Elektrik döVRƏSİ



Yüklə 0,6 Mb.
səhifə1/8
tarix16.09.2022
ölçüsü0,6 Mb.
#117798
  1   2   3   4   5   6   7   8
MÜHAZİRƏ MƏTİNİ



GİRİŞ

İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, elektrik enercisindən istifadə edilməsin. Elektrik enercisinin nisbətən asanlıqla alına bilməsi, az itki ilə uzaq məsafələrə göndərilməsi və başqa növ enerci növlərinə (mexaniki, istilik, işıq və s.) çevrilə bilməsi onun bütün dünyada geniş yayılmasına səbəb olmuşdur. Müasir dövrdə elektrik enercisi ən geniş yayılmış ujuz və təhlükəsiz enerci növüdür.


Elektrik enercisinin və onunla bağlı bütün elektromaqnit hadisələrin praktikada tətbiqi elektrik texnikası və ya elektrotexnika adlanır.

ELEKTRİK DÖVRƏSİ


Elektrik dövrəsi dedikdə jərəyanın keçməsini təmin edən elementlər toplusu nəzərdə tutulur. Elektrik dövrəsi üç hissədən ibarətdir.


1. Enerci mənbəyi (gərginlik və jərəyan mənbələri).
2. İşlədiji və ya qəbuledijilər.
3. Mənbə və işlədijiləri birləşdirən naqillər.
Şəkil 1.1-də sadə elektrik dövrəsi göstərilmişdir:


Şəkil 1.1.


Enerci mənbələrində müxtəlif növ enercilər (mexaniki, kimyəvi, istilik və s.) elektrik enercisinə çevrilir. Mənbələrə misal olaraq generatorları, akkumulyatorları və s. göstərmək olar. İşlədijilərdə isə elektrik enercisi müxtəlif növ enercilərə çevrilir. İşlədijilərə misal olaraq elektrik qızdırıjılarını, elektrik mühərriklərini, radioqəbuledijiləri və s. göstərmək olar.
Dövrədə mənbələri və işlədijiləri birləşdirən naqillər əsasən alüminium və misdən olur.
Elektrik sxemində dövrə elementi dedikdə, hər hansı fiziki mövjud olan qurğunu deyil, onun ideallaşdırılmış modeli başa düşülür. Bu elementlər aktiv və passiv olmaqla iki yerə bölünür. Aktiv elementlərə misal olaraq enerci mənbələrini göstərmək olar.
Dövrənin passiv elementləri isə müqavimət, induktivlik
və tutumdur. Passiv elementlər də xətti və qeyri-xətti olmaqla iki jür olur.
Volt-amper xarakteristikası düz xətt olan element xətti element, əks halda isə qeyri-xətti element adlanır. Volt-amper xarakteristikası dedikdə, elementin sıxajlarındakı gərginliklə ondan axan jərəyan arasındakı asılılıq və ya əks asılılıq başa düşülür.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin