki, tələsməsinlər, qoy fikir­ləşim onlara cavab verəcəm.

Əhməd Qaraca bir həftə sonra bizim evə zəng edib Əbülfəz bəyin onların təkliflərinə nə cavab verdiyi ilə maraqlandı, mən də Bəyin sözlərini onlara çatdırdım. Üstündən bir ay keçdikdən son­ra Əhməd Qaraca yenidən mənə zəng ələdi və Bəyin nə fikirdə olduğunu soruşdu.Mən yenədə Əbülfəz bəylə görüşdüm və fik­rini soruşdum.Bəy dedi ki, mən Xalq Cəbhəsinin öz missiyasını artıq başa vurduğu fikrində deyiləm, mən düşündüm ki, bu işi İsa Qəmbərə tapşırsaq daha yaxşı olar.O, artıq lazımi siyasi təcrübəyə və nüfuza malikdir və ŞADP adlı hazır partiyaları var. Mən onlara İsa Qəmbəri təklif edəcəm, ancaq sən onlara bu barədə bir şey söyləmə, bu yaxınlarda Ankaraya gedən olacaq, mən ətraflı mək­tub yazıb onlara fikrimi bildirəcəm.Mən Ankaraya zəng edib Əh­məd Qaracaya bildirdim ki, Əbülfəz bəy deyir ki, tələsməsinlər, bu yaxınlarda özüm onlara ətraflı cavab göndərəcəm. Beləliklə, Əbülfəz bəy hakimiyyət uğrunda və ölkəni Rusiya asılılığından xilas etmək uğrundakı bu gərgin mübarizə dönəmində onun ən yaxın silahdaşı və arxası olan Xalq Hərəkatının təşkilatçısı AXC- ni tərk etməyi düzgün hesab etmədi.

Danışıqların sonunda Ankara ilə Əbülfəz bəy İsa Qəmbərin namizədliyi məsələsində razılığa gəldilər.Bu konuda kiçik bir problem də vardı. Belə ki, hələ 1989-cu ildə Niyazi İbrahimov, Əhməd Rza və Rauf Şənol(Arifoğlu) Yeni Musavat adli bir parti­ya yaradıb qeydiyyatdan keçirmək üçün fəaliyyətə başlamışdılar. YeniMusavat Partiyasının 1991-ci il iyununda keçirilən 1-ci Qu­rultayında tarixçi Nəsib Nəsibzadə partiyanın İcraiyyə Komitə­sinin sədri seçildi.1992-ci il martın 21-də Ankarada Başqanlıq Divanının qərarı ilə Bakıda Cəbhənin daxilində öz mövcudluğu­nu qoruyub saxlayan ŞADP-çilərin və Yeni Musavat Partiyasının rəhbərlərı Nəsib Nəsibzadə, Niyazi İbrahimov və Rauf Arifoğ- lunun da iştirakı ilə 23 qurucu üzvdən ibarət Bərpa Mərkəzi ya- radıldı.28 iyundakı toplantıda isə İsa Qəmbər Bərpa Mərkəzinin sədri, Nəsib Nəsibzadə isə 1-ci katib seçildilər.

Partiyanın III Bərpa Qurultayi ərəfəsində Nəsib Nəsibzadə katib vəzifəsindən imtina etdiyi üçün İsa Qəmbər Qurultayda par­tiyanın Başqanı, Niyazi İbrahimov isə Baş Katib seçildilər.

Bununla da faktiki olaraq Müsavat partiyası AXC hakimiy­yətinin şəriki, yəni onunla kolisiya ortağı oldu.

Müsavat partiyası yarandıqdan sonra da partiya üzvlərı AXC- üzvü olaraq qalmaqda davam edirdilər ki, bu da müəyyən prob­lemlər yaradırdı. Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy AXC-yə kollektiv üzvlük haqqında 1992-ci il dekabrında II Qurultayın qərarına uyğun olaraq 1993-cü ilin martında belə bir sərəncam verdi ki, AXC-nın seçkili orqanlarında çalışan digər partiyaların üzvləri ya Xalq Cəbhəsinin üzvlüyündə qalıb görəvlərinə davam etməli, ya da bu təşkilatın qurumlarını tərk etməlidirlər. AXC- ni təşkilat olaraq möhkəmləndirmək və onu hakimiyyət partiyasi kimi mütəşəkkil qüvvəyə çevirmək məqsədi güdən bu sərəncam əslində Müsavat Partiyasına AXC-yə kollektiv üzv olmağı tək­lif edirdi. Lakin Müsavat Partiyasının Divanı bu təklifi qəbul et­məyərək bildirdi ki, “Müsavat Partiyası indiki mərhələdə AXC- nin kollektiv üzvü olmağı hələlik məqsədəuyğun hesab etmir, müstəqil fəaliyyət göstərməyi daha münasib bilir.”

Heç şübhəsiz Divanın bu qərarı əslində hakimiyyətdə ortaq olduğu AXC qarşısında Müsavat Partiyasının hər hansı bir öh­dəlik götürmək arzusunda olmadığını, böhranlı vəziyyətlərdə müstəqil siyasi manevrlər etmək azadlığına üstünlük verdiyini göstərirdi.

Elçibəyin Gəncəyə gedişinin səbəbi

1993-cü ilin əvvəllərindən başlayaraq siyasi və hərbi müxa­lifət düşmən ünsürlərlə də alyansa girərək AXC-nin milli haki­miyyətinə qarşı mübarizəni intensivləşdirdilər.

Fevralın axırlarında Heydər Əliyev Moskvaya səfər etdi.Rə- sul Quliyev bu səfər haqqında yazırdı kı, Heydər Əliyev “Moskva səfəri zamanı Rusiyanın səlahiyyətli orqanları ilə gələcək haki­miyyət dəyişikliklərini müzakirə etməsi və 4 iyunla bağlı razı­laşmalar əldə edilməsi haqqında əlimizdə tutarlı sənəd və dəlillər vardır.”(Ədalət Tahirzadə.Prezident Elçibəy, səh.241)

Gəncə şəhəri AXC hakimiyyətinə qarşı mübarizənin əsas mərkəzinə çevrilmişdi.Rusiyanın hərbi və siyasi dəstəyinə nail olan Surət Hüseynov ətrafına topladığı silahlı dəstəsi ilə əsas təhlükə mənbəyinə çevrilərək general Şerbakın yardımı ilə milli hakimiyyəti devirmək üçün yeni bir çevriliş planı hazırlamışdı. Fevralın 8-də Elçibəy vəziyyətlə yerində tanış olmaq üçün Gən­cədə şəhər İcra hakimiyyəti, hüquq-mühafizə orqanları və AXC şəhər rəhbərliyinin iştirakı ilə birgə müşavirə keçirərək geniş çıxış etdi və yaranmış vəziyyəti hərbi-inzibati orqanlarla müza­kirə etdi.Elçibəyin Surət Hüseynovla görüşündə onun prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib “Azəryunsə- naye” Dövlət Şirkətinin prezidenti təyin olunması məsələsi ra- zılaşdrılmışdı.Lakin fevralın 9-da AXC İcraiyyə Komitəsinin sədri Tofiq Seyidovun yerinə təyin edilmiş Fərəc Quliyev gözlə­nilmədən prezidentin hələ Gəncədə olduğu zaman Respublikada hərbi-siyasi durumla bağlı Surət Hüseynovu hərbi cinayətlərdə və Dövlət çevrilişində suçlayan kəskin bəyanat verdi.Əslində bu bəyanat, zamanlama etibarı ilə yalnış olub Elçibəyin həyatına bö­yük bir təhlükə yaradırdı.Sonradan da məlum olduğu kimi Gən­cədə Əbülfəz Elçibəyə qarşı ciddi sui-qəsd cəhdi mövcud olmuş və onun təyyarəsinin Mingeçevir üzərində vurulması da planlaşd- rılmışdı.

Kəlbəcərin işğalı və ölkədə içtimai-siyasi vəziyyətin gərginləşməsi

Martin 27-də Kəlbəcərə ermənilərin bir neçə istiqamətdə ge­niş hücumu aprelin 3-də rayonun bütünlüklə işğalı ilə nəticələndi. Azərbaycan Silahlı qüvvələrinin Kəlbəcərin işğalının qarşısını al­mağa qadir bir gücə malik olduğu şəraitdə bunu bacara bilməmə­si onun böyük bir xəyanət nəticəsində bilərəkdən təhvil verildi­yini sübut edirdi. Surət Hüseynov və Rəhim Qaziyev iş birliyinin nəticəsi olan Kəlbəcər məğlubiyyəti AXC hakimiyyəti üçün ağır zərbə olsa da, bu məğlubiyyəti planlaşdırıb həyata keçirən xa­inlərin xalqı hakimiyyətə qarşı ayağa qaldırmaq ümidləri boşa çıxdı.Əbülfəz Elçibəyin və onun hakimiyyətdəki silahdaşlarının diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların və dünya Dövlətlərinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə doğru yönəltmək mümkün oldu.İlk dəfə olaraq ermənilərin işğal etmiş olduğu Azərbaycan ərazilərindən çəkilməsini tələb edən Qətnamə və Bəyanatlar qəbul edildi.

Azərbaycanın diplomatik səyləri ilə yanaşı, Türkiyənin BMT-dəki nümayəndəsi Mustafa Aksın Kəlbəcərin işğalı zama­nı BM anlaşmasının 51-ci maddəsinə uyğun olaraq işğal davam edərsə, təcavüzkarı cilovlamaq üçün Türkiyənin əvvəlcə Naxçı­vana hərbi yardım edəcəyini, sonra da Azərbaycan hakimiyyə­tinin razılığı ilə ona hər cür hərbi yardım edəcəyini bəyan etdi. Mustafa Aksinin diplomatik səyləri nəticəsində Kəlbəcərin boşal­dılmasına nəzarət üçün Rusiya və ABŞ-ın birgə iştirakı ilə konk­ret plan hazırlandı.

Bu ağır günlərdə bütün incikliklərə rağmən Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bütün qüvvələrin prezident Əbül­fəz Elçibəyin ətrafında sıx birləşməyə və ona hərtərəfli dəstək ol­mağa çağırdı.Daşkənddə səfərdə olan Türkiyə prezidenti Turqut Özal bəyanat verərək Rusiyanın dəstəklədiyi ermənilərin işğalçı­lıq siyasətinə qarşı Azərbaycan torpaqlarını qorumaq üçün hərbi müdaxilədən çəkinmədiklərini bildirdi.Hətta Elçibəyin Kəlbəcər­dən əhalini daşımaq üçün helikopter istəyini müxtəlif bəhanələrlə rədd edən Baş nazir Süleyman Dəmirəl ermənilər təcavüzü da­yandırmasa “səbrlərinin tükənəcəyini” bəyan etdi.

Daxili İşlər naziri İsgəndər Həmidovun jurnalistləri döyməsi və Milli İstiqlal partiyasının sədri Etibar Məmmədovun Bakıda iqtidar əleyhinə mitinqlər təşkil etmək cəhdləri ölkə daxilində so­sial-siyasi gərginliyin artmasına xidmət edirdi.

Jurnalistlərin döyülməsi Elçibəyin hakimiyyət prinsiplərinə zidd olub, bu hakimiyyəti gözdən salma işinə xidmət edirdi.Elçi- bəy bu məsələyə öz münasibətini bildirərək deyirdi ki, “Mən mət­buatın üzərinə hər hansı qadağalar qoyulmasının əleyhinəyəm. Azad mətbuat olmayan ölkədə heç bir demokratik cəmiyyət qur- maqolmaz“.

Bu cür böhranlı vəziyyətdə belə Əbülfəz Elçibəy öz təmki­nini pozmadan səbrlə ölkə daxilində sabitliyi qorumaq, Dövlət quruculugu istiqamətində və Ermənistanın təcavüzkar işğalçılıq siyasətinin Beynəlxalq birlik tərəfindən ittiham edilməsinə nail olmaq sahəsində öz fəaliyyətini davam etdirirdi.

AXC fəallarının protokol qaydalarına uyuşa bilməməsinin acıları

Əbülfəz bəy Rayon İcra başçıları və dövlət məmurları ilə gö­rüşlərində Sovet dövrünə xas inzibati amirlik İdarə formasından imtina edib xalqa hörmət və ehtiramla yanaşmağı tövsiyə edirdi, biz də buna əməl edirdik.Bir gün uzun illər ərzində Sovet parti­ya orqanlarında işləmiş yaşca məndən böyük bir nəfər qəbuluma gəldi.Mən hörmət əlaməti olaraq qalxıb ona qarşı getdim və qar­şılayaraq masamın arxasında öz yerimdə deyil, onunla üzbə-üz əyləşdim. O, gülərək ərkyanə dedi ki, “bacıoğlu, siz bu hakimiy­yətdə uzun müddət qala bilməyəcəksiniz”. Səbəbini soruşduqda bildirdi ki, sız bu xalqı yaxşı tanımırsınız, əgər bu cür münasibət bəsləməyi davam etdirsəniz sizi saymayacaqlar və tabe olmaya­caqlar, bu xalq xahişlə, minnətlə deyil, əmrlə, sərtliklə idarə olun­mağı öyrənib.

Elçibəyin demokratik Dövlət quruculuğu sahəsində uğurla həyata keçirdiyi tədbirlər ölkə daxilində bəzi qüvvələrin narahat­lığına səbəb olduğu kimi, onun Türk Dünyasındakı populyarlı­ğı və onun təsiri ilə Türkiyədə türk milliyətçiliyinin güclənməsi, qardaş ölkədə bəzi siyasi dairələri xeyli narahat edirdi.Xalq Cə­bhəsi fəallarının bəzilərinin yanlış hərəkətləri buna rəvac verirdi. 1993-ci ilin martında Antalyada Türk Dövlət və Topluluqlarının I Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında iştirak edən AXC fəallarından bir qurupu prezident Turqut Özalın, Baş nazir Sü­leyman Dəmirəlin və digər Türk Cümhuriyyətlərinin hökumət və dövlət nümayəndələrinin iştirak etdikləri toplantıda protokol qaydalarını pozaraq bir sıra siyasi naşılılıqlara yol vermiş, bütün diqqətlərini orda iştirak edən MHP başqanı Alparslan Türkeşə yönəldərək Qurultayda ona hədiyyələr vermişlər. Bu da Turqut Özala və Süleyman Dəmirələ qarşı sayqısızlıq idi.

Elçibəy və Turqut Özal

1990-cı il yanvar hadisələri zamanı Azərbaycan haqqında bir sıra yalnış ifadələr işlədən Turqut Özal Əbülfəz Elçibəylə şəxsən tanış olduqdan sonra onun təsiri altında Türk Dünyası ilə əlaqələ­rin Türkiyə üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu dərk etmiş, istər AXC hakimiyyətinə siyasi dəstək vermək, istər- sədə Türk birliyinin yaradılması yönündəki fəaliyyətlərdə Elçibə­yin ən böyük dəstəkçisinə və silahdaşına çevrilmişdi.Türkiyənin qardaş ölkə olaraq neft müqavilələrinə cəlb olunması təşəbbüsü şəxsən Elçibəyə məxsusdur.O, Turqut Özala ilk günlərdən Azər­baycanda neft sahələri əldə edib neft çıxarılması və daşınması prosəslərində iştirak etmək üçün öz mütəxəssislərini göndər­məsini təklif etmişdi.Bununlada Elçibəyin səyləri ilə Türkiyə­nin TPAO və BOTAŞ kimi neft şirkətlərinə Azərbaycanın neft sahələrindən iştirak payı alaraq dünyanın məhşur neft şirkətləri ilə yanaşı beynəlxalq neft konsorsiumuna qatılmışdılar.

Azərbaycanın və AXC hakimiyyətinin təklənmiş olduğu böh­ranlı dönəmlərdə Turqut Özalın Azərbaycana hər gəlişi onun Elçi­bəy iqtidarına verdiyi dəstək və güvən baxımından böyük əhəmiy­yət kəsb edirdi.Turqut Özalın əksinə olaraq Süleyman Dəmirəlin Elçibəy hakimiyyətinə qarşı münasibəti hər nə qədər diplomatik ibarələrlə pərdələyib gizlətməyə səy göstərsə də qeyri səmimi və hətta neqativ idi. O, açıq şəkildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gətirilməsinin tərəfdarı idi.Heydər Əliyevə və Əbül­fəz Elçibəyə münasibətdə Türkiyə siyasi dairələri iki cəbhəyə bölünmüşdü.Milli Güvənlik Qurumunun və Nazirlər Şurasının toplantılarında Turqut Özalın və Süleyman Dəmirəlin bu məsələ ətrafındakı mübahisələri bir-birlərini ağır sözlərlə təhqir səviy­yəsinə çatırdı.Turqut Özal Süleyman Dəmirələ müraciətlə deyirdi ki, “Sən bu KQB generalını təkcə Azərbaycanın deyil, Türkiyə­nin də başına bəla olaraq gətirəcəksən”.Süleyman Dəmirəl isə öz növbəsində Cəbhə hakimiyyətini səriştəsizlikdə suçlayir və Elçi­bəyin Türkçülük-Turançılıq mövgeyinin Türkiyə üçün də təh­lükə təşkil etdiyini iddia edirmis.

Turqut Özalın 1993-cü il aprelin13-də Türküstan səfərindən geri dönərkən böyük bir nümayəndə heyəti ilə Azərbaycanı zi­yarət etməsi Elçibəyin şəxsiyyətinə və onun hakimiyyətinə dəstək baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Aprelin 15-də Azərbaycandan ayrılan Turqut Özalın ayın 18- də vəfatı xəbəri gəldi.Turqut Özalın bu müəmmalı ölümü təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün ağır bir itgi oldu.

Heydər Əliyevin hakimiyyətə gəlməsində Süleyman Dəmrəlin rolu

Elçibəy yaxın dostunu və Türk birliyinin qurulması yolunda öz silahdaşını, Azərbaycan isə öz dayağını itirdi.Türqut Özaldan sonra prezident vəzifəsinə seçilən Süleyman Dəmirəlin dövründə Türk Birliyi və Türk Cümhuriyyətlərinin əməkdaşlığı məsələsi özünün ən ağır dövrünü yaşadı.

Hakimiyyətə tamamilə yiyələnən Süleyman Dəmirəl Elçibə­yi öz hakimiyyəti üçün təhdid hesab edirdi.Elçibəyin Türkçülük ülküsünə verdiyi əhəmiyyət və onun Türk dünyasında geniş ya­yılması yolunda göstərdiyi çaba təkcə Dəmirəli deyil, hətta bəzi milliyətçi dairələri də narahat edirdi.Onlar Elçibəyin antiiran, antiçin və antirusiya çıxışlarının Azərbaycanla qardaşlıq mü­nasibətləri olan Türkiyəni də təhlükəyə düçar edə biləcəyindən ehtiyat edirdilər və Qarabağ məsələsinin 2-ci bir Quzey Kıprıs məsələsinə çevrilə biləcəyini əndişə ilə qarşılayırdılar.Elçibəyin Türkçülüyündən hürkən Türkiyənin Sosial-demokrat Xarici İşlər naziri Hikmət Çətin AXC hakimiyyətinə hər fürsətdə dəstək bə­yanatı verən Turqut Özala dəfələrlə öz narazılığını bildirmişdi. Elçibəy hakimiyyətinə dəstək verməkdə tərəddüd edən Süleyman Dəmirəl hökuməti Azərbaycanın Ermənistana tətbiq etdiyi em­barqonu hesaba almayaraq onunla iqtisadi əlaqələrini həvəslə ge­nişləndirərək 1992-ci ilin sentyabrında işğalçı ölkəyə yüz min ton taxıl satmış, 1992-93-cü illər ərzində üç yüz min kilovat elektrik enerjisi satmaq haqqında müqavilə imzalamış, lakin Bakıya səfəri zamanı Baş nazirin müavini Erdal İnönüyə İsa Qəmbərin etira­zından və Ana Vətən Partiyasının bu məsələni Millət Məclisinin gündəliyinə çıxarmasından sonra bu müqavilə ləğv olunmuşdur.

Süleyman Dəmirəl öz dostu və qardaşı Heydər Əliyevi so­nuna qədər dəstəkləməkdə davam etdi. Bu dostluğun bariz nü­munəsi olaraq 1993-ci il martin 24-də Süleyman Dəmirəllə Hey­dər Əliyev Naxçıvan Respublikası ilə Türkiyə arsında iqtisadi əməkdaşlıq haqqında protokol imzaladılar və Türkiyə Naxçı­vana 100 mln. dollar kredit ayırdı.Bu kreditin AXC hakimiyyə­ti əleyhinə təbliğat kompaniyası təşkil etməkdə, Bakıda qəzetlər nəşr etməkdə və öz tərəfdarlırını səfərbər edərək maliyyələşdir­məkdə və bütövlükdə hakimiyyətə gəlməsində Heydər Əliyevə böyük yardımı oldu.

Mehmet Turqut və onun “Taşkente doğru” kitabı

Türkiyə mənbələrində də təsbit edildiyinə görə, Heydər Əliyevlə Süleyman Dəmirəlin dostluq tarixinin kökü uzaq keç­mişə, Sovet dövrünə dayanır.Hələ bizim tələbəlik dövrümüzdə “Taşkente doğru” adli əldən-ələ gəzdirərək oxuduğumuz bir kitab vardı.Bu kitabda Mehmet Turqut İqtisadiyyat naziri kimi 1967- ci ilin sentyabrında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin rəhbərlik etdiyi Nümayəndə Heyətinin tərkibində Sovet İttifaqına səfərinin təssüratlarını qələmə almışdı.Moskva, Kiyev, Daşkənd şəhərlərində görüşlərini və Sovet gerçekliyini qələmə alan Meh- met Turqut yazır ki, Bakıda olduğumuz zaman nümayəndə heyə­timiz Azərbaycanın partiya rəhbəri Vəli Axundovla və Baş nazir Əlixanovla görüşdükdən sonra Süleyman Dəmirəl bizim iştira­kımız olmadan Azərbaycanın digər bir rəhbəri Heydər Əliyevlə təkbətək iki saat görüşdülər və bu görüşün mövzusu haqqında o, bizə heç bir bilgi vermədi. O zamanlar Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan Heydər Əliyevlə Türkiyənin Baş naziri Süleyman Dəmirəlin görüşü bir sirr olaraq qalmaqda davam etdi.

Mən 1998-ci ildə Ankarada olarkən millət vəkillərinin və iş adamlarının iştirak etdikləri bir çay məclisində söhbət zama­nı Mehmet Turqutun “Taşkente doğru” kitabından bəhs edərək hələ 70-ci illərdə Sovetlər Birliyində yasaq olunan bu kitabı necə maraqla oxuduğumuzu nəql etdim.Bu zaman hər kəs məclisdə olan gənc bir adama tərəf dönüb təqdir edici şəkildə gülümsədilər və yanımda oturan bəy məni həmin gənc adama təqdim edərək onun Mehmet Turqutun kürəkəni olduğunu söylədi.Bir az söh­bət etdikdən sonra Mehmet Turqutun kürəkəni qaldığım evin telefon nömrəsini yazdı.Üstündən bir neçə gün keçdikdən sonra mənə zəng edərək Mehmet Turqutun məni evinə qonaq dəvət et­diyini söylədi.Türkiyənin yüksək səviyyəli siyasətçilərindən və görkəmli iqtisadçılarından olan Mehmet Turqut Süleyman Də­mirəlin yaxın dostu vəƏdalət Partiyasının qurucu üyələrindən biri olmuşdur.Türkiyənin iqtisadi qalxınma planlarının və iqtisadiy­yat üzrə çoxlu kitabların müəllıfi olan Mehmet Turqut uzun illər ərzində bir-birini əvəz edən hökumət kabinələrində İqtisadiyyat naziri görəvini də yerinə yetirmişdi.Məni öz evində çox səmimi qarşılayan Mehmet Turquta söhbətimiz əsnasında 1967-ci ildə Bakıda Süleyman Dəmirəl və Heydər Əliyevin müəmmalı görü­şü haqqında sual verdim.Mehmet bəy dedi ki, “Bizim iştirakımız olmadan keçirilən bu təkbətək görüş Nümayəndə Heyətinin də böyük marağına səbəb olmusdu, biz Süleyman bəydən bu görü­şün təfsilatını soruşduqda bizə “zamanı gəldikdə açıqlayacam“ cavabını verdi.Hətta biz partiya məclisi toplantısında Süleyman Dəmirələ bu görüşün konusu haqqında rəsmi sorğu ilə müraciət etdik, o yenə də “zamanı gələndə açıqlayacam“ cavabı ilə bu ko- nuyu ötüşdürdü və bu günə qədər də bu müəmmalı görüş konu­sunda hər hansı bir açıqlama yapmadı”.



Elçibəy və yəhudulər

Elçibəy dəfələrlə Yəhudi xalqına böyük hörmət bəslədiyini, Türklərlə Yəhudilərin hər zaman dostluq münasibətində olduq­larını, İsrail dövlətinin də Sovet qoşunlarının Bakıya yeridilərək qırğın törətməsinə etiraz etdiyini qeyd edirdi.1993-cü ilin aprelin əvvəllərində ABŞ-dan bir qrup biznesmen Bakıya gələrək sədri olduğum Respublika Xarici Turizm Şurası ilə iqtisadi əməkdaşlıq təklif etdilər.Əslən Amerikalı yəhudilərdən olan bu iş adamları birgə şirkət quraraq Bakıda otellər tikmək, kazino təşkil etmək və Amerikadan birbaşa çarter uçuşları vasitəsi ilə ucuz məişət mal­ları və geyim əşyaları ticarətini təşkil etməyi öhdələrinə götürür­dülər. Onlarla bərabər Pənah Hüseynovun yanında olduq, sonra Elçibəylə görüşdük.Bəy onlardan Amerikadakı “Yəhudi lobbisi“ ilə aramızda daha sıx münasibətlər qurulmasına və Azərbayca­na yardımı qadağan edən 907-ci düzəlişin ləğv edilməsi üçün köməklik göstərmələrini xahiş etdi.Onlar da bu məsələlərdə im­kanları daxilində hər bir yardımı göstərəcəklərini vəd etdilər. Biz iqtisadi əməkdaşlıq haqqında müqavilələri hazırladıq ki, Ameri­kada onu imzalayaq. Yola düşmədən bir neçə gün öncə onların rəhbəri qəbuluma gəlib Amerikanın iki görkəmli konqresmeni ilə mənim görüşümü təşkil etmək üçün razılıq aldıqlarını sevinclə bildirdi.Vaşinqtonda əməkdaşlıq edəcəyimiz biznes ortaqlarımız mənim Dövlət Departamentində görüşümü təşkil etdilər.Amerika şirkəti ilə əməkdaşlıq haqqında müqaviləni Azərbaycanın Vaşinq­tondakı səfirliyində imzaladıq.Biznes ortağımız olan iş adamları məni 907-ci düzəlişin müəllifləri olan Demokrat partiyasından koqresmenlər Con Kerri və Edvard Kennedi ilə görüşdürəcək­lərini söylədilər.Vyetnam müharibəsinin iştirakçısı Con Kerri sonrada bu müharibənin əleyhinə hərəkatın rəhbərlərindən biri olan məhşur konqresmenlərdən idi.Sonralar o, bir neçə dəfə pre­zidentliyə namizədliyini irəli sürsə də, müvəffəq ola bilməmiş və Barak Obamanın prezidentliyi dövründə Dövlət Departamentinin sədri olmuşdu.İstər Dövlət Departamentində, istərsə də Kerri ilə görüşümdə Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev və səfirliyin müşaviri Ceyhun Mollazadə iştirak edirdilər.Kerri ilə görüşdən öncə məlumat aldıq ki, Edvard Kennedi ilə sabahkı görüşümüz onun hansı bir problemlə əlaqədar seçiciləri ilə təcili görüşə getməsi səbəbi ilə baş tutmayacaq.Con Kerri görüş zama­nı 907-ci düzəlişin müəllifi olması və erməniləri dəstəkləməsinin səbəbini konqresə seçkilərdə erməni diasporasının ona maddi və siyasi dəstək verməsi ilə izah etdi.O, qeyd etdi ki, erməni diaspo- rası böyük təsir güçünə və mütəşəkkil lobbi təşkilatlarına malik­dirlər və Amerika siyasətinə təsir edərək müxtəlif məsələlərin öz xeyirlərinə həll edilməsinə nail ola bilirlər.Azərbaycan Amerika­da bir o qədər də tanınmır və siz çox işlər görməli və öz lobbi təş­kilatlarınızı yaratmalısınız.Kerri qeyd etdi ki, konqresə seçkilərdə ermənilərlə yanaşı məni və dostum Edvard Kennedini yəhudilər də dəstəkləyirlər və Amerika yəhudiləri ilə geniş əlaqələr qurma­ğınız işlərinizə xeyli köməklik edə bilər.

Elçibəyin mənə verdiyi səlahiyyətə uyğun olaraq Kerrini və ona yaxın olan biznes dairələrinin nümayəndələrini prezidentin adından Azərbaycana dəvət etdim, o dəvəti məmnuniyyətlə qəbul etdi və eləhəmin an köməkçisi ilə məsləhətləşərək onların Bakıya səfərinin avqust ayında olacağını bildirdi və söz verdi ki, bu səfərə dostu Edvard Kennedi ilə birlikdə gələcəklər.Con Kerridən 907- ci düzəlişi necə aradan qaldıra biləcəyimizin yollarını soruşduqda dedi ki, müəllifi olduqları həmin düzəlişin əleyhinə birbaşa çıxa bilməzlər, lakin Azərbaycana gəlib vəziyyətlə birbaşa tanış ol­duqdan sonra və mənimlə bərabər gələn biznesmenlərə ölkənizdə sərfəli iş imkanları tanıdığınızdan sonra mən və Edvard Kennedi 907-ci düzəlişin müəllifliyindən imtina edəcəyik, çünki yəhudilər bizə tam dəstək verəcəklərinə görə artıq ermənilərə ehtiyacımız qalmayacaqdır.Görüşdən sonra səfir Hafiz Paşayev bunun Res­publikamız üçün çox əhəmiyyətli bir görüş olduğunu qeyd etdi. Mən Kerri ilə görüşümüzün müəyyən qismini onun icazəsi ilə vi­deo lentə çəkdirdim və geri dönəndə AzTV onu göstərdi.

Nyu-Yorkda Zahid xan Xoyski ilə görüş

Mən Amerikada olarkən Nyu-York şəhərinə də getdim. Məqsədim orda yaşayan Xoyskilər nəslinin görkəmli nümayən­dəsi Zahid xan Xoyski ilə görüşməkdi. Fürsətdən istifadə edib Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyini ziyarət etdim. Nümayəndəliyin rəhbəri Respublikanın keçmiş Baş naziri Həsən Həsənovla görüşüb söhbətləşdik. O, Elçibəyin Heydər Əliyevlə əməkdaşlığının Azərbaycan üçün böyük xeyir verəcəyi haqqında öz tövsiyəsini dilə gətirdi. Sonra mən Nyu-Yorkun yaxın məhəl­lələrinin birində yaşayan Zahid xan Xoyskinin evinə gedib onunla görüşdüm. Zahid xanın atası Hüseygulu xan Xoyski Azərbaycan Milli Hökumətinin ilk Baş naziri Fətəli xan Xoyskinin qardaşı idi. Rus ordusunun generalı olan Hüseynqulu xan Azərbaycan Cümhuriyyəti dönəmində milli ordunun quruculuğunda iştirak etmiş, sonra isə Gəncə General Qubernatorunun müavini işləmiş­di. Hüseynqulu xanın qızı Valiyə xanım milli ordunun polkovni­ki və Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin hə­yat yoldaşı idi.Bolşevik qoşunları Gəncəni işğal etdikləri zaman Cahangir bəy qaynatası Hüseynqulu bəy də daxil olmaqla bütün ailəsini İran üzərindən Türkiyəyə keçirmiş, özü isə Gəncəyə geri dönərək mübarizəsini davam etdirmişdir.Mayın 24-də digər vətənpərvər zabitləri də cəlb etməklə Gəncədə üsyan qaldırmış, bolşeviklər 1200-dən çox tələfat verərək geri çekilməyə məcbur olmuş, şəhər bir müddət üsyançıların nəzarəti altında qalmışdır. Bolşeviklərin yeni qüvvələr cəlb edərək üsyanı yatırmalarından sonra Cahangir bəy Gürcüstan üzərindən İstanbula getməyə nail olmuşdur.1922-ci ildə Zahid xan Xoyski atası Hüseynqulu xan və yeznəsi Cahangir bəylə birlikdə Polşanın rəhbəri marşal Pılsuds- kinin dəvəti ilə bu ölkəyə getmiş burda “Prometey” təşkilatının tərkibində Sovet Rusiyasına qaşı mübarizəni davam etdirmişlər. Hüseynqulu xan Xoyski 1925-ci ildə Atatürkün dəvəti ilə Tür­kiyəyə geri dönsə də, oğlu Zahid xan bacısının ailəsi ilə birlik­də Polşada yaşamağa davam etmişlər.Sonralar burda Tereza adlı polyak qızı ilə evlənən Zahid xan İkinci Dünya müharibəsindən sonra əvvəlcə Türkiyəyə getmiş və əllinci ilin əvvəllərində Ame­rikaya mühacirət etmişdir.O, Amerikada Azərbaycan siyasi mü­hacirlərinin təşkilatlanmasında aktiv fəaliyyət göstərmiş və 1983- cü ildə konqresin dəvəti ilə Azərbaycanın müstəqilliyi məsələsinə dair geniş məruzə ilə çıxış etmişdi. Mən Zahid xan Xoyskinin bu nəslin nümayəndələrinin taleyi və onların Azərbaycanın Azadlıq mübarizəsi haqqındakı söhbətini də video lentə çəkdirərək geri döndüyüm zaman Azərbaycan televiziyasında seyr etdirdim. Za­hid xan Xoyski vətəni Azərbaycanı ziyarət etmək arzusunu ger­çəkləşdirmədən 1997-ci ildə Nyu-Yorkda vəfat etmişdir.

Con Kerri ilə görüşümün hesabatı, yoxsa məhkəmə günlərinin xatirələri

Elçibəy Kerri ilə görüşümüzə televizorda baxmışdı və məni prezident sarayının yaxınlığındakı yaşadığı iqametgaha dəvət etdi. Ora getdiyimdə təxminən axşam saat doqquz olardı. Bəyin yemək yediyini söylədilər, gözlədim, sonra məni içəriyə dəvət et- dilər.Mən içəri daxil olanda o, qarşısındakı iri bir qovluğu vərəqlə­yirdi. Məni gördükdə ciddi bir tövrlə dedi ki, yaxşı gəlmisən, çox özündən deyirdin, əleyhimə verdiyin ifadələrin hamısı burdadır. Mən özümü itirmədim, çünki orda mənim tərəfimdən onun əley­hinə deyilmiş bir kəlmə sözün olması belə mümkün deyildi.Ona görə də dedim ki, Bəy, əgər orda mənim tərəfimdən sizin əleyhi­nizə deyilmiş bir kəlmə sözə belə rast gəlsəniz məni ən ağır söz­lərlə tənbeh edə bilərsiniz. Bu sözümdən sonra Bəy gülərək mənə bir vərəq uzatdı və dedi ki, “səni sınayırdım, bu mənim müdafiəm üçün siz tələbələrin yazıb məhkəməyə təqdim etdiyiniz “Müra­ciətdir. Bu qovluq mənim müəllim kimi həbs olunduğum zaman istintaqımın və məhkəmə prosesi ilə əlaqədar sənədlərin qovluğu­dur. Burda kimin kim olduğu haqqında hər şey yazılıb, hətta sənin haqqında bəzi tələbə yoldaşlarının danosları və məhkəmə binası qarşısında “biz Əbülfəz müəllimin yolunu davam etdirəcəyik” qışqırmağınız da yazılıb”. Biz həmin “Müraciət“i Bəyin vəkilinin məsləhəti ilə iki nüsxədən ibarət tərtib etmişdik və 2-ci nüsxəni mən indiyədək qoruyub saxlamışam.

Əbülfəz bəydən o qovluğu bir neçə dəqiqə vərəqləməyimə izn verməsini xahiş etdim. O da bu sənədlərin keçmiş Sovet döv­rünə aid olduğunu və əslində artıq heç bir əhəmiyyət kəsb etmə- diyni desə də, orda rast gəldiyim danosların müəlliflərinin adla­rını kimsəyə söyləməyəcəyim şərtilə icazə verdi. Qovluqda Eti­bar Məmmədov, Mehdi Məmmədov, Rafiq İsmayılov haqqında danoslar vardı və mənim də haqqimda tarix fakultəsinin keçmiş dekan müavini Məmməd Əfəndiyevin qrupumuzda olan cəsusla- rının danosları vardı. Sonra Elçibəy Respublikada mövcud olan gərgin vəziyyətdən bəhs etdi, mənim Con Kerri ilə olan görüşü­mü təqdir edən sözlər söylədi.

Hərbi birliyin xəyanətkar fəaliyyəti və Ankarada

Məsut Yılmazla görüşüm

Azərbaycanda vəziyyət gərginləşməkdə davam edirdi. Əbül­fəz Elçibəy öz diplomatik səylərini davam etdirərək Beynəlxalq Birliyi Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün mühüm tədbirlər həyata keçirməyə sovq edə bilmiş, 30 apreldə BMT-nin Təhlükəsizlik Şurasının Kəlbəcərdən və digər işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən və Elçibəy hakimiyyətinin diplomatik qələbəsi hesab edilə- cek 822 saylı Qətnamənin qəbul olunmasına nail olmuşdu.

Belə bir uğurlu gündə qanqaraldıcı bir xəbər də gəldi.Azər- baycanı cəzalandırmağa qərarlı olan Rusiya və onun ölkə daxi­lindəki satqın nökərlərinin səyləri ilə həmin gün Gəncədə hərbi hissələrin və könüllü dəstələrin komandirləri keçmiş 2-ci ordu korpusunun qərargahında toplanıb “Hərbi birlik” yaratdıqlarını elan edərək, bütün hakimiyyət orqanlarına, kütləvi mətbuat va­sitələrinə və xalqa “Müraciət“ qəbul etmşdilər. “Müraciət“də Bir­liyin bütün məsələlərdə yalnız Surət Hüseynova tabe olduqlarını, Birliyin qərarlarına yalnız onun nəzarət edə biləcəyini elan edir, digər hərbi hissələri də onlara qoşulmağa dəvət edirdilər. Heç şübhəsiz ərazilərimizin erməni işğalı təhlükəsi altında olduğu bu böhranlı dövrdə yaradılan bu separat “Hərbi birlik“və onun”Mü- raciət” i hərbi çevrilişə hazırlığın siqnalı idi.

1993-cü il aprelin axırlarında Türkiyə Turizm naziri Ebdül- kadir Atəşin dəvəti ilə İstanbula getdim. O, Kazaxıstan və Türk­mənistan nazirlərini də dəvət etmişdi. Məqsəd Türk Cümhuriy­yətləri arasında turizm əməkdaşlığı imkanlarını müzakirə etmək və Dünya Turizm Təşkilatının Budapeşt şəhərində keçiriləcək Konqresində birgə iştirak etməkdi. Həmin Konqresdə mən də El­çibəyin Helsinkidə ATEM-in toplantısında Azərbaycan türkcəsi ilə çıxışından ilham alaraq Anadolu türkcəsində çıxış etdim və Türk Nümayəndə Heyətindən bir tərcüməçi qadın çıxışımı ingi- liscəyə çevirdi, halbuki Türkiyənin Turizm Naziri ingiliscə, Ka- zaxıstanın və Türkmənistanın nazirləri rusca çıxış etdilər.

Koqresdən geri döndükdən sonra Ankarada Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq üzrə bir neçə müqavilə imzaladıq. Müxalifətdə olan Ana Vətən Partiyasındakı millətvəkili dostlarım məni o zamanlar partiyanın sədri və keçmiş Turizm naziri Mesud Yılmazla görüşdürdülər.Turqut Özalın par­tiyası olan Ana Vətən partiyası Süleyman Dəmirəlin Doğru yol Partiyasından fərqli olaraq Elçibəy hakimiyyətinə yaxın münasi­bətdə olub ona həmişə dəstək vermişdi.Görüşdə Mesud Yılmaz Azərbaycanda Dövlət çevrilişi haqqında Türkiyədə gəzən söz- söhbətdən narahat olduğunu bildirərək bu haqda mənim fikrimi soruşdu.Sonra o, Heydər Əliyevin Süleyman Dəmirəllə münasi­bətlərindən və onun bizim hakimiyyətimizin əleyhinə Türkiyədə ciddi təbliğat apardığını vurğuladı.Mesud Yılmaz dedi ki, “Sən­dən bir neçə gün öncə Etibar Məmmədov da Akarada idi və mə­nimlə də görüşdü, o açıq şəkildə Heydər Əliyevi təbliğ edərək Əbülfəz Elçibəyin əleyhinə danışırdı.Mən ona dedim ki, ”bu nasıl olur, sən öz müəlliminlə bərabər mücadilə verib bağımsız döv­lətinizi qurdunuz, indi də öz müəllimini deyil, KQB generalını dəstəkləyirsən ?”

Öz həyatını hələ gənc yaşlarından fədakarcasına xalqın mil­li Azadlıq uğrunda mübarizəsinə həsr edərək Xalq Hərəkatının öndərlərindən birinə çevrilmiş və bu mücadilədə həbsə və işgən­cələrə məruz qalmış Etibar Məmmədovun öz müəlliminin rəh­bərlik etdiyi milli hakimiyyətə qarşı çıxib, onun düşmənləri sıra­sında yer alması bağışlanılması mümkün olmayan bir qəbahətdir. Qiyamçılara dəstək verməklə Heydər Əliyevin hakimiyyətə gəl­məsində mühüm rol oynayan Etibar Məmmədov onun vasitəsilə hakimiyyətə yiyələnmək arzusunu da gerçəkləşdirə bilmədi və siyasi xarizmasını da tamamilə qeyb edərək mübariz, qətiyyətli, cəsarətli bir hərəkat liderindən Əliyev rejimi dövrünün uyumlu orta səviyyəli biznesmeninə çevrildi.

Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd

Neft müqavilələrinin hazırlanmasının gecikdrilməsindən xa­rici neft şirkətləri artıq narazılığa başlamışdılar. Bu Amerika, İn­giltərə və s.kimi neft lobbisinin güclü təsiri altında olan hökumət­lərin AXC hakimiyyətinə münasibətdə verdikləri siyasi dəstəyə də öz təsirini göstərirdi.

“Amoko” Neft Şirkətının prezidenti Uilyam Lauri Elçibəylə görüşündə neft müqaviləsinin hazırlanmasındakı gecikməyə öz narazılığını bildirdiyi zaman Bəy demişdi ki, bunlar hələlik biz­də Dövlət mexanizminin tam qaydaya düşməməsinin səbəbidir. Mayın əvvəllərində Amerikanın “BMB” Şirkətinin sahibi Əlirza Bozqurd mənimlə görüşə gələrək onu Əbülfəz Elçibəylə görüş­dürməyimi xahiş etdi. Mən prezident aparatına zəng edib onun görüşmə arzusunu bildirdim və səhərisi günə bizə görüş vaxtı tə­yin etdilər. Əslən ələvi türkü olan Əlirza Bozqurd uzun illərdir Amerikada yaşayan nüfuzlu bir türk milyonçusu olan iş adamı idi.Konqresin seçki monitorinqi Komitəsinin fəal üzvlərindən və özünün də dediyi kimi ABŞ siyasi dairələri ilə sıx əlaqələrə və Buş ailəsi ilə yaxın dostluq münasibətlərinə malik idi. Bir neçə dəfə konqres seçkilərinə qatılsa da, ermənilərin şiddətli əks təbli­ğatları sayəsində seçilməyə müvəffeq ola bilməmişdi. Dünyanın bir çox ölkəsi ilə yanaşı Türkiyədə də şirkətinin filialları vardı. Türkiyə siyasi dairələrində böyük nüfuzu var idi. Dəmirəlin Baş nazirliyi dövründə onun iqtisadi müşavirliyi görəvini də yerinə yetirmişdi və Tuqut Özalla da səmimi münasibətləri vardı. Əlirza Bozqurd hələ bizim hakimiyyətimizdən öncə Şirvanneft sahəsin­də neft kəşfiyyatı və istismarı məqsədi ilə yer almışdı. Mən Cə­bhənin qərərgahında şöbə müdiri işlədiyim zaman xarici qonaqla­rı qarşılayıb yerləşdirmək mənim vəzifəm olduğundan onunla ilk dəfə 1990-cı il sentyabrda Amerika nümayəndə heyətinin üzvü kimi Ali Sovetə seçkilərə nəzarət üçün gəldiyi zaman tanış ol­muşdum. Mənə qarşı səmimi münasibət bəsləyən Əlirza bəyin təklifi ilə mən 1992-ci ildə bir müddət onun Azərbaycanda fəa­liyyət göstərən şirkətinin təmsilçisi vəzifəsini yerinə yetirmişdim.

Əlirza Bozqurd Elçibəylə görüşə gedəndə çox həyəcanlı idi, hakimiyyətimizin taleyi onu çox narahat edirdi, Bəyə deyəcəyi mühüm sözləri vardı.Biz Bəyin qəbuluna daxil olub görüşdükdən sonra icazə alıb çıxmaq istədikdə Əlirza bəy Elçibəydən mənim də qalmağıma izn verməsini xahiş etdi, Bəy etiraz etmədi. On­lar Azərbaycandakı siyasi vəziyyəti, Surət Hüseynov məsələsini müzakirə etdilər. Əlirza bəy neft müqavilələrinin hazırlanma­sının gecikdrilməsindən xarici neft şirkətlərinin narazılıqlarını Bəyin diqqətinə çatdırdı və dedi ki, Heydər Əliyev həmin neft şirkətləri ilə ona siyasi dəstək verilməsi haqqında gizli danışıq­lar aparmaqdadır. Sonra Bəydən soruşdu ki, bu müqavilələrin tezliklə imzalanması mümkündürmü. Elçibəy telefonda Dövlət Neft Şirkətının sədri Sabit Bağırovu aradı və ondan neft müqa­vilələrinin imzalanmağa nə zaman hazır olacağını soruşdu.Sabit bəy də cavab verdi ki, Sizin iyunun axırına Böyük Britaniyaya səfəriniz planlaşdrılıb, neft satışının qiymətləndirilməsinə dair müqavilələrdə həll edilməli olan bir neçə mübahisəli detalları da o zamana qədər həll edib hazırlayacağıq.

Əbülfəz bəyin”müqavilə üzərində bütün işləri sürətlə başa çatdırıb tezliklə imzalamağa hazırlamaq mümkündürmü?” su­alına Sabit bəy “bunun qeyri-mümkün olduğu” cavabını verdi. Əlirza Bozqurd Elçibəyə müraciətlə dedi ki, “Sayın Cumhur- başqanım xalqınızın mənafei naminə neftin hər barrelində bir sent uğrunda apardığınız mübarizəni sayqı ilə qarşılayıram, lakin o bir sent uğrunda mübarizəniz xalqınızın milyardlarla dolları itirmə­silə, sizin də hakimiyyətinizi qeyb etmənizlə sonuclana bilər”. Bəy nikbinliklə hər şeyin yaxşılığa doğru gedəcəyindən ümidli olduğunu bildirdi və onlar səmimiyyətlə görüşüb ayrıldılar.

Əlirza Bozqurd qiyamın baş verdiyi təhlükələrlə dolu gərgin günlərdə iyunun 15-dən başlayaraq Ankaradan zəng edir, tele- fakslar göndərərək bizim həyatımızın təhlükədə olduğunu bunu Elçibəyə bildirərək məni və digər arkadaşlarla birlikdə Elçibəyi öz şəxsi təyyarəsi ilə Türkiyəyə aparmağa hər an hazır olduğunu həyəcanla bildirirdi. O, telefaks mətnləri indiyədək məndə qal­maqdadır. Əlbəttə, mən cəsarət edib bunu Elçibəyə söyləyə bil­məzdim və bunu Əlirza bəyə bildirdiyim zaman təklif etdi ki, min təyyarəyə gəl Ankaraya, səni Amerikaya aparım, ancaq bunu öz tərəfimdən Elçibəyə qarşı bir xəyanət kimi dəyərləndrib imtina etdim. Yalnız Bəy Kələkidən geri döndükdən sonra bunu ona de­dim, gülərək cavab verdi ki, belə təkliflər ona çox olurdu.

Heydar Əliyevi hakimiyyətə gətirilməsində neft şirkətlərinin rolu

Sonralar korrupsiya və bir sıra ölkələrdə qeyri-qanuni haki­miyyət dəyişiklikləri proseslərində iştirak ittihamı ilə həbs olu­nan BP Neft Şirkətının vitse prezidenti öz məhkəməsində etiraf etdi ki, AXC hakimiyyətinin neft müqavilələrinin hazırlanmasını hədsiz dərəcədə gecikdirməsi və qiymət məsələsində güzəştlərə getməkdən inadkarlıqla imtina etməsi ona qarşı etimadsızlığa sə­bəb oldu və onu siyasi dəstəkdən məhrum etdi.BP AXC hakimiy­yətinə alternativ axtarışında onların bütün təkliflərini qeyd-şertsiz qəbul edən Heydər Əliyevlə razılığa gələrək onun hakimiyyətə gətirilməsini maddi və siyasi cəhətdən dəstəklədi.Hakimiyyəti qeyri-qanuni yolla mənimsədikdən sonra Heydər Əliyev Milli Məclisin 3 iyulda keçirilən iclasında onun hakimiyyətə gəlməsinə dəstək verən neft şirkətlərinə verdiyi vədi yerinə yetirərək AXC hökuməti dövründə neft sahəsindəki bütün danışıqları guya Azər­baycan xalqının mənafeyinə əsaslanaraq dayandırdığını elan etdi.

Türkiyənin məhşur ülküçü jurnalisti yazdığı bir çox kitab- larıyla Türkiyədə sensasiya doğuraraq ün qazanan, Elçibəylə də yaxın münasibətləri olan İlhami Yanqın “Camaatın ilk darbesi” kitabını Azərbaycandakı hadisələrə, Elçibəy hakimiyyətinə qarşı Fətulla Gülən də daxil olmaqla birləşmiş güclərin təşkil etdikləri qiyam hadisələrinə həsr etmişdir.Elçibəy hakimiyyətə gəldikdən sonra Fətulla Gülənin təmsilçiləri onunla görüşündə Azərbay­canda ingilis dilində təhsil verəcək məktəblər açmaq xahişlərinə rədd cavabı almışdılar.İlhami Yanqın kitabında çoxlu sənədlərə və ciddi dəlillərə əsaslanaraq yazır ki, Fətulla Gülən Türkiyədə ger­çəkləşdirmək istədiyi 2015-ci il 15 iyul çevrilişindən öncə ilk çev­rilişi Azərbaycanda həyata keçirmis Süleyman Dəmirəllə birləşib Elçibəyi devirərək Heydar Əliyevi hakimiyyətə gətirmişdilər.Bu işi onlar Amerikanın “Amoko” və İngiltərənin “BP” neft şirkət­ləri ilə birlikdə gerçəkləşdirmişdilər.Elçibəyin türk milliyətçiliyi Süleyman Dəmirəllə yanaşı Fətulla Güləni də ciddi narahat edirdi.

Fətulla Gülenin təmsilçisi “Zaman” qəzeti genel müdiri İl- han İşbilən Naxçıvana ardıcıl zənglər edir və Heydər Əliyevlə çevrilişin alt yapısını orqanizə edirdi.Bu qəzetin muxbirləri Nax­çıvan sərhədlərini dəfələrlə gizlincə keçərək Heydər Əliyevlə gö- rüşürdülər.Həmin günlərdə Fətulla Gülən İstanbulda camilərdəki söhbətlərində gördüyü yuxuları yozarkən Heydər Əliyevin müt­ləq bir gün Azərbaycanın Cumhurbaşqanı olacağını zikr edirdi. Gülənin təmsilçiləri Halit Esən və İlhan İşbilən öz fəaliyyətlərinə qanuni don geyindirmək üçün 1991-ci ildə Bakıda və Naxçıvanda “Zaman”ın bürosunu açdılar.Fətulla Gülənin özəl olaraq seçib qə- zeteçi adıyla Azərbaycana göndərdiyi Türk ordusundan caamatçı fəaliyyətləri səbəbilə xaric edilən təcrübəli hərbçilər Halil İbra­him Avcı, Mustafa Nuri Atalay və Muhərrəm Mənəkşə Heydər Əliyevə kəşfiyyat məlumatları toplayır, bir çox digər xidmətlər də göstərirdilər.

Hər zaman sözdə demokratiyadan dəm vurub həqiqətdə isə öz maddi çıxarlarını demokratiyadan üstün tutan Qərb dövlətlə­rinin Elçibəyin demokratik hakimiyyətini deyil, Heydər Əliyevin avtokratik hakimiyyətini dəstəkləməsi ölkəmizə qarşı xəyanətin təzahürü idi.

709-cu briqadanın ləğvinə və Surət Hüseyinovun həbsinə təşəbbüs

Kəlbəcərin işğalı ilə xalqı Elçibəy hakimiyyətinə qarşı qal­dırmaq ümidləri boşa çıxan xainlər yeni, daha ciddi xəyanət plan­ları hazırlığında idilər. 25 mayda rus qoşunları Azərbaycanı bir­dəfəlik tərk edərkən bütün silah-sursatını Surət Hüseynova təhvil verdi.Həmin gün Rəhim Qazıyev Əbülfəz Elçibəyin qəbulundakı görüşdə Azərbaycanda vətəndaş müharibəsi olacağını və heç bir qüvvənin onu bu yoldan döndərə bilməyəcəyini söyləmişdi.Ertəsi gün isə Milli Məclisin toplantısında o, Əbülfəz Elçibəyin istefa­sını tələb etmişdi.(ƏdalətTahirzadə.Prezident Elçibəy, səh. 313.)

Gəncədə yerləşən və yalnız Surət Hüseynova tabe olub haki­miyyətə qarşı təhlükə təşkil edən 709-cu briqada mayın 21-dən

etibarən Müdafiə Nazirliyinə tabe olmadığını rəsmən bildirmişdi. Briqada komandiri Eldar Əliyev briqadanın ləğvi haqqında pre­zidentin Fərmanını və Müdafiə nazirinin əmrini yerinə yetirmək­dən imtina etmişdi.İyunun 3-də 709-cu brıqadanın ləğvi və Surət Hüseynovun həbsi üçün böyük əməliyyat tədbirləri hazırlanmış, Gəncəyə qoşun hissələri göndərilmişdi.Gəncədəki əməliyyatı hə­yata keçirib ona rəhbərlik etmək üçün Bakıdan hakimiyyət qu­rumlarının bir çox rəhbər şəxsləri, Respublika prokuroru İxtiyar Şirinov, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Ək­bərov, Daxili İşlər nazirinin 1-ci müavini Qabil Məmmədov, Mil­li Qvardiyanın komandiri Tahir Məmmədov, Daxili Qoşunların komandiri Fəhmin Hacıyev və başqaları ora getmişdilər. Lakin bütün hazırlıqlara və dəqiqliklə planlaşdrılan əməliyyat tədbirlə­rinə baxmayaraq həmin gecə Surət Hüseynovun həbsi müəmma­lı şəkildə mümkün olmamiş, polkovnik İsa Sadiqov briqadanın ləğvi haqqında əmri qərargahda Eldar Əliyevə təqdim edərkən oraya gələn Surət Hüseynovun əmri ilə vəhşicəsinə döyülərək həbs edilmiş və təsadüf nəticəsində həbsdən qaça bilmişdi.Surət Hüseynovun həbsi və709-cu briqadanın ləğvi əməliyyat planı if­lasa uğradıqdan sonra, Gəncədə xaotik vəziyyət yaranmış, əmə­liyyata rəhbərlik etməli olan hakimiyyət qurumlarının rəhbərləri Surət Hüseynov tərəfindən əsir götürülərək həbs edilmişdilər. Tahir Məmmədovun rəhbərlık etdiyi Milli Qvardiyanın bir dəstə döyüşçüsü avtobusla şəhəri tərk etdikləri zaman xaincəsinə gül- ləbaran edilmişdilər.

Surət Hüseynov qiyamına qarşı Elçibəy hakimiyyətini əldə silah cəsarətlə müdafiə edən cəsur insanlardan biri də Ədliyyə Nazirinin müavini Məmməd Zeynalov idi. O, Gəncə Aeropor­tunu Bakıdan onunla birlikdə gələn silahlı dəstəsi ilə mərdliklə müdafiə etdi və yaralanmasına baxmayaraq son imkanlara qədər qiyamçılara müqavimət göstərdi. Ağır yaralı olmasına baxmaya­raq, qiyamçılar tərəfindən tərkisilah edildikdən sonra uzun müd­dət həbsə məruz qaldı.

Gəncə əməliyyatının iflasa uğramasının və hadisələrin ha­kimiyyətin nəzarətindən çıxmasının səbəbləri ilk növbədə AXC hakimiyyətinə qarşı xəyanət, sonra bu cür məsələlərdə bizim sə­riştəsizliyimiz və o zamankı müdafiə naziri Dadaş Rzayevin qi­yamçıların təşkilatlanmasına göz yumaraq onların fəaliyyətinə bilərəkdən əlverişli şərait yaratması idi.

Hadisələrin ilk günlərindən etibarən Heydər Əliyevin qiyam­çıların fəaliyyətindən xəbəri vardı. Hələ aprelin əvvəllərindən o, Nemət Pənahovu Naxçıvana dəvət edib ordan Gəncəyə göndər­mişdi, AMİP sədrinin müavini millət vəkili Şadman Hüseynov da Etibar Məmmədovun səlahiyyətli nümayəndəsi kimi Gəncə­də qiyamçıların yanında idi. Şadman Hüseynov əhalini silaha sarılaraq Cəbhə hakimiyyətini zorakılıqla devirməyə çağırırdı. Azərbaycan siyasətinin ən avantyurist nümayəndəsi Müstəqil Azərbaycan partiyasının sədri Nizami Süleymanov da qiyamçı­lara dəstək verənlərdən idi. Onlar hər vəchlə verilən tapşırıqlara əsasən Surət Hüseynovun hakimiyyətin şərtlərini qəbul etməsinə və onun Əbülfəz Elçibəylə görüşməsinə manə olmağa çalışırdılar.

Heydər Əliyevin Bakıya dəvət edilməsi və qiyamda rolu

Qiyamın dövlətimizin mövcudluğuna qarşı törətdiyi təhlükə­ni nəzərə alaraq onun genişlənməsinin qarşısını almaq üçün Pə­nah Hüseynov və Rəsul Quliyev iyunun 5-də Elçibəylə görüşərək ona hakimiyyəti bölüşdürmək üçün Heydər Əliyevin Bakıya dəvət edilməsini təklif etdilər. Respublikada qiyam nəticəsində yaranmış böhranlı dövrdə Əbülfəz Elçibəyin sədrliyi ilə iyunun 7-də hökumətin iclası keçirildi, Gəncədə baş verən hadisələr mü­zakirə olundu və qiyamın hakimiyyətə qarşı daxildəki xəyanətkar qruplardan istifadə etməklə xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən təşkil olunduğu qənaətinə gəlindi.Gəncədəki hadisələr zamanı həlak olanların xatirəsinə 8 iyunda ümumxalq matəmi elan olundu. Yığıncaqda Pənah Hüseynov Baş nazir vəzifəsindən istefaverdi.

Pənah Hüseynovun öz vəzifəsindən istefa verməsi əlində cəmləşdirdiyi güclü səlahiyyətlərə rağmən qiyamın qarşısını al­maqda göstərdiyi cəhdlərin uğursuzluğundan doğan çaşqınlığın və çarəsizliyin təzahürü idi. Əslində onun tələskənliklə verdiyi istefanın heç bir xeyri olmadı, əksinə hökuməti başsız qoyaraq vəziyyəti daha da ağırlaşdirdı. Çünki hər kəs Heydər Əliyevin gözünün baş nazirlikdə deyil, Ali Sovetin sədrliyində olduğunu bilirdi.

Pənah Hüseynov xarakter etibarı ilə aciz və zəif siyasətçi de­yildi. Onu bir çoxlarından fərqləndirən güclü tərəfləri vardı. Gö­rünür o, bu tələsik qərarı baş verən hadisələrin faciəvi xarakter al­ması nəticəsində keçirdiyi emosional hisslərin təsiri altında qəbul etmişdi. Lakin emosiyalara qapılmayıb hadisələrin gedişinə so­yuqqanlı, təmkinlə yanaşaraq öz vəzifəsinə davam etsəydi bəlkə də vəziyyəti xilas etmək mümkün olardı.

Pənah Hüseynov haqlı olarq qiyamla əlaqədar bütün məsuliy­yəti öz üzərinə götürərək bildirirdi ki, “Gəncə hadisələri üçün si­yasi məsuliyyət yükünü mən daşıyıram.Təbii ki, bütün məsələlər­dən prezidentin xəbəri olub. Mən də Dövlət Müdafiə Komitəsinin üzvü kimi siyasi rəhbərliyi həyata keçirməli, əlaqələri təmin etmə­li idim. Prezident tərəfindən bu işdə bütün səlahiyyətlər Baş nazir kimi mənə verilmişdi. İyunun 4-ü də daxil olmaqla bu məsələlər­də əsas məsuliyyətin Prezidentin üzərinə qoyulması tendensiyası hiss olunur. Mən, bu tendensiyaya susmaqla da olsa rəvac veril­məsinin qəti əleyhinəyəm.Ona görə ki, Prezident bütün məsələlər barədə mənə, güc nazirliklərinə və digərlərinə tam səlahiyyətlər vermişdi. (Ədalət Tahirzadə. Prezident Elçibəy, səh.342)

Əbülfəz Elçibəy onun üçün ağır olan bu faciəli günlərdə xalqa müraciət edərək deyirdi ki, “Əziz həmvətənlərim! Son za­manlar ölkəmizin siyasi həyatında daim bir təhlükə dolaşmaqda idi. Əllərdə qanunsuz saxlanılan silahlar çoxaldıqca bu təhlükə də artırdı. Bu, vətəndaş müharibəsi, qardaşı qardaşla üz-üzə qoymaq təhlükəsi idi. Xarici düşmənlərimizin və onların aramızdakı hava­darlarının qurduqları bütün fitnələrə baxmayaraq, biz təhlükədən qaça bilmiş, qırğına yol verməmişdik...Çox güzəştlərə getmiş, si­yasi və iqtisadi həyatımızın inkişafını ləngidən hadisələrə dözmə­li olmuşduq. Bununla belə, düşmənlərimizin çirkin niyyəti qis­mən də olsa baş tutdu. Rus hərbi hissələrinin Gəncədən çıxarkən saxladıqları silahı bir qardaş o biri qardaşına yönəltdi...Mən öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olan, həm də vətəndaş­lıq vəzifəsini dərk etməmək ucbatından həlak olan həmvətənlə­rimin ailəsinə dərin hüznlə baş sağlığı verir, onların yaxınlarının kədərinə şərik oluram...Başımıza gələn müsibət nə qədər ağır olsa da, mən hamınızı səbrli olmağa, vətəndaş sülhünü bərpa etməyə çağırıram”.

Azərbaycan tərəfi iyunun 9-da ATEM-in Qarabağda vəziyyə­tin nizama salınmasına dair Minsk qrupunun təklif etdiyi tədbir­lər cədvəlini imzaladı. Bu təklifləri Emənistan da qəbul etmişdi. Elçibəy hakimiyyətinin mühüm diplomatik qələbəsi sayılan bu cədvələ əsasən 15-20 iyunda atəş kəsiləcək, 21 iyundan etibarən erməni qoşunlarının Kəlbəcərdən çıxmasına ATEM nümayən­dələri nəzarət etməyə başlayacaq, Kəlbəcərli qaçqınlar öz döğma ocaqlarına geri dönməyə başlayacaqdı.

Çox təəssüf ki, xalqımızın taleyində mühüm bir mərhələ təş­kil edəcək bu qərar, baş verən qiyam və Dövlət çevrilişi səbəbilə nəinki gerçəkləşmədi, hətta torpaqlarımızın daha geniş ərazisi er­məni işğalına məruz qaldı.

İyunun 9-da nəhayət, Heydər Əliyev onun üçün göndərilmiş xüsusi təyyarə ilə Bakıya gəldi.İlk əvvəllər o, Elmlər Akademiya­sının “İsmailliyyə“dəki binasında yerləşərək danışıqlar aparırdı. Onun hakimiyyətə yiyələnmək üçün öz sədrliyi altında Dövlət Şurası yaratmaq təklifini Elçibəy qəbul etmədi.

13 iyunda Surət Hüseynovun israrlı tələbi ilə İsa Qəmbər Milli Məclisin iclasında Ali Sovet sədrliyindən istehfa verdi. O, istehfasının əsas səbəbini Respublikada sabitliyin bərqərar olma­sı, vətəndaş qarşıdurması və qardaş qırğınına son qoyulması ilə izah etdi. Bununlada Heydər Əliyevin Ali Sovet sədrliyinə yol açılmış oldu.Heydər Əliyevin bu vəzifəni istəməyinin səbəbi o idi ki, Baş Nazirdən fərqli olaraq Ali Sovetin sədri qanunla Preziden­tin səlahiyyətlərini icra etmək hüququna malik idi. İsa Qəmbərin istehfasından dərhal sonra Heydər Əliyev elə həmin gün Surətlə danışıqlar aparmaq üçün böyük bir jurnalist heyəti ilə Gəncəyə yola düşdü.Onunla bərabər Rəhim Qazıyev, Tahir Əliyev, Abbas Abbasov və Rəsul Quliyev də Gəncəyə getdilər.

Sonralar Surət Hüseynov öz məhkəməsində deyirdi ki, “Gən­cəyə gələndə Heydər Əliyev üzümdən elə öpürdü ki, Mingəçevir stansiyasındakı əsgərlərimlə görüşəndə “Surətə də qurban olum, əsgərlərinə də!” Hətta oradakı tankı da öpmək istəyirdi, uşaq­lar qoymadılar.Heydər Əliyev hələ Ali Sovetin sədri olmamışdı. Onda mənə dedi ki, bəs Elçibəy gedir.Sonradan aydınlaşdırdım ki, yalan danışır.Mən Bakıya gələndən sonra da dedim ki, əgər El­çibəy Prezidentlikdən getmək istəyirsə, dəvət eləyin, urvatla yola salaq.Mən Elçibəyin özü ilə söhbət etmək istəyirdim, o qoymadı. Heydər Əliyev dedi ki, Prezident sən olarsan, Ali Sovetin sədri mən.Mənim razılığımdan sonra Heydər Əliyev Ali Sovetin sədri oldu”.(Ədalət Tahirzadə. Prezident Elçibəy. səh, 367)

Heydər Əliyevlə görüşdən sonra Surət Hüseynov jurnalistlər qarşısında çıxış edərək bildirmişdi ki, iyunun 15-ə kimi Prezident başda olmaqla hökumət istehfa verməsə, xalq Bakıya yürüş edə­cək. Rədd cavabı aldıqdan sonra o, öz dəstələrini Bakıya dogru hücum əmri verdi, ələ keçirdiyi rayonlarda o, İcra başçılarını də­yişir, öz adamlarını təyin edir, müqavimət göstərənləri həbs edirdi.

Rayonların bir çoxunda İcra başçıları cəbhəçiləri səfərbər edərək Surətin dəstələrinə qarşı əməlli- başlı müqavimət göstə­rirdilər. Ona görə də Surətçilərin Bakıya yürüşü gözlənildiyi kimi bir o qədər də asan olmadı. Göyçayda və Yevlaxda müqavimət daha şiddətli oldu. Yevlax, Bakıya doğru istiqamətdə ən mü­hüm məntəqə idi. Qarabağ döyüşlərində öz könüllüləri ilə işti­rak edərək mühüm təcrübə qazanan İcra başçısı Rafiq Həsənov Surətin dəstəsinin önünü kəsərək onun Bakıya doğru yürüşünün qarşısını almağa qərarlı idi, lakin qüvvələr qeyri- bərabər oldu­ğundan buna tam nail ola bilmədi və Rafiq bəyi həbs edib Gən­cəyə apardılar. Surətçilər digər bir güclü müqavimətlə Göyçayda qarşılaşdılar.Şiddətli qarşıdurmada hər iki tərəfdən yaralananlar oldu.İcra başçısının müavini İkram Zeynalov surətçilər tərəfin­dən qətl edilərək Azadlıq mücadiləsində şəhid oldu. Əbülfəz bəy onun haqqında deyirdi ki, “İkram bəy öz ölümü ilə bizə-hərəkat yoldaşlarına dönməzlik və qətiyyət nümunəsi göstərdi”.

Hacıqabulda da hökumət qüvvələri ilə Surətin dəstəsi ara­sında atışma oldu.Surət Hüseynovun BTR və digər hərbi texnika ilə silahlanmış dəstəsi Nəvahidə Naxçıvanlı cəbhəçilərin dəstəsi ilə qarşılaşdı. Həmin günlərdə AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin dəvəti ilə Naxçıvandan Sahib bəyin rəhbərliyi altında cəbhəçilərin silahlı könüllü dəstəsi Bakıya gələrək mayın 14-də Surət Hüseynovun adamlarının Nəvahidə qarşısını kəsərək onların Bakıya doğru hücumunu dayandırdılar. Elçibəyə sədaqət­li Naxçıvan cəbhəçilərinin işə qarışması və Surətin adamlarının Bakıya doğru yürüşünün qarşısını almaları Heydər Əliyevin heç xoşuna gəlmədi və dəfələrlə Elçibəyə zəng edərək öz narazılığını bildirdi. AXC-nın qərargahında yerləşən Naxçıvan cəbhəçilərinin könüllü dəstəsi Elçibəy Bakını tərk etdikdən sonra geri döndülər.

Surətin qiyamçılarının qarşısına çıxıb onlarla danışıq apar­maq və Bakıya yürüşü dayandırmağa inandırmaq üçün Baş na­zirin müavini Kamil Vəliylə birlikdə ziyalıları, incəsənət və elm adamlarını səfərbər edib avtobusla Nəvahiyə aparmağı qərara al­dıq. Xeyli adama zəng edib Prezident Aparatının qaşısına yığdıq. Lakin gələnlər məsələnin nə yerdə oldığunu öyrəndikdə müxtəlif bəhanələrlə bir-bir aradan çıxdılar, bir də gördük ki, avtobus ta­mamilə boşalıb.

İyunun 14-də güney bölgəsində də AXC hakimiyyətinə qaşı qiyam baş verdi. Lənkəran polkunun keçmiş komandiri Əlikram Hümmətov öz dəstəsi ilə hücüm edərək inzibati binaları zəbt etdi, şəhərdə qanuni hakimiyyətin devrildiyini və bölgədə “Talış Mu­ğan Respublikası” yaradıldığını elan etdi.

Həmin gün AXC qərargahı qarşısında mitinq təşkil olundu və ölkədə baş verən hadisələr müzakirə olundu. Prezident Aparatı qarşısında da bir neçə gün ard-arda mitinqlər təşkil olundu. Onla­rın yalnız birində Elçibəy iştirak edərək qısa çıxış etdi, adamın az olduğunu, xalqın öz seçdiyi Prezidenti müdafiədə tərəddüd etdi­yini görərək məyus oldu. Əbülfəz bəy öz çıxışında xalqı özünün seçərək hakimiyyətə gətirdiyi iqtidarı imperialistpərəst dairələrin və onların əlaltılarının təcavüzündən qorumağa çağırdı və dedi ki, “məni sizdən başqa heç kim öz vəzifəmdən uzaqlaşdıra bilməz, bizim yolumuz Azadlıq yoludur, bu yol çətin və uzun olsa da şərəf­li bir yoldur və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz”.

Mən mitinqlərin hamısında iştirak edir və insanların çoxunun baş verən hadisələrə, yəni öz gələcək talelərinə qarşı laqeydliyini təəssüf hissi ilə seyr edirdim.Onlar bu biganəliyə görə başlarına gələcək müsibətlərin fərqində deyildilər.

Heydər Əliyev Milli Məclisin sədri seçilməsi

Mayın 15-də Heydər Əliyev Milli Məclisin sədri seçildi və beləliklə onun hakimiyyətin yüksək zirvəsinə doğru yolu açılmış oldu.Lakin onun sədr seçilməsi bir o qədər də asan olmadı.Onun namizədliyi müzakirə edilərkən bir çox deputatlar, xüsusən də sədrin müavini Tamerlan Qarayev ciddi müqavimət göstərdilər. Heydər Əliyev bundan çox qəzəblənərək deputatları Milli Məc­lisdən çıxıb getməklə hədələdi.Tamerlan Qarayev iclası tərk et­dikdən sonra, Əbülfəz bəy çıxış edərək millət vəkillərini Heydər Əliyevə səs verməyə çağırdı və onun təklifi ilə Heydər Əliyev sədr seçildi.

Heydər Əliyev sədr seçildikdən sonra öz otağındakı görüşdə Əbülfəz bəyə demişdi ki, “Cənab Prezident!Bu stolu mənə siz verdiniz. Mən sizə və Dövlətə şərəflə xidmət edəcəyəm.İnanıram ki, sizin siyasi dühanız, mənim təcrübəm dövləti ağır vəziyyətdən xilas edəcək.”(Ədalət Tahirzadə. Prezident Elçibəy, səh. 375)

Sovetlər Birliyi dağıldıqdan sonra, Rusiya siyasi səhnəsində yad və artıq öz siyasi əhəmiyyətini qeyb etmiş, arzuolunmaz şəxs kimi çarəni Azərbaycana geri dönməkdə görən, burda hakimiyyət zirvəsinə yüksəlmək uğrunda mübarizəsini davam etdirərək yeni­dən hakimiyyətə gəlmək arzusunu gerçəkləşdirən Heydər Əliyev qarşıya qoyduğu məqsədə nail olduqdan sonra verdiyi sözlərin heç birini yerinə yetirmədi.

Elçibəyin Kələkiyə gedişi

Vətəndaş müharibəsinin qarşısını almaq üçün Əbülfəz Elçi­bəy iyunun 17-də Bakını müvəqqəti tərk edərək Naxçıvana, do­ğulduğu Kələki kəndinə getdi. Həmin gün təxminən axşam saat 7-8 arası AXC İcraiyyə Komitəsinin üzvləri və Dövlət vəzifəsin­də olan cəbhəçilər Prezident Aparatına dəvət edildilər. Əbülfəz bəy bizimlə görüşdü və mövcud vəziyyət haqqında bilgi verdi, orda iştirak edənlərin fikirlərini dinlədi. Həmişə nikbin övqatda gördüyümüz, ən zor günlərimizdə bizə ürək- dirək verən, bizləri ruhlandıran Bəy olduqca dalğın və qayğılı görünürdü.Bu görüş əslində artıq mühüm bir qərar qəbul etmiş Əbülfəz bəyin öz silah­daşları ilə vida görüşü idi. Lakin biz hələ bunun fərqində deyildik və vəziyyətin düzələ biləcəyinə ümid edirdik.

Surətçilərin planları və Bakıdakı əməlləri

Hamının təəccüblə qarşıladığı Bakını tərk etmək haqqında­kı məcburi qərarı qəbul etməyə Əbülfəz bəyi vadar edən səbəbi Surət Hüseynovun verdiyi açıqlamada aydın görmək mümkün- dür.Surət 1998-ci ildəki məhkəməsində demişdi ki, “Həmin vaxt Heydər Əliyev yanıma adamlar göndərirdi ki, bunları məhv et­mək lazımdır.Deyirdim ağzınıza gələni danışmayın. Deyirdilər sən kömək et, Prezident Aparatının binasını təyyarədən bomba­layaraq yerlə-yeksan elə, gəlib təzəsini tikəcəyik. “Elçibəyin hə­yatına sui-qəsdin bir neçə variantı mövcud idi. Surət Hüseynovun dilə gətirmədiyi qırğın variantlarından biri də Əbülfəz bəy istehfa vermədiyi təqdirdə şəhərin müxtəlif yerlərindən Prezident Sarayı yerləşən ərazisinin qrad qurğuları ilə atəşə tutulmasından ibarət idi ki, bütün bu planlardan Elçibəyin məlumatı var idi.

Məlum olduğuna görə, Surət Hüseynovun tələbi ilə Elçibəyin istehfa verəcəyini intizarla gözləyən Heydər Əliyev onun Bakı­nı tərk etməsi xəbərindən məmnun olsa da, Xarici ölkəyə yox, Kələkiyə getməsi xəbərindən çox qəzəblənmişdi. Hətta Elçibəy Bakını tərk etdikdən sonra belə Surət şəhərə qoşun yeritmək fik­rindən el çəkmədi. Onun üst-başı tör-töküntülü, səliqəsiz geyimli, kalaşnikov avtomatını əllərində çomaq kimi sürüyə-sürüyə daşı­yan, gözləri narkotikanın təsiri ilə süzülən adamları görünüşlə­rindən əsgərə yox, fərarilərə daha çox bənzəyirdilər. Şəhərə daxil olduqdan sonra girişlərdə postlar qoyaraq yoxlamalar aparır, sax­ladıqları maşınlarda istədikləri şeyi sorğu-sualsız götürür, iki-üç nəfərlik qruplar halında əllərində avtomat Dövlət İdarələrinə gi­rir, pul tələb edirdilər. Mən işlədiyim Xarici Turizm Şurasının binası qarşısında Funiklyor meydanında da belə bir post qurmuş­dular. Bir gün iş otağımda oturduğum zaman dəhlizdə bərk səs- küy eşitdim. Bayıra çıxmağa macal tapmamış əli avtomatlı iki şəxs içəri daxil oldu. Başımın üstündə Əbülfəz Elçibəyin şəkilini görüb özlərindən çıxdılar, silahlarını mənə tərəf tuşlayıb “Lələnin düşməninin”(onlar surəti” Lələ “adlandrırdılar) şəkilini dərhal çıxarmağımı tələb etdilər.Müavinim və sürücüm onları bir təhər sakitləşdirdilər.Onlar yemək və siqaret almağa pul istədilər, bir az pul toplayıb verdikdən sonra İdarəni tərk etdilər.

Elçibəyin kadırları və onun dövründə görülmüş işlər

İyunun 24-də Milli Məclis Prezidentin bütün səlahiyyətləri­nin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi haqqında qərar qəbul etdi. Tofiq Qasımovla qərargahda görüşərək Prezidentin səlahiyyətlərinin Heydər Əliyev tərəfindən qeyri-qanuni olraq mənimsənilməsinə etiraz olaraq öz vəzifələrimizi müvəqqəti olaraq dondurmamız haqqında ”Bəyanat” imzaladıq və Dövlət­də mühüm vəzifələr tutan cəbhəçi və müsavatçılara zəng edərək onları da bu”Bəyanat“ı imzalayaraq vəzifələrini dondurmalarını təklif etdik. Nə yazıq ki, yalnız bir neçə nəfər bu təklifi qəbul etdi, əksəriyyət isə “biz dövlətçiliyə xidmət edirik” bəhanəsiylə im­zalamaqdan imtina etdilər. Bəyanat mətbuatda dərc olunduqdan sonra Heydər Əliyevə xidmət edən “İki sahil”, “Səs”, “Naxçıvan” kimi qəzetlər guya Əbülfəz bəy bizim “donumuzu” açırmış kimi haqqımızda karikaturalar və yazılar dərc etdilər. Bu vəzifə don­durma ”Bəyanat“ıyla əlaqədar hətta H.Əliyev də öz çıxışlarının birində “gözləyin Elçibəy gəlib sizin donunuzu açacaq”- deyə qəzəblə bəhs etmişdi. Vəzifələrini dondurmayan cəbhədaşları- mızın bir coxunu sonradan Heydər Əliyev çox təhqiramiz bir şə­kildə tutduqları vəzifələrdən azad etdi.

Elçibəyin Bakını ani olaraq tərk etməsi hamımızda şok ef­fekti yaratmışdı.Hər kəs qayğılı və ölkənin taleyi üçün narahatdı. Şəhərdə qeyri-müəyyənlik və çaşqınlıq hökm sürürdü, heç kəs sabah başına nə gələcəyini təxmin edə bilmirdi. Surətin Bakıya gəlməsi ilə repressiyalar, hədə- qorxular vüsət almışdı.

Vəzifəmi dondurduqdan təxminən ay yarım sonra mənə Res­publika prokurorluğundan çağırış gəldi. Getdim ora, dedilər ki, haqqında cinayət işi açılıb. Orda işləyənlərin bir çoxu cəbhəçi ya da cəbhəyə rəğbət bəsləyənlər məni tanıyırdılar, onlar bildirdilər ki, bu, Respublika prokuroru Əli Ömərovun göstərişidir. Mənə Bakını tərk etməmək haqqında sənədə qol çəkdirdilər. İstintaq bir ilə qədər davam etdi. Bayıldakı gecəqondu evimi dəfələrlə yoxla­dılar. Tabeliyimdə olan İdarə rəislərini, mehmanxana müdirlərini, müavinlərimi dəfələrlə sorğu- suala çəkdilər. Əsas ittihamlardan biri də bu idi ki, guya mən dövlət əmlakı olan “Moskva” otelini türk şirkətinə satmışam. Halbuki bu otel Mütəllibov zamanında o zamanki baş nazir Həsən Həsənovun icazəsi və imzası ilə qeyri- qanuni olaraq türk şirkətinə satılmışdı.Mən vəzifəyə təyin olu­nan kimi bu məsələni İqtisad Məhkəməsinə vermişdim və qərarı gözləyirdim. O, sənədləri toplayıb prokurorluğa təqdim etdim.

Ömərov uzun aylar ərzində nə qədər cəhd göstərsə də „sənə rüş­vət verdim“- deyə üzümə dura biləcək bir nəfər də tapa bilmədi. Çarəsiz qalıb bir gün gecə vaxtı öz adamını evimə göndərib mə­nim üçün fantastik bir məbləğ olan“50 min dollar müqabilində işə xitam verə bilərik“ mesajı göndərdi.Cavab verdim ki, heç kimdən rüşvət almadığımı və pulumun da olmadığını o çox gözəl bilir, əlindən nə gəlirsə, qoy etsin, mən heç bir şeydən qorxmuram.Bu sözlərimdən sonra nəhayət məndən əl çəkdilər.

Pul qazanmaq hərisliyi ilə hakimiyyətə yiyələnənlər Respub­likada ən gəlirli sahələrdən biri olan, sərəncamında çoxlu otel­lərin, restoranların, inşaat, nəqliyyat və turizm müəssisələrinin olduğu Xarici Turizm Şurası sədrinin çox varlı ola biləcəyini güman edirdilər.Lakin biz vəzifəyə indiki iqtidarın kadrları kimi milyonlarla rüşvət müqabilində təyin olunmamışdıq.Xalqın bir qəpiyində belə gözü olmayan billur kimi saf əxlaqı, mərdliyi, qü­ruru və ləyaqəti ilə bizə örnək olan Prezidentimiz Elçibəyə şərəf sözü verərək təyin olunmuşduq.Hətta Elçibəy anamın vəfatı mü­nasibəti ilə 2000-ci ilin əvvəllərində baş sağlığı üçün bizə gəldi­yində sadə gecəqondu evimi görüb təəccüblə soruşdu ki, “sənin evin budurmu? “Dedim ki, “bəli, Bəy, budur!” Bəy onunla birlik­də gəlmiş cəbhəçilərə üzünü tıtaraq dedi ki, “tarixdə hamınızın adı fanatiklər olaraq qalacaq”.

Heydər Əliyev hər çıxışında Elçibəyi gözdən salmaq üçün “gedib oturub Kələkidə dövlət işlərinin bütün ağırlığını və mə­suliyyətini mənə yükləyib” sözlərindən sonra Bəy geri dönməyə çalışarkən Naxçıvan aeroportunda gözləyən Prezident təyyarəsi­nin qanadlarına naməlum şəxslər tərəfindən atəş açılaraq dəlik dəşik edildi.

Əbülfəz Elçibəy xalqın seçdiyi prezident və dövlət başçısı kimi xalqın indiyə qədər alışmış olduğu sosialist cəmiyyətinə xas inzibati-amirlik idarəçilik sistemini rədd edərək ölkəni “insan dövlət üçün deyil, dövlət insan üçündür” prinsipi ilə idarə etməyi qarşısına məqsəd qoymuşdu.Sözün əsl mənasında demokratik bir lider olan Əbülfəz bəy üçün xalq, hakimiyyətin əsas mənbəyi­ni təşkil edirdi. Qısa zaman içərisində AXC hakimiyyəti ölkənin daxilində iqtisadi, sosial, təhsil sahəsində geniş islahatlar həyata keçirilməsinə nail oldu, beynəlxalq əlaqələr genişləndrildi, düş­mən ünsürlərin pozuculuq fəaliyyətlərinə baxmayaraq ordu qu­ruculuğu işləri də ilk zamanlar uğurla həyata keçirilirdi, cəbhədə silahlı qüvvələrimiz bir sıra uğurlu əməlıyyatlar həyata keçir­dilər. Detallara varmadan Əbülfəz Elçibəyin bir illik qısa müd­dətli hakimiyyəti dövründə nail olduğu uğurları aşağıdakı şəkildə sıralaya bilərik:


  • İlk azad vədemokratik prezident seçkiləri keçirildi;

  • Sovetlər Birliyinə daxil olan pespublikalar arasında ilk dəfə olaraq Azərbaycandan rus qoşunları çıxarıldı;

  • Azərbaycanda milli valyutaya keçid baş verdi;

  • Təhsil sahəsində test üsulu tətbiq olundu və özəl təhsil müəssisələrinin yaranmasına icazə verildi;

  • Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların hüquq və Azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı haqqında qanun qəbul edildi;

  • Milli bankda valyuta ehtiyatı 156 mln.dollara çatdı;

  • Azərbaycan Dövlət Neft Şirkəti yarandı və transmilli neft şirkətləri ilə neft sazişlərinin bağlanması üzrə intensiv danışıqlara başlandı;

  • Azərbaycan Respublikası YUNESKO təşkilatına daxil oldu;

  • Brüsseldə Avropa Birliyi tərəfindən Dağlıq Qarabağa dair ilk bəyanat qəbul edildi;

  • BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Kəlbəcər­dən və işğal olunmuş digər ərazilərdən çıxarılması haqqında 822 nömrəli Qətnamə qəbul etdi;

  • Qarabağ müharibəsi gedişində bir sıra uğurlu əməliyyat­lar həyata keçirildi, Ağdərə və Goranboy rayonları isgaldan azad edildi;

  • Azərbaycan Silahlı Qüvvələri yaradıldıqdan sonra ilk milli parad keçirildi;

  • Mindən çox gəncə xarici ölkələrdə təhsil almaq imkanı ya­radıldı;

  • Milli Məclisin qəbul etdiyi qanunla Sovet dövründə yasaq­lanmış “Türk kimliyi və türk dili “ adları xalqa qaytarıldı.

Elçibəyin dilimizə verdiyi önəm və yeni qurumların yaradılması

1992-ci ilin 7 iyulunda Əbülfəz Elçibəy Helsinkiyə gedərək ATEM üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısın­da 1975-ci il Helsinki müşavirəsinin yekun aktını imzalayarkən dünya dövlətlərinin qarşısında bu qurumun rəsmi dili hesab olun­mayan öz doğma türk dilində çıxış edərək Azərbaycan türkcə­sini yüksəklərə qaldıran ilk Azərbaycan prezidenti oldu.Elçibəy məsələ haqqında bəhs edərkən qeyd edirdi ki, “Həmin çıxışdan sonra Türkiyənin dövlət xadimləri mənə yaxınlaşıb dedilər ki, bəli, Azərbaycan dili böyük kürsüdən ləyaqətlə ucaldı. Kaş o gün olsun ki, bizim də başçılarımız burada öz ana dilində danışsınlar. İlk dəfə olaraq biz həmin təşkilata məktub yazdıq, altı dövlət qol çəkib xahiş etdi ki, Türk dili bu təşkilatın işlək dilinə çevrilsin”. (Ədalət Tahirzadə. Prezident Elçibəy, səh.51)

Elçibəy 1993-cü ili dövlət quruculuğu ili elan etmişdi və buna uyğun olaraq nəzərdə tutduğu bütün planları qiyam səbəbilə tam şəkildə gerçəkləşdirə bilməsə də qısa zaman içərisində həya­ta keçirdiyi tədbirlər milli dövlətin dayaqlarının möhkəmləndril- məsində önəmli rol oynadı.

Məmurların və bürokratların siyasi hakimiyyətdən asılılığı­nı aradan qaldırmaq demokratik dövlət quruculuğunun mühüm məsələlərində biridir. Bu məqsədlə Əbülfəz Elçibəy “Dövlət qul­luqçuları haqqında” qanun hazırlatmışdı.Bu qanuna görə, siyasi partiyaların seçkilərdə qələbəsindən asılı olmayaraq müsabiqə yolu ilə seçilmiş direktorlar, müəssisə rəhbərləri vəzifələrindən azad edilə bilməzdilər.

Dövlət quruculuğu prosesində köhnə Sovet idarə qurumları dağıdılaraq onların yerində müstəqil dövlətin təməlini möhkəm­ləndirən yeniləri yaradılırdı.

Təhsil nazirliyinə daxil olmayan yeni təhsil qurumu Tələbə Qəbulu üzrə Dövlet Komissiyası,

Azərbaycan Dövlət Balıqçılıq Təsərrüfatı Konserni, Mil­li Ləl-Cəvahirat Fondu, Dövlət Torpaq Komitəsi, Azərbaycan Respublikasının prezidenti yanında Xüsusi İdarə və s.yeni yara­nan Dövlət qurumları idi.

Təsərrüfat müəssisələrini dövlət qurumlarının avtoritar idarəçiliyindən xilas etmək üçün müəssisə rəhbərlərinə müstəqil­lik verilmişdi ki, bu da onlara operativ qaydada yeniliklər tətbiq edib istehsalın verimliliyini artırmağa şərait yaradırdı.

Respublikada demokratiyanın ikişafını təmin etmək üçün başlıca şərtlərdən biri olan hakimiyyət bölgüsünü təmin etmək prezidentin əsas görəvlərindən idi.Bu məqsədləali icraedici rəh­bər olan Prezident Elçibəy Ali Sovetə qanunverici orqan kimi hər hansı müdaxiləni, məhkəmə sisteminə isə qanunverici və icrae­dici orqanlar tərəfindən hər hansı müdaxiləni istisna edirdi.Belə bir durum Ali Məhkəmənin sədri Tahir Kərimlinin çox vaxt öz vəzifəsindən sui-istifadə edərək müəyyən təqsirləri üzündən iş­dən kənarlaşdrılan məmurları yenidən işə bərpa etmək haqqında məhkəmə qərarları çıxarmasına səbəb olurdu.

Əbülfəz Elçibəy demokratikdövlət quruculuğu işində kadr məsələsinə böyük önəm verərək deyirdi ki, “bu sahədə biz iki prinsipə üstünlük veririk.Birincisi, məsul vəzifəyə qoyulan şəxs məfkurəsi, əqidəsiylə müstəqil Azərbaycan dövlətçiliyini qəbul etməli və bu çətin vəzifə baxımından psixoloji gərginliyə, hərcür çətinliyə hazır olmalıdır.İkincisi, həmin şəxs təyin olunduğu işin spesifikasını bilməlidir. Biz çevik kadr siyasəti yeridəcəyik.Kadr öz işinin öhdəsindən gələ bilmirsə, düzgün təyin olunmayıbsa, onu mütləq dəyişdirəcəyik.“

Strategiya ustası

Heydər Əliyev rejiminin tərəfdarlarının AXC hakimiyyəti kadrlarını səriştəsizlikdə suçlamalarına istehza ilə yanaşan Elçi­bəy qeyd edirdi ki, “Ola bilsin ki, dövlətin müəyyən mexanizmlə­rini köhnə üsullarla idarə etməkdə Heydər Əliyev məndən səriş­təlidir, bunu qəbul edirəm. Ancaq yeni Dövlət qurmaqda və onu demokratik üsullarla idarə etməkdə mən Heydər Əliyevdən on qat səriştəliyəm. Heydər Əliyevin indiki kadrlarıyla müqayisə­də bizimkilər hər baxımdan yüz dəfə üstündür-həm demokra­tik idarəçilikdə, həm vicdanlılıqda, həm dövlətçiliyə sədaqətdə, həm də mənəvi-əxlaqi təmizlikdə...Çağdaş elmə azaçıq da olsa yiyələnmiş adamlar bunları kadr sayırsa, vaybu millətin halına, yazıqlar olsun bu xalqa. Bunlar kadr deyil, aşağıdan oğurlayıb yuxarı ötürən bir sürü oğru dəstəsidir. Yuxarı çığıranda “lebbəyk” deyirlər, aşağını da döyürlər, əzirlər... Buna “cahil cəmiyyət” və “cahil hökumət” deyirlər.

Bizim iqtidar dövründə isə şüurlu cəmiyyət vardı.Bu cə­miyyətin içindən yararlı bir təbəqə seçilmişdi. Onlar yeni, azad, müstəqil Dövlət qurmaq istəyən namuslu, fədakar vətəndaşlardı. Vətəni hədsiz sevirdilər, onun yolunda ölümə hazırdılar, azadli- ğı hər şeydən üstün tuturdular, onun uğrunda məqsədəyönlü mü­barizəyə girişmişdilər.Onlar şüurlu, yaradıcı, təşəbbüskar, təmiz niyyətli insanlardı və başlanğıcda təcrübələri hələ yetərincə ol­masa da cəmiyyəti ləyaqətlə idarə etməyə başladılar.(Ədalət Ta- hirzadə .Elçibəylə 13 saat üz-üzə, səh. 96-97)

Müharibə gedən bir ölkədə həyatın bütün sahələrində qısa zamanda bu qədər nailiyyətlərin əldə edilməsi fədakar bir fəa­liyyətin nəticəi olan fövqəladə bir hadisə idi. Elçibəy bir neçə fövqəladə keyfiyyətləri öz şəxsiyyətində birləşdirmişdi.O, böyük təsir güçünə malik xarizmatik siyasi lider, nadir istedada ma­lik təşkilatçı olmaqla yanaşı, təlqin etmə və inandırma güçünə malik müəllimlik keyfiyyəti də onun ruhuna hopmuşdu.O, Xalq Hərəkatının hazırlıq dövründə də, Xalq Cəbhəsinə rəhbərlik etdi­yi dövrdə də, prezidentlik dövründə də öz nüfuzundan sui istifadə edib insanları özünə kor-koranə şəkildə tabe etdirməyə deyil, on­ları siyasi maarifləndirmə yolu ilə müstəqil düşüncəyə yiyələndi- rib öyrətməyə üstünlük verirdi. Bu baxımdan Elçibəyin mitinqləri bir siyasi maarifçilik ocaği idi. O mitinqlərə toplaşan yüz min­lərlə insana vətənin azadlığı uğrunda mübarizə ruhu aşılamaqla bərabər, tariximiz, mədəniyyətimiz haqqında da bilgi verir, dünya siyasətinin incəliklərindən, beynəlxalq şəraitin aktual məsələlə­rindən bəhs edərək onların siyasi dünyagörüşünün formalaşma­sına və genişlənməsinə yardım edirdi. Cəbhəçi və hərəkatçılar olaraq o, bizə siyasi təşkilatlanmanın incəliklərini, totalitar bir sistemdə tərbiyə alıb boya-başa çatmış biz dövlət məmurlarına xalqla ünsiyyət qurmağın münasib yollarını və demokratik idarə­çiliyin üsul və qaydalarını öyrədirdi. Azərbaycan Xalq Cəbhəsi isə yalnız xalqın azadliğı uğrunda mübarizə aparan bir siyasi təş­kilat deyil, həmçinin onlarla istedadlı siyasətçinin yetişdiyi siyasi məktəb idi.

Elçibəyin rəqibləri də, silahdaşları da, onu bəyənənlər də, bəyənməyənlər də ondan siyasətin incəliklərini öyrənirdilər. Elçi­bəy Azərbaycan siyasətinə əxlaq prinsipi gətirərək onu praktika­da istər öz siyasi düşmənlərinə və rəqiblərinə, istərsədə sonradan onun rəqibinə çevrilmiş silahdaşlarına ardıcıllıqla sona qədər tət­biq edən yeganə siyasətçi idi.Nə yazıq ki, onun siyasi rəqibləri və hətta bəzi silahdaşları Əbülfəz bəyə münasibətdə onun mərdanə siyasi mübarizə metodlarına qarşı özlərinin böhtan, iftira, riya­karlıq və xəbisliklərlə dolu olan rəzil mübarizə üsulları ilə cavab verirdilər.

Əbülfəz Elçibəy siyasətdə bir strategiya ustası idi.O, hələ gənclik dövründən başlamış olan öz siyasi mübarizəsində bu stra­teji planın əsas istiqamətlərini müəyyən edərək onları həyata ke­çirməyi qaşısına məqsəd qoymuşdu.Elçibəyin əsas məqsədi :



  • Milli Azadlıq Hərəkatının başlanmasına nail olmaq ;

  • Bu Hərəkatı yönləndrib vahid təşkilata çevirmək ;

  • İmperiyanın əsarətindən qurtulmaq ;

  • Milli Dövlət qurmaq;

  • Güney Azərbaycanın azadlığına nail olmaq;

  • Ölkəmizin Güney və Quzey hissələrini birləşdirməklə Bü­töv Azərbaycan dövlətini yaratmaq;

  • Türk Dünyasının birliyinə nail olmaq.

Elçibəy qarşıya qoyduğu strateji məqsədlərin mühüm qismini uğurla həyata keçirə bildi.O, Milli Azadlıq Hərəkatının başlan­masına rəhbərlik edərək bu hərəkatın vahid Xalq Cəbhəsi təşki­latında birləşdrilməsinə nail oldu və özünün öndərliyində xalqın Rusiya İmperiyası əsarətindən qurtulmasını gerçəkləşdirərək Azərbaycan milli dövlət quruculuğunu uğurla başa çatdırsa da, Güney Azərbaycanın azadlığına və Türk Dünyasının birliyinə nail olmaq arzularını gerçəkləşdirməyə ömrü vəfa etmədi. Güney Azərbaycanla əlaqələri genişləndirmək Elçibəyin ən ümdə arzu- larindan biri idi.

İki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün İranın səfiri Nəhavəndian Elçibəyi dəfələrlə öz ölkəsinə dəvət etmişdi. Lakin Elçibəyin bu məsələdə öz şərtləri vardı.Bu şərtlərə görə, səfər Tebrizdən başlanaraq sonra Tehrana gediləcək, Azərbay­canlı siyasi məhbuslar azad ediləcək, Guney Azərbaycanın milli mədəniyyətinin inkişafına, Azərbaycan dilində televiziya veriliş­lərinə, tədrisə, qəzet və dərgilərin çıxarılmasına icazə veriləcəkdi. Əlbəttə, bu şərtlərin İran dövləti tərəfindən yerinə yetiriləcəyinə inanmaq mümkün deyildi.

Azərbaycan Respublikasının Təbrizdə konsulluğunun açıl­ması mühüm tələblərdən biri idi.İran İslam Respublikasının Nax­çıvanda konsulluğunun 1992-ci il dekabrında açılmasına baxma­yaraq, Təbriz konsulluğunun açılması müxtəlif bəhanələrlə təxirə salınırdı.Baş Nazir Pənah Hüseynovun 1993-cü ilin martında İra­na səfəri zamanı mən də nümayəndə heyətinin tərkibində idim. O rəsmi danışıqlar nəticəsində iyul ayında Təbrizdə konsulluğun rəsmi açılacağı haqqında razılığa gəlinmişdi. İran İslam Respub­likasının Mədəniyyət və İrşadi İslam Nazirliyi ilə Azərbaycan Respublikası Xarici Turizm Şurası arasında anlaşmaya əsasən konsulluğun acılışı münasibəti ilə Bakıdan və Təbrizdən mədə­niyyət, incəsənət və elm adamlarından ibarət nümayəndə heyətlə­ri qarşılıqlı mübadilə şəklində hər iki şəhəri ziyarət edəcəklərdi. Artıq nümayəndə heyətlərinin belə qarşılıqlı mübadiləsi Bakı ilə Keraçi arasında gerçəkləşdrilmişdi.Qiyam nəticəsində Təbrizdə konsulluğun açılması və nümayəndə heyətlərinin mübadiləsi baş tutmadı və 1993-cü ilin iyulunda açılmalı olan konsulluq 2004-cü ilin oktyabrında açıldı.

Qiyamın səbəbləri, məğlubiyyətimiz və Heydər Əliyevin haki­miyyətə dəvət edilməsinin səbəblərini bütün təfərrüatı ilə məntiqli şəkildə araşdıraraq təhrif etmədən tərəfsz izahını verən ən sam- ballı mənbə Əbülfəz Elçibəyin özüdür.O, dəfələrlə bu məsələlər­dən bəhs edərək hər kəsi tətmin edəcək şəkildə izahını vermişdir. Başqalarının bu məsələlərdən bəhs edərək söylədikləri Bəyin de­diklərinin cüzi fərqlərlə təkrarından başqa bir şey deyildir.

Əbülfəz Elçibəy 4 iyun qiyamı zamanı baş verən hadisələri təhlil edərək onun baş vermə səbəbləri haqqında deyirdi ki, bu Rusiyanın qabaqcadan diqqətlə hazırladiğı geniş bir əməliyyat idi. “Keçmiş Sovet hökumətini bərpa etmək məqsədi ilə belə qır­ğınlar hazırlamışdılar Tacikistanda, Gürcüstanda, Azərbaycanda, Qırğızıstanda, Moldavada vətəndaş müharibəsi salmaq, keçmiş SSRİ-də qan töküldü- deyərək sonradan onu bərpa etmək. Doğru­dur, ola bilsin ki, o, iyulda, yaxud sentyabrda baş verəydi, ancaq hökmən olmalıydı.Rusiyanın və İranın qüvvələri, hakikimiyyət hərisliyi gözlərini örtmüş içimizdəki xəyanətkarlar bizim əleyhi­mizə birlikdə fəaliyyət göstərirdilər. Bu birləşmiş qüvvəyə qar­şı durmaq imkansızdı.Ola bilərdi ki, biz qiyamı yatıraydıq, an­caq bu, bir mərhələ olacaqdı.Bundan sonra qiyamın daha təsirli ikinci mərhələsi gələcəkdi. Birdəfəlik başa düşməliyik ki, Surət Hüseynov kimi xırda adamlar dövlət çevrilişi edə bilməzlər.Bu cür adamların arxasında dünyanın böyük dövlətlərinin maraqları dayanır və onlar istədikləri ölkədə qarışıqlıq sala bilirlər.Məgər Gürcüstanda Z.Qamsaxurdiya, Çeçenistanda C.Dudayev, Taci­kistanda müxalifət başçıları məhv edilmədilərmi?

Hər halda, 1993-cü il iyun hadisələrinə yenidən boylanarkən mən prezident kimi fəaliyyətimi bütünlüklə bəyənir və xalqımı labüd vətəndaş müharibəsindən qurtarmağımı həyatımın ən şərəf­li səhifələrindən sayıram. Biz bu vətəndaş müharibəsindən çıx­malı idik və çıxdıq.Bir daha təkrarlayıram-mən istiqlalımızı haki­miyyətdən üstün tutdum“.

“MTN-də (Milli Təhlükəsizlik Nazirliyində), MN-də (Müda­fiə Nazirliyində), DİN-də (Daxili İşlər Nazirliyində) öz kadrları­mız yetərincə təmin edilmədiyinə görə həmin nazirliklər bizim əleyhimizə çevrildi...Naziri və ya Baş prokuroru yeniləşdirməklə köklü kadr dəyişikliyi baş vermir-müəssisənin işində həlledici rol oynayan orta pilləli kadrlar öz yerində qalır.Onları təcrübəli yeni kadrlarla əvəz etmək asan deyil-buna müəyyən zaman la- zımdır...Azərbaycanda öz hakimiyyətini Xalq Hərəkatına görə itirmək istəməyən olduqca güclü təbəqə-həmin nazirliklərdə neçə-neçə illər boyunca formalaşmiş orta pillə məmurları... So­vet bürokratik aparatında yağlanmış, piylənmiş təbəqəydi və təbii ki, bizi qəbul etməyəcəkdi.Xalq hərəkatından razı deyildilər. Rus kəşfiyyatı da onlara kömək etdi.Həmin qüvvələr də hakimiyyə­ti devirdi.Siz təsəvvür edin-Gəncədə hadisə olub, mən 3 gün bu hadisələr haqqında nə MTN-dən, nə də DİN-dən dəqiq məlumat ala bildim...Hərbiçilər əməlli-başlı xəyanət etdilər.Mən sonradan bildim ki, bizim hərbin başında duranların hamısı (bir-iki nəfəri çıxmaqla) Rusiya Baş Kəşfiyyat İdarəsinin əlaltılarıdır...

Xalq yeni hakimiyyətin mahiyyətini düzgün qiymətləndirə bilmədi...70 ildən artıq sosyalist təfəkkürü ilə tərbiyə olunmuş insanlar bazar iqtisadiyyatı qanunlarının cəmiyyətdə tətbiqini gördükcə vahiməyə düşür, dəhşətə gəlirdilər.Həlledici kütləsi ka­sıblardan ibarət olan xalqımızda dövlətli insanlara bir gizli kin də vardi və adamlar bəlkə də onlardan bu sərvəti necə qazandıq­larını soruşacağımızı gözləyirmişlər, bunun əvəzində hamının dövlətli olmasına çağırmağımızı eşidəndə və həqiqətən də çox pullu adamların meydana çıxdığını görəndə onlar bizi “dönük” saymağa başladılar...bircə şeydə onlara haqq qazandırıram ki, biz hamının yaxşı tanıdığı harınlaşmış cinayətkarları vaxtında və prinsipiallıqla cəzalandırmadıq...

Biz xalqa müstəqil dövlət quracağımızı və həm bütövlükdə dövlətin, həm də əhalinin iqtisadi vəziyyətini köklü surətdə yax­şılaşdıracağımızı vəd edəndə insanlar bunun ildrım surətiylə- bir neçə ayın içində baş verəcəyini gözləyirmiş, bizi özününkü say­dığına görə həddən artıq şey uman xalq arzularının çin olması­nın çox ləngidiyini görəndə bizdən küsdü.Moskva Kəşfiyyatı, İran Kəşfiyyatı və öz içimizdə olan mafioz, xəyanətkar qruplar hərtərəfli təbliğat apararaq xalqı yolundan azdırdılar, aldatdılar, çaşdırdılar. Xalq da inandı ki, “ağzıyumşaqlar” getsə, “dəmir əl­lilər” gəlsə, yaxşı olar...Nəhayət “dəmir əllər” gəldilər və xalq onların nə olduğunu əyani gördü, necə böyük səhv etdiyini başa düşdü. Hakimiyyəti saxlamaq üçün biz hökmən diktaturanın, yaxud totalitar rejimin tələb etdiyi prinsiplərdən istifadə etməliy- dik, bizsə heç vəchlə buna getmədik”(Ədalət Tahirzadə.Elçibəylə 13 saat üz-üzə.67-69)

Əbülfəz Elçibəy Heydər Əliyevi Ali Sovetə sədr secdirib ha- kimmiyyətə gətirilməsinin zəruriliyi məsələsinə aydınlıq gətirərək onu bu məsələdə qınayıb ittiham edənlərə cavab verib deyirdi ki, “Bu ittihamlardan qaçmıram. Heydər Əliyevin hakimiyyətə gəti­rilməsində ən böyük təqsirkar mən sayılıram. Ancaq məni ittiham edənlər, o zaman siz də cavab verəcəksiniz-hamımız məsuliyyəti bölüşdürəcəyik. Mən əsas yükü öz boynuma götürürəm, amma hamısını üstümə atıb qaçmayın-bu yenə də haqsızlıq olar... Mən düşünürdüm ki, Heydər Əliyevin gəlməsi onun ətrafındakı qüv­vələrin sakitləşməsinə və onların bizimlə birləşərək Azərbaycanın problemlər girdabından çıxarılmasına səbəb olacaq.Mən müxtə­lif siyasi qüvvələri Azərbaycan naminə birləşdirmək istəyirdim.

Əbdürrəhman Vəzirova da, onun adamlarına da, Ayaz Mütəllibo­va da, onun adamlarına da, Heydər Əliyevə də, onun adamlarına da demişdim ki, gəlin, Azərbaycanın müstəqilliyi, gələcəyi yo­lunda əl-ələ verək, belə etsək bir neçə ayın içındə ən ciddi prob­lemlərimizi də həll edə bilərik-xalqın gücü və iradəsi ilə.(Ədalət Tahirzadə.Prezident Elçibəy, səh 357-359)

“Biz onu Bakıya çağıranda danışmışdıq ki, onu baş nazir tə­yin edəcəyik, sonra razılaşdıq ki, o, Milli Məclisin sədri olacaq və biz qiyamı yatırandan sonra Azərbaycanın dərdlərini birgə çözə- cəyik.Bu Pənah bəylə də, İsa bəylə də, başqalarıyla da razılaşdrıl- mışdı.Sadəcə olaraq Heydər Əliyev sədrliyi ələ keçirəndən sonra Prezidentlik uğrunda mübarizəyə başladı.Mənsə bunu ondan göz- ləmirdim.Ola bilsin ki, bunun mənim tərəfimdən bağışlanılmaz sadəlöhvlük olduğunu deyəcəklər, ancaq onun belə edə biləcəyini həqiqətən heç cür ağlıma sığışdırmırdım...Heydər Əliyevi mən seçdirdim...Ona görə ki, onun Azərbaycanda nüfuzu vardı-küt­lənin bir hissəsi onu istəyirdi.Vətəndaş müharibəsinin qarşısını almaqda onun güçünə inandığımıza görə onunla birləşməyə üs­tünlük verdik...Başqaları cəmiyyətə təsir göstərə biləcək fiqurlar deyildilər, qiyamı yatırmağı bacarmayacaqdı.Ayaz Mütəllibov gəlsəydi mütləq Rusiyanın qoşununu da arxasınca gətirəcəkdi. (Elçibəylə 13 saat üz-üzə.seh 375)

“O zaman belə bir fikir vardı ki, parlamentə başqa bir adam sədr seçib Ayaz Mütəllibovu geri qaytarsınlar.Mənsə buna imkan vermədim-gördüm ki, Azərbaycanda daha böyük qatmaqarışıq- lıq yaranacaq, ona görə də Milli Məclisdə Heydər Əliyevin sədr seçilməsini daha məqsədəuyğun gördüm.Fikirləşirdim ki, onunla birgə işləyərək baş verən hadisələrin qarşısını ala və Azərbayca­nı böhrandan çıxara bilərik, Qarabağı geri qaytararıq.Bu, o za­man ən düzgün, yerinə düşən fikir idi.Heydər Əliyev də bununla razı idi.Ancaq çox təəssüf ki, o verdiyi sözün üstündə durmadı. Parlament sədri seçiləndən sonra prezident hakimiyyətini mə­nimsəmək uğrunda mübarizəyə girişdi...bütün hakimiyyəti qəsb etdi və Gəncədə başlanmış hərbi qiyamı parlamentin əliylə siya­si qiyamla başa vurdu.Bu səbəbdən də mən onun prezidentliyini tanımadım. Məlum oldu ki, bütün xəyanətlərin başında Heydər Əliyev durur. Məhz onun təsiri ilə Surət Hüseynov mənim isteh- famı tələb etməyə başladı.“ (Ədalət Tahirzadə. Prezident Elçibəy, səh 357-359)

Elçibəy onu bir Prezident kimi qətiyyətsizlikdə suçlayan- lara cavab verərək eyni zamanda dövlət başçısına xas qətiyyət- lilik anlayışının mahiyyətinə də aydınlıq gətirərək qeyd edir ki, “Dövlət başçısı öz qətiyyətini ölkəsinin, dövlətinin içində-öz vətəndaşlarına yox, çölündə-düşmənlərinə göstərməyi bacarmalı- dır...Qətiyyətlilik odur ki, sən hər cür əzab əziyyətlərdən keçərək xalqın xoşbəxtliyi uğrunda sonadək çalışasan.Burada sən bəzən öz şəxsiyyətini də qurban verməli olursan-sənın şəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir...Qətiyyət qan tökməklə ölçülməz... Mən Qamsaxurdiyanı bacarıqlı adam sayıram.Böyük şəxsiyyət­di-Gürcü xalqının azadlığı uğrunda dönmədən mübarizə aparıb. Amma vətəndaş müharibəsində qətiyyətli ola bilməzsən.Vətən- daş müharibəsində qətiyyətlilik dəlilikdir.Öz əsgərini öldürmək, öz vətəndaşını öz vətəndaşına qırdırmaq, üstəlik, qıran vətəndaşa “Milli Qəhrəman“adı da vermək xəstə insanın psixologiyasıdır.

Azərbaycanın tarixində, təvazökarlıqdan nə qədər uzaq olsa da, deməyə məcburam ki, özümdən qətiyyətli Prezident tanımı- ram.Mənədək heç bir dövlət başçısı Azərbaycandan 70 minlik rus qoşununu çıxara bilməyib.Qətiyyət budur. Heç bir prezident vəzifəyə keçən kimi millətə, onun dilinə Stalinin yaşaq etdiyi öz “Türk” adını qaytarmayıb, əlifbanı dəyişdirməyib, ən müxtə­lif sahələrdə (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, maliyyə, ordu, dövlət quruculuğu, xarci siyasət və b.) ciddi islahatlar apar­mağa bu cəsarətlə girişməyib.

Mənə dəfələrlə hədələlər gəldi ki, çıx ölkədən, xaricə get, öldrüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər ki, biz səni aparırıq, istədiyin vaxt da qaytararıq.Dedim ki, vətə­nimdən heç yerə getməyəcəyəm-oturacağam bu kənddə, kimin hünəri varsa, gəlib məni buradan çıxarsın, kimin qətiyyəti var­sa, göstərsin.Məndən əvvəlkilərdən hansı indi Azərbaycanda- dır?Ölkədən rus təyyarəsində getdilər.Bəs mənə parlament kürsü­sündən lağ edənlər indi hardadır? Nədənsə onları Azərbaycanda görmürəm.Niyə bu adamların hərəsi bir xarici ölkəyə qaçdı?Axı onlar qətiyyətdən danışırdılar.Rəsul Quliyev niyə Amerikaya get- di?Əli Ömerov niyə üzə çıxmır, haradadır?Mahir Cavadov hanı?- Tamerlan Qarayev Çinə getməyə niyə razı oldu?Heç olmasa biri oturaydı da Azərbaycanda?(Ədalət Tahirzadə.Elçibəylə 13 saat üz-üzə, səh.83-84)

Əbülfəz Elçibəyin öz dilindən duyduğumuz bütün bu sə­bəblərlə yanaşı, bir sıra daxili amillər də AXC hakimiyyətinin zəifləməsində mühüm rol oynamışdı.1992-ci ilin noyabrında Musavat Partiyasının rəsmən yaranması bu partiyanı avtomatik olaraq AXC hakimiyyətinin qeyri-rəsmi koalisiya ortağına, ha­kimiyyət şəriyinə çevirərək siyasi intriqaların başlanmasına rə­vac vermişdi.O vaxtlar Cəbhə daxilindəki “Yurd” fraksiyası öz fəaliyyətini pərdələyərək gözləmə mövqeyinə üstünlük verirdi. Hakimiyyət daxilində üstünlük və daha güclü mövqe əldə edib hakimiyyət qrumlarına rəhbərliyi ələ keçirmək uğrunda mübarizə əsasən “yurdçular“ və musavatçılar arasında gedirdi. 1993-cü ilin oktyabrında parlament seçkilərinə getmək haqqında qərar qəbul olunmuşdu. Seçkilərə AXC-MUSAVAT cütlüyü ilə qatılmaqdan nə qədər söhbət getsə də, hər partiya seçkilərə daha güclü olaraq girməyə çaba göstərirdi.Yerlərdə seçkilərin uğuru üçün ən önəm­li amil icra başçısının hansı partiyaya mənsub olması hesab olu- nurdu.Buna görə də rəhbərləri nə qədər inkar etsələr də Musavat Partiyası gələcək seçkilərdə öz mövqelərini daha da möhkəmlən­dirmək üçün əksəriyyəti cəbhəçilərdən ibarət olan icra başçılarını öz partiyalarına üzv olmaları üçn müəyyən təşviq və təzyiqlərə məruz qoyurdular.Bu məsələdən narahat olan on bir Rayonun İcra başçısı XətayiRrayonunun İcra başçısı Zəlimxan Məmməd­linin başçılığı ilə bir “Müraciətnamə“ qəbul edərək Prezident El­çibəyin qəbulunda oldular. Bəy onları dinləyərək sakitləşdirdi və onsuz da vəziyyətin ağırlığını vurğulayaraq “Müraciət“in dərc olunmasına imkan vermədi.Bir neçə icra başçısı dostum da söh­bətimiz əsnasında mənə də bu təzyiqlər haqqında öz gileylərini bildirmişdilər.

Müsavat partiyasının rəhbərlərindən olan Arif Hacıyev ərazi idarə etməsi üzrə dövlət müşaviri olduğundan bu məsələdə onun adı daha çox hallandrılırdı.Elçibəy belə mübahisələrdə adətən barışdrıcı mövqe tutaraq dərinləşib hakimiyyət daxilində çatlar əmələ gətirməsinə imkan vermirdi.

Hakimiyyətimizin zəifləməsinə öz təsirini göstərən digər amillərə gəldikdə Əbülfəz bəyin özünün də qeyd etdiyi kimi cəzalandrılması labüd olan bir çox yaramaz, xain, cinayətkar adamların cəzalandrılmasında göstərilən tərəddüd və gecikmələr cəzasızlıq sindromu yaradaraq xalqın hakimiyyətə qarşı inamını sarsıdırdı.

Dövlət aparatında işləməli olan 7 min adamdan cəmi 2-3 mini cəbhəçi və musavatçı idi.Əksəriyyəti isə kommunist dövründən və keçmiş hakimiyyətlərin zamanından qalan mütəxəssis və bü­rokratlar idilər ki, onların heç də hamısı bizim hakimiyyətimizə sədaqət göstərib rəğbət bəsləmirdilər, hətta bir çoxu daxilən bizə düşmənidilər.

Hər bir hakimiyyət daxilində baş verən bu cür intriqalar və digər subyektıv amıllər Elçibəy hakimiyyətının məğlub olma­sının əsas səbəbi deyildı, əsas səbəb bu hakimiyyətin milli ma­raqları hər şeydən üstün tutması, onun qısa zamanda əldə etdi­yi nailiyyətlər, xaricdəki bir çox düşmən qüvvələrin və onların daxildəki xain dəstəkçilərinin bu uğurlardan vahiməyə düşərək onu devirmək üçün bütün güclərini bir araya gətirərək başladıq­ları mübarizə idi.

Bəzi insanlar Elçibəy hakimiyyətinin hədsiz demokratikliyini onun devrilməsində əsas amil hesab edirlər.Ancaq bu iddiaların əksinə olaraq cəmiyyətin demokratik əsaslarla quruculuğu pro­sesində Elçibəy hakimiyyətinin qısa zamanda sosial, iqtisadi və siyasi sahələrdə əldə etdiyi uğurlar bu nailiyyətlərin öz ölkəsinin əhalisi üçün cəzbedici bir örnək təşkil edəcəyindən vahiməyə düşən Rusiya və İran hakimiyyət dairələrini Azərbaycandakı bu demokratik dəyişikliklərə qarşı önləyici tədbirlər almalarına sövqetdi.

ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun preziden­ti İrina Lasota Elçibəyin prezidentlik dönəmini dəyərləndirdiyi “Əbülfəz Elçibəy və demokratiya” adlı yazısında qeyd edir ki, “1993-cü ilin iyun qiyamının baş verməsinə Əbülfəz Elçibəyin, onun prezidentliyinin buraxdığı səhvlər deyil, qazandığı nailiy­yətlər səbəb olub. Bu qiyam ona görə baş verdi ki, hökumət özəl­ləşdirmə və yeni seçkilər kimi daha demokratik islahatlar keçir­məyə hazırlaşırdı; ona görə ki, Əbülfəz Elçibəy Qarabağ mühari­bəsini həll etmək üçün Minsk qrupu ilə işləyirdi; ona görə ki, o, neft sövdələşməsini imzalamaq üçün Londona getməyi planlaş­dırırdı; ona görə ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında yaşayan qeyri-rus xalqları üçün pis bir nümunəyə çevrilmişdi.


  1. cü ilin iyun ayının o həyəcanlı günlərində Əbülfəz El­çibəy öz hökumətinin yeritdiyi siyasətin geniş şəkildə dəstəklən­mədiyini gördü və bəlkə də bu səbəbdən qiyama qarşı qəti təd­birlər görməkdən vaz keçib, Kələkiyə getməyə üstünlük verdi. O, Azərbaycanı vətəndaş müharibəsinə sürükləmədiyi ilə həmişə fəxr edirdi.

.. .Azərbaycan bir daha dünyaya sübut etdi ki, təkcə Türkiyə­də deyil, başqa bir müsəlman ölkəsində də demokratik, qanunlara əsaslanan, plüralist, dünyəvi dövlət qurulması mümkündür.“

XALQ CƏBHƏSİNİN ƏLİYEV REJİMİNƏ


QARŞI MÜXALİFƏT DÖVRÜ


Əbülfəz Elçibəy Kələkiyə getdikdən bir müddət son­ra müxalifət düşərgəsində bütün hakimiyyətimizin düçar olduğu uğursuzluqlarımız, qiyamda məğlu­biyyətimiz və Heydər Əliyevin hakimiyyətə gətirilməsi də daxil olmaqla bütün məsuliyyəti onun üzərinə yıxmaq tendənsiyasına start verildi. Bütün bu antielçibəy kampaniyasına da Tofiq Qası­mov bir qrup adamla rəhbərlik edirdi.AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev də Elçibəylə birlikdə Kələkiyə getdiyindən başsız qalan Cəbhəni bir müddət Arif Rəhimov idarə etdi, son­ra isə millət vəkili İbrahim İbrahimli Bəyin sərəncamı ilə indiyə qədər heç kəsə rəva görülməyən yüksək səlahiyyətlərlə İcraiyyə Komitəsinin sədri təyin edildi.İbrahim bəy Xalq Cəbhəsinin Nax­çıvan Vilayət Təşkilatında mübarizə prosesində yetişmiş müba­riz, təcrübəli və öz cəsarəti ilə çoxlarından fərqlənən bir xarakterə malik qətiyyətli bir siyasətçidir. İbrahim bəy millətvəkili kimi Milli Məclisdə AXC hakimiyyətinə qarşı hücumlara verdiyi la­yiqli cavabları və Heydər Əliyevlə girdiyi cəsarətli polemikaları ilə xalqın rəğbətini qazanmışdı.İbrahim bəyin AXC rəhbərliyinə təyin olunmasının qəti ələyhdarı olan Tofiq Qasımov bu təyinatla Elçibəyi tənqidinə bir yerliçilik damğası da əlavə etdi.Hakimyyət tərəfindən də ağır təzyiq və təqiblərə məruz qalan Xalq Cəbhə­si özünün ağır dövrünü yaşayırdı.Bütün təzyiqlərə baxmayaraq Cəbhə fəaliyyətini davam etdirir, hətta etiraz aksiyaları da təşkil edirdi.

1993-cü il iyulun 7-də AXC Üzeyir Hacıbəyov küçəsində yerləşən qərargahı qarşısında hakimiyyətin qanunsuz zəbt edil­məsi və cəbhəçilərə qarşı repressiyalara etiraz olaraq güclü bir mitinq təşkil olunmuşdu.Qərərgahın qarşısı və Sahil bağında çoxlu adam toplaşmışdı.Mitinqin qızğın vaxtında “amonçular“ Rövşən Cavadovun rəhbərliyi altında mitinqə hücum edib indiyə qədər rast gəlmədiyimiz bir qəddarlıqla onu dağıtmağa başladılar. Mitinqçilərlə mübarizə 30 dəqiqədən çox davam etdi.Avtomat- lardan göyə atılan güllə cəbhəçilərdən birini ayağından yaraladı. Bu məqamda amonçulardan biri “komandir, komandir“ çağıraraq Rövşən Cavadova yaxınlaşıb qulağına nəsə dedi, o da öz dəstə­sinə dərhal burdan uzaqlaşmaq əmri verdi və omonçular qəflətən gəldikləri kimi də getdilər.Bir azdan məlum oldu ki, Vaqif Nov­ruzov yeni Daxili İşlər Naziri təyin olunub.Əvvəlcə Rövşən Ca­vadova nazir vəzifəsi söz verildiyi üçün o da mitinqi dağıtmaqda canfəşanlıq göstərmiş, artıq bu vəzifəyə başqa birisinin təyin edil­diyini öyrəndikdən sonra adamlarını çəkib getmisdi.

Hakimiyyəti qeyri-qanuni şəkildə zəbt etmiş qüclər demok­ratik qüvvələrin müqavimətini qırmaq üçün etiraz aksiyalarını amansızlıqla dağıdır, fəal insanları həbsə atır, kütləvi repressiya­lar tətbiq edirdilər.AXC qərərgahının şəhərin mərkəzində yerləş­məsi hakimiyyəti zəbt edənləri çox narahat edirdi.Avqust ayında Cəbhənin qərargahı polis başqınına məruz qaldı və xeyli adam həbs olundu.Bir neçə gündən sonra guya qərərgahın həyətində yerə basdrılmış silah- sursat tapıldığı bəhanəsi ilə Baş prokuror Əli Ömərov sərəncam verərək qərərgahı əlimizdən aldı.AXC İc­raiyyə Komitəsi Qadın Hüquqlarını müdafiə Komitəsinin Bulva­rın yaxınlığında yerləşən darısqal bürosuna sığındı.

Avqustun 29-da Milli Məclisin qərarı ilə Heydər Əliyevin Prezidentliyə yolunu açmaq üçün Prezident Elçibəyə etimadsız- lıqla bağlı”Referendum“ keçirildi, Referendumun nəticələrinə görə onun səlahiyyətlərinə xitam verildi və oktyabrın 3-də ke­çirilən yeni seçkilərdə Heydər Əliyev Sovet seçki sisteminə xas fantastiq 98, 8 faiz səslə prezident seçildi.



  1. cü ildə Neftçilərin Azad Həmkarlar İttifaqında sədrin türizm məsələləri üzrə müşaviri vəzifəsində çalışdım.Respubli- kada ilk Azad Həmkarlar Təşkilatı olan bu qurumu uzun illər ər­zində neft sənayesində çalışan və Moskvada Ali Həmkarlar mək­təbini bitirmiş Mirmöhsün Mahmudov 1991-ci ildə yaratmışdi. Əslən Kələki kəndindən və Elçibəyin də qaynı olan Mirmöhsün bəyin rəhbərlik etdiyi Neftçilərin Azad Həmkarlar İttifaqı Res­publika Həmkarlar İttifaqı Mərkəzi Şurasının tərkibinə daxil olmayan müstəqil həmkarlat təşkilatı idi.Neft mədən sənayesi işçiləri içərisində də böyük nüfuza malik olan bu təşkilatın Neft­çilərin hüquqlarını müdafiə yönündəki fəaliyyəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onu ciddi narahat etməyə başlamış- dı.Neft sənayesindəki işlərin müzakirə olunduğu və Heydər Əli­yevin də iştirak etdiyi 1995-ci ildəki bir müşavirədə Mirmöhsün Mahmudovun Neftçilərin hüquqlarının müdafiə yönündəki çıxışı və hakimiyyət qarşısında cəsarətlə irəli sürdüyü tələblər Heydər Əliyevin böyük narazılığına səbəb olaraq bu Həmkarlar Təşki­latına qarşı təzyiqləri və təhdidləri gücləndirmişdi. Hakimiyyət Neftçilərin Azad Həmkarlar İttifaqını susdurmaq və onu qey­ri-qanuni bir qurum olaraq Neftçilərə və ictimaiyyətə təqdim et­mək məqsədilə ona alternativ bir təşkilat yaradaraq 1997-ci ildə özünü buraxmağa məcbur etdi.

AY MÜXALİFƏT, GEDİN ÖZÜNÜZƏ
BAŞQA BİR XALQ TAPIN,

BU XALQ HEYDƏR ƏLİYEVİN XALQIDIR “




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin