BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİIN
YARADILMASI
Elçibəy hələ Kələkidə olarkən Bütöv Azərbaycan Birliyi adlı təşkilatın yaradılması üçün bütün hazırlıqları tamamlamışdı.Bakıya
döndükdən sonra, noyabrda keçirilən bir neçə hazırlıq toplantısından sonra 1997-ci il dekabrın 20-də AXCP qərərgahının da yerləşdiyi “Azadlıq” qəzetinin Xəqani 33 ünvanındakı binasının iclas zalında Elçibəyin rəhbərliyi ilə Bütöv Azərbaycan Birliyinin təsis konfransı keçirildi.
Əbülfəz Elçibəyin sədr seçildiyi təsis konfransında həmcinin Azərbaycanın görkəmli ziyalılarndan və siyasət adamlarından, dördü isə Güney Azərbaycanın azadlığı uğrunda mübarizənin fəal iştirakçılarından olan on müavinindən ibarət Sədr Aparatı ya- radıldı.Sədr Aparatına aşağıdakılar daxil idi :
1.Arif Hacıyev, 2.Arif Rəhimoğlu, 3.Arzu Səmədbəyli, 4.Azər Fərruxi, 5.Bəhram İsmayılov, 6.Eldar Qaradağlı, 7.Əj- dər Tağızadə, 8.Güntay Qocabəyli, 9.Nəsib Nəsibli, 10.Pənah Hüseynov.
Birliyin Mərkəzi Şuradan, Rəyasət Heyətindən, sədrin müşaviri və katibindən ibarət rəhbər idarə edici orqanları, mətbuat və informasiya mərkəzi, “Tanıtım” və “Elçi” qəzetlərindən ibarət mətbuat orqanları vardı.”Tanıtım” qəzetinin baş redaktoru milli Azadlıq hərəkatının fəal üzvlərindən olan şair və jurnalist Həsən Merac, “Elçi” qəzetinin baş redaktoru isə Xalq Cəbhəsinin fəalı Əli Həziyev idi.BAB-ın mərkəzi qərargahı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 4 saylı binanın birinci mərtəbəsində yerləşirdi.
Yurdumuzun Güney və Quzeyi daxil olmaqla bütövlükdə tarixi Azərbaycan ərazilərinin tarixini, coğrafiyasını, ədəbiyyatını, folklorunu, etnoqrafiyasını, toponimikasını, demoqrafik prosəs- lərini, elmin və ictimai-siyasi həyatın müxtəlif sahələrini araşdıraraq konsepsiyalar hazırlamaq üçün görkəmli ziyalılarn və elm adamlarının rəhbərliyi ilə Bütöv Azərbaycan Birliyinin komissiyaları yaradıldı.
Mən BAB Mərkəzi Şurasının üzvü olmaqla yanaşı, Elçibəyin sərəncamı ilə yaradılan Xarici Əlaqələr Mərkəzinin sədri vəzifəsinə təyin olunmuşdum. Həmçinin adlarını qeyd etdiyim qəzetlərə məqalələr yazmaqla bərabər, bəzən BAB-ın toplantılarında müxtəlif mövzularda çıxışlar edirdim.
Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyinin fəaliyyətinə, milli şüurun yaranmasında, Güney Azərbaycanın istiqlaliyyətə qovuşmasında, milli təşkilatlanmada onun göstərəcəyi rola böyük önəm verirdi.Bəyin dəvəti ilə Azərbaycanın görkəmli ziyalıları, elm adamları, Avropadakı həmvətənlərimizin görkəmli nümayəndələri, Güney Azərbaycanın milli fəalları BAB-ın toplantılarına dəvət olunaraq elmin, ədəbiyyatın, sənətin, siyasətin müxtəlif sahələri üzrə məruzələr edirdilər.
Öz mənalı həyatını milli azadlıq mübarizəsinə həsr etmiş Əbülfəz Elçibəy Quzey Azərbaycanın Rus İmperiyasının əsarət zəncirini qıraraq öz istiqlaliyyətinə qovuşub milli dövlətini yaratdıqdan sonra mübarizəsinin başlıca hədəfi Güney Azərbaycanın da istiqlalıyyətinə nail olmaqdan ibarət idi.
Əbülfəz Elçibəy Bütöv Azərbaycan uğrunda mübarizənin öz həyatında oynadığı roldan və BAB təşkilatının yaranması zərurətindən bəhs edərək deyirdi ki, “Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.Azərbaycanın yüz illərlə parçalanmış, bölünmüş, dağıdılmış cisminin bütünlüyü müqəddəs arzumuzdur. Ruhi baxımdan Azərbaycan həmişə bütöv olub.Azərbaycan bizim bütöv, vahid vənənimizdir.Ruhi və mənəvi baxımdan bölündüyümüzü heç cür düşünmürük.
Azərbaycanın Quzeyində öyrəndiyimiz tarix və ədəbiyyatda heç zaman ayrılmamışıq.Şah İsmayılı həm dövlətimizin böyük hökmdarı, həm böyük sərkərdəmiz, həm də böyük şairimiz kimi öyrənmişik.Yaxud, Təbriz neçə-neçə dövlətimizin paytaxtı olub və biz onun tarixini öyrənmişik.Ağqoyunlu, Qaraqoyunlu, Elxan- lılar, Atabəylər Dövlətlərini biz öz dövlətimiz sayırıq.
Bütöv Azərbaycan Hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq onmilyonlarcadır. Azərbaycanın Quzeyində, bildiyimiz kimi, 40-dan çox partiya və təqribən o qədər də ictimai təşkilat var.Bunların hamısı Azərbaycanın bütövlüyünün tərəfdarıdır... Azərbaycanın Güneyində də son vaxtlar 50-dək təşkilat yaranıb. Bunlar həm ictimai, həm siyasi, həm də mədəni təşkilatlardır, ancaq hamısı Azərbaycan idealıyla yaşayır, Azərbaycanın gələcəyi haqqında düşünür və onu müdafiə edir.Deməli, hərəkatın başlanması şübhə doğurmur.Sadəcə olaraq, hələlik fikirdə birlik yaranıb, indi dildə və işdə birlik uğrunda da ciddi iş gedir.Azərbayca- nın güneyindəki milyonlarca yurddaşımız istəyir ki, İranda türk dili dövlət dili olsun, Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi formalaşmış dili inadla öyrənir...Buna görə dildə də birlik yaranmaqdadır.Sonra qalır işdə birlik.İşdə birliyi yaratmaq üçünsə fikirdə və dildə bir olan soydaşlarımız təşkilatlanmalıdır.
Doğrudur, təşkilatlar artıq var, ancaq onlar hələ mərkəzləş- məyib...Biz Bütöv Azərbaycan Birliyini yaratdıq.Biz onu birləşd- rici orqan kimi yaratmışıq və çalışacağıq ki, onu gələcəkdə böyük, güclü siyasi qüvvəyə çevirək.Biz Bütöv Azərbaycan Hərəkatını daha da intensivləşdirmək üçün bu təşkilatı yaratmışıq. Bütöv Azərbaycan Hərəkatını Bütövləşmiş Azərbaycan Təşkilatı idarə etməlidir.Azərbaycan türkləri on min illərdir “Azərbaycan” adlı böyük bir məkanda formalaşıblar və onların ruhu bütövdür, mənəvi bütövlüyü var.Sadəcə, rus İmperiyası onu zorla cismən parçaladı.Amma biz heç bir cəhətdən (etimoloji, mədəni, dini, psixoloji və b.baxımdan) parçalanmış xalq deyilik“. (Ədalət Ta- hirzadə.Elçibəylə 13 saat üz-üzə, səh. 121-132).
Azərbaycanın bütövləşməsi məsələsindən bəhs edərkən Əbülfəz Elçibəy bunun uzunmüddətli bir proses, olduğunu bir neçə variantlarla və bir neçə mərhələlərlə həyata keçməsinin mümkün ola biləcəyi fikrini irəli sürürdü.Onun düşüncəsinə görə, bu məsələdə ən düzgün yol Quzeydəki Azərbaycan dövlətinin güclənməsi, müstəqilliyinin dönməz olması, işğal edilmiş torpaqlarının azad olunması, Güneydə isə Milli Azadlıq Hərəkatının genişlənməsi və dövlətin yaranması, sonradan bunların arasında danışıqlar aparılıb birləşdrilməsidir.O, birləşməinin Almaniya tipinə-dinc yolla birləşməiyə üstünlük verərək müharibə nəticəsində birləşmə tipini arzuolunmaz hesab edirdi.Lakin o, digər bir variant kimiGüneydə Azadlıq Hərəkatının başlamasını və Quzeyin də bu işə qoşularaq ona dəstək verməsini və nəticədə birləşmiş Vahid Azərbaycan dövlətinin yaranması ehtimalını da istisna etmirdi.Bunu mümkün, lakin qorxulu variant hesab edən Elçibəy Azərbaycanın Güneyində üsyan və inqilab nəticəsində dövlət qurulmasının çox ağır proses olduğunu nəzərə alaraq ona ehtiyatla yanaşmağı tövsiyə edirdi.
Müsavatçılığı Bütöv Azərbaycanın milli ideologiyası kimi qəbul edən Əbülfəz Elçibəy onun Azərbaycan xalqının mənəvi ehtiyaclarından təbii şəkildə meydana çıxaraq üç təməl prinsip: - türkçülük, çağdaşlıq və islam üzərində qurulduğunu qeyd edirdi.
“Azərbaycan bir türk yurdudur və türk dünyasının onurğa stünlarından biridir. ”Türkçülük“ ideologiyası, məfkurəsi, mənəviyyatı, əxlaqı min illər boyunca məhz bu torpaqda təşəkkül tapmış, bu türk etnosu tərəfindən yaradılmışdır ki, bütün ideoloji axtarışlarımız və düşüncə çarpışmalarımızın çıxış yolu bu özül üzərində qurulmalıdır. Türkçülüyü dar çərçivədə, Azərbaycan türkçülüyü kimi yox, geniş anlamda, dünya türkçülüyünün tərkib hissəsi kimi görən Elçibəy “Azərbaycançılığın” da dövlətçilik prinsipi baxımından müəyyən qədər xeyirli məqamları olduğunu qeyd etsə də, ancaq bunun türk milli mənafeyinə zərbə vurduğunu və bu zərbənin altından qalxmağın sonradan çətin olcağı- nı nəzərə çatdırırdı.O, qeyd edirdi ki, əslində türkün kökü, özəyi bizim və Orta Asiyanın üstündədir.Azərbaycan da Türküstanın bir bölümüdür.Sadəcə olaraq, Türkiyə türklərində türkçülük daha çox inkişaf etdiyinə görə biz onların təsirindən qaça bilmirik.
“Çağdaşlıq“ müsavatçılığın ikinci təməl prinsipi olaraq ölkədə çağdaş dövlət quruluşu, parlamentar sistemin, seçki sisteminin qurulmasını nəzərdə tutan ümumbəşəri dəyərləri özündə birləşdirən demokratik sistemdir.Qərbin çağdaş liberal demokratik sistemlərində insanın azadlığı, vətəndaşın fərdi azadlığı ən yüksək səviyyədə təmin edilməklə bütövlükdə xalqların inkişafına təkan verən ən təsirli stimula çevrilmişdir.
“Millətçiliyi“də xalqların tərəqqisində çox səmərəli stimul hesab edən Elçibəy onun əhəmiyyətinin tarixi təcrübədə dəfələrlə yoxlanıldığını və milliyətçiliyin liberalizm yolunda mühüm bir mərhələni təşkil etdiyini, liberalizmə, milli özünüdərk prosesi müəyyən inkişaf həddinə çatdıqdan sonra getməyin mümkün olduğunu qeyd edirdi.Onun fikrincə, istər milli demokratiya olsun, istər liberal demokratiya, onun qarantı həmin ölkədə yaşayan sayca çoxluq təşkil edən əsas xalq olmalıdır.Tarixdə olduğu kimi, buğun də Azərbaycanda çoxluğu təşkil edən Azərbaycan Türk- lərdir.Bu Türklər hələ özünü dərk etməyibsə, milli mentalitetini qorumayıbsa, Azadlıq və müstəqillik, çağdaşlıq ruhunu mənim- səməyibsə, ona liberalizmi birdən-birə neçə verəcəyik?
Ölkəmizdə millətçiliyin və azadlığın tarixinə qısa bir nəzər salan Elçibəyə görə, ilk ciddi milli oyanışın Səttar xan hərəkatından sonra başlanaraq Azərbaycanda artıq yüz ildir yol gəldiyini və bu mübarizə nəticəsində xalq olaraq Güneydə ayıldığımızı, türk milləti olduğumuzu dərk etdik, azadlığımızı əldə etməyə can atdıq və”Məşrutə dövlətimizi ” qurduq.Onun fikrincə bir millət olaraq bu nailiyyətlərimizi əldə saxlaya bilməsək də, yenə ruhdan düşmədik və çox keçmədən az qala eyni vaxtda azadlıqsevər milli ruhumuzun hökmüylə Quzeydə Məmmədəmin Rəsulzadənin başçılığı altında bütün müsəlman aləmində ilk demokratik dövlət-Azərbaycan Cümhuriyyəti və Güneydə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə”Azadistan” dövləti yaratdıq.Hətta onları təqib edən Sovet Azərbaycanının da nisbi müstəqilliyi var- dı.1945-46-cı illərdəsəGüneydə Seyid Cəfər Pişəveri milli ruhumuzun təcəsssümü olan yeni müstəqil dövlət qurdu ki, bütün bu dövlətlərin hamısı milli Azadlıq mübarizəsinin nəticəsində yaranmışdı.
Milli Azadlıq hərəkatında xalq kütləsinin iştirak etməsi səbəbilə onu demokratik hərəkatın tərkib hissəsi hesab edən Elçibəy Azərbaycanda baş verən hərəkatların hamısını demokratik hərəkat hesab edir.
Müsavatçılığın üçüncü təməlini təşkil edən ”islamı“ Elçibəy çox geniş xalq kütləsinə dayanan, müəyyən bir təbəqənin yox, ümmətin ruhunu, həyatını təmin edən, sosial həyatıyla bağlı bir din hesab edir.
Türklərin islamı qəbul etməsı tarixinə nəzər salan Elçibəy türklərin islamı yalnız“Tək Tanrılığa” görə qəbul etdikləri fik- riylə razılaşmayaraq onların islama yaxınlaşmasına dayanan bir neçə xətt müəyyən edir.Cəngavər xalq olan türklər islama öncə hərbi yolla xidmət etdilər və özləri də hərbi pillələrə yüksəldilər. Türklərin “Tək Tanrılıq“ sistemi böyük məsələdir, onların Quran kimi bir yazılı abidəsi yoxdur, islamdakı Tək Tanrılıq sistemi isə dusturdur-bu dusturu həm əzbərləmək, həm öyrənmək, həm də təbliğ etmək asandır, sadə, anlaşıqlı və daha yığcamdır.Elçibəy türklər arsında islamın yayılmasının bir böyük könüllülük xəttini də müəyyən edir.İslam dünyaya yayılsa da, Orta Asıyada onu türklər könüllü qəbul etmir, şamançılıqdan əl çəkmirdilər. Bu halda islamla şamançılıq görüşür, zordan, təzyiqdən uzaq bir proses başlayır, şamançılıq iislamla birləşir sufilik meydana çıxır. Elçibəyə görə, beləliklə, türkün islama gəlməsi çoxxətli-orduyla, dövlətlə, iqtisadiyyatla, siyasət yoluyla olmuşdur.
Bütöv Azərbaycan Birliyinin “Məramnamə“si Elçibəyin sədr olduğu Azərbaycanın görkəmli elm və siyasət adamlarından ibarət 14 nəfərlik komissiya üzvü tərəfindən hazırlanaraq 5 may 2000-ci ildə keçirilən tarixi iclasında əsas kimi qəbul olunmuşdur. “Məramnamə“də Bütöv Azərbaycan Birliyinin yaranma zərurətindən bəhs olunaraq deyilir ki, “Milli təşkilatlanma ehtiyacımız Azərbaycanın güneyində, quzeyində və xaricdəki soydaşlarımız arasında Bütöv Azərbaycan ideyasına bağlı kütləvi xarakter daşıyan təşkilatların yaranmasını və bu təşkilatların qarşılıqlı əməkdaşlığını, sıx işbirliyini bir zərurət olaraq irəli sürür.
Biz- Azərbaycanın azadlığı, istiqlaliyyəti, bütövlüyü uğrunda mübarizə aparan şəxslər, siyasi və ictimai qurumlar bu zərurəti dərindən dərk edərək qırx milyonluq xalqımızın milli təşkilatlanma formalarından biri kimi Bütöv Azərbaycan Birliyini yaradır və müstəqil, bütöv, demokratik Azərbaycan hədəfli bütün qurumlarla qarşılıqlı əməkdaşlığa, sıx işbirliyinə ürəkdən hazır olduğu- muzubildiririk“.
“Məramnamə“də təsbit edildiyi kimi, Bütöv Azərbaycan Birliyinin başlıca hədəfləri müstəqil, bütöv və demokratik Azərbaycandır:
--Müstəqil Azərbaycan dedikdə, Azərbaycanın dövlət suverenliyinin dünya tərəfindən qəbul edilməsi və ona sayqı ilə yanaşılması nəzərdə tutulur.
--Bütöv Azərbaycan dedikdə, parçalanmış vətənimizin-milli və tarixi ərazilərimizin, bölünüb dünyaya səpələnmiş qırx milyonluq xalqımızın birləşməsi və Bütöv Azərbaycan dövlətinin bayrağı altında eyni bir vətəndaşlıq kimliyi ilə yaşaması əsas götürülür.
--Demokratik Azərbaycan dedikdə, xalqımızın azad və sərbəst olaraq bildirəcəyi milli iradəsinin üstün tutulması, sosial, iqtisadi və mədəni haqlar da daxil, insan haqlarının aliliyi nəzərdə tutulur.
Bütöv Azərbaycan siyasətinin təməl prinsipləri Elçibəyin “Millətləşmə, Dövlətləşmə, Bütövləşmə”, üçlü formulunda əks olunmuşdur. İstər milli və tarixi ərazilərimizin birləşməsi, istərsə də vahid dövlətimizin yaranması üçün ilk öncə qırx milyonluq əhalimizin bütövşəkildə Millətləşməsi və bu millətləşmə əsasında dövlələşməsi, sonra isə qırx milyonluq millətimizin vahid dövlət əsasında bütövləşməsi--öz milli və tarixi əraziləri üzərində vahid dövlət qurması gərəkdir.
Bütövləşmə, həm vahid bir millətə çevrilmənin, həm də millətin öz milli birlik və bərabərliyini qoruyub davam etdirməsinin təməlşərtidir.