Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə11/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

3. Kənd rabitə kabelləri
Rayon daxilində (rayon mərkəzi ilə ayrı-ayrı kəndlər arasında) telefon rabitəsi və eləcə də radio verilişləri təşkil etmək üçün müxtəlif konstruksiyalı rabitə kabelləri mövcuddur.Bu kabellərin konstruksiyası sadədir (bircütlü və ya birdördlüklü). Kabelin izolyasiyası polietilendən ,örtüyü isə plastik kütlədəndir (polietilen, polivinilxlorid plastikatı).
Bunların aşağıdakı markaları vardır:
-КСПП-1x4-izolyasiyası və örtüyü polietilendəndir ;
-КСППБ-1x4-polietilen izolyasiyalı lent şəkilli polad zirehli polietilen şlanqlı (yeraltı çəkiliş üçün nəzərdə tutulmuşdur) ;
-КСПВ-polietilen izolyasiyalı və PVX örtüklü ;
-КСППT və KCППБT –aparıcı trosu olan zirehsiz və zirehli kabellər.Bu kabellər dayaqlardan asılmaq üçün nəzərdə tutulmuşdur.
4. Şəhər telefon kabelləri
Bu kabellər telefon şəbəkələrinin quraşdırılmasında yəni avtomat telefon şəbəkəsi (ATŞ) ilə abonent və ATŞ-lər arasında rabitə yaradılmasında istifadə olunur.
İzolyasiyanın növünə görə bu kabellər iki növə ayrılır: kağız (boru formalı və ya məsaməli kağız kütlə) izolyasiyalı, metal (alüminium , qurğuşun və ya polad) örtüklü və bütöv polietilen izolyasiyalı , plastik kütlə və ya polad örtüklü şəhər rabitə kabeli.
Kağız izolyasiyalı kabelin damarının diametri 0,4; 0,5; 0,6 və 0,7mm olur.İzolyasiya məsaməli kağız kütlədən və ya kağız lentlərin 20-30% üstüörtülmə üsulu ilə spiralvari sarınmasından ibarətdir. Kabel zirehli (TБ ,TK) və ya zirehsiz (TГ) hazırlana bilər. TГ markalı kabeldə rabitə cütlərinin sayı 5÷1600, TБmarkalı kabeldə isə 600-ə qədər olur. İzoləedilmiş damar qatlı və ya dəstəvari burularaq kabelin nüvəsini təşkil edir.
Bütöv polietilen izolyasiyalı kabelin damarının diametri 0,32 ; 0,4; 0,5 və 0,7mm ,izolyasiyasının qalınlığı isə 0 ,2-0 ,4mm olur. Kabel aşağıdakı markalarda buraxılır: TПП-polietilen izolyasiyalı və örtüklü : TПВ-PE izolyasiyalı və PVX örtüklü ; TППБ (TПВБ)-lent şəkilli polad zirehli ; TПС-polietilen izolyasiyalı və polad örtüklü.
Kabelin konstruksiyasından asılı olaraq cütlərin sayı müxtəlif olur :
TПП markalı kabeldə damarın diametri 0, 32 və 0 ,4mm olan halda 10-dan cütlərin sayı 200x2-yə qədər ; 0 ,5mm olduqda 10÷1200x2 ; 0,7mm olduqda 10÷600x2 ; TППБ markalı kabeldə isə 600x2-yə qədər olur.

Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin